Artan büdcə, sərmayələr və qiymətlər
2025-ci ilin ilk 7 ayında dövlət büdcəsinin
icrasında müsbət dinamika müşahidə olunub. Maliyyə
Nazirliyinin məlumatına əsasən, bu dövrdə xəzinədarlıq
orqanları tərəfindən 846 mindən çox ödəniş
tapşırığı icra edilib və dövlət
büdcəsinin gəlirlərinin icrasında yüksək
göstəricilər qeydə alınıb. Belə ki, cari
ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin
gəlirləri 23 480,9 milyon manat təşkil edib ki, bu da yeddi
aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10
560,8 milyon manat təşkil edərək proqnozdan 598,0 milyon
manat və ya 6,0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti üzrə
daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9
milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488,0 milyon manat təşkil
edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə
çox və Dövlət Neft Fondundan transfert isə 8 447,3
milyon manat təşkil edərək proqnoza qarşı 100
faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi
üzrə daxilolmalar 3 589,2 milyon manat təşkil edərək
proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az, dövlət
büdcəsindən maliyyələşən təşkilatların
ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon
manat təşkil edərək proqnoza qarşı 117,5 milyon
manat və ya 24,2 faiz az icra olunub. Dövlət büdcəsinin
xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 586,9
milyon manat proqnoza qarşı 19 944,6 milyon manat məbləğində
icra edilib ki, bu da 96,9 faiz təşkil edir.
İqtisadi islahatlar, əlverişli hüquqi və
institusional mühitin formalaşdırılması nəticəsində
Azərbaycanın investisiya cəlbediciliyi, xarici və yerli sərmayədarların
marağı artıb. Ölkəmizdə
reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf
strategiyasının nəticələri “Moody’s”, “Fitch Ratings”
kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini
tapır, ölkəmizin kredit reytinqi yüksəlir. 2025-ci
ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında əsas
kapitala qoyulan xarici investisiyalar əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə real ifadədə 28.6%
artaraq 2 mlrd. manatdan çox olub. Bu ilin birinci yarısında
özəl investisiyalar 16.5% artaraq 4.1 mlrd. manat təşkil
edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna
yönəldilən investisiyaların həcmi isə 27.8%
artaraq 2.2 mlrd. manata yaxın olub. Ümumilikdə cari ilin
birinci yarısında ölkə iqtisadiyyatına kredit
qoyuluşu 12%-dən çox artaraq 30.2 mlrd. manatı
ötüb.
2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9911,8
milyon manat məbləğində, yaxud əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 3,4 faiz
çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi 18,4 faiz
azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi isə 15,0 faiz artmışdır.
İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və
ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3335,2
milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5
milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin
tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş
investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini
daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala
yönəldilmiş investisiyaların 7822,3 milyon manatı və
ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə sərf olunmuşdur.
İnvestisiyalar artsa da, sənayedə geriləmə
qeydə alınıb. Bu, neft sektorunda istehsalın azalması
ilə bağlıdır. Belə ki, sənaye müəssisələri
və bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında
36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 2,3 faiz az sənaye məhsulu
istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib
ki, neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz azalıb, qeyri
neft-qaz sektorunda isə 5,5 faiz artıb. Sənaye məhsulunun
61,5 faizi mədənçıxarma sektorunda, 32 faizi emal
sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektorunda istehsal olunub. Mədənçıxarma
sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb, əmtəəlik
qaz hasilatı isə 0,2 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların
istehsalı 88,2 faiz, əczaçılıq məhsullarının
istehsalı 81,3 faiz, toxuculuq sənayesi məhsullarının
istehsalı 27,5 faiz, kimya sənayesi məhsullarının
istehsalı 10,7 faiz, qida məhsullarının istehsalı 10,6
faiz, maşın və avadanlıqların istehsalı 10,6
faiz, tütün məmulatlarının istehsalı 8,1 faiz,
rezin və plastik kütlə məmulatlarının
istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 1,4
faiz artıb. İçkilərin istehsalı 1,2 faiz, mebel
istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 5,8
faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz,
metallurgiya sənayesi məhsullarının istehsalı 12 faiz,
elektrik avadanlıqlarının istehsalı 12,2 faiz, avtomobil,
qoşqu və yarımqoşquların istehsalı 12,7 faiz,
maşın və avadanlıqların
quraşdırılması və təmiri işləri 16,8
faiz, kompüter, elektron və optik məhsulların
istehsalı 20 faiz, dəri və dəri məmulatlarının,
ayaqqabıların istehsalı 20,3 faiz, kağız və
karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının
istehsalı 28,1 faiz, geyim istehsalı isə 38,3 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı,
tullantıların təmizlənməsi və emalı
sektorunda isə 4,7 faiz artıb.
