Aprel
döyüşləri - Böyük qələbəmizə
aparan yolun başlanğıcı
Aprelin 1-i Azərbaycan və Ermənistan arasında
baş vermiş Aprel döyüşlərinin növbəti
ildönümüdür.
Azərbaycan Ordusunun qələbəsi ilə
yekunlaşan tarixi döyüşlərin başlanmasından
9 il ötür.
Xatırladaq ki, 2016-cı ilin mart ayının
ortalarından ermənilər atəşkəsi intensiv
pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən
gecədən başlayaraq isə bütün cəbhə boyu
Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri
düşmən tərəfindən intensiv atəşə məruz
qalıb. Nəticədə ermənilər aprel ayının
2-dən 5-dək qoşunların təmas xəttində
silahlı təxribatlar törədiblər. Təxribatlar
zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr
nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin
mülki əhali arasında da ölən və yaralananlar
olub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da
ermənilərin mövqelərinə cavab zərbələri
endirib, həyata keçirilən sürətli əks-həmlə
zamanı 2 min hektardan artıq ərazi azad edilib və daha
çox ərazi əməliyyat baxımından nəzarət
altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə
təhlükə yarada biləcək Talış kəndi ətrafındakı
yüksəkliklər düşmən qüvvələrindən
tam təmizlənib. Horadiz şəhərinin düşmən
təhlükəsindən qorunması məqsədilə
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini
nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli
"Lələ təpə" adlandırılan yüksəklik
də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu
döyüşlər nəticəsində 320 erməni hərbçisi
məhv edilib, 500-dən çoxu isə yaralanıb.
Azərbaycanın ərazi
bütövlüyünün qorunub saxlanması, erməni
işğalçılarının 2016-cı il aprelin 2-dən
5-dək qoşunların təmas xəttində törətdikləri
silahlı təxribatların qarşısının
alınması və düşmənin dinc əhaliyə
hücumlarının dəf edilməsi zamanı göstərdikləri
qəhrəmanlıq və igidliyə görə Azərbaycan
hərbçilərinin xüsusi fərqlənən bir qrupu
2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları
ilə yüksək fəxri ada layiq görülüb, orden və
medallarla təltif olunub. Vətən qarşısındakı
xidmətlərinə görə təltif edilənlər
arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri
adına, “Azərbaycan Bayrağı” və “Vətənə
xidmətə görə” ordenlərinə, “Vətən
uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə
görə” medallarına layiq görülənlər var.
Tarixi qələbəmizə qısa ekskurs edən Azərbaycan
Respublikası Beynəlmiləlçi Əlil
Döyüşçülər Fondunun prezdenti, Əfqanstan və
Qarabağ mharibələrinin veteranı Sərraf Orucov qəzetimizə
deyib ki, Aprel döyüşləri Qarabağda Böyük Qələbəmizə
aparan şanlı zəfər yolun başlanğı olub.
O, qeyd edib ki, 2016-cı il aprelin 1-dən 4-nə qədər,
Ermənistan silahlı qüvvələri sərhədyanı
kəndlərimizi, qoşunların təmas xəttindəki
yaşayış məntəqələrimizi
amansızcasına atəşə tutub. Azərbaycan Ordusunun cəsur
və qəhraman oğulları düşmənin hücumunun
qarşısını alıb, əks hücuma keçərək
işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi
azad edib.
Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri,
Talış kəndi ətrafındakı strateji yüksəkliklər,
Cəbrayıl rayonunu LələTəpə strateji yüksəkliyi
və Cocuq Mərcanlı kəndidir:
“2016-cı ilin apreli bu qətiyyətin
başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin
cəbhə xəttində təxribatlarının
qarşısı qətiyyətlə alındı, Lələtəpə,
Bayraqtəpə kimi olduqca əhəmiyyətli yüksəkliklər
də daxil olmaqla, 2 min hektarlarla ərazi düşməndən
təmizlənərək işğaldan azad edildi, 320 erməni
silahlısı məhv edildi. Bu, Azərbaycan Ordusunun
böyük tarixi qələbəsi idi. Bu, Azərbaycan
Ordusunun gücünü, qüdrətini, döyüş əzmini,
qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə
xalqın birliyinin qələbəsi kimi tarixləşdi.
