Rusiya da artıq
çıxılmaz labirintdədir
Bakir Həsənbəyli: “Ukrayna haqlı olaraq
torpaqlarını verməkdən imtina edir”
Dünyanın diqqəti üç ildir ki, Ukrayna
müharibəsinə yönəlib. Münaqişə nəinki
regionun, hətta dünyanın siyasi, iqtisadi və təhlükəsizlik
balansını dəyişdirən qlobal hadisəyə
çevrilib. Müharibənin birbaşa
iştirakçıları, diplomatik vasitəçiləri və
strateji müttəfiqləri var. Ukrayna dörd ilə
yaxındır ki, həlli müşkül olan münaqişənin
qurbanıdır. Yüz minlərlə əsgər və
mülki vətəndaş həlak olub, milyonlarla insan məcburi
qaçqın vəziyyətindədir. Çoxsaylı itkilərə
baxmayaraq, Ukrayna müharibəni dayandırmır.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə
danışan politoloq Bakir Həsənbəyli deyibki, Ukrayna
prezidenti bilir ki, müharibəni dayandırmaq torpaqların
itirilməsi və bu qədər qurbanın əbəs yerə
verilməsi deməkdir. Və eyni zamanda xalqın ona
qarşı ciddi ayaqlanması prosesi baş verə bilər.
Ukrayna xalqı müharibənin bir an əvvəl sona
çatmasını və 2014-cü ildən başlayan
işğalın dayandırılmasını arzulayır. Digər
tərəfdə isə müharibəni başlayan
Rusiyanın məqsədi regionda və dünyada hegemon
gücünü bərpa etməkdir. Lakin Putində fərqindədir
ki, Rusiya da artıq çıxılmaz labirintdədir. Buna rəğmən
Putinin davranışları göstərir ki, istədiyinə
nail olmaq üçün hətta qanunla qadağan olunan
variantlardan belə istifadə etməkdən çəkinmir.
İstanbul və Alyaska danışıqları sübut etdi
ki, Putin Ukraynanı kapitulyasiyaya məcbur etmədən
müharibədən çəkilməyi
düşünmür: “Rusiyanın idarəçilik
formatı imkan vermir ki, ölkə daxilində baş verənlər
haqqında hər hansı məlumata sahib olmaq
mümükün olsun. Hökumət statistik məlumatların
yayılmasına məhdudiyyət qoyub və dövlət
mediası ciddi nəzarət altındadır. ABŞ
müharibənin diplomatik vasitəçi rolunda olan ən
aktiv iştirakçılarından biridir. Bayden
admnistrasiyası vaxtında Vaşinqton açıq şəkildə
Ukraynanı dəstəkləyirdi. Lakin Trampın hakimiyyətə
2-ci dəfə qayıdışı ilə vəziyyət
karinal olaraq dəyişdi. Tramp əvvəllər olduğu
kimi, Rusiya ilə yaxın münasibətlərə
üstünlük verdi. Son həftələr isə ABŞ və
Rusiya arasında səhnəarxası gərginlik artıb.
Rusiya Ukraynanın qərb bölgələrində yerləşən
obyektlərə hücumlar təşkil edir. Bu hücumlar
müharibənin daha əvvəl təhlükəsiz
sayılan qərb bölgələrinə
yayılmasının göstəricisidir. Avropa müharibənin
sona çatmasını ən son arzulayan tərəflərdən
biridir. Amma buna baxmayaraq münaqişə Avropaya bir neçə
səbəbdən zərər vurur: hərbi təhlükə,
enerji böhranı və iqtisadi çətinliklər.
