Milli dəyərlərimizi qoruyaq və yaşadaq
Könül Quliyeva: “Ailə və məktəb gənclərin
formalaşmasında, vətənpərvər ruhda
böyüməsində birbaşa iştirak edir”
Ulu öndər Heydər Əliyev: “Biz öz milli dəyərlərimizlə
fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər
boyu xalqımızın həyatında,
yaşayışında formalaşıbdır. Milli dəyərləri
olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz...
Biz heç vaxt öz milli dəyərlərimizi
unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək,
ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək
işlərimizin zəmanətidir”.
Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev:
“Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc
və güclü dövlətimiz möhkəm təməl
üzərində qurulub. Çoxəsirlik tarix, mədəniyyət
üzərində qurulub. Milli-mənəvi dəyərlər
bizim üçün ən vacib məsələdir. Biz təbii
ki, ümumbəşəri dəyərləri
bölüşürük. Ancaq bizim üçün
başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.
Azərbaycan xalqı hər zaman milli dəyərlərə
sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə
yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə
ölkəmizdə milli dəyərlərimizin qorunması və
onun gələcək nəsillərə
çatdırılması aktual olub. Elə
günümüzdə də bu müsbət tendensiya
özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin
Azərbaycan xalqının formalaşmasına təsiri
böyük olduğu kimi, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu var.
Azərbaycan xalqı hər zaman milli dəyərlərə
sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə
yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə
ölkəmizdə milli dəyərlərimizin qorunması və
onun gələcək nəsillərə
çatdırılması aktual olub. Elə
günümüzdə də bu müsbət tendensiya
özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin
Azərbaycan xalqının formalaşmasına təsiri
böyük olduğu kimi, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu var.
Milli ideologiyamızın mühüm tərkib hissələrindən
biri ümumbəşəri dəyərlərdir. Bu barədə
Ümummilli lider Heydər Əliyev deyib: “Mən bu gün bir
azərbaycanlı kimi, özündə həm milli-mənəvi
dəyərləri, həm də ümumbəşəri dəyərləri
cəm edən bir insan kimi deyirəm ki, bizim
xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən
böyük sərvətidir, milli sərvətidir. Bizdə nə
qədər gözəl əxlaqi qaydalar var, bunlar əsrlər
boyu formalaşıb, məsələn, kiçiyin
böyüyə hörməti, böyüyün kiçiyə
qayğısı, övladın valideynlərinə hədsiz
hörməti, valideynlərin də öz övladlarına
olan qayğısı və məhəbbəti. Bu, bizim
xalqımızın mentalitetidir. Ümumbəşəri dəyərlər
konstitusiyamızda öz əksini tapıbdır. Biz hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu prosesi
aparırıq. Bax bu bir cümlədə ümumbəşəri
dəyərlərin ifadəsi öz yerini tapıbdır.
Ümumbəşəri dəyərlərlə milli-mənəvi
dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın
bu günü və gələcəyidir”.
Milli-mənəvi dəyərlərimizin qorunub
saxlanmasında vətəndaş cəmiyyəti
institutları da üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirirlər. Belə ki QHT-lər milli mənəvi
dəyərlərimizin qorunub saxlanması, gələcək nəsillərə
çatdırılmas və inkişaf etdirilməsi,
onların yad təsirlərdən qorunması ilə
bağlı ictimiayyət arasında uğurla maarifləndirici
tədbirlər həyata keçirirlər. QHT-lərə
Dövlət Dəstəyi Agentliyinin bu il elan etdiyi qrant
müsabiqəsində də bu mövzuya da geniş yer ayrılıb.
Müsabiqədə qaliblərdən biri də
“Uşaqların Gələcəyi Naminə” İctimai
Birliyidir. Birliyin sdəri Könül Quliyeva qəzetimizə
verdiyi açqlamada layihənin həyata keçirilməsindən
bəhs edib. QHT sədri qeyd edib ki, milli-mənəvi dəyərlərimizin
Azərbaycan xalqının formalaşmasına təsiri ilə
yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində
də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən
dini dəyərlərimizin, adət-ənənələrimizin
dərindən öyrənilməsi və
araşdırılması müasir cəmiyyətimizin
prioritet istiqamətlərindən biridir: “Bu il həyata
keçirəcəyimiz layihənin əsas məqsədi
uşaqlar, yeniyetmələr və gənclərimizin milli
ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında
tərbiyə olunmasında, müasir tərbiyədə məktəbli-müəllim-valideyn
münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə
işində ideal məqsədin məzmununun müasir tələblər
baxımından dəyişməsinə dəstək olmaq. Bu
sahədə yaranan boşluqları aradan qaldırmaq
üçün məktəb-ailə arasında əməkdaşlığı
inkişaf etdirməkdir. Tərtər və Bərdə
rayonlarının hər birində ayrı-ayrılıqda 2 tədbir
keçirməyi, daha sonra layihə mövzuzuyla bağlı
yerli internet tv-də 3 maarifləndirici veriliş
hazırlamağı planlaşdırmışıq.”.
O, qeyd edib ki, Azərbaycan hər zaman milli-mənəvi
və bəşəri dəyərlərə ehtiram göstərən
məkan olub. Bu məmləkətdə əsrlərdən bəri
multikulturalizm və tolerantlıq ənənələri
mövcud olub, formalaşıb. Son illər ölkəmizdə
milli-mənəvi dəyərlərimizin təbliği və
inkişafı istiqamətində uğurlu işlər həyata
keçirilir. Mənəvi aləmimizi zənginləşdirən,
milli vəhdətimizi təmin edən dəyərlərimiz
sayəsində var olmuşuq və bu gün də varıq. Hər
bir şəxsiyyətin yetişməsində mühitdən də
əvvəl ailənin böyük rolu var. Əbəs yerə
ailəni kiçik dövlətə bənzətmirlər.
