Artan bank kartları və nağdsız əməliyyatlar
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə
may ayının sonunda dövriyyədə olan ödəniş
kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən
562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədəd
təşkil edib. Ödəniş kartlarında debet
kartlarının sayı 4% artmış, kredit
kartlarının sayı isə 6.2% azalıb (Trend).
Mərkəzi Bankın məlumatına görə,
ödəniş kartlarının artması nağdsız
ödənişlərin həcminə müsbət təsir
göstərib. Belə ki, ay ərzində ölkədaxili
nağdsız əməliyyatların həcmi keçən
ilin müvafiq dövrü ilə müqayisədə 29%
artıb. 2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə
həyata keçirilən ölkədaxili nağdsız
ödənişlərin həcmi 8,074 milyon manat təşkil
edib.
Qeyd edilib ki, həyata keçirilən nağdsız
ödənişlərin 7,053 milyon manatı elektron ticarətin
payına düşür. Qalan məbləğin 1,016 milyon
manatı POS-terminallar, 3.2 milyon manatı isə özünə
xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.
İlin əvvəlindən ödəniş kartları ilə
nağdsız ölkədaxili əməliyyatların həcmi
ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil
edib. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti
şəbəkələri üzrə dinamik artım
müşahidə olunur. Belə ki, keçən ilin may
ayının sonu ilə müqayisədə bankomatların
sayı 9%, POS-terminalların sayı 42.4% artıb.
Nağdsız hesablaşma dedikdə bir şəxsin
bank hesabından digər şəxsin bank hesabına
köçürülməklə (o cümlədən ödəniş
alətləri (ödəniş kartları, ödəniş
tapşırığı və s.) və ödəniş
vasitələri (mobil telefon aparatları, kompüter və digər
avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
ödəniş terminalları ilə həyata keçirilən
hesablaşmalar; birbaşa nağd qaydada satıcının
bank hesabına köçürülməklə həyata
keçirilən hesablaşmalar nəzərdə
tutulur.Azırbaycanda bank kartlarına maraq xeyli artıb. Müəştərilər
kartların imkanlarından daha çox yararlanmağa
başlayıblar. Əslində iqtisadiyyata böyük ziyan
vuran pandemiya Azərbaycanda nağdsız ödənişlərin
artımını və bank kartlarından istifadəni
stimullaşdırmış oldu. Buna həm insanlar arasında
təmasların azalması məcburiyyəti, həm müasir
İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi,
həm də dövlətin nağdsız hesablaşmaların
artmasında maraqlı olması və bu prosesi dəsdəkləməsi,
stimullaşdırması şərait yaratdı. 2021-ci ildə
Azərbaycanda bank kartları ilə 38 milyard manatlıq ödəniş
edilib ki, 2020-ci illə müqayisədə 29% çoxdur.
2021-ci ildə təsərrüfat subyektlərində
POS-terminal vasitəsilə aparılan əməliyyatların
sayı 2020-ci illə müqayisədə 2,2 dəfə
artaraq 105 milyon ədəd, ümumi məbləği isə
80% artaraq 3,9 milyard manat təşkil edib. Ötən il
POS-terminallarla aparılan təmassız ödənişlərin
sayı əvvəlki ilə nisbətən 3,8 dəfə
artaraq 71,8 milyon ədəd, ümumi məbləği isə
5,2 dəfə artaraq 2,6 milyard manat olub.
Artıq insanlar da elektron ticarət və
nağdsız ödənişlərin üstünlüklərini
əyani şəkildə görür, vaxt itkisi və əlavə
prosedurların olmaması, ödəmənin
asanlılığı baxımından nə qədər əlverişli
olduğunu başa düşür. Belə ki, kartla ödəniş
zamanı vəsaitin xərclənməsini izləmək, onu
geri qaytarmaq və ödənişi ləğv etmək
mümkündür. Pulları kart hesabında mühafizə
etmək onları oğurluqdan və itkidən tamamilə
qoruyur. Məsələn, nağd pul itdikdə və ya
oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə
onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə
kartını bloklaya bilir. Kartı götürən kənar
şəxs həmin kartdan pul çıxara bilmir və
kartın aid olduğu bank müştərisinə yeni kart
verir. Beləcə pullar yenə də sahibinin sərəncamında
qalır. Ölkə daxilində aparılan nağdsız
ödənişlərdən hər hansı əlavə
vergilər tutulmur, əksinə qanunvericilik nağdsız
ödənişlər üzrə həm sahibkarlara, həm də
vətəndaşlara müvafiq üstünlüklər nəzərdə
tutur.
Bu üstünlüklərin nəticəsdir ki, Azərbaycanda
nağdsız ödənişlər artıb. Nağdsız
ödənişlərin inkişafı strategiyası
2026-cı ilədək davam etdiriləcək. Yeni strateji
yanaşma nağdsız ödənişlərin inkişafı
üçün əlavə stimul yaradacaq. Rəqəmsal
texnologiyaların dinamik inkişafı pandemiya dövründə
öz səmərəliliyini göstərib. İnternet
bankçılıq, mobil bankçılıq artıb. Bundan
başqa, elektron kommersiya böyüyüb. Rəqəmsallaşmanın
yeni mərhələsi maliyyə ehtiyatlarını da
artırır. Mərkəzi Bank (MB) həmçinin vətəndaşlarımızın
nağdsız ödənişlərinin təmin olunması
üçün bir sıra proqramlar reallaşdırıb.