Müharibə Avropa sərhədlərində baş verir və
Avropa onun öz ərazisinə sıçramasından ehtiyat
edir. Bu səbəbdən Ukraynaya hərbi dəstəyin ən
böyük tərəfdarıdır. ABŞ isə bu
fürsətdən istifadə edərək birbaşa hərbi
yardımı dayandıracağını, əvəzində
NATO vasitəsilə silah verəcəyini, lakin maliyyə
yükünü Avropanın daşımalı olduğunu
bildirib. Ukrayna müharibəsi Avropa kənd təsərrüfatı
bazarını ciddi şəkildə sarsıdıb. Qara dəniz
bölgəsindən ixracın bloklanması nəticəsində
taxıl və gübrə qiymətləri kəskin şəkildə
artıb. Avropalı fermerlər xüsusilə yanacaq və
azot əsaslı gübrələr üzrə yüksək
istehsal xərcləri ilə üzləşiblər,
istehlakçılar isə ərzaq inflyasiyası ilə
mübarizə aparırlar”.
Politoloqun qənaətincə, eyni zamanda, Şərqi
və Mərkəzi Avropa ölkələrində benzin, dizel
və təbii qaz qiymətləri ciddi şəkildə
yüksəlir. Rusiya neft və qaz sektoruna birbaşa sanksiyalar
tətbiq olunmasa da, bazardakı qeyri-müəyyənlik və
logistika çətinlikləri qiymətlərin artmasına səbəb
olub. Polşa, Macarıstan, Slovakiya və Baltik ölkələri
Rusiya qazına yüksək asılılıq səbəbilə
daha çox təsirləniblər. Bu ölkələr
alternativ enerji mənbələrinə yönəlirlər.
Avropa ölkələri həmçinin mayeləşdirilmiş
təbii qaz idxalını artıraraq ABŞ və Qətər
kimi ölkələrlə yeni enerji əməkdaşlıqları
qurublar. Bu dəyişikliklər enerji təhlükəsizliyini
gücləndirsə də, qiymət sabitliyi hələ tam bərpa
olunmayıb. Postsovet ölkələri müharibəni diqqətlə
izləyir. Onlar Rusiyanın daim təhdid altında
saxladığı ölkələrdir və Ukraynada baş
verənlərdən özləri üçün nəticə
çıxarırlar. 1990–2000-ci illərdə Qərbə
olan inam artıq ciddi şəkildə sarsılıb: “Bunun əsas
səbəbi, Qərb ölkələrinin Ukraynaya real və
ardıcıl dəstək verməkdə çətinlik
çəkməsidir. Müasir mərhələdə də
bu parçalanmış yanaşma davam edir. Müharibənin
başlamasından az qala 4 il olmasına rəğmən Qərb
hələ də Ukrayna ilə bağlı ortaq bir mövqeyə
gələ bilmir. ABŞ öz strategiyasını irəli
sürür, Avropa daxilində isə fikir
ayrılıqları mövcuddur. Əsasən Fransa,
Böyük Britaniya və Polşa Ukraynaya güclü dəstək
vermək tərəfdarıdır. Macarıstan isə
ehtiyatlı və tərəddüdlü mövqe sərgiləyir.
Bu zəif və ləng yanaşma, azadlıq və təhlükəsizlik
axtarışında olan postsovet ölkələrində Qərbin
belə bir böhran şəraitində real dəstək
göstərə biləcəyinə dair inamı daha da
sarsıdır. Müharibə ilə bağlı birbaşa
mövqe bildirməyən Çin. ABŞ ilə olan strateji rəqabət
və Rusiyada müharibə nəticəsində yaranan iqtisadi
və enerji bazarındakı boşluqlar səbəbilə
sanki Rusiyanın yanında yer alırmış kimi
görünür. Bu münaqişədə ən maraqlı
analiz məhz Çinlə bağlı aparıla bilər.
Çünki səssiz qalması onun mövqeyini daha da
maraqlı və strateji edir. Çinin hal hazırdaki məqsədi
Rusiyada yaranmış iqtisadi boşluğu doldurmaqdır.
Çin sürətlə Rusiyanın əsas ticarət tərəfdaşına
çevrildi. Qərb şirkətləri və
investisiyaları bazardan çıxdıqdan sonra Çin sənaye
avadanlıqları, elektronika və istehlak malları ilə
Rusiya bazarını təmin etməyə başladı.
