USAİD ölkələrdən qovulur
ABŞ prezidenti Donald Trampın ABŞ-ın Beynəlxalq
İnkişaf Agentliyinin (USAİD) audit məqsədilə 90
gün müddətinə bağlanıldığını
elan etməsindən sonra bir neçə ölkədə, o
cümlədən Azərbaycanda fəaliyyətinin
dayandırılması ilə bağlı qərar çox
müsbət addımdır. Sirr deyil ki, USAİD humanitar təşkilat
çətiri altında mənəvi terror siyasəti həyata
keçirib. Trampın USAİD -i “görünməmiş
miqyasda korrupsiyada” ittiham etməsi, ABŞ Dövlət İdarəetməsinin
Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri
Maskın isə USAİD-in “cinayətkar təşkilat”
adlandırması təsadüf deyil.
Xatırladaq ki, USAİD Amerika Birləşmiş
Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən
mülki xarici yardım və inkişaf köməyin idarə
edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə
ilə USAİD dünyanın ən böyük rəsmi
yardım agentliklərindən biridir və ABŞ-nin
bütün xarici yardımının yarısından
çoxunu təşkil edir – mütləq dollar ifadəsində
dünyada ən yüksəkdir. Konqres 4 sentyabr 1961-ci ildə
ABŞ-nin xarici yardım proqramlarını yenidən təşkil
edən və iqtisadi yardımı idarə etmək
üçün bir agentliyin yaradılmasını tələb
edən Xarici Yardım Aktını qəbul etdi. Sonradan
USAİD bir neçə mövcud xarici yardım təşkilatını
və proqramlarını bir agentlik altında birləşdirməyə
çalışan Prezident Con Kennedinin sərəncamı ilə
yaradıldı. USAİD əsas diqqəti uzunmüddətli
sosial-iqtisadi inkişafa yönəldən ABŞ-nin ilk xarici
yardım təşkilatı oldu.
ABŞ-ın xarici siyasətinin formal komponenti olan
USAİD prezidentin, dövlət katibinin və Milli Təhlükəsizlik
Şurasının rəhbərliyi altında fəaliyyət
göstərir. USAİD-in 100-dən çox ölkədə,
ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın
Şərq və Şərqi Avropada nümayəndəlikləri
var.
USAİD mövcud olduğu ölkələrdə
ABŞ-ın xarici siyasətinin həyata keçirilməsinə
xidmət edib. Məqsədində heç vaxt şəffaflıq
olmayıb. USAİD kəşfiyyat xidmətini məharətlə,
missiyasını yerinə yetirməyə müvəffəq
olub. USAİD vasitəsilə ABŞ xarici yardımdan siyasi silah
kimi istifadə edib. ABŞ xarici siyasətinin tənqidçisi,
jurnalist Uilyam Blum bəyan edib ki, 1960-cı illərdə və
1970-ci illərin əvvəllərində USAİD “Mərkəzi
Kəşfiyyat İdarəsi ilə sıx iş əlaqəsi
saxlayıb və Agentliyin rəsmiləri çox vaxt
USAİD-in pərdəsi altında xaricdə fəaliyyət
göstəriblər. 1960-cı illərdə USAİD-in indi
dağılmış bölməsi olan İctimai Təhlükəsizlik
İdarəsi buna misal olaraq xatırlanır, O, xarici polisə
üsyanla mübarizə üsulları (o cümlədən
işgəncə üsulları) üzrə təlim
keçmək üçün cəbhə rolunu oynayıb.
Dünyanın 100-dən artıq ölkəsində
nümayəndəliyi və 10 mindən artıq əməkdaşı
olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar
yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya
sahələrinə dəstəklə məşğul olsa
da, əslində onun fəaliyyəti bütün dünya
üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə
ölkələrin daxili işlərinə
qarışmağa, ictimai rəyə təsir imkanları
qazanmağa və bu rıçaqlardan təzyiq və hətta
dövlət çevrilişləri üçün istifadə
etməyə, müstəqil dövlətlərdə qanuni
seçilmiş hakimiyyətləri və konstitusion
quruluşu devirməyə yönəlib. 2024-cü maliyyə
ilində USAİD layihələrin icrası üçün
36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə
ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib.
