USAID-in gerçək
siması: şeytan yuvasının missiyası əslində nədən
ibarət olub?
Tramp administrasiyası USAID-in layihələrini
dayandırıb. USAID-in Tvitter hesabı da bağlanıb və
saytı açılmır. Həmçinin, Soros xətti ilə
maliyyə də dayandırılıb. Bildirək ki, hələ
Prezident İlham Əliyev dekabrda Dmitri Kiselyova müsahibəsində
Trampın USAID-i qadağan edə biləciyini qeyd etmişdi.
Bu qurumun Azərbaycana qarşı fəaliyyəti, ermənipərəst
mövqe tutması, eləcə də Misir, Ukraynada inqilablarda
rolu, Gürcüstanda destruktiv fəaliyyəti və s.
haqqında millət vəkilləri, siyasi şərhçilər
fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib
ki, USAID-in fəaliyyətinin dayandırılması ilə
bağlı qəbul edilən qərar Tramp
administrasiyasının atdığı mühüm
addımlardan biridir: “Çünki 50 milyarddan çox büdcəsi
olan bu təşkilatın bu vəsaiti nəyə xərclədiyi
ilə bağlı ciddi şübhələr yaranıb. Bəlli
olur ki, USAID öz büdcəsinin bir hissəsini Suriyada
terrorçuların maddi təminatı, bir hissəsini
Əfqanıstanda radikal qruplaşmaların təşkilinə
xərcləyib. Beləliklə, bir çox bənzər
hallara yol verməklə ABŞ-nin demokratik imicinə ciddi zərbə
vurub. Ona görə də USAID-in fəaliyyətinin
araşdırılmasına ehtiyac var. Birinci mərhələdə
praqmatik məntiqdən çıxış edən Tramp administrasiyası
bu təşkilatın fəaliyyətini dayandırdı”.
“USAID perspektivi olmayan təşkilatdır”
Deputat gələcəkdə bu təşkilatın,
ümumiyyətlə, ləğv oluna biləcəyini deyib: “Nəticə
etibarı ilə bir ölkənin yaratdığı təşkilat
o ölkənin xarici siyasət məqsədlərinə xidmət
etmirsə, o ölkənin beynəlxalq imicinə, nüfuzuna xələl
gətirirsə, demək onun haqqında daha ciddi tədbirlər
görülməlidir. Xatırlayırsınızsa, Azərbaycan
Prezidenti Rusiya mediasına verdiyi müsahibədə bu məsələyə
toxunmuşdu. Çünki USAID Azərbaycanda da və postsovet
məkanında da fəaliyyət göstərir. Bu məkanda
isə USAID-in fəaliyyəti daha çox milli iradə üzərində
hegemoniya qurmağa söykənib. Bu təşkilat postsovet
ölkələrinin vətəndaşlarının cəsusluğa
cəlb edilməsi fəaliyyəti ilə məşğul
olub. İctimai rəyi manipulyasiya etmək üçün
media subyektlərinə bənzər subyetklər yaratmaqla məşğul
olub və bütün bunlar ölkələrdə
narazılıq doğurub. USAID-in fəaliyyəti Rusiyada
qadağan olunub. Gürcüstan onun fəaliyyətindən
çox narazıdır. Bəlli oldu ki,
Gürcüstandakı radikal qruplaşmaları da maliyyələşdirən
onlardır”.
H.Babaoğlu vurğulayıb ki, Azərbaycanda da
USAID-in etdiyi əməllər göz qabağındadır:
“Ona görə də mən düşünürəm ki, bu,
perspektivi olmayan təşkilatdır. Azərbaycan Prezidentinin hələ
bir neçə ay bundan əvvəl təxmin etdiyi Tramp
administrasiyasının USAID-i bağlamasının
mümkün olması ilə bağlı səsləndirdiyi
fikirlər bu gün öz əksini tapıb.
Düşünürəm ki, bundan sonra USAID-in ABŞ ilə
düşmən etməyə cəhd etdiyi dövlətlər
ABŞ-yə dost münasibət göstərəcək.
Çünki dövlətlərarası münasibətlərə
xələl gətirən bu təşkilatın fəaliyyəti
artıq dayandırılıb”.
