Otuzillik münaqişədən
sonra yeni siyasi reallıq: sülh prosesində dönüş
nöqtəsi
Cənubi Qafqazda sülh gündəliyinin sürətlənməsi
və Azərbaycan–Ermənistan münasibətlərində
yeni mərhələnin başlanması həm siyasi, həm
institusional, həm də iqtisadi baxımdan mühüm proseslərə
yol açıb. 8 avqustda ABŞ-da iki ölkə liderləri
tərəfindən sülh sazişinin paraflanması regionda
otuz ildən artıq davam edən qarşıdurmanın aradan
qaldırılması istiqamətində ən ciddi addım
kimi qiymətləndirilir.
Sülh sazişi Qafqazda yeni mərhələ
açır
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı
“Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib
ki, Ermənistan və Azərbaycan arasında sülh
sazişinin icrasına başlanması bölgədə yeni
siyasi reallığın formalaşmasına xidmət edir.
Onun sözlərinə görə, Qarabağ zəfərindən
sonra Azərbaycan artıq öz torpaqlarını
işğaldan azad edib və iki xalqın qonşuluq prinsiplərinə
uyğun şəkildə sülh və əmin-amanlıq
içində yaşaması üçün mühüm
addımlar atılır: “Ermənistan tərəfindən də
müəyyən müsbət siqnallar görünməkdədir
və artıq vətəndaş cəmiyyəti nümayəndələrinin
görüşmələri prosesi sürətləndirən
vacib amillərdən biridir. Yaxın dövrdə siyasi
partiyalar arasında da dialoqun baş tutacağı gözləniləndir
və bu, tamamilə normal, yeni regional proseslərin tərkib
hissəsidir. Ermənistanda hələ də sülhün
alınmaması üçün çalışan, müəyyən
dairələrin təsiri altında olan qüvvələr
mövcuddur. Buna baxmayaraq, Azərbaycan tərəfi prosesə
daha tolerant və anlayışlı yanaşır. Millət vəkili
bildirib ki, bölgədə sülhün bərqərar
olması üçün həm dövlət, həm də
xalq olaraq Azərbaycan ardıcıl addımlar atır”.
Deputat xatırladıv ki, Ermənistanın Azərbaycana
qarşı illər boyu həyata keçirdiyi terror və təcavüz-Xocalı
soyqırımı və torpaqlarımızın
işğalı-xalqımız tərəfindən heç
vaxt unudulmayacaq: “Lakin əgər bu gün anlaşma yoluna qədəm
qoyulubsa, bu tarixi şansı dəyərləndirmək hər
iki xalq üçün vacibdir. Onun sözlərinə görə,
8 avqustda ABŞ-da sülh sazişinin paraflanması
dünyanın ən güclü dövlətinin
paytaxtında baş tutması baxımından xüsusi siyasi əhəmiyyət
daşıyır. Prezident İlham Əliyevin ən
güclü dövlət başçısının
iştirakıifadəsi də sənədin çəkisini
daha da artırır”.
Tənzilə Rüstəmxanlı vurğulayıb ki,
Azərbaycan hər zaman Qafqazda sabitliyin və sülhün təmin
olunması üçün bütün imkanlardan istifadə
edib: “İşğal dövründə belə,
barışıq üçün masaya oturmağa hazır
olub, lakin Ermənistan müxtəlif güclərin təsiri
altında bundan yayınırdı. Bu gün isə
normallaşma artıq faktiki olaraq başlayıb və Azərbaycan
sülhün tam həyata keçməsi üçün
üzərinə düşən öhdəlikləri
ardıcıl şəkildə yerinə yetirməkdə qərarlıdır”.
“Sülh model olaraq formalaşmalıdır”
Politoloq Qədir Aslan qeyd edib ki, bölgədə
sülhün davamlı olması üçün təkcə
siyasi razılaşmalar yetərli deyil və bu proses mütləq
şəkildə institutlaşmalıdır.
Onun fikrincə, sülhün institutlaşması həm
dövlət qurumlarının, həm də qeyri-hökumət
təşkilatlarının üzərinə ciddi vəzifələr
qoyur: “İlk addım dövlətlərarası diplomatik əlaqələrin
tam bərpasıdır. Bu bərpadan sonra sülh prosesinin idarəsi
üçün tarixçi, psixoloq, politoloq və
sosioloqlardan ibarət xüsusi komissiyanın yaradılması
vacibdir. Hər iki tərəfdə rəsmi təbliğat
eyniləşdirilməli, toplumlara vahid sülh gündəliyi
təqdim edilməlidir”.
O əlavə edib ki, həm Azərbaycanda, həm də
Ermənistanda müəyyən qruplar tarixi hadisələri
siyasi məqsədlərlə manipulyasiya edir və bunun
qarşısı alınmalıdır: “Vahid yanaşma
formalaşdıqdan sonra təbliğat mərhələsi ədəbiyyata,
incəsənətə və mədəniyyətə
ötürülməli, nəticədə xalqlar arasında
barış mərhələli şəkildə
institutlaşa bilər”.
Sülhə gedən yol
Millət vəkili Müşviq Cəfərov diqqətə
çatdırıb ki, Azərbaycan və Ermənistan dövlət
başçıları 8 avqustda Ağ Evdə otuz ildən
çox davam edən münaqişəni bitirmək məqsədilə
sülh sazişini paraflayıblar.
Onun fikirlərinə görə, sazişin
imzalanması üçün əsas maneə Ermənistanın
Konstitusiyasında dəyişiklik etməməsidir: “Sülh
müqaviləsi Cənubi Qafqazın iqtisadi inteqrasiyasına
şərait yaradacaq, sərhədlərin
açılmasını və bölgənin Avropa–Asiya
tranzit qovşağına çevrilməsini təmin edə
bilər. Ermənistan hökuməti bütün güzəştlərə
hazırdır və sülh prosesinin tezliklə başa
çatması hər iki tərəfin xeyrinədir.
Əminliklə deyə bilərik ki, sülhə gedən yol
görünür və artıq geridönüş yoxdur”.
Günel Elxan
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.5.