Təbiəti insansız, insanı təbiətsiz təsəvvür
etmək mümkün deyildir
Hər il aprelin 15-i dünyanın bir çox ölkəsində
Ekoloji Biliklər Günü qeyd olunur
Hər il aprelin 15-i dünyanın bir çox ölkələrində
ekolojı biliklər günü kimi qeyd olunur. Bu bayramın
tarixçəsi 1992-ci ildən başlayır. Həmin il
Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin
müzakirə olunduğu konfransında bəşəriyyətin
davamlı inkişafı üçün yaşama
strategiyanın həyata keçirilməsində
dünyanın bütün ölkələrinin əhalisinin
ekoloji təhsilinin böyük əhəmiyyəti
vurğulanıb.
Bu günün təsis olunmasının əsas məqsədi
ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin
formalaşması, ekolojı təhlükəsizlik sahəsində
görülən işlər və ətraf mühitin vəziyyəti
haqqında ictimaiyyətin məlumatlandırılması, habelə
ekoloji məsələlər barədə düşünən
vətəndaşın tərbiyəsi və
hazırlığıdır. Müasir dünyada ekolojı təhsilin
mühümlüyü artıq heç kimdə şübhə
doğurmur və bir çox ölkələrdə təhsil
və tərbiyənin prioritet istiqamətdir. Əhalidə
ekolojı mədəniyyətin və təbii mühitə
ehtiyatlı yanaşmanın formalaşması üzrə fəaliyyət
bütün bəşəriyyət üçün təhlükəsiz
gələcəyin təminatıdır.
Adətən bu gün ətraf mühit problemlərinə
diqqəti cəlb etmək, ekoloji təmiz təcrübələri
təşviq etmək və təbii həyatı qorumaq
üçün maarifləndirməni artırmaq məqsədilə
müxtəlif tədbirlərlə qeyd olunur.
Müasir dünyada ekoloji təhsilin əhəmiyyəti
artıq şübhə doğurmur və bir çox ölkələrdə
təlim və təhsilin prioritet sahəsidir. Əhali
arasında ekoloji mədəniyyətin
formalaşdırılması və təbii mühitə
hörmətlə bağlı fəaliyyət bütün bəşəriyyət
üçün təhlükəsiz gələcəyin
açarıdır.
“Ekologiya” (yunan dilindən “oikos” ev, sığınacaq
və “logos” elm) termini ilk dəfə 1866-ci ildə alman bioloqu
Ernst Hekkel tərəfindən işlədilib. Müasir mənada
ekologiya - orqanizmlərin bir-biri və ətraf mühiti ilə
münasibətləri haqqında elm deməkdir. Hazırda hər
kəs bəşəriyyətin artan tələbatları və
planetin azalmış imkanları arasında səmərəli
tarazlığa nail olmaq üçün və bu zaman onsuz da
pisləşmiş təbiətin vəziyyətini qoruyaraq
minimal ekoloji biliklərə və ətraf mühit ilə
ehtiyatlı qarşılıqlı təsir üsullarına
malik olmalıdır. Ekolojı təhsil və maariflənmə
təbiətin mühafizə problemlərinin həllində
mühüm vasitə kimi qəbul edilir.
Ekoloji təhsil və maarifləndirmə ekoloji problemlərin
həllinin ən mühüm vasitəsi kimi beynəlxalq səviyyədə
tanınıb. BMT-nin 2005-2014-cü illər üçün
elan etdiyi Davamlı İnkişaf naminə Təhsil Onilliyinin
proqramına bütün dünyada ekoloji təhsilin inkişaf
etdirilməsi vəzifəsi də daxil edilib ki, bu da bu gün
də aktual olaraq qalır.
Qeyd edək ki, Ekoloji Bilik Günü təkcə
ekoloji maarifləndirmə ilə məşğul olanlar
üçün deyil, həm də planetimizin bütün
sakinləri üçün əlamətdardır.
Çünki söhbət hamımız üçün gələcəkdə
təhlükəsiz həyatdan gedir. Bu gün ekoloji mədəniyyətin
aşılanması gələcək nəsillərin
sağlamlığının qorunmasının
açarıdır.
Əslində, bu istiqamətdə fəaliyyətlər
təkcə bu günlə məhdudlaşmır. İl ərzində
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
ölkə üzrə genişmiqyaslı tədbirlər həyata
keçirilir.
Bu tədbirlər çərçivəsində ali
və orta təhsil müəssisələrində, həmçinin
məktəbəqədər yaş qrupuna aid uşaqlar
arasında ətraf mühitin mühafizəsinə yönəlmiş
müxtəlif mövzularda maarifləndirici təlimlər,
görüşlər və praktik məşğələlər
təşkil olunur. Sözügedən fəaliyyətlər təkcə
Bakı-Abşeron bölgəsində deyil, eyni zamanda
regionlarda da Nazirliyin regional idarələrinin mütəxəssisləri
tərəfindən həyata keçirilir.