Bu qəhrəmanlar və həmin həlledici günlərdə
ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən,
cəbhəyə axışan xalqımız dünyaya göstərdi
ki, biz torpaqlarımızı düşmən
işğalından azad etməyə qadirik. Müəyyən
dairələrin Azərbaycana qarşı istifadə etməyə
çalışdığı “uduzmuş tərəf”
sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları
darmadağın etdilər. Bu gün yalnız şəhid ailləri
deyil, bütün xalqımız aprel və vətən
müharibəsinin şəhidləri ilə qürur duyur. Bu
gün hər birimizin qəlbi yüksək iftixar hissi ilə
doludur. Bu il şanlı aprel döyüşlərindən 9
il ötür. O döyüşlərdə Azərbaycan əsgəri
nəyə qadir olduğunu bir daha sübut etdi.
Ermənilər Azərbaycan Ordusunun qəhrəman
zabit və əsgərlərinin qorxmazlığı,
şücaətindən qorxuya düşdülər. Əminəm
ki, Ermənistan və onlara havadarlığ edən bədnam
dövlətlər 2016-cı ilin aprelində və 2020-ci il 44
günlük Vətən müharibəsində
aldığı bu kəsərli zərbəni heç vaxt
unudmayacaqdır.
Aprel döyüşləri Azərbaycanımızın
bugnki, Zəfər Qələbəsinin ilk qaranquşları
oldu.
Məhz aprel döyüşlərində Azərbaycan
əsgəri subut etdi ki, nəyin bahasına olursa, olsun
işğal altında olan torpağlarımızı yadelli
düşmənlərdən azad edəcək.
2020-ci il tarixlərində, 44 günlük Vətən
müharibəsində Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzəffər
Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyətli
rəhbərliyi ilə və şəhidlərimizin qəhrəmanlığı,
qanları bahasına işğal olunmuş
torpağlarını ermənilərdən qeyri-şərtsiz
azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa
olundu.
Vətən Müharibəsində, Ermənistanın
ordusunun Xocalıda, Xankəndində, Şuşada, Kəlbəcərdə,
Laçında olan əsas döyüş texnikaları,
sursatları və əsgəri qüvələrinin hamsı
ilk günlərdə Xocəvənd, Fizuli, Hadrut, Ağdam, Zəngilan,
Cəbrail və Qunadlı ərazilərinə gətirilərək,
orada Müzəfər Azərbaycan Ordusu tərəfindən
yarsı döyüş zamanı məhv edilmiş, yarsı
isə atıb qaçdlıqlarından, ordumuz təfindən
işlək vəziyyətdə qənimət kimi ələ
keçirildi.
Aprel və 44 günlük Vətən müharibəsinin
döyüşləri bir daha əminliklə təsdiqlədi
ki, Azərbaycan Ordusu digər torpaqlarını işğaldan
azad etməyə qadirdir və Azərbaycan dövləti, Azərbaycan
xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin
yaranmasına heç zaman imkan verməyəcəkdir”.
S.Orucovun sözlərinə görə, əminliklə
təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir,
ordu da xalqa arxalanır. Bu qələbə ermənilərin
illərlə formalaşdırmaq istədiyi “qalib” rəyin
puç olduğunu da təsdiqlədi. Ordumuzun gücü həm
də bu amillə bağlıdır.
Qanı, canı, və bütün varlığı
ilə doğma Vətənə olan tükənməz
sevgisini ortaya qoyaraq sarsılmaz döyş ruhunu həm
düşmənlərimizə eləcədə, onların
havadarlarına nümayiş etdirdilər. Xalqımız 30 il ərzində
bu qələbə müjdəsini səbirsizliklə gözləyirdi.