Ölkədə Rəqəmsal İdentifikasiya Sistemi
yaradılıb. Rəqəmsal bankçılığın
inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından
bütün növ rəqəmsal bank xidmətlərinin
alınmasında və hökumət platformalarında
qarşılıqlı istifadənin genişləndirilməsi
istiqamətləri müəyyənləşdirilib, elektron
imza sertifikatlarından bütün növ rəqəmsal bank
xidmətlərinin alınmasında və hökumət
platfonnalarında qarşılıqlı istifadə üzrə
texniki imkanlar yaradılıb.
Bu sahədə bank sektoru hələ çox işlər
görməlidir, ən azından əhalinin banklara inamı
artırılmalıdır. Bankların qazanc əldə etmək
maraqları başa düşüləndir, ancaq bu, yüksək
xidmətlər, etibarlı tərəfdaşlıq və
etimad mühiti, müştəri məmnuniyyəti hesabına
olmalıdr. Xüsusilə də nəğdsiz
hesablaşmalarla bağlı risklər düzgün qiymətləndirilməli
və minimuma endirilməlidir. Hər halda növbəti illərdə
də Azərbaycanda açıq və rəqəmsal
bankçılığa keçid nəzərdə tutulur.
Azərbaycanda həm də maliyyə texnologiyalarının dəstəklənməsi
üçün baza inkişaf etdirilməli, MB sahibkarlıq və
bankçılıq risklərinin azaldılması, eləcə
də cəmiyyətin rəqəmsal həllər barədə
məlumatlandırılması proqramları həyata keçirməlidir.
Müasir dövrün əsas
çağırışlarından olan elektron
bankçılıq göstəriciləri üzrə də
müsbət dinamika müşahidə olunur. Belə ki,
internet və mobil bankçılıq vasitəsilə
aparılan əməliyyatların həcmi yüksəlir.
Elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi
məqsədilə Mərkəzi Bank tərəfindən
istismara verilmiş “Rəqəmsal İdentifikasiya Sistemi”nin
(RİS) əhatə dairəsi genişlənməkdədir.
Əksər banklar RİS platformasına inteqrasiya
olunmuşdur. Ölkənin maliyyə sisteminin ISO20022
standartına keçidi hazırlanıb. Standartın tətbiqi
ödəniş sistemləri iştirakçıları
arasında mübadilə üzrə vahid məlumat
formatlarının yaradılmasına, əməliyyatlarda risklərin
minimallaşdırılmasına, avtomatlaşmaya sərf olunan
resursların azaldılmasına imkan verəcək.
Azərbaycan Mərkəzi Bankı dünyada Mərkəzi
Bankın Rəqəmsal Valyutası (MBRV) ilə bağlı
aparılan araşdırmaları və bu istiqamətdə
realizasiya edilən layihələri diqqətlə izlənir.
MBRV-nın tətbiqi imkanlarının və ilkin şərtlərinin
öyrənilməsi məqsədilə bəzi xarici ölkələrin
mərkəzi bankları ilə əməkdaşlıq
çərçivəsi də qurulub. Nağdsız ödənişlərin
inkişafına mane olan problemləri aradan qaldırmaq,
yaşayış yerindən asılı olmayaraq ölkənin
istənilən ərazisində əhali və biznesin ucuz və
əlverişli maliyyə xidmətlərinə
çıxış imkanlarını artırmaq və rəqəmsal
ödəniş xidmətlərindən istifadəni genişləndirmək
məqsədilə “Azərbaycan Respublikası Mərkəzi
Bankının 2021-2023-cü illər üçün Rəqəmsal
Ödəniş Strategiyası” həyata keçirilib.Müsbət
haldır ki, ölkədə elektron bankçılıq xidmətləri
üzrə göstəricilərdə də irəliləyişlər
davam edir, Ani Ödənişlər Sisteminin əhatə dairəsi
genişlənir.
“ƏDV geri al” layihəsinin
reallaşdırılması nəticəsində pərakəndə
ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində
nağdsız ödəmələrin xüsusi çəkisi
əhəmiyyətli şəkildə yüksəlib. Layihənin
icrası nəticəsində vergi ödəyicilərinin real
dövriyyələrinin üzə çıxarılması
təmin edilir.
“ƏDV geri al” layihəsinin işə düşməsindən
5 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi
xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda
şəffaflığın təmin edilməsi,
nağdsız ödənişlərin genişlənməsi və
stimullaşdırıcı mexanizmləri təşviq edən
bir təşəbbüsdür. Bu layihəni başlayarkən,
Dövlət Vergi Xidməti ictimai
iştirakçılığı cəlb etməklə
“kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında
effektiv nəticələr əldə etməyi hədəfləyirdi.
2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri
qaytarılmasını nəzərdə tutan mexanizm tətbiq
edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması
istiqamətində müəyyən nəticələr verir.
“ƏDV geri al” layihəsi çərçivəsində
fiziki şəxs olan istehlakçılara pərakəndə
ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən
şəxslərdən alınmış mallara (neft və qaz
məhsulları, avtomobillər, alkoqollu içkilər və
tütün məmulatları istisna olmaqla), tibb müəssisələri
və özəl tibbi praktika ilə məşğul olan
fiziki şəxslər tərəfindən göstərilən
tibbi xidmətlərə görə ödənilmiş
ƏDV-nin müvəkkil banklar tərəfindən
qaytarılan həcmi 2025-ci ilin yanvar-mart ayları ərzində
46 milyon 88,3 min manatdan çox olub. “ƏDV geri al” layihəsi
çərçivəsində fiziki şəxs olan
istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul
olan şəxslərdən nağdsız qaydada
alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş
ƏDV-nin yanvar-mart ayları ərzində qaytarılan həcmi
8 milyon 59,8 min manatdan çox olub.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 26 iyun(¹23).-S.12.