Çin avtomobil və texnologiya markaları Rusiyada geniş
yayıldı, yerli istehlakçıların
ehtiyaclarını qarşıladı. Enerji sahəsində də
Çin Rusiya neft və qazının əsas
alıcısına çevrildi ki, bu da Moskvanın ixrac gəlirlərini
sabit saxlamağa kömək etdi. Çin bankları maliyyə
əməliyyatlarında yuan istifadəsini artıraraq
sanksiyalardan yayınmağa şərait yaratdı. Beləliklə,
Rusiya iqtisadiyyatı getdikcə Çin mərkəzli ticarət
və texnologiya sisteminə daha çox inteqrasiya olunur. Bundan əlavə,
Çin uzun müddətdir göz dikdiyi Mərkəzi Asiyada
da mövqeyini gücləndirməyə başladı.
Müharibədən əvvəl də bu proses gedirdi, lakin
münaqişədən sonra nəzərəçarpacaq dərəcədə
sürətləndi. Rusiya zəiflədikcə, Çin
regionda əsas investisiya və ticarət tərəfdaşına
çevrildi”.
Çin Mərkəzi Asiya ölkələrində
infrastruktur layihələri, enerji boru xətləri və nəqliyyat
şəbəkələri quraraq iqtisadi təsirini
artırdı. Bu ölkələr Rusiya ilə balanslı
münasibət saxlasalar da, getdikcə Çinə daha
çox yönəlməyə başladılar. Təhlükəsizlik
sahəsində də Çin birbaşa hərbi baza qurmasa da,
birgə təlimlər və texnoloji dəstək vasitəsilə
təsirini genişləndirdi. Beləliklə, Çin Mərkəzi
Asiyada təkcə iqtisadi deyil, həm də strateji güc kimi
möhkəmləndi. Nəticə etibarilə, Çinlə
bağlı bunu demək olar: müharibənin qalibi kim olursa
olsun, digər iştirakçılardan fərqli olaraq,
Çin hər bir halda qazanır. Əgər Ukrayna qalib gəlsə
və Rusiya uduzsa, Çin Rusiyanın iqtisadi bazarını
tam ələ keçirə bilər, ucuz enerji mənbələrindən
faydalanmağa davam edər, Mərkəzi Asiyada regional gücə
çevrilər və Rusiyanın təsir dairəsini
keçmədən Sibir üzərində faktiki nəzarət
əldə edə bilər. Rusiya qalib gəlsə, Çin
qalibin yanında yer almış ölkə kimi mövqeyini
gücləndirər: “Lakin Rusiya qalib gəlsə belə, əvvəlki
gücünə qayıda bilməyəcək. Dünya
ictimaiyyətinin ona qarşı mövqeyi dəyişməyəcək
və qonşu ölkələr onun təsirindən
çıxmaq üçün cəhdlərini davam etdirəcəklər.
Ukrayna itirdiklərini geri qaytarmağa çalışacaq və
Qərbin iqtisadi və hərbi dəstəyi ilə daha sabit
şərtlər altında özünü toparlayacaq. Rusiya
isə yenə də Çin kimi ABŞ-a qarşı dura biləcək
iqtisadi gücə ehtiyac duyacaq. Çin isə bu ehtiyacdan
maksimum fayda götürəcək. Müharibənin yaxın
zamanda sona çatması real görünmür. Ukrayna
haqlı olaraq torpaqlarını verməkdən imtina edir.
Münaqişə nəticəsində kifayət qədər
insan itkisi və dağıntı yaşanıb. Ukrayna cəmiyyətində
müharibənin nəticələri ilə bağlı
güclü emosional və siyasi həssaslıq
formalaşıb. Hər hansı güzəşt qərarı
yalnız torpaq itkisi deyil, həm də milli ləyaqətin zədələnməsi
kimi qəbul oluna bilər. Rusiya da, müharibəni
dayandırmaq niyyətində deyil. Hətta münaqişə
dayansa belə, bir neçə il sonra hansısa yeni iddia ilə
təkrar başlaya biləcəyi ehtimalı var”.
Cavid
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.10.