Bundan sonra isə, şəhidlərimizin qanları
bahasına əldə etdiyimiz Azərbaycan dövlət
müstəqilliyini və ərazi
bütövlüyünü qoruyub saxlamaq Azərbaycan ordusu ilə
yanaşı, milli mənsubiyyətindən aslı olmayaraq bütün
Azərbaycan vətəndaşlarının müqəddəs
vəzifə borcudur: “Buna görə də “ARBƏD”- Fondunun
üzüvləri yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik
ruhda tərbiyə olunmaları istiqamətində, Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Azərbaycanda “Vətənin müdafiəsinə hazıram!”
devizi altında gənclər təşkilatları və vətəndaş
cəmiyyəti institutlarının iştirakı ilə
reallaşdırılmış tədbirlərdə gənc nəslin
müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi
və psixoloji cəhətdən hazırlığının
artırılmasına, onların Vətənə sadiqlik
ruhunda tərbiyə edilməsinə xüsusi önəm
verilməsində yaxından iştirak edir.
Məqsədimiz yeniyetmə və gənclər
arasında hərbi-vətənpərvərlik ruhunu daha da
yüksəltməkdir. Belə görüşlərdə
Aprel döyüşlərinin və 44 günlük Vətən
müharibəsin əhəmiyyəti barədə də
söz açmağı özümüzə mənəvi
borc bilirik.
Bu gün biz aprel döyüşlərini Qarabağda
böyük qələbəmizə aparan şanlı və
müqəddəs yolun başlanğıcı hesab edirik.
“Canlarını vətən, millət, dövlət
uğrunda qurban vermiş şəhidlər həm dini
nöqteyi- nəzərdən, həm də bəşəri cəhətdən
şərəfli və müqəddəs bir yolun
yolçularıdırlar. Şəhidlərimiz daima ehtiram
hissi ilə yad olunublar və olunacaqlar. Nə qədər ki,
Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimiz
də qəlblərimizdə yaşayırlar və
yaşayacaqlar. Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünün müdafiəsi uğrunda Şəhid
olmuş insanların adı daimi qəlbimizdədir! Onların
xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən
çıxmaz, unudulmaz”.
Siyasi ekspert Əkrəm Bəydəmirli isə deyib
ki, Aprel döyüşləri çox ciddi psixoloji
dönüşə səbəb oldu: “Aprel döyüşlərini
qürurla anırıq. O zaman düşmən tapdağı
altında qalmış 2000 hektar ərazi Ordumuz tərəfindən
azad edildikdən sonra Azərbaycan cəmiyyətində
növbəti qələbələrə inam yarandı.
Xalqımızın həsrətində olduğu belə qələbələrin
davamlı olacağına, bütün
torpaqlarımızın azad olunacağına inam yarandı.
Bütövlükdə ordu-xalq vəhdəti özünü
yüksək səviyyədə göstərdi. Bu vəhdətin
nəticəsini biz 44 günlük II Qarabağ müharibəsində
gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar
Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi.
Bir məqamı xüsusilə qeyd etmək istərdim.
Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan
gənci hərbi xidmətə çağırış vərəqəsini
gözləmədən döyüşmək istəyi ilə
səfərbərlik qurumlarına müraciət etdi. Əməliyyat
gedən əraziyə bu gəncləri buraxmamaq
üçün bir sədd yaradılmışdı. İstər
2016-cı il Aprel döyüşlərində, istərsə
də 2020-ci ilin 44 günlük Vətən müharibəsində
Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən
qorxub qaçan erməni əsgərlərini saxlamaq
üçün sədd çəkmişdilər, hətta
onları geriyə qaytarmaq üçün güllə ilə
vururdular. Hər iki döyüş Ermənistan ordusundakı
fərarilərin sayının artdığını göstərdi.
Bundan əlavə ermənilər tərəfdən
uydurulmuş məğlumedilməz ordu mifi tamamilə
dağıdıldı. Digər tərəfdən Aprel
döyüşləri çox ciddi psixoloji dönüşə
səbəb oldu. Azərbaycan cəmiyyətində xeyirin
şər üzərində mütləq qalib gələcəyi
tendensiyası möhkəmləndi. Yekunda ilahi ədalət II
Qarabağ müharibəsidə bərqərar oldu. Belə
qalibiyyət, tarixi Zəfər
düşünülmüş strateji siyasət və
böyük fədakarlıq nəticəsində
qazanılıb. Bu müqəddəs yolda qurban gedən
bütün şəhidlərimizi ehtiramla anırıq”.
Cavid
Xalq Cəbhəsi .- 2025. -3 aprel(№12).- S.9.