Rusiyada USAİD-in fəaliyyəti qadağan edilib. 2010-cu ildən
bu günə qədər ABŞ-ın USAİD təşkilatı
bir neçə ölkədən qovulub. Məsələn,
USAİD Belarus və Efiopiyadan ən sərt ittiham
çıxışları ilə öz ölkəsinə
sürgün edildi. 2013-cü ildə Boliviya prezidenti Ero Morales
USAİD-in ölkədəki fəaliyyətini “Boliviyada
çalışan amerikalıların dövlətin daxili
işlərinə qarışması” kimi qiymətləndirərək
bu təşkilatı öz ölkəsindən qovub
çıxardı. 2012-ci ilin yayında ALBA ölkələri
(Venesuela, Kuba, Ekvador, Boliviya, Nikaraqua, Sent Vinsent və Qrenadin,
Dominika, Antiqua və Barbuda) öz üzvlərini USAİD-i
ölkələrindən çıxarmağa
çağırıblar.Braziliyanın ən böyük qəzeti
olan Folha de S.Paulo, USAİD-i Braziliyanın siyasi islahatına
sağçı partiyalara məqsədyönlü şəkildə
təsir göstərməyə çalışmaqda ittiham
edib. 2005-ci ildə USAİD Braziliya Konqresində partiyadaxili sədaqətsizliyi
cəzalandıran qanunun qəbul edilməsinə yönəlmiş
islahatları dəstəkləmək üçün seminara
95.000 dollar xərcləyib.
USAİD-in terror təşkilatları ilə
işbirliyində olduğu da istisna edilməyib. Təşkilat
"Əl Qaidə" , ASALA, "Hizbullah" və digər
terror təşkilatlarından belə təhlükəlidir.
USAİD-in “Əl-Qaidə” təşkilatı
üçün 10 min porsiya yemək alınması, Kolumbiyada
transgender operası, Peruda transgender komiksləri, İrlandiyada
LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və
işgüzar dairələrdə bərabərliyin və
inklüzivliyin irəliləməsi, Qvatemallada cinsin dəyişdirilməsi
və LGBT fəallığı və digər proqramları həyata
keçirməsini xatırlamaq yetərlidir. Bu günlərdə
" New York Post" İsrail Müdafiə Qüvvələrinin
istefada olan əsgəri Asher Fredmana istinadən məlumat
yayıb ki, Livanda "Hizbullah" ın silah anbarında
üzərində USAID yazılan paketlərdə humanitar
yardımı tapılıb.
Onun sözlərinə görə, "Hizbullah"
ın qalasının olduğu Livanda patrul xidməti apararkən
üzərində USAİD yazılan paketlərin yanında
snayper tüfəngləri, tank əleyhinə raketlər və
partlayıcı maddələr aşkar edib.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi
Vasili Nebenzya bildirib ki, Moskvanın USAİD-in bütün
dünyada radikalları maliyyələşdirməsi ilə
bağlı keçmiş bəyanatlarının
hamısı doğrudur. Bu fakt onu deməyə əsas verir
ki, USAİD terrorçulara da humanitar yardım edib.
USAİD bir çox ölkə mediasını maliyyələşdirməklə
“azad mətbuat”, “söz azadlığı” adı altında əslində
korrupsiya mexanizmi ilə ayrılan maliyyə əsasında
milli hökumətlərə təzyiq və şantaj
rıçaqları, informasiya diversantları
hazırlayıb.
Onun Cənubi Qafqazdakı fəaliyyətinə gəldikdə,
USAİD-in ləğv etməsi xəbəri bu qurumdan ən
çox vəsait alan Ermənistanda narahatlıq yaradıb.Təşkilat
2024-cü ildə. "demokratiyanın təşviqi" nə
görə Ermənistanda 22,35 milyon dollar ayırıb.Ermənistanda
isə 1992-ci ildən fəaliyyətə başlayan təşkilat
2005-ci ilə qədər "humanitar" yardım göstərməklə
məşğul olub. Dövlətlə birbaşa əməkdaşlıq
isə 2013-cü ildən başlayıb. Mətbuatın yazdığına
görə, bu illər ərzində Ermənistan USAID-dən
təxminən 3,3 milyard dollar vəsait alıb.Mətbuatda
USAİD-in rəhbəri qatı ermənipərəst Samanta
Pauerin milyarder Ruben Vardanyanla da dostluğu haqqında məlumatlara
rast gəlmək mümkündür. Bu həmin Samantadır ki,
2006-cı ildə qondarma "erməni
soyqırım"ına aid filmin təqdimatında türkləri
faşist adlandırıb, "soyqırım"ın
tanınacağı günü özünün ikinci ad
günü elan edəcəyini bəyan edib. Samanta Pauer elə
19 sentyabr tarixində Azərbaycan tərəfindən həyata
keçirilən antiterror əməliyyatından dərhal
sonra özünü İrəvana çatdırıb,
Qarabağ erməniləri ilə görüş keçirərək
onlara 2.5 milyon dollar yardım ayrılacağını bildirib.
