Büdcə kəsiri və xərclər
azaldılır
Hökumət dövlət büdcəsi ilə
bağlı daha tədbirli davranmağa başlayıb,
xüsusən də xərclərin azaldılması və
büdcə vəsaitlərinə mümkün qədər qənaət
siyasəti diqqət çəkməyə bilməz. Neftin
hasilatının azalması və “qara qızıl”ın
kövrək qiymət dəyişmələri şəraitində
bu addımlar əslində başadüşüləndir.
Belə ki, 2025-ci il dövlət büdcəsinin xərclərinin
40 milyard 687,6 milyon manat səviyyəsində olacağı
gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə
nisbətən 1,7 faiz azdır. Maliyyə Nazirliyinin məlumatına
görə, ümumilikdə 2025-ci il gözlənilən
dövlət büdcəsinin xərclərinin strukturuna daxil
olan cari xərclərə ümumi xərclərin 59,8 faizi həcmində
və ya 24 milyard 346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə
nisbətən 407,2 milyon manat və ya 1,6 faiz az), əsaslı
xərclərə ümumi xərclərin 34,3 faizi həcmində
və ya 13 milyard 941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə
nisbətən 312,8 milyon manat və ya 2,2 faiz az), dövlət
borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin
5,9 faizi həcmində və ya 2 milyard 399,6 milyon manat (təsdiq
olunmuş göstərici səviyyəsində) vəsait
yönəldiləcək. Müvafiq olaraq dövlət
büdcəsinin tərkibində cari xərclərin xüsusi
çəkisinin eyni olacağı, əsaslı xərclərin
xüsusi çəkisinin 0,1 faiz-bənd azalacağı,
dövlət borcuna xidmətlə bağlı xərclərin
xüsusi çəkisinin isə 0,1 faiz-bənd artması
gözlənilir.
2025-ci ilin dövlət büdcəsində dövlət
borcuna xidmət xərcləri üzrə 2 milyard 399,6 milyon
manat məbləğində, o cümlədən xarici
dövlət borcu üzrə 1 milyard 441,6 milyon manat, daxili
dövlət borcu üzrə isə 958 milyon manat məbləğində
vəsait nəzərdə tutulub.
Bu arada əsas diqqət çəkən məqam
ondan ibarətdir ki, büdcə kəsiri proqnozlara rəğmən
2 dəfə azaldılır. 2025-ci ilin gözlənilən
dövlət büdcəsinin kəsiri 1 milyard 556 milyon manat
azaldılaraq 1 milyard 495,6 milyon manat məbləğinə
çatdırılıb. Maliyyə Nazirliyi
planlaşdırır ki, kəsirin artımının maliyyələşdirilməsi
daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə
hesabının sərbəst qalığı və Məqsədli
Büdcə Fondlarının vəsaitinin qalığı
hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna
gözlənilən ümumi daxili məhsula nisbəti 1,2 faiz
həcmində olacaq.Əslində bu, çox yaxşı
göstəricidir. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza
kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2025-ci ildə 22,6
faiz proqnoza qarşı mövcud gözləntilər əsasında
ilin sonuna 21,4 faiz səviyyəsində olacağı gözlənilir.
Bunlarla yanaşı, xərclərin azaldılması
fonunda büdcə gəlirlərində artım
proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin sonuna
dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192
milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da
təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və
ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin
49,1 faizi və ya 19 milyard 243 milyon manatı neft-qaz sektorunun,
50,9 faizi və ya 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz
sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə
müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin
470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə
366 milyon manat və ya 1,9 faiz artması gözlənilir.
Dövlət büdcəsi gözlənilən gəlirlərinin
16 milyard 320 milyon manatı və ya 41,6 faizi vergilər və
rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon
manatı və ya 16,8 faizi gömrük rüsumları və
idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon
manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının
Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya
1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar
gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon
manatı və ya 2,8 faizi sair gəlirlərin payına
düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği
16 milyard 320 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq
olunmuş göstəricisinə nisbətən 820 milyon manat və
ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon
manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard 020 milyon
manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun
payına düşəcək. Neft-qaz sektoru üzrə vergi
daxilolmalarının 41,9 faizini və ya 1 milyard 800 milyon
manatını Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti tərəfindən ödənilən vergilər,
9,3 faizini və ya 400 milyon manatını Azəri-Çıraq-Günəşli
layihəsi üzrə hasilatın pay bölgüsü
sazişləri çərçivəsində fəaliyyət
göstərən podratçı təşkilatların mənfəət
vergisi, 48,8 faizini və ya 2 milyard 100 milyon manatını isə
“Şahdəniz” layihəsi üzrə hasilatın pay
bölgüsü sazişləri çərçivəsində
fəaliyyət göstərən podratçı təşkilatların
mənfəət vergisi təşkil edir.
Cari ilin yanvar-iyun ayları üzrə İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə
təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat və
ya 5,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 218,6
milyon manat və ya 3,5 faiz, neft-qaz sektoru üzrə isə
247,8 milyon manat və ya 12,2 faiz çox olması 2025-ci ilin
sonuna gözlənilən daxilolmaların artmasına zəmin
yaradıb.
