Milli-mənəvi dəyərlərimiz
varlığımız, milli kimliyimizdir
Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq
formalaşmağımıza böyük təsir göstərib,
milli dövlətçiliyimizin möhkəmləndirilməsində
xüsusi rol oynayıb. Azərbaycan xalqının bir millət
kimi formalaşması və milli dövlət qurmasının
əsas amillərindən biri zəngin mənəvi dəyərlər
sisteminə malik olmasıdır, başqa sözlə, zəngin
mənəvi dəyərlər sisteminə malik xalq
olmağımızdır. Ümummilli Lider Heydər
Əliyevmilli-mənəvi dəyərlərimizin
qorunmasında, onların yad təsirlərə məruz
qalmamasında böyük və əvəzsiz xidmətləri
olub.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Mən bu
gün bir azərbaycanlı kimi, özündə həm
milli-mənəvi dəyərləri, həm də ümumbəşəri
dəyərləri cəm edən bir insan kimi deyirəm ki,
bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən
böyük sərvətidir, xalqımızın milli-mənəvi
dəyərləri onun milli sərvətidir... Biz tarixi
köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik
və tarixi köklərimizin mənasını dünyaya bəyan
etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr
etməliyik... Öz milli-mənəvi dəyərlərimizi
ümumbəşəri dəyərlərlə birləşdirib,
zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini,
mənəvi dəyərlərini yaratmalıyıq...
Ümumbəşəri dəyərlərlə milli-mənəvi
dəyərlərin vəhdəti, sintezi bizim milli
ideologiyamızın bu günü və gələcəyidir”.
Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizi
təkcə milli varlığımızın yox, həm də
siyasi varlığımızın - dövlət quruculuğu
prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu
xalqın tarixi keçmişinə, mənəvi irsinə və
milli dəyərlər sisteminə böyük hörmət bəsləyən
Ümummilli Lider Heydər Əliyev deyirdi: "Hər
xalqın özünə, öz tarixi köklərinə, əcdadları
tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə
bağlılığı böyük amildir. Biz də indi
dünyanın mütərəqqi mənəvi dəyərlərindən
istifadə edərək, xalqımızın mədəni səviyyəsini
daha da inkişaf etdirərək, gənc nəsli daha da
sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə
tərbiyələndirməliyik".
Jurnalist, publisist Anar Məcidzadənin fikrincə,
müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər
Əliyev böyük dövlət xadimi olmaqla yanaşı,
milli-mənəvi dəyərlərimizin qorunub inkişaf
etdirilməsində müstəsna xidmətləri olan dahi
şəxsiyyətdir. Ümummilli Lider tarix, dil, mədəniyyət
və mənəviyyat kimi vacib sahələrə daim
böyük diqqət yetirərək, xalqımızın
kimliyinin və mənəvi bütövlüyünün
qorunmasında mühüm rol oynayıb. Heydər Əliyev Azərbaycan
xalqının tarixi yaddaşını, adət-ənənələrini,
dini inanclarını və mədəni irsini müasir
dövrə daşımaqla bu sahələrin
inkişafını təmin edib: “Müstəqil Azərbaycanın
qurulmasında və möhkəmlənməsində milli-mənəvi
dəyərlərə əsaslanan siyasət mühüm yer
tutur. Ümummilli Liderimizin rəhbərliyi ilə milli kimlik
hissi gücləndi, dini və mədəni abidələr əsaslı
təmir edildi, milli və dini bayramlar – Novruz, Qurban, Ramazan –
dövlət səviyyəsində qeyd olunmağa
başladı.
Bu gün də Heydər Əliyevin qoyduğu əsaslar
üzərində qurulan siyasət davam etdirilir. Onun
ideyaları möhtərəm Prezidentimiz cənab İlham
Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva tərəfindən uğurla
yaşadılır və inkişaf etdirilir. Fondun fəaliyyəti
nəticəsində mədəniyyət, təhsil, tarix və
din sahələrində bir çox layihələr həyata
keçirilib. Ulu Öndər yalnız dövlət qurucusu
deyil, həm də milli-mənəvi yaddaşımızın
qoruyucusudur. Onun bu sahədə gördüyü işlər
Azərbaycan xalqının tarixində əbədi
yaşayacaq və gələcək nəsillər
üçün bir örnək olacaqdır”.
