Bahalı kreditlər
və infilyasiya riski
Ölkədə ktredit faizlərinin artması fonunda
ona təsir göstərə biləcək əsas amillərdən
biri Mərkəzi Bank uçot dərəcəsidir. Mərkəzi
Bankının İdarə Heyətinin qərarı ilə
faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi
azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin
aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi
isə 8% səviyyəsinə endirilib. Qərar faktiki inflyasiyanın
proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və
onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi
proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında
davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının
ötürücülüyü nəzərə alınmaqla
qəbul edilib.
İllik inflyasiya proqnozlaşdırılan trayektoriya
ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq
inflyasiya 6% təşkil edib. İllik qiymət artımı
qida məhsulları, alkoqollu içkilər və
tütün məmulatları üzrə 7%, ödənişli
xidmətlər üzrə 7.2%, qeyri-qida məhsulları
üzrə isə 2.8% təşkil edib. İllik baza inflyasiya
isə 4.8% olub.
Son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər
qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli
olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə,
2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik
0.6%, o cümlədən ərzaq qiymətləri indeksi 4.2%
azalıb.
Cari ilin ötən dövründə nağd və
qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə
valyuta bazarında təklif tələbi üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin
dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə
ilə bağlı gözləntilərin nikbin olduğunu
göstərir. Valyuta bazarında tarazlığın
fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli
olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına
görə, 2025-ci ilin 6 ayında da xarici ticarət
balansında 1.4 mlrd. ABŞ dolları məbləğində
müsbət saldo qeydə alınıb. Mərkəzi
Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə
balansının cari hesabının profisitli olacağı ilə
bağlı proqnozu dəyişməz qalır.
Ötən iclasdan bəri pul bazarında
qısamüddətli faizlərdə stabil dinamika
müşahidə olunub. Təminatsız pul bazarında faizlər
Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət
edir. AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7.03%,
iyulun ötən dövründə isə 7.15% olub. Aprel
ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən
vahid xəzinə hesabının sərbəst
qalığının yerləşdirilməsi üzrə
keçirilən depozit hərracları bank sektorunun likvidlik
mövqeyinə artırıcı təsir göstərməkdə
davam edir. Bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin
əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla
sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə
yaxınlaşdırmağı hədəfləyib. Pul
bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6
ayında ötən ilin müvafiq dövrünə nəzərən
təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə
55% artıb.
Ötən iclasdan bəri inflyasiyanın risk
balansında əhəmiyyətli dəyişikliklər
baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəə
və maliyyə bazarlarında dalğalanmalara səbəb
olmaqdadır. Bu şəraitdə inflyasiyanın xarici risk
faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən
ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən
isə nominal effektiv məzənnənin dinamikasından
asılıdır. İnflyasiyanı artıra biləcək əsas
daxili risk faktoru xərc amillərinin aktivləşməsi və
məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu
baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin
və istehlak kreditlərinin məcmu tələbə və
qiymətlərə mümkün təsirləri daim diqqətdə
saxlanılmalıdır.
Baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı
ildə illik inflyasiyanın hədəf daxilində
olacağı proqnozlaşdırılır. Belə ki, baza
ssenarisi üzrə iyul proqnozlarına görə, illik
inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3%
olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun
davamlı olaraq hədəfdə qalması və valyuta
bazarında sabitliyin davam etməsi pul siyasətinin
yumşaldılması üçün zəmin yaradır.
Faiz dəhlizinin parametrləri ilə bağlı
növbəti qərarlar faktiki və
proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin
dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi
Bank bundan sonra da qiymət sabitliyini təmin etmək
üçün sərəncamındakı bütün vasitələrdən
istifadə etməyə davam edəcəkdir. Bu qərar 24 iyul
2025-ci il tarixindən qüvvəyə minir. Faiz dəhlizinin
parametrləri ilə bağlı növbəti qərar barədə
məlumat 2025-ci il sentyabr ayının 10-da ictimaiyyətə
açıqlanacaqdır.
Fikrimizcə, faiz dəhlizinin bütün parametrlərinin
0.25% bəndi azaldılması Azərbaycanda kreditlərin
ucuzlaşmasına şərait yaratmayacaq, ən yaxşı
halda kredit faizlərinin artımını səngidə bilər.
