Gənclər
Kitabxanasında Xocalı Soyqırımı ilə əlaqədar
silsilə materiallar hazırlanıb
Bu gün Azərbaycan tarixinə ən dəhşətli
və faciəli səhifələrdən biri kimi daxil olan
Xocalı Soyqırımından 33 il ötür. Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
Xocalı faciəsində həlak olan
soydaşlarımızın əziz xatirəsinə həsr
edilən silsilə materiallar – biblioqrafik icmal, tanıtım
çarxları, virtual və ənənəvi kitab sərgiləri
hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına
Kitabxanadan verilən məlumata görə, biblioqrafik icmalda
ölkəmizdə Xocalı Soyqımına dair imzalanan rəsmi
sənədlərin tam mətni, “Xocalı indi kədərin
yox, Zəfərin rəmzidir!” başlığı altında
özündə faciənin tarixi, Azərbaycan xalqının
yaddaşında buraxdığı silinməz izlər və
sağalmaz yaralar, erməni terrorizminin ən dəhşətli
siması, Xocalı soyqırımının dünya
miqyasında tanıdılması istiqamətində
aparılan sistemli işlər, 44 günlük İkinci
Qarabağ müharibəsi, bir günlük lokal antiterror tədbirləri
nəticəsində əldə edilən tarixi ədalət –
Şanlı Qələbə, Xocalı şəhərində
aparılan bərpa-quruculuq işləri haqqında məlumat
verilir. Biblioqrafik icmalda “Əsir Xocalı”, “Onlar heç vaxt
böyüməyəcək”, “Tarixi saxtalaşdırmaq cinayətdir”,
“Xocalı qətliamı : erməni qəsbkarlığının
qanlı fəsadları”, “Ölümdən o yandakı
Xocalı” kimi Azərbaycan, türk, ingilis, rus və digər
dillərdə nəşr edilən 50-dən çox
kitabın biblioqrafik təsviri, qısa annotasiyası və
dövri mətbuat nümunələri sərgilənir.
Kitabxananın rəsmi saytında yerləşdirilən
https://ryl.az/multimedia/tarixin-unudulmayan-xocali-izi“Tarixin unudulmayan
Xocalı izi” adlı virtual sərgidə Xocalı
soyqırımı hadisələrinin xronologiyası, tarixi,
acı nəticələri haqqında məlumatlarla
yanaşı Ulu Öndər Heydər Əliyevin, Prezident
İlham Əliyevin Xocalı Soyqırımı mövzusunda
olan tarixi çıxışlarının
videogörüntüləri təqdim edilir, son illərdə
Xocalı faciəsi mövzusunda qələmə alınan
“Solmayan nərgiz”, “Xocalı şikəstəsi”, “Koramal”,
“Ümidlərin izi ilə”, “Mələklərin
soyqırımı” kimi bədii əsərlərin qısa
annotasiyası haqda məlumat verilir.
Bundan əlavə Respublika Gənclər
Kitabxanasının sosial platformalarında “Xocalı Soyqırımı bədii
ədəbiyyatda” başlığı altında faciəyə
həsr olunan ədəbiyyat nümunələrinin
tanıtım çarxları paylaşılır. Kitabxana əməkdaşları
tərəfindən Azərbaycan Ədəbiyyat Fondunun Baş
direktoru Varis Yolçuyevin müəllifi olduğu Azərbaycanın
Milli Qəhrəmanı Əlif Hacıyevin erməni qəsbkarları
tərəfindən törədilən Xocalı
Soyqırımı nəticəsində yarımçıq
qalan sevgi hekayəsi və qəhrəmanlıq dolu həyatından
bəhs edən “Qırmızı ləçəklər”
kitabının tanıtım çarxı hazırlanaraq
istifadəçilərə təqdim edilib. Respublika Gənclər
Kitabxanası tərəfindən “Xocalı
Soyqırımı bədii ədəbiyyatda”
başlığı altında daha bir neçə kitabın
tanıtım çarxının hazırlanması nəzərdə
tutulur.
Xocalı Soyqırımının 33-cü
ildönümü ilə əlaqədar hazırlanan biblioqrafik
icmal kitabxananın rəsmi saytında
https://ryl.az/funds/biblioqrafik-icmal
yerləşdirlib.
Xalq Cəbhəsi .- 2025.- 27 fevral(№8).- S.16.