Azərbaycanın
növbəti diplomatik qələbəsi
ABŞ-a tarixi səfər və əldə olunan
uğur uzin müddət ərzində Bayden-Blinken
Administrasiyası, Makron, Avropa İttifaqı, Avropa
Şurası, Avropa Parlamenti və s. tərəfindən Azərbaycanı
güzəştlərə məcbur etmək siyasətinin tam
iflası oldu.
Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq
mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə
baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri
çəkilmədi, əsl Liderə xas olan qətiyyət və
prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasını
tam həcmdə bə uğurla reallaşdırdı.
Dünən Azərbaycanla təzyiq dilində
danışmağa çalışanlar, bu gün
reallığı qəbul etmək məcburiyyətindədirlər.
Bu, qalib Prezident, regiona sülh gətirən İlham
Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.
Politoloq Elşən Manafov qəzetimizə
açıqlamasında deyib ki,
gerçəkdən Vaşinqtonda Tramp
administrasiyasının vasitəçiliyi ilə Ermənistanla
sülh münasibətlərinin şərtləri ətrafında
əldə edilmiş bəyannamə Azərbaycan
diplomatiyasının, onun prioritet istiqamətlərini müəyyənləşdirən
Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi
olmaqla əldə edilmiş mühüm tarixi qələbədir.
Bu qələbə ilk növbədə rəsmi İrəvanın
siyasətini müəyyənləşdirən, onu uzun
müddət istiqamətləndirən Qərbin qlobalist dairələri
üzərində qazanılıb. Məhz onlar Ermənistan
hakimiyyətinin siyasətini yönləndirməklə uzun
müddət rəsmi Bakını qlobalistlərin təklif
etdiyi platformalar üzərində danışıqlar
masası arxasına keçirməyə, regionun geosiyasi
konfiqurasiyasını bəlli dairələrin cızdığı
ssenariyə uyğun şəkildə formalaşdırmağa
çalışmışlar. Bununla belə Prezident İlham
Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində
rəsmi Bakıya qlobalistlər tərəfindən olan təhdidlər
baş tutmamışdır: “ABŞ-da prezident seçkilərində
qlobalistlərlə bağlı Baydenin seçkilərdə
uğursuzluğundan sonra rəsmi Vaşinqtonun Cənubi
Qafqazla bağlı siyasətində Bakı
üstünlük təşkil etmişdir. Qlobalistlərin
seçkilərdə uğursuzluğu və Vaşinqtonda yeni
administrasiyanın münaqişə tərəfləri ilə
qurmaq istədiyi yeni tipli münasibətlər rəsmi İrəvanın
da, mövqeyinə təsirsiz ötuşməmiş,
Paşinyan Tramp administrasiyasının dəstəyini itirməmək
üçün Vaşinqton platformaslnda
danışıqların aparılmaslna razılıq verməli
olmuşdur. Trampın Avropa Birliyindən fərqli olaraq Ukrayna
probleminin həlli üçün Rusiya ilə
danışıqlara hazır olması Paşinyan
üçün həyəcan siqnalı olmuşdur.
Rusiyanın Ukrayna böhranın həlli ətrafında
Trampla qarşılıqlı komromislər hesabına
razılığa gəlmək ehtimalı Paşinyanı
hakimiyyətinin təhlükəsizliyi naminə
qabaqlayıcı addımlar atmaq məcburiyyətində
qoymuşdur.
