Qayıdış
davam edir
Fuad Əliyev: “Qarabağ və Şərqi Zəngəzur
tez bir zamanda bütün dünyanın diqqət mərkəzində
olacaq”
«Qarabağ və Şərqi Zəngəzurun
dirçəldilməsi üçün genişmiqyaslı
işlər aparılır»
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış
davam etdirilir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın
Qarabağın işğaldan azad edilən hissəsi və
Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin
yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq
prosesi sürətlə davam edir. Böyük
Qayıdış layihəsinə dağılan şəhərlərin
və binaların yenidən qurulması, ağıllı kəndlərin,
eləcə də hava limanlarının tikintisi daxildir ki,
proses hər il mərhələli şəkildə həyata
keçirilir.
Xatırladaq ki, 2026-cı ilə qədər
Böyük Qayıdış proqramının I mərhələsinin
tamamlanacağı və bu mərhələdə 140 min məcburi
köçkünün Qarabağ və Şərqi Zəngəzura
qayıdacağı planlaşdırılır. Hazırda
işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun
6 şəhərində (Laçın, Füzuli,
Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl) və 13 kəndində
azərbaycanlıların məskunlaşdırılması
ilkin olaraq təmin edilibr. Cəbrayılın Cocuq Mərcanlı
kəndi Aprel döyüşlərindən sonra Zəngilanın
Ağalı kəndi isə işğaldan sonra azərbaycanlıların
məskunlaşdığı ilk yaşayış yeridir. 10
may 2024-cü il tarixindən etibarən, keçmiş
Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində
də (Laçın, Zabux və Sus) azərbaycanlıların
məskunlaşdırılmasının başlaması təmin
edilib.
Prezident İlham Əliyev "Azərbaycan
Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nın və "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair II Dövlət
Proqramı"nın hazırlanması haqqında Sərəncam
imzalayıb
Bu ayda da köç karvanları işğaldan azad
edilən torpaqlarımıza yola salınıb. Beləki mərhələdə
Kəngərli kəndinə 43 ailə - 176 nəfər
köçürülüb. Ağdam rayonunun Kəngərli kəndinə
köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir. Evlərin
açarları sakinlərə təhvil
verilib.Açarların təqdimetmə mərasimində
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin
nümayəndələri iştirak ediblər. Doğma yurda
qayıdan sakinlər hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin
torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, işğaldan azad
edilən ərazilərə Böyük Qayıdışa
dair I Dövlət Proqramına əsasən, yenidən qurulan
Cəbrayıl şəhərinə, respublikanın müxtəlif
ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən
ibarət növbəti köç karvanı Bakı şəhərinin
Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə
Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər
köçürülüb. Onlara da mənzillərin
açarları təqdim edilib.
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, Xocalı rayonunun
Xanyurdu və Təzəbinə kəndlərinə ilk
köç karvanı yola salınıb. İlk mərhələdə
Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər,
Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər
köçürülüb.
Köçürülən ailələr
respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Xocalı rayonu Təzəbinə kəndinə
köçürülən sakin Sadiq Nurməmmədov deyib
ki,keçmiş məcburi köçkünlərin öz
evlərinə qayıtması şəhidlərin qanı
bahasına başa gəlib. S.Nurməmmədov qeyd edib ki,
çox qürurlu və sevincli bir hisslər yaşayır:
“Bu gün bu sevincli anları bizə yaşadan, başda Ali
Baş Komandan olmaqla hər bir kəsə dərin təşəkkürümüzü
ifadə edir, bu yolda canından keçən şəhidlərimizi
hörmətlə anırıq. Mən bir Xocalı sakini kimi,
şəhid analarının əllərindən öpürəm.
Şəhidlərimizin ruhundan halallıq istəyirəm.
Çünki, onların qanı bahasına biz bu torpaqlarda
yaşayırıq. Bu günlərimizi və gələcəyimizi
onlara borcluyuq".
Keçmiş məcburi köçkün
Gündüz Qəhrəmanov isə deyib ki, doğma yurduma
qovuşacağım günü səbirsizliklə gözləyirdim.