2025-ci ilin sonuna büdcə təşkilatlarının
ödənişli xidmətlərindən daxilolmaların 680
min manat olacağı gözlənilir ki, bu da təsdiq
olunmuş göstəricidən 200 min manat və ya 22,7 faiz az,
dövlət əmlakının, özəlləşdirilmiş
dövlət müəssisə və obyektlərinin
altındakı torpaqların icarəyə verilməsindən
daxilolmaların 40 min manat olacağı
proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş
göstəricidən 6 min manat və ya 17,6 faiz çox, sair
daxilolmaların isə 1 milyard 071 milyon manat səviyyəsində
olacağı və təsdiq olunmuş göstərici ilə
(861 milyon manat) müqayisədə 210 milyon manat və ya 24,4
faiz artım təşkil edəcəyi gözlənilir.
Dövlət büdcəsinə gömrük
rüsumları və idxala görə vergi
daxilolmalarının (6 milyard 600 milyon manat), Azərbaycan
Respublikasının Dövlət Neft Fondundan transfert (14 milyard
481 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz
göstəricisi ilə eyni səviyyədə qalacağı
gözlənilir.
Maraqlıdır ki, neft-qaz sektoru üzrə gəlirlərin
470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə
366 milyon manat və ya 1,9 faiz artması gözlənilir. Bu,
neftin qiymətlərinin ilin sonunadək 70 dollar ətrafında
olacağına əminlik, qaz hasilatının və
ixracının artması hesabına gəlirlərlə
bağlıdır. 2025-ci il dövlət büdcəsinin
gözlənilən daxilolmalarının hesablanması
zamanı Azərbaycan qazının bütün istiqamətlər
üzrə 1000 kubmetrinin orta satış qiymətinin 71
ABŞ dolları artırılaraq 313 ABŞ dolları müəyyən
edilməsi ilə əlaqədar “Şahdəniz” layihəsi
üzrə hasilatın pay bölgüsü sazişləri
çərçivəsində fəaliyyət göstərən
podratçı təşkilatların mənfəət
vergisi üzrə daxilolmaların 600 milyon manat və ya 40 faiz
artacağı gözlənilir. 2025-ci il dövlət büdcəsində
vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru
üzrə daxilolmalar 12 milyard 020 milyon gözlənilir ki, bu
da cari il üçün təsdiq olunmuş göstəricisi
ilə müqayisədə 350 milyon manat və ya 3 faiz
çoxdur.
Son dövrlərdə geosiyasi gərginlik, qlobal
iqtisadiyyatda qeyri-müəyyənliyin yüksək olması,
eyni zamanda yeni tarif qaydalarının tətbiqi qlobal iqtisadi
artım gözləntilərinə təsir edən əsas
faktorlar sırasındadır. Proqnozların müsbət
istiqamətdə dəyişməsi ilkin elan edilmiş tarif səviyyələrinin
sonrakı dövrdə nisbətən azalması, maliyyə
şərtlərinin yumşalması və bir çox ölkələrdə
büdcə xərclərinin genişlənməsi fonunda
baş verøê. 2025-ci il üzrə qlobal iqtisadi artım proqnozları
aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən
yenidən nəzərdən keçirilmişdir. Beynəlxalq
Valyuta Fondu (BVF) cari ilin iyul ayında verdiyi son proqnozda qlobal
iqtisadi artım tempini aprel ayı ilə müqayisədə
0,2 faiz bənd artıraraq 3,0 faiz səviyyəsində müəyyən
edib.
Dünya Bankı (DB) isə 2025-ci ilin iyun ayında
qlobal iqtisadi artım üzrə əvvəlki proqnozunu 0,4 faiz
bənd azaldaraq 2,3 faiz səviyyəsində qiymətləndirir.
Beynəlxalq maliyyə institutları və agentliklərinin son
proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik
satış qiymətinin 6669 ABŞ dolları civarında
olacağı proqnozlaşdırılır. Yuxarıda qeyd
olunan qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də
dünya enerji, ərzaq və maliyyə bazarlarında baş
verən proseslər milli iqtisadiyyata da təsirsiz
ötüşməyib və İqtisadiyyat Nazirliyi tərəfindən
bir sıra proqnozların yenilənməsini zəruri edib. Belə
ki, 2025- ci ilin ilk 6 ayında qeydə alınmış
makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda
iqtisadi artımla və enerji
daşıyıcılarının qiymətləri ilə
bağlı gözləntilər fonunda cari ildə ölkə
iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlar yenilənib.
Həmin proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real
artımı 3,0 faiz olmaqla nominal ifadədə 129,9 milyard
manata (dövlət büdcəsinin layihəsinin tərtibi
zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7
milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 93,5
milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard
manat çox) çatacağı gözlənilir. Dövlət
büdcəsinin hesablamalarında neftin qiyməti 70 dollar nəzərdə
tutulur.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 21 avqust(¹30).-S.12.