Ulu öndər özünün mənəviyyatla
bağlı məşhur 2001-ci ilin avqust bəyanatında
milli mentalitetlə əlaqədar deyib: “Hər xalqın öz
mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun
böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə
bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər
dəyərlərə malik ola bilməz. Yenə də deyirəm,
hər xalqın özünə, öz tarixi köklərinə,
əcdadları tərəfindən yaradılmış milli-mənəvi
dəyərlərinə bağlılığı
böyük amildir. Biz də indi dünyanın mütərəqqi
mənəvi dəyərlərindən istifadə edərək
xalqımızın mədəni səviyyəsini daha da
inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə,
saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində Azərbaycan
Respublikasının Konstitusiyasına dini etiqad
azadlığı ilə bağlı bir sıra mühüm
müddəalar salındı. Azərbaycanın əhalisinin
böyük əksəriyyətinin müsəlman olmasına
baxmayaraq, konstitusiyada bütün dinlərin bərabərhüquqlu,
hər bir vətəndaşın etiqad azadlığı
olduğu xüsusi vurğulandı. Bu müdrik yanaşma
özünü 1996 və 1997-ci illərdə "Dini etiqad
azadlığı haqqında" Azərbaycan Respublikası
Qanununa həmin dövrdə edilən dəyişikliklərdə
də açıq göstərdi.
YAP Siyəzən rayon təşkilatının sədri
Samir Baxşiyevin fikrincə, Azərbaycan xalqının
Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı
Ulu Öndər Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə
nəzər salsaq görərik ki, xalqına sədaqət və
doğma torpağına məhəbbət dahi rəhbərin
fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil
edib. Əminliklə deyə bilərik ki, Azərbaycanda elə
bir sahə olmayıb ki, Heydər Əliyev dühası, Heydər
Əliyev zəkası ora təsir etməsin. Ulu Öndər
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər
iki dövrdə milli-mənəvi dəyərlərə
böyük önəm verməsi bir çox sahələrdə
özünü göstərib. On illərlə bütün
şüurlu həyatını Azərbaycanın var
olmasına, inkişafına və çiçəklənməsinə
həsr etmiş dahi dövlət xadiminin hələ sovet
dönəmində xidmətlərinə nəzər salsaq
görərik ki, 14 ilə yaxın dövr ərzində Heydər
Əliyev Azərbaycana tamamilə yeni nəzərlərlə
baxıb və yeni bir Azərbaycan yaradıb. Məhz bu
baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycan
tarixindəki rolu təkcə siyasi və iqtisadi sahələrlə
məhdudlaşmır. Onun milli-mənəvi dəyərlərimizin
qorunması və inkişaf etdirilməsi sahəsində
gördüyü işlər də xüsusi əhəmiyyətə
malikdir. Ümummilli Liderimiz Azərbaycanda bütün sahələrlə
yanaşı ilk öncə mənəviyyatın yüksəldilməsi,
əxlaqi sərvətlərimizin dəyərləri istiqamətində
tədbirlər həyata keçirdi. Bununla da mənəviyyat
sahibləri-elm, ədəbiyyat və incəsənət
adamları cəmiyyətdə üstün mövqeyə malik
oldular. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin
ən mühüm istiqamətlərindən biri onun milli
şüurun, özünüdərkin və azərbaycançılıq
məfkurəsinin inkişafı istiqamətində həyata
keçirdiyi mühüm tədbirlər təşkil edirdi.