Bu arada ölkədən xaricə də sərmayə
axını qeydə alınır. Belə ki, Azərbaycan
2025-ci ilin birinci yarısında Türkiyə iqtisadiyyatına
ən çox birbaşa xarici investisiya yatıran ölkələr
sırasındadır. Bu barədə Türkiyə Prezident
Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin
rəhbəri Burak Dadlıoğlunun cari ilin yanvar-iyun
ayları üçün qardaş ölkənin
iqtisadiyyatına qoyulan investisiyalara dair bəyanatında
deyilir. onun sözlərinə görə, cari ilin ilk 6
ayında Türkiyəyə ən böyük birbaşa
xarici investisiya Niderlanddan daxil olub. Sonrakı yerlərdə
Qazaxıstan, ABŞ, Almaniya və Azərbaycan qərarlaşıb.
“İlin birinci yarısında Türkiyəyə ümumilikdə
6,3 milyard dollar birbaşa xarici investisiya yatırılıb ki,
bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə
27,1% çoxdur. Bu, investorların hökumətin iqtisadi
proqramına inamının daha bir sübutudur”, -deyə
Türkiyə Prezident Administrasiyasının nümayəndəsi
qeyd edib.Türkiyə Xarici İnvestorlar Dərnəyinin
(YASED) məlumatına görə, 2025-ci ilin yanvar-iyun
aylarında bu ölkənin iqtisadiyyatına birbaşa xarici
investisiyaların 5%-i Azərbaycanın payına
düşüb. Ümumilikdə, 2002-ci ildən bu günə
qədər Türkiyə iqtisadiyyatına 281 milyard birbaşa
xarici investisiya yatırılıb.
Bunlarla yanaşı, ölkədə 1% ətrafında
iqtisadi artım meyilləri də müşahidə edilir.
2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9
milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul
istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına
görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər
3,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artıb.
ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və
anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin
yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi
informasiya və rabitə sahələrinin, 21,1 faizi digər
sahələrin payına düşüb, məhsula və
idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM
7076,9 manata bərabər olub.
Bəs qiymətlər necə dəyişib? Hər
halda bahalaşma diqqət çəkməyə bilməz. Rsəmi
statistikaya əsasən, 2025-ci ilin iyul ayında istehlak qiymətləri
indeksi ötən ilin müvafiq dövrünə nisbətən
105 faiz, o cümlədən qida məhsulları, alkoqollu
içkilər və tütün məmulatları üzrə
106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə
göstərilmiş ödənişli xidmətlər üzrə
105,6 faiz təşkil edib. 2025-ci ilin iyul ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul
aylarında isə əvvəlki ilin müvafiq dövrünə
nisbətən 105,8 faiz olub. Bu ilin iyul ayında qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları
üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən
99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin
müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil
edib.Daha çox bahalaşma uzun düyünün, mal və
qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və
qarğıdalı yağlarının, limonun,
albalının, gilasın, əriyin, göyərtinin,
şokolad məmulatlarının, ucuzlaşma isə
yumurtanın, bananın, almanın, armudun, gavalının,
şaftalının, qarpızın, yemişin,
üzümün, ağ kələmin, xiyarın, pomidorun,
şirin bibərin, badımcanın, lobyanın, süfrə
çuğundurunun, yerkökünün, soğanın,
kartofun qiymətlərində müşahidə olunub.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 14 avqust(¹29).-S.12.