Azərbaycanın regional və qlobal platformalarda rolu
arır
Dekabrın 2-də Qahirədə inkişaf etməkdə
olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq
Təşkilatına (D-8) üzv dövlətlərin ticarət
üzrə məsul nazirlərinin 4-cü iclası
keçirilib. İclasda 2024-cü ildə D-8 ölkələri
arasında ticarətin həcminin təxminən 150 milyard
dollar olduğu vurğulanıb, bu göstəriciləri
artırmaq üçün ortaq səylərin gücləndirilməsinin
vacibliyi bildirilib.
İclasda çıxış edən Türkiyənin
ticarət naziri Ömər Bolat D-8-ə Azərbaycanın
üzlüyü haqqında da danışaraq vurğulayıb
ki, Azərbaycanın iştirakı ilə təşkilat daha
güclü bir kimlik qazandı.
Bildirək ki, D-8 qrupu 1997-ci ildə üzv ölkələrin
iqtisadi əməkdaşlığına yardım məqsədilə
yaradılıb. Hazırda qrupa üzv dövlətlər
Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir,
Nigeriya, Türkiyə və Azərbaycandır. Misir ötən
ildən D-8-ə sədrlik edir.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə
təşkilatın XI Sammiti zamanı Azərbaycan yekdilliklə
D-8-in üzvü seçilib.
Millət vəkilləri sözügedən iclas və
Azərbaycanın D-8-ə üzlüyünün əhəmiyyəti
haqqında “Xalq Cəbhəsi”nə danışıblar.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva
bildirib ki, Azərbaycanın 19 dekabr 2024-cü ildə Qahirədə
keçirilən XI Sammitdə yekdilliklə İqtisadi Əməkdaşlıq
Təşkilatına (D-8) üzv seçilməsi ölkəmizin
artan nüfuzunun, iqtisadi gücünün, siyasi çəkisinin
və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir:
“Bu, təşkilatın yaradılmasından bəri ilk
genişlənmədir ki, bu da Azərbaycanın regional və
qlobal platformalarda artan rolunun göstəricisidir. Azərbaycan
Qlobal Cənubun səsinin dünyada eşidilməsi
üçün fəal şəkildə
çıxış edir. Ölkəmiz 2019-cu ildə
inkişaf etməkdə olan ölkələrin beynəlxalq
iqtisadi münasibətlərdə tam iştirakını təmin
etmək məqsədilə “77-lər Qrupu və Çin”
formatına qoşulub və Cənub-Cənub əməkdaşlığına
öz töhfəsini verib. Azərbaycan həmçinin Qlobal
Cənub ölkələri arasında ikitərəfli
münasibətlərin gücləndirilməsini qətiyyətlə
dəstəkləyir. Son illərdə Azərbaycanın Afrika
ölkələri ilə münasibətləri əhəmiyyətli
dərəcədə dərinləşib. Suverenliyin və ərazi
bütövlüyünün tam bərpası xarici siyasətdə
imkanlarımızı daha da genişləndirmişdir. Nəticədə,
çoxsaylı Afrika liderləri ikitərəfli münasibətlərin
inkişafı məqsədilə Azərbaycana səfərdə
maraqlı olduqlarını ifadə etmiş və ölkəmizi
qitəyə sərmayə yatırmağa dəvət
etmişlər”.
Təşkilatın Azərbaycan üçün
önəmi
P.Vəliyeva bildirib ki, Azərbaycan iqtisadiyyatının
sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal
inkişaf, nəqliyyat-logistika və ixrac potensialının
D-8 coğrafiyasında daha geniş tanıdılması
üçün mühüm platformadır: “Təşkilatda
olmaq 1 milyarddan artıq əhalini və 5 trilyon dollardan
çox ÜDM-i təmsil edən geniş bazara
çıxış üçün yeni imkanlar
açır. Bu həmçinin Azərbaycanın “Cənub-Cənub
əməkdaşlığı”na, İslam dünyası
daxilində iqtisadi həmrəyliyə və inkişaf etməkdə
olan ölkələrin birgə fəaliyyətinə verdiyi
töhfələri daha da gücləndirəcək”.
“Bunun töhfəsini yaxın gələcəkdə
Azərbaycan iqtisadiyyatında hiss edəcəyik”
Azərbaycanın bu təşkilata yeni üzv
olduğunu deyən Milli Məclisin deputatı Fariz
İsmayılzadə əlavə edib ki, bu təşkilata
üzvlük əldə etməklə bizim üçün
gözəl imkanlar açılır: “Çünki burada
İslam dünyasının ən inkişaf etmiş ölkələri,
iqtisadiyyatları birləşib. Təşkilatda Azərbaycan
üçün gözəl investisiya, ticarət əlaqələri
açılır. Bu ölkələrdə əhali
artımının baş verdiyini, energetikaya ehtiyac
olduğunu, investisiyaların artırdığını nəzərə
alsaq, bu ölkələrlə Azərbaycanın əlaqələri
nə qədər dərinləşərsə, genişlənərsə
bizim də iqtisadiyyatımıza və xüsusilə qeyri-neft
sektorunun inkişafına təkan verə bilər. Burada Azərbaycana
həm yeni sərmayələr cəlb oluna bilər, həm
bizim ölkəyə bu ölkələrdən gələn turistlərin
sayı arta bilər, birgə infrastruktur, energetika layihələri
həyata keçirilə bilər. Həmçinin Azərbaycan
məhsullarının satışı üçün yeni
bazarlar əldə oluna bilər. Bu, gözəl bir
imkandır, gözəl bir təşkilatdır və biz bunun
töhfəsini yaxın gələcəkdə Azərbaycan
iqtisadiyyatında hiss edəcəyik”.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.5.