Belə ki, Heydər Əliyev siyasəti azərbaycançılıq
ideologiyası, milli özünüdərkin yüksəlişi,
xalqın tarixi yaddaşının özünə
qaytarılması, müstəqil dövlətçilik
ideyalarının güclənməsi və
reallaşmasına yönəlik dəyərli işləri əhatə
etdi. Bu baxımdan Sovet imperiyasının xalqların milli dəyərlərini
sıxışdırdığı bir dövrdə əsası
Ulu Öndərimiz tərəfindən qoyulan azərbaycançılıq
ideologiyasının bu illərdə formalaşması dövlətçiliyimizin
və milli özünüdərkin formalaşması
baxımından olduqca böyük əhəmiyyət kəsb
etmişdir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin
möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq
məfkurəsi yüksəlməyə başladı: “1978-ci
ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi
və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit
edilməsi Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə
ən böyük xidmətlərindən biri olub. Totalitar
sovet rejiminin hökm sürdüyü o dövrdə
respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin,
xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi
üçün hüquqi əsasların müəyyən
edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir.
Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət
təşkil edən bu çətin vəzifənin öhdəsindən
məhz Ulu Öndər Heydər Əliyev gələ bilib.
Dahi şəxsiyyət hər zaman xalqın milli kimliyinin əsasını
təşkil edən dil, din, adət-ənənə, tarix və
mədəniyyət kimi dəyərləri hər zaman
yüksək dəyərləndirib. O, milli ideologiyanın
formalaşmasında bu dəyərlərin əsas dayaq
nöqtələri olduğunu bildirmiş və siyasətini
bu istiqamətdə qurub. Ulu Öndər dəfələrlə
qeyd edib ki, "Milli-mənəvi dəyərlərimizi
qorumaq, yaşatmaq və gələcək nəsillərə
ötürmək hər bir azərbaycanlının müqəddəs
borcudur."
S.Baxşıyev deyir ki, Sovet imperiyası
dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa
edən Azərbaycan müstəqilliyin ilk illərində
özünün tənəzzül dövrünü
yaşayırdı. Məhz xalqın təkidli tələbi
ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər
Heydər Əliyevin sayəsində bütövlüyümüz,
həmrəyliyimiz və dövlətçiliyimiz daha da
möhkəmləndi. Eyni zamanda xüsusi olaraq qeyd etməliyik
ki, intibah və milli şüurun oyanışı da məhz
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində
əbədi və dönməz xarakter alıb. Ölkəmiz
dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin
uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi,
zəngin dövlətçilik təcrübəsi sayəsində
yüksələ bilib. Dahi liderin çoxşaxəli fəaliyyətində
azərbaycançılıq ideologiyasının
inkişafı istiqamətində mühüm tədbirlərin
həyata keçirilməsi davam etdirildi. Azərbaycan dilinin
dövlət dili statusu alması və latın
qrafikasının tətbiqi, Azərbaycanın milli-mənəvi
dəyərlərinin qorunması və inkişafı, azərbaycançılıq
ideyalarını, milli dəyərlərin bütün dünyada
yaşayan həmvətənlərimiz arasında geniş
yayılması milli-mənəvi dəyərlərimizin
qorunması və inkişafının dövlət səviyyəsində
həyata keçirilməsini sübut edir:
“Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik
siyasəti hazırda möhtərəm cənab Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi
dəyərlərin qorunması və təbliği istiqamətində
həyata keçirilən layihələr, qəbul edilən qərarlar
və dövlət proqramları bunun bariz nümunəsidir. 44
günlük Vətən müharibəsi və 24 saatlıq
antiterror əməliyyatları nəticəsində milli
suverenliyimizin tam bərpası və işğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən
quruculuq və abadlıq işləri Möhtərəm cənab
Prezidentin milli-mənəvi dəyərlərimizin qorunması
istiqamətində ən böyük xidmətidir. Bu istiqamətdə
həyata keçirilən tədbirlər milli birliyin və vətənpərvərlik
ruhunun möhkəmlənməsinə mühüm töhfə
verir”.
…Unutmamalıyıq ki, milli-mənəvi dəyərlərimiz
varlığımız, milli kimliyimizdir.
Cavid
Xalq Cəbhəsi .- 2025.-28 avqust(¹31).-S.9.