Soyumuzu qıran soysuzun soyu necə qurudu
Xocalıda baş verən əsrin cinayətinə aid
mənzərələrin müqayisəli təhlilini aparmaq
üçün almanların, rusların, amerikalıların,
fransızların törətdiyi soyqırımı cinayətlərinə
aid nümunələrə müraciət etdik. Dəst-xətt
eynidir, oxşardır və elə hallar var ki, nöqtəsinə
qədər eynidir. Onları törədənlərin bir qismi
Nürnberqdə mühakimə edilsə də, bir çoxu cəzasız
qalmaqdadır. Bu da qəribə bir ilkdir: Alman nasistlərindən
sonra cinayətkarları (bir qism) cəzalandıran yeganə
dövlət də Azərbaycandır.
Erməni-rus (366-cı alay) qüvvələri
Xocalı sakinlərini qaçmağa məcbur edib qarlı
dağlarda “ovladı”. Şahidlər deyir ki, bəzi əsgərlər
qurbanları “sayına görə” seçirdi – sadizm zirvədəydi
.
Erməni radiosu hücumdan əvvəl “Xocalı
alındı” xəbərləri yaydı – faciəni əvvəlcədən
bayram etdilər .
Qaçan sakinlər meşədə gizlənməyə
çalışdı, amma ağaclar arasında snayperlər
tərəfindən vuruldular – təbiət belə kömək
etmədi .
Ermənistan “mülkilərə qaçmaq
üçün dəhliz buraxdıq” dedi, amma Əsgəran
yaxınlığında qaçanlar snayper atəşinə
tutuldu .
Xocalıdan qaçan bir qızın cəsədi
tapıldı – qolları kömək istəyən kimi havada
donmuşdu .
Xocalıdan sonra adam bu sualı özünə verir:
ermənilərin ilham mənbəyi kimlər olmuşdu?
Nasistlər güllə xərcləməmək
üçün uşaqları diri-diri basdırırdı –
analar qışqırarkən körpələr torpağa
atılırdı. Qurbanların
qışqırıqlarını boğmaq üçün
musiqi çalınırdı – yerli əhali eşitməsin
deyə. /Babı Yar Qətliamı (29-30 sentyabr 1941) – 33,771 yəhudi
güllələndi .
Rus əsgərlər qara maska taxıb
“çeçen terrorçuları” kimi kəndi yandırdı
– günahı müqavimətçilərə atmaq
üçün uğurlu gediş etdilər. Evlərə
girib kişiləri güllələdilər, qadınlara
“sakit olun” deyib təcavüz etdilər. Öldürülənlərin
cəsədləri yük maşınlarına
yığılıb “yoxa çıxdı” – ailələr dəfn
edə bilmədi. /Samashki Qətliamı (7-8 aprel 1995) – 100-dən
çox dinc sakin öldürüldü .
Fransada Qələbə Günü qeyd edildiyi bir anda
– fransız əsgərləri bayram münasibətilə əlcəzairliləri
sırf əyləncə üçün
öldürürdülər. Fransız təyyarələri
kəndləri bombaladı, qaçanları pulemyotla vurdular –
Xocalıdakı “qarlı ov”un eynisidir. Qətliama rəhbərlik
edən general medala layiq görüldü – vəhşilik “qəhrəmanlıq”
sayıldı. /Sétif və Guelma Qətliamı (8 may 1945)
– 6,000-20,000 Cezayirli öldürüldü .
Əsgərlər qətliamı radio ilə verilən
əmrlə yerinə yetirməyə başladılar –
“hamısını təmizləyin” əmri canlı
yayımla bütün dünyada eşidildi. ABŞ əsgərləri
qurbanların qulaqlarını kəsib “xatirə” kimi
saxladı – Xocalıdakı “baş dərisi soyma”nın
analoqu idi sanki. /My Lai Qətliamı (16 mart 1968) – 347-504 dinc
Vyetnamlı öldürüldü .
Qısa müddət sonra Ermənistan “Xocalıda
yalnız döyüşçülər öldü” dedi,
amma tapılan 63 uşağın və 106 qadının cəsədləri
bu iddianı çürütdü .
33 il sonra dünya təkcə müharibə cinayəti,
insanlıq əleyhinə, soyqırımı törədənlərin
Bakıda mühakiməsinin şahidi olurlar. Azərbaycanın
rəhbərinin, ordusunun sayəsində bu şəxslərin
bir qismi artıq bütün dünyaya bəyan edir ki,
qarlı bir gündə əhalini sırf azərbaycanlı
olduğu üçün necə işgəncələrlə
öldürüblər və illər sonra taleyin hökmü
ilə ölmədən düşdülər ilahi ədalətin
mühakiməsinə. Bu gün Bakıda körpəsini
qucağında yuxarı tutub, haray çəkən
daşlaşmış ananın eşidilən harayından
azca uzaqda – 5 km məsafədə başqa bir daş divarlar
arasında həmin insanların qanına əli batanlar cəzalarını
çəkirlər. Daşların harayı canlandı,
çevrildi insana, hüquqa, ədalətə. Günlərdir
məhkəmə salonlarında canilərin “Qurandan” (tövbə)
don geyindiklərini görəndə adam dəhşətə
gəlir. Axı siz, əllərinizdə Kalaşnikovlarla
körpələri, kimsəsizləri, qocaları necə
qırıb çatdınız, siz necə insansınız,
ümumiyyətlə, siz insansınızmı?
Bu arada, Xocalı soyqırımı törədilən
tarixdə bizim əhalimizin sayı 7 milyon, Ermənistanda əhali
sayı isə 3 milyon idi. Aradan keçən 33 il müddətində
bizim əhalimiz 3 milyon nəfər artdı, onların 3 milyon
nəfəri isə azalaraq 1 milyona qədər
uzaqlaşdı. Bax, bu da ədalətin başqa bir təcəllisi
idi.
Nəhayət, 33 il əvvəl Xocalıda
öldürülən, qətlə yetirilən
daşlaşdı, heykəlləşdi və bir gün
odumuzun qalibiyyəti ilə nəfəsə gələrək,
üzərindəki illərin yas örpəyini açdı,
qalibiyyət imzalı ölkəsinin ədalət simvoluna
çevrildi və mühakimə sədarətinin masasında
əyləşərək, qalibiyyət adına məğlubiyyətin
övladlarını törətdikləri cinayətlərə
görə cəzalandırmağa başladı.
Əziz Əlibəyli,
Sosial Tədqiqatlar Mərkəzininin Media və
Kommunikasiya Departamentinin rəhbəri
Xalq Cəbhəsi .- 2025.- 27 fevral(№8).- S.4.