Onun sözlərinə görə, dövlətin diqqəti
və qayğısı hər yerdə hiss
olunur:“İşğaldan azad edilən toprpaqlarımız yenidən
qurulur, inkişaf edir. Bizə doğma yurda qayıdış
sevincini yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allahdan
şəhidlərimizə rəhmət, qazilərə
cansağlığı diləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi
Zəngəzurda, ora köçürülən
keçmiş məcburi köçkünlərlə
yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, ümumilikdə, 50 mindən çox insan
yaşayır.
Siyasi ekspert Fuad Əliyuev mövzu ilə bağlı
deyib ki, Prezident İlham Əliyevin Böyük Qayıdış
proqramına uyğun tapşırıqları layiqincə
yerinə yetirilir. Hər ay demək olar ki,
soydaşlarımız dədə-baba torpaqlarına daimi məskunlaşmaq
üçün qayıdırlar. Tez bir zaman kəsiyində
işğal edilən torpaqlarımızda quruculuq, yenidənqurma
və bərpa işlərinin aparılması Azərbaycanın
iqtisadi gücünün göstəricisidir: “Bəli, bu
gün dövlət siyasətinin əsas prioritetlərindən
hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası
barədə danışdıqda təbii olaraq Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı
ilə təsdiq olunan "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı"nın
icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən
Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən
biri kimi müəyyən olunan böyük qayıdış
prosesləri artıq qısa zamanda reallığa
çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın
Ağalı kəndinin ötən dövrdə
"Ağıllı kənd" konsepsiyasına uyğun
qurulmasını və soydaşlarımızın oraya mərhələli
şəkildə köçürülməsini qeyd etmək
lazımdır. Əgər ötən 2023-cü il Zəngilanın
Ağalı kəndi "Böyük
Qayıdış"ın ilk müjdəsi idisə, ötən
il Talış və Laçına qayıdış isə
bu proqramın necə ciddi, dəqiqliklə
hazırlandığını, surətlə və
ardıcıl şəkildə gerçəkləşdiyini
göstərdi. Qarabağ və Şərqi Zəngəzur ildən
ilə inkişaf edir, gözəlləşir, sözün əsl
mənasında cənnətməkana çevrilib. Bu bölgə
tez bir zamanda bütün dünyanın diqqət mərkəzində
olacaq, turizmin mərkəzi bölgələrinin birinə
çevriləcək”.
Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına
görə, işğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası məqsədilə 2025-ci ilin
ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən
müvafiq layihələr üzrə təqdim edilmiş kassa
sifariş sənədləri əsasında illik nəzərdə
tutulmuş vəsaitin 38,8 faizi həcmində və yaxud 1552,4
milyon manat istifadə olunub.
Qeyd edilib ki, həmin vəsaitin 1353,6 milyon manatı
infrastruktur təyinatlı layihələrinin (avtomobil
yolları infrastrukturunun layihələndirilməsi, tikintisi,
yenidən qurulması üçün 1058,2 milyon manat, yeni
yaşayış komplekslərinin layihələndirilməsi və
tikintisi işlərinin aparılması üçün 239,5
milyon manat, magistral su xətlərinin, tullantı,
yağış kollektorlarının və
qurğularının tikintisinin layihə-smeta sənədlərinin
hazırlanması və tikintisi işlərinin həyata
keçirilməsi üçün 33,7 milyon manat, Sənaye
Parklarının fəaliyyətinin təşkili, habelə
onların ərazisində infrastrukturun yaradılması
üçün 20,5 milyon manat və işğaldan azad
olunmuş ərazilərdə yaşayış məntəqələrinin
xarici elektrik təchizatla təmin olunması işlərinin
aparılması üçün 1,7 milyon manat), 182,0 milyon
manatı təhsil, səhiyyə, mədəniyyət və
idman yönümlü sosial təyinatlı layihələrin
maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə
ərazilərin minalardan təmizlənməsi tədbirləri
üzrə xərclərə yönəldilib.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 24 iyul(¹27).-S.9.