Böyük Qayıdış uğurla, sürətlə
davam edir
Otuz ilə yaxın davam edən işğal
dövründə xarabalığa çevrilən Qarabağ
və Şərqi Zəngəzur bu gün özünün
yeni inkişaf dövrünü yaşayır. 44 günlük
Vətən müharibəsində qazanılan qələbədən
sonra 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev xalqa
müraciətində işğaldan azad edilən
torpaqların yenidən qurulacağını bildirib: “Məcburi
köçkünlər yaxşı bilirlər ki, onların
öz dədə-baba torpaqlarına qayıtması
üçün biz əlimizdən gələni edəcəyik,
işğaldan azad edilmiş bu torpaqları yenidən
quracağıq”.
Artıq Qarabağ və Şərqi Zəngəzur
gündən-günə inkişaf edir, dirçəlir,
çiçəklənir. İnkişafla yanaşı
Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq, işğaldan azad edilən ərazilərə
Böyük Qayıdış davam etdirilir. Azad edilən və
yenidənqurma, bərpa işləri aparılan
torpaqlarımızda minlərlə soydaşımız məskunlaşıb,
köç prosesi indi də davam etdirilir.
Aprelin 22-də respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən ibarət
növbəti köç karvanı Tərtərdən
Ağdərənin Həsənriz kəndinə yola
salınıb. Həsənriz kəndinə bu mərhələdə
20 ailə - 68 nəfər köçürülüb. Onlara
mənzillərin açarları təqdim edilib.
Ötən günlərdə də Ağdam rayonunun
yenidən qurulan Sarıcalı kəndinə və Xocalı
rayonunun Ballıca kəndinə növbəti köç
karvanı yola salınıb.
Sarıcalı kəndinə köç edənlər
Respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir. Bu mərhələdə
kəndə 34 ailə - 141 nəfər
köçürülüb.
Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə
köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir. Bu mərhələdə
kəndə 21 ailə - 83 nəfər
köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər. Onlar, həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Ağdam rayonunun Sarıcalı kəndinə
köç edən keçmiş məcburi
köçkün Əliyev Sərvər deyib ki,
torpaqlarımız işğal ediləndən sonra müxtəlif
yerlərdə məskunlaşmışdım.
Yaşayış şəraitimiz yaxşı deyildi. Bu
gün isə bizə Sarıcalı kəndində gözəl
həyəti olan ev verəcəklər. Ailəmlə birgə
orada firavan yaşayacağam.
“Bizi Qarabağımıza qaytardığına, belə
gözəl evlərlə təmin etdiyinə görə
Prezidentimizə minnətdarlığımı bildirirəm.
Allah Ordumuzu, dövlətimizi qorusun”, - deyə keçmiş
məcburi köçkün bildirib.
Ağdam rayonunun Sarıcalı kəndinə
qayıdan keçmiş məcburi köçkün Almas
Əliyeva isə deyib ki, doğma yurdumuzu tərk edəndə
cavan idim. İndi o torpaqlara qızım, oğlum, gəlinim və
nəvələrimlə qayıdıram.
“Otuz ildən də çox bir müddətdə
doğma elimizdən ayrı qaldıq. Yurdumuza qayıtmaq əlçatmaz
arzu kimi görünsə də, ürəyimizdə bir
ümid var idi ki, biz qayıdacağıq. Allaha çox
şükürlər olsun ki, arzularımız gerçəyə
çevrilib. Bu sevinci bizə yaşatdığına görə
Prezident İlham Əliyevə, Ordumuza minnətdaram. Allahdan
şəhidlərimizə rəhmət, qazilərimizə
şəfa diləyirəm”, - deyə keçmiş məcburi
köçkün bildirib.
Daha sonra Sarıcalı və Ballıca kəndlərinə
köçən ailələrə mənzillərin
açarları təqdim edilib.
Açarların təqdim edilməsi mərasimində
Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında, həmçinin Ağdam, Füzuli və
Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin əməkdaşları,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri
iştirak ediblər.
Onu da qeyd edək ki, aprelin 9-da da Ağdərə
rayonunun Suqovuşan kəndinə növbəti köç
karvanı yola salınıb.
Bu mərhələdə kəndə 54 ailə (179 nəfər)
köçürülüb.
Suqovuşan kəndinə köç edənlər
ölkənin müxtəlif yerlərində, əsasən,
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Qeyd edək ki, Suqovuşan kəndinə
planlaşdırılan köçlə bağlı
ümumilikdə 180 ailə (591 nəfər) siyahıya
alınıb. Köçün ilkin mərhələsində
kəndə 20 ailə köçürülüb. Bu, kəndə
köçün 4-cü mərhələsidir. İlk olaraq
20 ailənin köçdüyü Suqovuşan kəndinə
aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə
köçürülüb. Bununla da Suqovuşana
köçürülən ailələrin sayı 180-ə
çatdırılıb.
Elə həmin gün Suqovuşan kəndinə
köçən ailələrə mənzillərin
açarları təqdim edilib.
Açarların təqdim edilməsi mərasimində
Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin əməkdaşları,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri
iştirak ediblər.
Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə
ölkənin müxtəlif yerlərindən, əsasən,
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələr köç ediblər.