Üstəlik Tramp administrasiyası da prezident
Trampın Nobel sülh mükafatına layiq olmasl fikrini əsaslandırmaq
üçün yaranmış vəziyyətdən bəhrələnməyi
qərara almışdır. Məlumdur ki, Trampın Ukrayna
müharibəsinin dayandırılması üçün
etdiyi bir sıra cəhdlər səmərəsiz
qalmışdır. Bununla muqayisədə isə Tramp Hindistan
Pakistan münaqişəsinin, habelə Afrika və
Asiyadakı bir sıra münaqişələrin aradan
qaldırılması ilə bağlı aparılan
danışıqlarda ciddi diplomatik uğurlar əldə edə
bilmişdir. Qlobalistlərin ABŞ-dakı seçkilərdə
məğlubiyyətindən sonra Vaşinqtonun yeni
administrasiyasının İrəvan hakimiyyətinə təzyiqi
üçün şansları artmışdır. Üstəlik
Rusiyanın Azərbaycanla münasibətlərin kəskinləşməsi
fonunda rəsmi Moskvanın münaqişə tərəfləri
arasında moderatorluq imkanları ümumiyyətlə
daralmışdır. Qərbdə maraqlı dairələrin
bilavasitə müdaxiləsi nəticəsində məlum təyyarə
qəzasından sonra kəskinləməkdə olan Azərbaycan-Rusiya
münasibətləri Cənubi Qafqazın təhlukəsizlik
problemlərinin həllinə ABŞ-ın müdaxiləsi
üçün perspektiv və əlverişli şərait
yaratmış olurdu və əlbəttə regionda məlum
münaqişənin aradan qaldırılmasını
ABŞ-ın ayağına yazmaq üçün bu əlverişli
imkandan yararlanmamaq düzgün olmazdı.
Prezident Əliyevin siyasi uzaqgörənliyi və
diplomatik fitri istedadı məhz ondadır ki, o Ermənistanla
sülh müqaviləsinin şərtlərinin, habelə
bölgənin nəqliyyat kommunikasiya dəhlizlərinin
işlək vəziyyətə gətirilməsi
üçün geosiyasi və regional güc mərkəzləri
arasındakı ziddiyyətlərdən yerində və vaxtında
istifadə edə bildi və hətta Vaşinqton
razılaşmalarının şərtlərindən
narazı qalan tərəflər də gözəl başa
düşürlər ki, regional mustəvidə
aparılan,lakin həm də qlobal geosiyasi məzmun kəsb edən
bu oyunda Azərbaycan orta xəttdə oynayan oyunçudur, odur
ki, danışıqların mərkəzində olacaq tərəf
də odur, autsayder isə Praqadan sonra siyasi məğlubiyyətini
etiraf etmiş Ermənistandır. Cənubi Qafqazln geosiyasi
durumunu dəyişmək üçün ondan həmişə
alət olaraq istifadə edənlər İrəvan hakimiyyətinin
bəlli səbəblərə görə halqanın zəif
bəndi olmasının mahiyyətinə varırlar”.
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq kafedrasının müdiri, tarix
üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rüstəmovanın
fikrincə, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin
təmin olunmasında mühüm rola malik ölkədir.
ABŞ ilə strateji əməkdaşlıq formatı,
xüsusilə müdafiə və terrorçuluğa
qarşı mübarizə sahələrində birgə fəaliyyətləri
genişləndirəcək. Bu əməkdaşlıq,
yalnız iki ölkə arasında deyil, həm də Qafqaz və
daha geniş coğrafiyada təhlükəsizlik
arxitekturasının möhkəmləndirilməsinə xidmət
edəcək. Əlavə olaraq, Azərbaycanın tranzit
potensialı və onun Orta Dəhliz üzərindəki rolu,
enerji təhlükəsizliyi və logistik infrastruktur
baxımından da ABŞ üçün strateji önəm
daşıyır. 2025-ci ilin avqust ayında Prezident İlham
Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində
Ağ Evdə verdiyi bəyanat, Azərbaycan
diplomatiyasının və xarici siyasətinin mühüm
dönüş nöqtəsi kimi tarixə düşür.
Prezidentin sözləri ilə desək, “biz həqiqətən
də yeni tarixi səhifəyə imza atırıq: “Eyni
zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli
münasibətlər yeni pilləyə qalxır və bizim
strateji tərəfdaşlığımız artıq
başlayır. Bu istiqamətdə bir neçə ay ərzində
sənədlər və bütün mətnlər
hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir.
Çünki bu gün strateji tərəfdaşlıq kontekstində
dünyanın ən böyük ölkəsi ilə əlaqələr
qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni
zamanda, böyük öhdəlik və məsuliyyətdir:
“Avqustun 8-i tarixə sadəcə bir diplomatik hadisə kimi
deyil, Cənubi Qafqazda onilliklər davam edən münaqişəyə
son qoyacaq dönüş nöqtəsi kimi düşür.
