Ölkədə fikir, söz və məlumat
azadlığı qorunur
Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə
avqustun 6-da imzaladığı fərman Azərbaycanın azad
mətbuatının inkişafına növbəti töhfə
olub. Həmin gün tarixə Azərbaycanda söz və mətbuat
üzərindən senzuranın götürülməsi
günü kimi daxil olub. Beləki ümummilli lider Heydər
Əliyev 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan
Respublikasında söz, fikir və mətbuat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” Fərmanla Azərbaycanda milli mətbuatın
demokratik inkişafına dövlət qayğısı modeli
təqdim edilib. Ümummilli Lider Azərbaycana rəhbərlik
dövrdə nəinki senzuranı ləğv edib, həm də
azad mətbuatın qarantı olan, milli mətbuatımızın
peşəkarlığının artırılmasına təkan
verib. Senzuranın ləğvindən sonra kütləvi
informasiya vasitələri üzərindən əlavə dəyər
vergisi götürülüb, ölkəyə gətirilən
qəzet kağızına tətbiq olunan gömrük
rüsumu tamamilə azaldılıb.
1999-cu ildə “Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və
dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək
işini xeyli asanlaşdırıb. 2001-ci ildə ölkədə
kütləvi informasiya vasitələrinə dövlət
qayğısının artırılması haqqında verilən
fərman və sərəncamlar mətbuata göstərilən
qayğının həcmini daha da artırıb. Bunun nəticəsi
olaraq 2002-ci ildə ümummilli lider Heydər Əliyev
“Jurnalistlərin dostu” elan edilib. Ümummilli Lider Heydər
Əliyev mətbuatın gücünü yüksək qiymətləndirərək
deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri
Azərbaycan xalqının azadlıq, müstəqillik
uğrunda mübarizə tarixinin tərkib hissəsidir.
"Əkinçi"dən üzü bəri azadlıq,
demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini
biz milli mətbuatımızın səhifələrindən
öyrənmişik".
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə
İctimai Birliyinin sədri Fizuli Kərimov deyib ki, Ölkəmizdə
söz və mətbuat azadlığının hüquqi təminatını
təşkil edən mükəmməl qanunvericilik bazası
yaradılıb, O qeyd edib ki, hələ 1998-ci il avqustun 6-da
ümummi lider Heydər Əliyev Azərbaycan
Respublikasınında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında Fərman imazalayıb. Bu fərmanla
mətbuata nəzarət edən baş idarə ləğv
olundu. Həmçinin həmin sənəddə ölkəmizdə
fəaliyyət göstərən aparıcı mətbu
orqanların maddi-texniki imkanlarının gücləndirilməsi
və s. kimi məsələlər də öz əksini
tapdı.
Dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın
inkişafına xidmət edən addımları
sırasında 1999-cu ildə "Kütləvi informasiya vasitələri
haqqında” qanunu təsdiqləməsi xüsusi əhəmiyyət
kəsb edir. Bu sənədlə ölkəmizdə yeni mətbuat
orqanlarının təsis olunması prosesi xeyli
asanlaşdırıldı. "2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün Tədbirlər
Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə
baxılması, informasiyaların mühafizəsi, məlumat
azadlığı, radio-televiziya yayımları, İTV və
radio haqqında müxtəlif qərar və qanunlar qəbul
etməklə KİV-in fəaliyyətinin genişləndirilməsi
təmin edildi. 15 mart 2003-cü ildə Jurnalistlərin I
Qurultayında jurnalistlərin qeyri-hökumət təşkilatı
olan, özü-özünü tənzimləyən Mətbuat
Şurası yaradıldı: “Azərbaycan
Respublikasının Konstitusiyasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətimizin ali məqsədi kimi təsbit
edilib. Bu məqsədə nail olmaq və müvafiq hüquqi
mexanizmlər yaratmaq üçün dövlətin
siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi
sahəsində ciddi tədbirlər görülür: “Ölkəmizdə
demokratik cəmiyyətlərə xas olan institutların
formalaşdırılması və azad siyasi fəaliyyət
üçün hər cür şərait yaradılıb.
İlk dəfə çoxpartiyalılıq əsasında,
demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi
ilə siyasi plüralizm, söz, mətbuat, vicdan
azadlıqları, insan hüquqlarının müdafiəsi və
qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul
edilib.
Ümumbəşəri dəyərlərin
üstünlüyünü, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunu özünün inkişaf modeli
kimi qəbul edən Azərbaycan Respublikası insan
hüquqları, söz və mətbuat
azadlığının təmin edilməsi ilə
bağlı mövcud olan əksər beynəlxalq konvensiya və
sazişlərə qoşulub. Kütləvi informasiya vasitələri
demokratiya və aşkarlığın mühüm vasitəsi
hesab olunur. Azərbaycan dövləti onların müstəqil
qurulması, azad fəaliyyəti və inkişafı
üçün zəruri tədbirlər görür. Bu
gün Azərbaycan Respublikasında yüzlərlə qazet və
jurnal, onlarla radio və televiziya şirkəti,
çoxsaylı informasiya agentlikləri fəaliyyət
göstərir. Onların böyük əksəriyyəti
özəl qurumlara, ayrı-ayrı şəxslərə və
müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara
məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən
fikri demək, dövlət sirri təşkil etməyən istənilən
faktı açıqlamaq üçün qeyri-məhdud
imkanlar vardır.