Çünki 0.25% kredit faizlərinə təsir etmək
üçün əhəmiyyətli rəqəm deyil. Bu rəqəm
2% ətrafında olsaydı faizlərlə bağlı nikbin
danışmaq olardı. Hər halda nəzərdən
qaçırmaq olmaq ki, mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin dayanıqlığının və
inkişafının təmin edilməsi üçün
onların aşağı faizli, daha ucuz maliyyə resurslarına
çıxışı mühüm əhəmiyyət kəsb
edir. Bunlarla yanaşı, sahibkarların kreditlərə,
investisiya qoyuluşları üçün dah çox vəsaitə
ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru
böyük istehsal və ixrac imkanlarına malikdir. Bu
potensialdan səmərəli istifadə edilməlidir. Bunun
üçün yerli istehsalın və ixracın
stimullaşdırılması vacibdir. Bu baxımdan sahibkarlara əlverişli
maliyyə-kredit resursları lazımdır. İnvestisiya
qoyuluşunda daxili yatırımlar üstünlük təşkil
edir, əsas sərmayəçi dövlətdir. Ona görə
də, iqtisadiyyata sərmayə yatırımlarının
artırılmasına ehtiyac olduğu bir zamanda real sektora
sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin
stimullaşdırılması mühüm əhəmiyyət
kəsb edir. Xüsusən də işğaldan azad olunmuş
Qarabağın iqtisadiyyatının yenidən qurulmasında
çox böyük həcmdə sərmayələrə
ehtiyac var.
Mərkəzi Bank bunun əvəzində real sektorun
maliyyə əlçatanlığının genişləndirilməsi
üzrə başqa yeni maliyyə aləti təqdim edir. Belə
ki, maliyyə sektorunda ilk dəfə olaraq 1 avqust 2025-ci il
tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları
(BOKT) üçün yeni maliyyə alətinə
çıxış imkanı verən 3 illik proqramın tətbiqi
nəzərdə tutulur. Proqram çərçivəsində
bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından
cəlb etdikləri vəsaitlər manata mübadilə
olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə
aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro,
kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli
təsərrüfatları və özünüməşğul
əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə
yönəldiləcəkdir.
Son dövrlər ölkədə makroiqtisadi sabitliyin
möhkəmləndirilməsi, pul siyasətinin
ötürücülüyünün gücləndirilməsi
və maliyyə sektorunun tənzimlənməsi sahəsində
həyata keçirilən islahatların yaratdığı əlverişli
mühit maliyyə əlçatanlığına töhfə
verəcək proqramın tətbiqinə zəmin yaradıb.
Qeyd edək ki, həyata keçirilmiş strateji təşəbbüslər
beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın
suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinə,
həmçinin növbəti dövr üçün də
müsbət dinamikanın proqnozlaşdırılmasına əsas
verib. Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının
maliyyə dayanıqlılığının güclənməsi
onların reytinq göstəricilərinə də müsbət
təsir göstərir. Belə ki, bu əlverişli mühit
yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait
cəlb etmək imkanlarını genişləndirir. Cəlb
edilən resursların ölkə daxilində səmərəli
istifadəsi və dayanıqlı maliyyələşmənin
təmin olunması məqsədilə AMB tərəfindən
onların uyğun maliyyə alətləri ilə dəstəklənməsi
zəruri hesab olunub və yeni maliyyə mexanizminin tətbiqinə
qərar verilib.
Proqram, həmçinin 1 avqust 2025-ci il tarixində
qüvvəyə minməzdən əvvəlki 3 ay ərzində
cəlb olunmuş və artıq qeyd olunan hədəf
qruplarının maliyyələşdirilməsində istifadə
olunmuş vəsaitləri də əhatə edəcəkdir.
Bu halda, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini
ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana
bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i
müştərilərə təqdim olunan kredit şərtlərinin
yüngülləşdirilməsinə yönəldiləcəkdir.
Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının
xarici maliyyə bazarlarından borclanma imkanlarını
genişləndirməklə ölkə iqtisadiyyatına xarici
maliyyə resurslarının daxil olmasını dəstəkləyəcəkdir.
Qeyd edək ki, kredit təşkilatlarının təklif
olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə
üçün cəlb olunan resursların maya dəyərini
də azaldacaqdır. Bütövlükdə isə, bu alətin
tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və
genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin
artırılması hədəflərinin reallaşması
üçün mühüm zəmin yaradır.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 24 iyul(№27).-S.12.