“Mübarizəmizi əzmlə
davam etdirməliyik”
Bəhruz Məmmədzadə: “Müxtəlif
platformalarda informasiya hücumları ilə üzləşirik”
Xocalı soyqırımından 33 il ötür. Bu illər
ərzində Azərbaycan xalqı bu dəhşətli
soyqırım aktını heç bir zaman unutmadı və
bir sıra ölkələrdə soyqırımı aktı
kimi tanıdılmasına nail oldu.
Xocalı soyqırımı nəticəsində
63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı
olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirib.[2] Düşmən gülləsindən
76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər
əsir götürülüb.
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid
Ailələri və Veteranları İctimai Birliyinin sədri,
Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz
Məmmədzadə “Xalq Cəbhəsi”nə müsahibəsində
maraqlı məqamlara toxundu.
- Xocalı soyqırımından 33 il keçir. Bu
tarix Azərbaycan üçün nə deməkdir?
- Bu tarix Azərbaycanın qan yaddaşıdır və
heç bir zaman unudulmayacaq. 1992-ci il fevralın 26-da azərbaycanlılara
qarşı görünməmiş vəhşilik baş
verdi, bütün dünyanım gözü
qarşısında soyqırımı aktı törədilidi.
Erməni vandalları Rusiyanın 366-cı motoatıcı
alayının dəstəyi ilə xocalıların
timsalında nəinki azərbaycanlılara, türk
dünyası və müsəlmanlara, ümumiyyətlə bəşəriyyətə
qarşı görünməmiş vəhşilik etdilər.
Ona görə də Xocalı soyqırımı bəşəri
cinayətdir.
- Xocalı soyqırımının
tanıdılması istiqamətində görülən
işləri qaneedici hesab etmək olarmı?
- Biz, bu soyqırımı aktının dünya
ictimaiyyətinə çatdırılması
üçün ciddi səy göstərməliyik. Təkcə
Azərbaycanın diplomatik korpusları, müxtəlif dövlət
strukturları deyil, diaspor təşkilatları ilə
yanaşı, Qeyri-Hökumət Təşkilatları və
media orqanları ciddi fəaliyyət yürütməlidirlər.
Beynəlxalq platformalarda bu istqiamətdə fəaliyyətimizi
daha da gücləndirməliyik. Hesab edirəm ki, üzərimizə
düşən ciddi məsuliyyət yükü var və bu
daha aktiv fəaliyyət göstərməyimiz
üçün əsas olmalıdır.
Onu da əlavə edim ki, Xocalı faciəsinin
bütün dünyada tanıdılması istiqamətində
ən böyük və mühüm layihələri Heydər
Əliyev Fondu həyata keçirib. “Xocalıya ədalət”
kampaniyası çərçivəsində önəmli və
effektiv fəaliyyət göstərilib.
- Xocalı qurbanlarının qisasını
döyüş meydanında aldıq. Əldə etdiyimiz qələbə
bu ağrını azaldacaqmı?
-Azərbaycan 44 günlük Vətən müharibəsində
tarixi qələbə qazandı. Əlbəttə, Xocalı
soyqırımının qurbanlarının, eyni zamanda şəhidlərimizin
qisasını döyüş meydanında aldıq.
Şuşanı və digər ərazilərimizi
işğaldan azad etməklə düşmən heç bir
zaman unutmayacağı mənəvi psixoloji zərbə
aldı.
Azərbaycan əsgəri Şuşa əməliyyatı
ilə bütün dünyaya sübut etdi ki, işğalla
heç bir zaman barışmayacaq və belə də oldu. Ermənistan
rüsvayçı şəkildə kapitulyasiyaya imza
atdı.
Əlbəttə, biz, ərazi
bütövlüyümüzü və suverenliyimizi bərpa
etmişik, torpaqlarımız işğaldan azad olunub,
düşmənə sarsıdıcı zərbə vurulub.
Bu gün işğaldan azad edilmiş ərazilərdə,
eyni zamanda Xocalıda bərpa-quruculuq işləri gedir,
insanlar öz doğma torpaqlarına qayıdırlar.
Xocalı canilərinin bir çoxu artıq Azərbaycanda
həbsdədir və məhkəmədə onlar hansı vəhşilikləri
törətdiklərini etiraf edirlər. Bunlar erməni
vandalizminin gerçək simasıdır.
Bu günlərdə Xocalı qatillərindən olan
Levon adlı erməninin sosial şəbəkələrdə
yayımlanan vəhşilikəri barədə məlumatlar
verməsi, onların soyqırımı etirafıdır.
Bütün bu faktların dünya ictimaiyyətinə
çatdırılması vacib şərtdir.
Hesab edirəm ki, tarixi qələbəmiz və
döyüş meydanında aldığımız qisas bizə
təskinlik versə də, Xocalı soyqırımını
heç bir zaman unuda bilmərik.
- Prezident İlham Əliyev Xocalı sakinləri ilə
görüşü zamanı səmimi söhbət etdi və
önəmli mesajlar verdi...
- Əlbəttə dövlət
başçısınını çıxışı
Azərbaycan dövlətinin qətiyyətini göstərir.
Eyni zamanda Ermənistanla yanaşı, onların himayədarlarına
verilən gözdağıdır. Həmçinin
xocalılar başda olmaqla Azərbaycan ictimaiyyətində
yaradılan əminlik hissidir.
Böyük Qayıdış, bərpa-quruculuq işləri
və digər məsələlərlə bağlı Cənab
Prezidentin fikirləri Azərbaycan dövlətinin
gücünü göstərir.
Dövlətimiz hərb və diplomatik sahədə,
eyni zamanda informasiya savaşı cəbhəsində həlledici
uğurlara imza atıb. Amma vətəndaş cəmiyyəti
strukturları da dövlətə ciddi dəstək verməlidir.
Bu gün vətəndaş cəmiyyəti nümayəndələri
olaraq Xocalı soyqırımı həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılası
üçün daha ciddi şəkildə
çalışmalıyıq. Tarixi qələbə
qazanmağımız və torpaqlarımızı
işğaldan azad etməyimiz bizi
arxayınlaşdırmamalıdır. Çünki informasiya
savaşı davam edir və erməni lobbisi qarayaxma
kampaniyalarını davam etdirir. Dövlət
başçısı müsahibələrində dəfələrlə
bu məqama toxunub.
Ona görə də informasiya müharibəsi cəbhəsində
ciddi mübarizə qaçılmazdır.
Erməni lobbisinin maliyyə dəstəyi ilə xarici
mediada Azərbaycana qarşı ciddi informasiya müharibəsi
aparılır. Həmçinin müxtəlif ölkələrin
parlamentlərində, müəyyən siyasi təşkilatlarda
və digər platformalarda informasiya hücumları ilə
üzləşirik. Bütün bunlar onu deməyə əsas
verir ki, qələbə bizi arxayın etməməli, əksinə
tarixi qələbənin verdiyi motivasiya ilə daha ciddi fəaliyyət
göstərməli və mübarizəmizi əzmlə davam
etdirməliyik.
Röya
Xalq Cəbhəsi .- 2025.- 27 fevral(№8).- S.6.