Əsas dəyərlər ailədə formalaşmağa
başlayır. Ədalət, humanizm, vətənpərvərlik,
xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik,
dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə,
soy-kökünə bağlılıq, böyüklərə
ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası
ailədə qoyulur. Sonradan bu tərbiyənin təkmilləşməsində
təhsil ocaqları, cəmiyyət mühüm rol oynayır.
Böyüklərə hörmət və ehtiram, uşaqlara
diqqət, qayğı və sevginin aşılanan, xalqın
milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə
rəğbət öyrədilən ailə adlı müqəddəs
ocaqda, böyüyüb boya-başa çatan, təhsil
aldığı məktəblərdə elmi biliklərə
yiyələnməklə bərabər, həm də vətəndaşlıq
ruhunda formalaşan gənclər ölkəsinin,
xalqının adını daha da yüksəklərə
qaldırırlar. Prezident İlham Əliyev Xankəndidə
Qarabağ Universitetinin açılışında deyib:
"Gənc nəsl milli ruhda böyüməlidir. Ona görə
biz - bütün cəmiyyət daim diqqətli
olmalıyıq. Tərbiyənin əsas mənbəyi ailə
və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət,
cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə
deyərlər, iqlim - bütün bunlar gənc nəslin
şüuruna, gələcəyinə ciddi təsir göstərir.
Ona görə bu məsələ daim diqqət mərkəzində
olmalıdır. Əminəm ki, belə də olacaq". Biz
heç vaxt öz milli dəyərlərimizi
unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək,
ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək
işlərimizin zəmanətidir. "Gələcək nəsillərə
maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm
də daha çox milli irs, milli mentalitet ərməğan
edilməlidir" - prinsipi əsas götürülməlidir:
“Cənab Prezident İlham Əliyev ötən il məlum
andiçmə mərasimindəki
çıxışında ailə və məktəbin rolu
barədə bir sıra məqamlara toxunub. Ölkə başçısının
fikrincə, biz elə bir gənc nəsil yetişdirməliyik
ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi
dəyərlərə sadiq olsunlar, beyinləri saf olsun:
“Heç kim onların beyinlərini zəhərləmək
istəyəndə uğura nail olmasın və burada, əlbəttə
ki, ilk növbədə, ailə tərbiyəsi ön plana
çıxır. Xoşbəxtlikdən, Azərbaycan ailəsi
sağlam ailədir, ənənələr, milli dəyərlər
üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər
bir gənc üçün, hər bir uşaq
üçün əsas tərbiyədir. İkinci yerdə məktəb
tərbiyəsidir və belə müzəffər gənclərimizin
yetişdirilməsində də Azərbaycan məktəbinin
çox böyük rolu vardır. Gənclərimizin milli
ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər
əsasında tərbiyə edilməsi, dırnaqarası
mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən
silinməsi - bu vəzifə bizim hamımızın
qarşısında durur, hər bir ailə
qarşısında durur və dövlət
qarşısında durur”.
Bu iki məsələnin vəhdəti çox
vacibdir. Çünki ailə və məktəb gənclərin
formalaşmasında, vətənpərvər ruhda
böyüməsində birbaşa iştirak edir. Ailə və
məktəb tərbiyəsi arasında dinamik əlaqənin təmin
olunması, bu məsələdə fasilənin yaranmasına
imkan verilməməsi və bir-birini tamamlaması çox
vacibdir. Hər iki sahə ilə bağlı olan müvafiq
icra, hökumət orqanlarının fəaliyyəti və s.
amillər vacibdir. Təbii ki, ailə tərbiyəsi
güclü olarsa, məktəbdə təhsilin səviyyəsi
üstün olarsa, bunlar bir-birini tamamlayarsa bütün bunlar
baş verməyəcək. Ancaq təssüflər olsun ki,
yeniyetmə və gənclər arasında narkomaniyaya aludəçilik
danılmazdır, məktəblərdə şagirdlər
siqaret çəkir, tez-tez məktəblilər arasında
bıçaqlanma hadisələri ilə üzləşirik,
bir sıra ailələr uşağın təlim-tərbiyəsi
ilə maraqlanmır və s. Boşluqları aradan qaldırmaq
üçün məktəb ilə ailə, müəllim ilə
valideyn arasında körpü yaratmaq, əməkdaşlıq
vacibdir. Bizim layihəmiz buna istiqamətlənib. Hər il
olduğu kimi bu il də donor təşkilatın dəstəyi
ilə layihəmizi müvəffəqiyyətlə başa
vuracağıq”.
K.Quliyevanın sözlərinə görə, milli-mənəvi
dəyərlər cəmiyyəti ayaqda saxlayan, ictimai həmrəyliyi
təmin edən əsas sütunlardır. Bu sütunlar nə
qədər güclü olsa, cəmiyyət də bir o qədər
mənfi yad təsirlərdən sığortalanmış
olar. Prezident İlham Əliyev də andiçmə mərasimində
məhz bu məqamı önə çəkir:
“Bütövlükdə milli-mənəvi dəyərlərə
gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır
və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir
və bunu sarsılmaz etmək bizim əlimizdədir”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 10 aprel(¹13).- S.9.