Qüdrət Həsənquliyev
səfir Birol Akgünü təbrik edib
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili, Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri
Birol Akgünü fəaliyyətə başlaması
münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
səfiri Cənab Birol Akgün
Hörmətli Cənab Səfir!
Sizi Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə
başlamağınız münasibətilə təbrik edirəm.
Azərbaycan-Türkiyə münasibətləri həm
tarixi, həm siyasi, həm də mənəvi cəhətdən
müqayisəyə gəlməyən, mənəvi sərhədlərinin
ölçüsü uca millətimizin qan yaddaşı qədər
olan, ortaq dil, ortaq mədəniyyət kimi möhkəm təməllərə
soykənərək daim inkişaf edən münasibətlərdir.
Son bir neçə yüz il ərzində Türkiyə
və Azərbaycan türklərini ən müxtəlif
ideologiyalar, basqılar, təzyiqlər altında bir-birindən
ayırmaq, tarixi köklərindən qoparmaq istəsələr
də, mümkün olmayıb. Mənəvi birliyimiz,
qardaşlığımız bütün maneələri
aşaraq, zamanın ən ağır sınaqlarından şərəflə
çıxıb. Babalarımızın damarlarından axan
pak qan Çanaqqalada, Gəncədə, Bakıda bir-birinə
qovuşaraq İstiqlalımızın rəmzinə
çevrilib.
Bu gün Azərbaycan və Türkiyə,
bütün Türk Dünyası bəlkə də tarixinin ən
önəmli dövrünü yaşayır. Azərbaycanın
qardaş Türkiyənin mənəvi-siyasi dəstəyilə
30 ilə yaxın bir müddət ərzində işğal
altında olan torpaqları üzərində suveren
hüquqlarını bərpa etməsi, iki ölkə
arasında imzalanan tarixi Şuşa Bəyannaməsi, hər
iki dövlətin təşəbbüsü və
iştirakı ilə həyata keçirilən layihələrin
yaratdığı möhkəm təməllər üzərindən
strateji hədəflərimizə doğru irəliləmək
üçün nümayiş etdirilən siyasi iradə və
qətiyyət gələcəyə böyük ümidlər
yaradır.
Hörmətli Birol bəy,
Vətəndən Vətənə xoş gəlmisiniz.
Sizə fəaliyyətinizdə uğurlar diləyirəm.
Allah bir millətin iki dövlətini və
bütün Türk Dünyasını qorusun.
Böyük hörmətlə:
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili, Milli Məclisin
Müdafiə,təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev”.
Xalq Cəbhəsi .- 2025.- 13 fevral(№6).- S.5.