Azərbaycanda söz, mətbuat
azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların
və dövlətin mənafeyi naminə düzgün, səmərəli
istifadə edilməsi sahəsində müəyyən problemlər
də mövcuddur ki, onların həlli istiqamətində
ardıcıl tədbirlər tələb olunur. Bu gün Azərbaycanda
söz və mətbuat azadlığının qorunması
azad medianın inkişafına səbəb olan amillərdən
biridir. Ölkəmizdə fikir və söz
azadlığının qorunması region ölkələri
üçün də nümunə hesab oluna bilər. Ulu
Öndərin mətbuata dövlət qayğısı istiqamətində
həyata keçirdiyi siyasəti bu gün onun layiqli varisi
Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkədə
güclü, müstəqil, obyektiv informasiya
daşıyıcısı olan, dövlətçilik prinsiplərinə
sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi
olan mətbuatın formalaşması və inkişafı
dövlətin bu sahədəki siyasətinin əsas xəttini
təşkil edir. Dövlətimizin başçısı digər
peşə sahibləri kimi, jurnalistlərin də sosial vəziyyətinin,
həyat şəraitlərinin
yaxşılaşdırılmasını daim diqqətdə
saxlayır”.
O, qeyd edib ki, müstəqilliyimizin ilk illərində
digər sahələrdə olduğu kimi, mətbuat sahəsində
də böyük problemlər mövcud idi. Ümummilli lider
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
bütün sahələrdə olduğu kimi, medianın
inkişafında da böyük üfüqlər
açıldı. O, ölkə həyatının digər
sahələrində olduğu kimi, milli mətbuatımızda
yaranan problemləri də uğurlu və
düşünülmüş siyasəti sayəsində
aradan qaldırmağa başladı. Ölkənin müvafiq
qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan
söz və mətbuat azadlığının təmin
olunması ilə əlaqədar mövcud beynəlxalq
konvensiyalara və sazişlərə qoşuldu. Müstəqil
Azərbaycan dövləti ölkədə insan
hüquqlarının müdafiəsi, söz və mətbuat
azadlığı kimi məsələlərə xüsusi
önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət
həyatında üstün yer tutması, maneəsiz
yayılması üçün zəruri addımlar atıb.
Hazırda Azərbaycanda dünya standartlarına uyğun media,
elektron və yazılı KİV-lər formalaşıb.
Müstəqil KİV-lərin sayına görə Azərbaycan
MDB və Şərqi Avropa ölkələri arasında
qabaqcıl mövqelərdən birini tutur”.
QHT sədri, siyasi ekspert Fuad Əliyevin fikrincə,
Ümummilli liderin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra ölkədə müstəqil
mətbuat inkişaf etməyə başlayıb, söz və
məlumat azadlığının yüksək səviyyədə
təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilib. Ulu öndərin 1998-ci
il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən
“İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı”, həmçinin, 1998-ci il avqustun 6-da
imzaladığı “Azərbaycan Respublikasında söz, fikir
və mətbuat azadlığının təmin edilməsi
sahəsində tədbirlər haqqında” Fərman ölkədə
söz, mətbuat və fikir azadlıqlarının təminatına
əlverişli şərait yaradıb. 2000-ci ildə isə Mətbuat
və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin
mətbuat üzərində nəzarətinə tamamilə
son qoyub. 1999-cu ildə “Kütləvi informasiya vasitələri
haqqında” Qanunun, sonrakı dövrlərdə isə “Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında”, “Məlumat azadlığı haqqında”,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında”, “Ətraf mühitə dair
informasiya almaq haqqında” qanunlarının qəbul edilməsi
də kütləvi informasiya vasitələrini cəmiyyətin
dinamik şəkildə demokratikləşməsinə təsir
edən qüdrətli vasitəyə çevirib. Ulu öndərin
2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən
“2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün Tədbirlər
Proqramı” isə bu sahənin maddi-texniki bazasının
gücləndirilməsində mühüm rol oynayıb:
“Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi bu
siyasət hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Belə ki, fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi
ölkə başçısının daim diqqət mərkəzindədir.
Son illərdə ölkəmizdə azad mətbuatın
inkişafına dövlət qayğısı olduqca yüksək
səviyyədədir. Dövlət başçısının
mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını
təşkil edir. Belə ki, Milli mətbuatın
yaranmasının ildönümlərində Prezident İlham
Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi,
media subyektlərinə yardımların ayrılması azad
sözün qorunması, inkişaf etməsi, ümumən,
peşəkarlığın yüksəldilməsinə
öz töhfəsini verib. Bu il iyulu8n 22-də Milli Mətbuatımızın
yaranmasının 150 illik yubileyi də ölkə ərazisində
yüksək səviyyədə qeyd olundu. Cənab Prezidentin sərəncamları
ilə media sahəsində çalışan təcrübəli
jurnalistlərimiz orden, medallarla, fəxri adlarla təltif
olundular. Bu da onu deməyə əsas verir ki, ölkədə
azad mətbaut var, hökumət media sahəsində
çalışanlara böyük diqqət və
qayğı ilə yanaşır”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 7 avqust(¹28).-S.9.