“USAID daha çox təxribatlarla məşğuldur”
Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki,
USAID-in fəaliyyətini təhlil edəndə bu struktur və
qurumun dünyanın müxtəlif yerlərində təxribatla,
rəngli inqilablarla, müstəqil siyasətin
qarşısının alınması ilə məşğul
olduğunu görürük: “Yəni bu gün USAID-in fəaliyyətində
bu, əsas bir istiqamət kimi hər zaman özünü
göstərir və həmişə də birmənalı
qarşılanmır. Azərbaycan müstəqil siyasət həyata
keçirdiyinə görə biz hər zaman bu qurum tərəfindən
ölkəmizə qarşı tədbirlərin təşkil
olunduğunun, təxribatların baş verdiyinin
açıq-aydın şahidiyik. Ona görə də bu mənada
hesab edirəm ki, Gürcüstanda baş verən hadisələr
və digər ölkələrdə baş verən proseslər
də bir daha onu göstərir ki, Azərbaycan haqlı olaraq
Prezident İlham Əliyevin qeyd etdiyi formada davamlı olaraq bu təşkilata
öz mövqeyini və münasibətini bildirib”.
C.Məmmədov ABŞ Prezidenti Trampın USAID layihələrini
dayandırması addımını yüksək dəyərləndirib:
“Bu, çox doğru bir addımdır. Bu addımın
atılması zamanın tələbi idi. Belə bir
addımın atılması yalnız və yalnız
ABŞ-nin siyasətinin qarşısının alınması
üçün xüsusi əhəmiyyət
daşıyır. ABŞ bu cür təxribatlardan, fəaliyyətlərdən
uzaq olmalı, digər dövlətlərə qarşı təxribatlara
yol verməməli və məsələlərə daha diqqətlə,
həssaslıqla yanaşmalıdır”.
“Bu Agentlik siyasi şeytanlıqdan başqa bir iş
görmür”
Politoloq Elman Telmanoğlu bu Agentliyin siyasi
şeytanlıqdan başqa bir iş görmədiyini
vurğulayıb: “Məsələn, Misir və Ukraynada baş
verən inqilablarda USAID-in dolayısı ilə olsa da
birbaşa əli var idi. İndi də USAID, guya
Gürcüstanda müxtəlif proqramlar həyata keçirir
və ölkənin iqtisadiyyatı, səhiyyəsi və cəmiyyəti
sahələrində dəstək təşkil edir, amma əslində
isə ölkənin daxili siyasətinə və qanunvericiliyinə
əks yönəlik siyasi təsir göstərir. Bu destruktiv
siyasət həyata keçirən agentliyin tək niyyəti
Gürcüstanda yox, ümumiyyətlə, Cənubi Qafqazda
siyasi stabilliyi pozmaqdır. Bu durum isə onsuz da Qərbdən
gələn istənilən havaya oynayan siyasi marionet Ermənistan
hakimiyyəti üçün fərq etmir.
16 yanvar 2025-ci il tarixdə Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici
işlər naziri Maka Boçorişvili ilə
görüşdən sonra keçirilən birgə brifinqdə
bildirdi ki, USAID-in ölkəmizə yardımları ABŞ-nin
mənafeyi üçün edilirdi. Buna görə də biz
ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in
layihələrinin dayandırılmasını tələb
etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər.
Ona görə də biz bundan sonra yazılı təkliflərimizi
ABŞ tərəfinə göndərdik və müzakirələr
aparıldı. C.Bayramov qeyd etdi ki, biz bir daha şahid olduq ki,
USAID-in yardımları xoşniyyətli deyil, ona görə də
ölkəmizə qarşı qərəzli və zərərli
siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən
etibarən de-yure dayandırılıb. Nəinki Amerika, hətta
ümumqərb siyasətini bütün qərb siyasətçilərindən
daha yaxşı bilən Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyev dekabrda Kiselyova müsahibəsində qeyd
etmişdi ki, zənnimcə, Tramp onu ləğv edə bilər.
Nəticə isə göz önündədir”.
“Bu, Amerikanın ümumi siyasi kursunda bəzi dəyişikliklərin
ediləcəyinin ilkin anonsudur”
E.Telmanoğlu həmçinin vurğulayıb ki,
ABŞ-nin 47-ci Prezidenti Donald Trump, USAID-in ləğv edilməsi
barədə açıqlamalarını 2025-ci ilin yanvar
ayında edib: “20 yanvar 2025-ci ildə prezident seçiləndən
qısa müddət ərzində, Trump yeni xarici yardım
proqramlarının 90 gün ərzində dayanması
haqqında sərəncam imzalaması USAID-in fəaliyyətlərinin
dayanmasına səbəb oldu. Trump USAID-in ləğv edilməsini
təklif edib və onu "Radikal Lunatiklər" tərəfindən
idarə olunan bir təşkilat kimi tərif edib. Bu, bir
çox xarici yardım təşkilatlarının
narahatlığını doğurub. Diqqət yetirdinizsə,
ilk olaraq USAİD-in “X” sosial şəbəkəsində
İlon Mask tərəfindən profili bağlandı. Bu isə
Amerikanın ümumi siyasi kursunda bəzi dəyişikliklərin
ediləcəyinin ilkin anonsudur”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 6 fevral(№5).- S.5.