Elə Samanta Pauerin tapşırığı ilə
2023-cü ilin noyabrın 21-də USAID Qarabağı tərk
edən" 100 min" erməniyə humanitar yardım
göstərmək üçün 4 milyon dollardan çox vəsait
ayırdığını elan edib. Amma Qarabağ və Şərqi
Zəngəzurdan didərgin salınan, Ermənistanın
işğalçılıq siyasəti, bəşəri
cinayətlərinin qurbanına çevrilən milyondan
çox soydaşımız 30 ildə bir dəfə də
olsun USAİD-in yadına düşmədi.
Gürcüstana gəldikdə isə Gürcüstan
parlamentinin spikeri Şalva Papuaşvili deyib ki, Gürcüstan
QHT-ləri 2024-cü il oktyabrın 26-da keçirilən
parlament seçkiləri üçün USAİD-dən 41.7
milyon dollar alıb və bu maliyyələşdirmənin məqsədi
şəffaf deyil. Papuaşvili Gürcüstanda dövlət
çevrilişinə cəhdlərə mütəmadi rəhbərlik
edən təşkilatlara on milyonlarla dolların necə
ayrıldığını izah etməyi tələb edib.
USAİD-in Azərbaycana qarşı böhtan və şantaj,
Ermənistanda hakimiyyətə yaxın təşkilatların
maliyyələşdirilməsi, Gürcüstanda hakimiyyətə
təzyiq və lazım gəlsə, çevriliş edə
biləcək qüvvələrin təşkilatlanması və
maliyyələşdirilməsi də proqramına daxil edilib.
Onun Azərbaycana qarşı fəaliyyəti konkret
istiqamətlər üzrə dezinformasiya, yalan və şantaj
üzərində qurulub. Hər vəchlə xalq-hakimiyyət
birliyini, xalqın liderinə olan inam və etimadına kölgə
salmağa cəhdlər göstərib, amma heç vaxt məkrli
planına nail olmayıb:
"Azərbaycanın qeyri-hökumət təşkilatları
düzgün olaraq ABŞ prezidenti Donald Trampa, eləcə də
ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi
Departamentinin (DOGE-nin) rəhbəri İlon Maska edilən
müraciətində ötən uzun illər ərzində
ABŞ vergi ödəyicilərinin pulların USAİD-in
korrupsiya yeminə çevrildiyi, Bayden-Blinken Administrasiyasının
qara şəbəkəsinin formalaşdırılması
üçün istifadə olunduğu vurğulayıb.
Müraciətdə qeyd olunub ki, Azərbaycan-ABŞ münasibətlərinin
itirilmiş illərinə çevrilən Bayden-Blinken
dövründə Azərbaycan cəmiyyətində
USAİD-in ölkədən qovulması, fəaliyyətinin
dayandırılması ilə əlaqədar
çağırışlar, ictimai qəzəb də artan xətt
üzrə güclənib. USAİD qrantları Azərbaycanda
da ənənəvi, milli-mənəvi dəyərlərə
təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki
imicinə və strateji maraqlarına zərbə vurub.
İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci
ildən USAİD Azərbaycanda müxtəlif adlar altında
layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait
xərcləyib. Yeni faktlar ABŞ-ın hazırda aktiv olan 17
milyon dollarlıq müxtəlif qrant layihələrində Azərbaycanın
da adının keçdiyini göstərir. QHT-lər ümid
edir ki, Tramp administrasiyasi USAİD-in Azərbaycandakı cinayətlərinə
də nəzər salacaq, ayrılmış qrantların təftişinin
aparılmasına göstəriş verəcək.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 20 fevral(№7).- S.8.