"Səma və Eko" Sosial-iqtisadi inkişafa
yardım İctimai Birliyinin sədri İradə Həsənova
qəzetimizə verdiyi açıqlamasında qeyd edib ki,
ekologiya canlı və cansız təbiətin
qarşılıqlı münasibətini öyrənən
elmdir. Ekologiya bizi əhatə edən mühiti, bütün
bitki və heyvanat aləmini, hava, su, torpaq, bitki aləmini,
faydalı qazıntılar və onların mühafizəsi,
ekosistemləri, bir sözlə təbiətin
dialektikasını öyrədir. Təbiəti insansız,
insanı təbiətsiz təsəvvür etmək
mümkün deyildir. Bəşəriyyətin müasir
yaşayışını və həyatını
ekologiyasız təsəvvür etmək olmaz. Sadə dillə
desək yaşamağı, oxumağı, saymağı bilmədən
yaşamaq nə dərəcədə çətindirsə,
ekologiyanı və onun əsaslarını öyrənmədən
yaşamaq bir o qədər çətin və mürəkkəbdir:
”Ekologiyanın əsas tədqiqat prinsipləri canlı sistemlərdir.
Bu termini ilk dəfə 1866- cı ildə alman bioloqu Ernst
Hekkel elmə gətirmişdir. Ekologiya termini ilk dəfə
olaraq onun ”orqanizmin ümumi morfologiyası” əsərində
işlənmiş, sonradan bu anlayış geniş
yayılaraq bu günümüzə gəlib
çatmışdır. Ekologiyanın ayrı-ayrı sahələri
elmi təcrübələr halında işlənmiş, illər
boyu formalaşaraq ayrıca elmi formasını
almışdır. Ayrıca bir elm kimi formalaşana qədər
ekologiya gərgin diskussiya və mübahisələrlə zəngin
bir inkişaf yolu keçmişdir.
Planetimizin bəşəriyyət
qarşısındakı imkanları ildən ilə azalmaqda
davam edir. Bu fonda təbiət bir sözlə ekoloji vəziyyət
pisləşməkdə davam edir. Ona görə də ekoloji
təhsil və maarifləndirmə təbiətin mühafizə
probleminin həllində əsas və mühüm vasitə
kimi qəbul edilir. İnsanların öz iqtisadi və digər
tələbatlarını ödəmək məqsədi ilə
təbiətə amansız ziyan vurur, hərəkətlərini
ekoloji dəyərlərə uyğunlaşdıra bilmirlər.
Bu da ekoloji vəziyyətin mürəkkəb hala gətirilməsinə,
insanla təbiət arasındakı balansın pozulmasına səbəb
olur.
Artıq illərdir ekoloji tarazlığın qorunub
saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və
atmosfer havasının çirklənmədən mühafizə
edilməsi ümumbəşəri problemə çevrilmişdir.
Dünyanı narahat edən qlobal problemlərdən
biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri
və onların canlı aləmə təsiri dünya
ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir.
İstixana qazlarının emissiyalarının artması ilə
təbii istixanaların təsirinin güclənməsi, yer səthi
və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir.
İqlim dəyişmələri təbii ekosistemlərə,
eləcə də məhsuldarlığa mənfi təsir
göstərir ki, bu da bəşəriyyəti təhlükəyə
məruz qoya bilər”.
QHT sədri onu da qeyd edib ki, təsadüfi deyil ki,
artan ekoloji problemlemlərin fonunda hər il aprel ayının
15-i dünyanın bir çox ölkələrində ekoloji
biliklər günü kimi qeyd edilir. Bu tarix 1992-ci ildə
BMT-nin ətraf mühitin mühafizəsi problemlərinə həsr
edilmiş konfransdan qaynaqlanır.
Bu günü qeyd etməkdə əsas məqsəd
maarifləndirmə yolu ilə ekoloji mədəniyyəti
insanlar arasında və cəmiyyətdə
formalaşdırmaqdan ibarətdir. Əsas məqsəd təbii
sərvətlərdən istifadə edilərkən ətraf
mühitə, təbii sərvətlərə, flora və
faunaya dəyan ziyanın qarşısını almaqdan ibarətdir:
“Ətrafımıza və ətrafımızdakı
canlılara qarşı məsuliyyətlərimizi yerinə
yetirməklə həm özümüzün, həm də təbiətin
sağlamlığını və xoşbəxtliyini
artıra bilərik. Ətraf mühit və canlılarla
harmoniyada yaşamaq həyatın mənasını və məqsədini
tapmağa kömək edir. Ətrafımıza və ətrafımızdakı
canlılara qarşı məsuliyyətlərimizi yerinə
yetirərək həm özümüzü, həm də ətrafımızdakıları
xoşbəxt edə bilərik.
Ətrafımıza və ətrafımızdakı
canlılara qarşı öhdəliklərimiz digər
canlı növlərinə, təbii ehtiyatlara və yer
üzündəki ekosistemə göstərməli
olduğumuz diqqət və qayğını ifadə edir.
Tək bir dünyada yaşadığımız
üçün istehsaldan istehlaka qədər hər yerdə
ətraf mühitə qarşı həssas olmalı, onu
qorumaq və gələcək nəsillərə yaşana bilən
bir dünya buraxmaq üçün hər cür tədbir
görməliyik.
Ətraf mühiti qorumaq və inkişaf etdirmək
üçün bütün insanlar hər günü
ekologiya günü kimi qəbul etməli və qaydalara
uyğun hərəkət etməli, şüurlu
davranmalıdırlar”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 17 aprel(¹14).- S.9.