Azərbaycan Prezidenti tərəfindən verilən bəyanat,
regional sabitlik və beynəlxalq əməkdaşlıq
baxımından yeni mərhələnin
başlandığını təsdiqləyir. Sözün əsl
mənasında, bu gün “sülh günüdür”. Azərbaycan
və Ermənistan 1991-ci ildə müstəqilliklərini əldə
etdikdən sonra, sülh içində bir gələcək
qurmaq əvəzinə, müharibə və qarşıdurma
ilə dolu bir tarixi yaşamışdır. Qarabağ
münaqişəsi bölgədə minlərlə
insanın həyatına son qoymuş, milyonlarla insanı
doğma torpağından didərgin salmış, iqtisadiyyatlara
və insan münasibətlərinə dərin yaralar
vurmuşdur. Bu gərginlik, təkcə iki ölkənin deyil,
bütün regionun gələcəyini kölgədə
saxlamış, inkişafı ləngitmişdir. Ancaq
bugünkü bəyanatla bu zəncirin
qırıldığına dair ciddi bir ümid yaranır.
Prezident İlham Əliyevin bəyanatında xüsusi olaraq
qeyd etdiyi “Tramp rifah və sülh marşrutu”, təkcə bir
siyasi təşəbbüs deyil, bölgədə uzunmüddətli
sabitlik, iqtisadi inteqrasiya və ictimai barış
üçün bir platformadır. Bu təşəbbüs,
divarları aradan qaldıran, əlaqələr yaradan, sərmayə
və rifah gətirən bir yol xəritəsi rolunu oynayacaq. Bu
marşrut, Cənubi Qafqazın bir zamanlar münaqişə
zonası kimi tanınan xəritəsini, kommunikasiya və əməkdaşlıq
mərkəzinə çevirmə potensialına malikdir.
Söhbət yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda, xalqlar
arasında etimadın bərpasından, insanların bir-birini
yenidən tanımasından gedir”.
O, qeyd edib ki, Prezident Əliyevin xüsusi olaraq Prezident
Donald Trampın rolunu qeyd etməsi, bu prosesin təkcə
regional deyil, qlobal dəstək əsasında həyata
keçirildiyini göstərir. ABŞ-ın vasitəçilik
səyləri, xüsusilə də Tramp
administrasiyasının təşəbbüsü ilə
sülh dialoqunun reallaşması, diplomatik baxımdan
mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Ağ Evdə Azərbaycanın
media nümayəndələrinə verdiyi müsahibə də
açıq şəkildə bəyan edib ki, Azərbaycan
sülh istəyir və bu məqsədlə Ermənistanla
imzalanmış sənəd bu niyyətin göstəricisidir.
O, sülhün təkcə münaqişənin başa
çatması ilə yox, əlaqələrin qurulması ilə
də tamamlandığını vurğulayıb: “Bu gün
Azərbaycan və Ermənistan arasında imzalanan sənəd
isə bizim niyyətlərimizi açıq şəkildə
göstərir. Biz sülh istəyirik, amma, eyni zamanda, əlaqə
istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz
keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta
Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın
Baş naziri ilə görüşlərdən birində ona
dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər.
Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək
olduğunu bilmirsiniz, çünki heç vaxt
olmamısınız. Yalnız Azərbaycan vasitəsilə
tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit
ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə
olmağın faydalarını görəcəksiniz.
Biz özümüz də daha güclü tranzit
ölkə olmağa çalışırıq. Ərazimizdən
keçən nəqliyyat dəhlizlərinin yükdaşımada
daha çox iştirak etməsini istəyirik. Bu isə həm
pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir.
Ermənistan isə illərlə özünü bu imkanlardan
məhrum edib”. Prezident İlham Əliyevin sözlərindən
aydın görünür ki, Azərbaycan təkcə hərbi-siyasi
baxımdan deyil, həm də iqtisadi və logistik
imkanlarını diplomatik alətə çevirərək
regionda dayanıqlı sülhün qurulmasına
çalışır. Bu yanaşma həm Azərbaycanın
milli maraqlarına cavab verir, həm də regionun ümumi
inkişafı üçün mühüm baza yaradır. Azərbaycanın
sülhə çağırışı və tranzit təklifləri
Ermənistan üçün də tarixi fürsətdir. Bu
fürsətin necə dəyərləndiriləcəyi isə
Ermənistan rəhbərliyinin gələcəyə necə
baxmasından asılı olacaq”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 14 avqust(¹29).-S.7.