Azərbaycanın beynəlxalq əlaqələri
inkişaf edir
Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli
möhtəşəm tədbirlərdə iştirak edib.
Onlardan biri də Davos İqtisad Forumudur. Bu il 55-ci
iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər
ətrafında olduqca vacib əhəmiyyətli müzakirələr
aparılıb.
Xatırladaq ki, Azərbaycan Davos Forumunda ilk dəfə
27-31 yanvar 1995-ci il tarixində tiştirak edib.
Azərbaycanın forumda ilk dəfə iştirakı
münasibətilə forum çərçivəsində Azərbaycana
həsr olunan görüş keçirilib və ümummilli
lider Heydər Əliyev ölkə haqqında, onun siyasi,
iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri
barədə tədbir iştirakçılarına geniş məlumat
verib. Heydər Əliyev Azərbaycanın karbohidrogen
ehtiyatlarla zəngin olduğunu və bu resurslardan dünyanın
gələcək inkişafı naminə istənilən
ölkə ilə qarşılıqlı maraqlar əsasında
istifadə etmək prinsiplərini özündə əks
etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan
edib. O, bildirib: "Zəngin neft və qaz yataqları,
digər təbii sərvətləri olan Azərbaycan
müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında
xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq
üçün, dünya üçün
açıqdır".
Prezident Heydər Əliyev 27-30 mart 2000-ci ildə
Davosda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri:
İpək yolu və ya böyük oyun" mövzusunda
sessiyada iştirak edib. Səfər çərçivəsində
Heydər Əliyev Dünya İqtisadi Forumunun prezidenti Klaus
Şvab ilə görüş keçirib. Klaus Şvab
dünyanın bütün ölkələrinin Qafqaza
böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəmərinə dair imzalanmış
sazişi Azərbaycanın bütün dünyada nüfuzunun
daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib.
Heydər Əliyev DİF ilə Azərbaycan arasında əlaqələrin
genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin
artması üçün geniş imkanlar
açacağını bildirib. Eyni zamanda Heydər Əliyev
İsveçrə Prezidenti A.Oqi və maliyyə departamentinin
rəhbəri (Maliyyə Naziri) K.Villiqerlə
görüşüb, digər məsələlərlə
yanaşı, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması məsələsini müzakirə edib.
Beynəlxalq forum yalnız bir dəfə 2002-ci ildə
ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti
olaraq Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min
nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror
hadisələrinə qarşı
çıxdıqlarını nümayiş etdiriblər. Forumda
Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib və
öz çıxışında sentyabrın 11-də Amerika
Birləşmiş Ştatlarının Nyu-York şəhərində
baş vermiş terror aktından son dərəcə
narahatlıq duyduğunu bildirib. Dövlət
başçısı bütün dünya dövlətlərinin
səylərini beynəlxalq terrorizmlə birgə mübarizə
üçün birləşdirməyin vacibliyini bildirib. Heydər
Əliyev Beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm
olduğunu bildirərək bunu Dağlıq Qarabağın
timsalında izah edib: "... Bu ərazidə münaqişə
məhz separatçılıq niyyətinə görə
başlanmış, sonra Ermənistanla Azərbaycan arasında
müharibəyə çevrilmiş və nəticədə
Azərbaycan ərazisinin təxminən 16 min kvadrat kilometr hissəsi
nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq
desək, qanunsuz silahlı qüvvələrin nəzarətində
qalmışdır. Bu əraziyə dünya birliyi, heç
bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki,
orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin
qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu,
münaqişə törətmək mənbəyidir, terrorizm
mənbəyidir..."
Sonrakı illərdə də bu ənənə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib.
Azərbaycan beynəlxalq aləmdə
özünün mövqeyi var. Azərbaycan öz mövqeyini
həm bölgədə, həm beynəlxalq aləmdə
bildirir. Atılan addımlar Azərbaycan xalqının
rifahına xidmət edir. Uğurlu perspektivlər
üçün dövlətimzi daimi irəli addımlayr. Bu
baxımdan Azərbaycanın gələcək inkişafı
və fəaliyyətinin daha da uğurlu olacağına
mütləq əminliyimiz var.
Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent Səyavuş Qasımov "Xalq Cəbhəsi"nə
deyib ki, Azərbaycan öz bütün əhdlərinə
sadiq olan bir ölkədir. Və ölkəmizin beynəlxalq əməkdaşlıq
məsələsi xüsus olaraq burada qeyd olunmalıdır. Məhz
bunun sayəsində Azərbaycan artıq dünyanın diqqətindədir.
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına
verdiyi müsahibədə bildirib ki, Azərbaycan Cənubi Qafqaz
və Xəzər regionunda etibarlı mövqe tutur: “Biz ən
başdan, müstəqilliyimiz bərpa ediləndən bəri
olduğumuz yerdəyik. Azərbaycan güclü iqtisadiyyat,
yeri gəlmişkən, özünü təmin edən
iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici
borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq
regionda bağlantılar yaradan genişmiqyaslı layihələr
həyata keçirmişik və aid olduğumuz Cənubi
Qafqaz və Xəzər regionunda etibarlı mövqe
tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat
tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə
müdafiə etmişik və çoxlu uğur
qazanmışıq. Dünya xəritəsində nisbətən
yeni olan Azərbaycanın öz milli maraqlarını
müdafiə edən və bütün dünyada
yaxşı əlaqələr quran ölkə kimi nümunəsi
onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa,
siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.
Hədəf Azərbaycanın dünyanın siyasi və
iqtisadi xəritəsində öz yerini tutmasından ibarət
idi. Təxminən 200 ölkəni bir araya gətirən
İqlim konfransına ev sahibliyi etmək böyük
çağırış, böyük məsuliyyət, eyni
zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş
xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki,
namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq
təşkilat yekdilliklə dəstəklədi.
Bundan əvvəl 120 ölkəni birləşdirən,
BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq
təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində
uğurla sədrlik etdik. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa,
heç bir ölkənin daxili işlərinə
qarışmamağa əsaslanan siyasətimiz həqiqətən
də beynəlxalq arenada dəstəklənir”.
Cənab Prezidentin bu fikirlərinə Azərbaycan Cənubi
Qafqaz və Xəzər regionunda strateji bir mövqeyə malik
olduğu bir daha aydın şərh olunub. Bu ölkə,
enerji resursları, ticarət yolları və coğrafi
mövqeyi ilə önə çıxır. Eyni zamanda, Azərbaycanın
siyasi və iqtisadi əlaqələri, regional təhlükəsizlik
və əməkdaşlıq məsələlərində də
əhəmiyyətli rol oynayır. Xəzər dənizinin
sahilində olması, enerji resurslarının ixracı
üçün mühüm dəhlizlər təmin edir, bu
da onun regional və beynəlxalq əhəmiyyətini
artırır: “Azərbaycan, Asiya ilə Avropa arasında bir
körpü rolunu oynayır. Bu, ticarət və nəqliyyat
marşrutlarının inkişafı üçün əlverişli
şərait yaradır. Ölkəmiz Xəzər dənizində
zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu resurslar,
regionda enerji təhlükəsizliyinin təmin edilməsi və
Avropaya enerji tədarükü üçün əhəmiyyətlidir.
Azərbaycanın strateji mövqeyi, regiondakı münaqişələrin
azaldılmasına və əməkdaşlığın
inkişafına töhfə verə bilər. Ölkə,
müxtəlif regional və beynəlxalq təşkilatlarda
aktiv iştirak edərək, sabitliyin təmin olunmasına
çalışır. Azərbaycanın ərazisi, İpək
Yolu kimi tarixi ticarət yollarının modern
versiyalarının keçdiyi yerdir. Bu, iqtisadiyyatın
diversifikasiyası və beynəlxalq ticarət əlaqələrinin
gücləndirilməsi üçün imkanlar yaradır. Azərbaycanın
geosiyasi mövqeyi, NATO və digər beynəlxalq təhlükəsizlik
təşkilatları ilə əməkdaşlığı
artırır, bu da regionda hərbi balansı qorumağa
kömək edir. Bu amillər Azərbaycanın Cənubi Qafqaz
və Xəzər regionundakı etibarlı mövqeyinin əhəmiyyətini
artırır”.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına
üzvülüyü məsələsinə də toxunub:
“Ümumdünya Ticarət Təşkilatına daxil olmaq
böyük bir prosesdir. Azərbaycan hələ də
Ümumdünya Ticarət Təşkilatının
üzvü deyil, baxmayaraq, uzun illərdir, bir neçə
onilliklərdir ki, danışıqların aktiv mərhələsindədir.
Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi
sırf proteksionizm, ikili standartlar, tariflərdir - bütün
bunlar Ümumdünya Ticarət Təşkilatının təməl
dəyərlərinə ziddir. Bu ölkələr öz
bazarlarını qorumaq üçün tarifləri tətbiq
edir, proteksionizm üsullarından istifadə edirlər və
bu da Ümumdünya Ticarət Təşkilatının
prinsiplərinə tamamilə ziddir.
Buna görə də danışıqlar prosesindəyik.
Lakin, eyni zamanda, üstünlükləri və zəif tərəfləri
ciddi qiymətləndiririk. Narahat edən məqamlardan biri indi
müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir
ki, sənayemiz və ixrac potensialımız bunun
üçün yaxşı hazır olmalıdır.
Çünki bu vaxtadək ixracın əsas hissəsi
qazıntı enerji növləridir. Bunun üçün
Ümumdünya Ticarət Təşkilatına üzv olmaq
lazım deyil. Ölkə əmtəələrini bazarda
satır.
Beləliklə, bazarlarını bütün
dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına
üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni
zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan
vura bilərlər. Beləliklə, bu prosesi
balanslaşdırırıq və gələcək
danışıqlar prosesində maksimum müsbət şərtləri
əldə etməyə çalışırıq.
Artıq Azərbaycanın iqtisadiyyatı özünü təmin
edir. ÜDM-ə münasibətdə ən aşağı səviyyəli
xarici borcumuz var. Konvertasiya oluna bilən valyuta
ehtiyatlarımız xarici borcu 14 dəfə üstələyir.
Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım
deyil. Malik olduqlarımızı itirmək istəmirik. Lakin,
eyni zamanda, təşkilata qoşulma ilə bağlı
bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr
istiqamətində ölkələrlə danışıqlar
prosesində, istərsə də ümumilikdə təşkilatla
bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan
gedər”.
Qeyd olunduğu kimi, ölkəmiz bu təşkilata
daxil olmaq üçün danışıqlar aparır.
ÜTT-yə üzvlük, ölkələrin ticarət siyasətlərini
beynəlxalq standartlara uyğunlaşdırmasını və
ticarət mühitini daha da açıq etməsini tələb
edir. Bu proses bir neçə il davam edə bilər,
çünki müxtəlif iqtisadi və hüquqi tələblərə
cavab vermək lazımdır.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına
(ÜTT) üzv olması əhəmiyyətlidir.
Çünki ÜTT üzvlüyü, ölkənin beynəlxalq
ticarət sistemində iştirakını artırır, digər
ölkələrlə ticarət əlaqələrinin
genişlənməsinə imkan yaradır. Bu təşkilata
üzv olmaq, xarici investorlar üçün daha etibarlı
mühit yaradır. Bu, Azərbaycanın iqtisadiyyatına yeni
investisiyaların cəlb edilməsinə kömək edə
bilər. ÜTT, üzv ölkələr arasında ticarət
müqavilələrinin bağlanmasını
asanlaşdırır və bu da Azərbaycanın məhsullarının
beynəlxalq bazarlara çıxışını
artırır. Ticarət imkanlarının genişlənməsi,
Azərbaycanın iqtisadiyyatının neftdən
asılılığını azaltmağa və daha
diversifikasiya olunmuş sektorlara yönəlməyə şərait
yaradır. ÜTT-yə daxil olmaq, Azərbaycanın qlobal
iqtisadiyyata inteqrasiyasını sürətləndirir və
ölkənin beynəlxalq ticarət sistemindəki mövqeyini
gücləndirir. Bütün bunlar Azərbaycanın
iqtisadiyyatını gücləndirmək və beynəlxalq səviyyədə
daha fəal rol oynamaq üçün vacibdir”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 20 fevral(№7).- S.13.