Artıq doğma kəndinə köçən ailələrin
sayı 180-ə çatdırılıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür
ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi
Zəngəzurda, ora köçürülən
keçmiş məcburi köçkünlərlə
yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, ümumilikdə 40 minə yaxın insan
yaşayır.
Yeri gəlmişkən, Ağdam şəhərində
də yenidənqurma, abadlıq işləri müvəffəqiyyətlə
davam etdirilir.
Bu işlərin ardınca şəhərin 5-ci
yaşayış massivi üzrə binaların tikintisinə başlanılır.
Belə ki, qeyd olunan yaşayış massivi çərçivəsində
məhəllə O-120, O-122, O-128, O-140 üzrə binalar
inşa olunacaq.
Artıq bununla bağlı Ağdam, Füzuli və
Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə
Xidmətində müvafiq işlərə start verilib.
Qurum görüləcək cəmi işlərin 48,5
milyon manata başa gələcəyini
proqnozlaşdırıb.
Deputat Vüqar Bayramov deyib ki, işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na uyğun olaraq Qarabağ və
Şərqi Zəngəzura qayıdanların sayı bu il 40
minə, gələn il isə 140 minə çatacaq.
"Həmin ərazilərin qısa müddətdə
bərpası və yenidən qurulması Azərbaycanın
gücünün, ölkə Prezidentinin rəhbərliyi ilə
həyata keçirilən iqtisadi siyasətin nəticəsidir",
- deyə o qeyd edib.
Xankəndidə diplomatik korpus nümayəndələri
ilə görüşündə çıxış edən
Prezidentin Xankəndi şəhərində, Ağdərə
və Xocalı rayonlarında xüsusi nümayəndəsi
Elçin Yusubov deyib ki, Azərbaycana qarşı
işğalçılıq siyasəti həyata keçirən
ermənilər Xankəndi şəhəri və ətraf
yaşayış məntəqələrində Azərbaycan
xalqına məxsus mədəni, dini, tarix abidələr və
qəbristanlıqları məhv edib. Onlardan fərqli olaraq, bu
gün Azərbaycan dövləti tərəfindən Xankəndi
şəhərində olan erməni qəbristanlıqları
və kilsələr qorunub saxlanılır. Xankəndi şəhərindəki
erməni sakinlər bu gün burda rahat və təhlükəsiz
yaşayırlar.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə
bu gün geniş tikinti-bərpa işləri həyata
keçirilir. Yeni müasir avtomobil yolları, dəmir
yolları, hava yolları çəkilir. Yaşayış məntəqələri
elektrik enerjisi, içməli su və təbii qazla təmin
edilir. Ərazilərdə geniş yaşıllıq
zolaqları salınır. Xankəndi şəhərində
Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən məlumata görə, Xankəndi
şəhəri və digər yaşayış məntəqələri
sahibkarlar üçün əlverişli mühit
formalaşdırır.
Xankəndi şəhəri, Ağdərə və
Xocalı rayonlarında 439 sahibkarlıq subyektləri tərəfindən
30 milyon manat investisiya qoyulub. Özəl sektor üzrə 1900-ə
yaxın şəxs işlə təmin edilib. İlin sonuna qədər
bu rəqəmin 3 mindən artıq olması
planlaşdırılır. Əhalinin məşğulluğu
təmin edilir, yeni iş yerləri yaradılır. Əhalinin
geri dönüşü üçün ərazilərdə
yeni təhsil ocaqları, tibb məntəqələri və
digər lazımı infrastruktur yaradılır. Böyük
qayıdış proqramı çərçivəsində
geri qayıdan əhali bu xidmətlərindən istifadə
edir.
Ərazilər minalardan təmizlənir, bu işlər
üçün xarici mütəxəssislər də cəlb
edilir. Mina və partlamamış hərbi sursatlardan təmizlənən
ərazilərdə plana uyğun olaraq tikinti işləri həyata
keçirilir. Xankəndi şəhərinin Baş planı da
hazırlanır. Xankəndi şəhəri, Ağdərə
və Xocalı rayonları ərazisində 7
yaşayış məntəqəsində ümumilikdə 12
minə yaxın insanın daimi məskunlaşması təmin
edilib. Xocalı rayonunun Ballıca kəndində 136 ailə
olmaqla, 660 sakinin, Ağdərə rayonunun Həsənriz kəndində
70 ailə olmaqla 238, Suqovuşan kəndinə 180 ailə
olmaqla 592, Talış kəndində isə 20 ailə olmaqla
90 sakinin köçü təmin edilib. Bu ilin sonuna qədər
əhalinin qayıdışı nəzərdə tutulmuş
24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda
tikinti-bərpa işləri davam etdirilir, digər 8
yaşayış məntəqəsində lahiyələndirmə
və hazırıq işləri aparılır.
Maliyyə Nazirliyindən bildirilib ki, işğaldan
azad olunmuş ərazilərin yenidən qurulması və bərpası
məqsədilə 2025-ci ilin 1-ci rübündə
sifarişçi təşkilatlar tərəfindən
müvafiq layihələr üzrə təqdim edilmiş kassa
sifariş sənədləri əsasında illik nəzərdə
tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3
milyon manat vəsait istifadə olunub.
Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın
işğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası üçün dövlət
büdcəsindən 17,6 milyard manat, o cümlədən
2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb.
2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait
ayrılması nəzərdə tutulub.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 24 aprel(¹15).- S.9.