Novruz: milli ənənənin
simvolu
Novruz bayramı dövlətçilik tariximizin milli əsaslarını
möhkəmləndirib
Novruz bayramı min illərdir
ki, ulusumuzun yaşamında özünəməxsus yer tutur.
Bu bayramda milli ruhumuzun, qədimliyimizin soraqları
yaşayır. Minillər öncə babalarımız
inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız
öz ömründə yaradıb və yaşadıb:
qışın yazı əvəzləməsini öyüb,
təbiətlə birgə ruhən yenidən doğulub,
içəridən arınıb, bu təmizlənməni mənalandırıb,
bayramlaşdırıb.
Bunu “Xalq Cəbhəsi”nə AMEA Folklor İnstitutu,
aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə
doktoru, Elçin Qaliboğlu (İşıqlı Atalı)
Novruz bayramının milli dəyərləri ilə
bağlı deyib.
O, qeyd edib ki, Novruz bayramı bir çox ölkələrdə
qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi
ortadadır.
Ümumşərq, ümumtürk keyfiyyəti olan
Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir.
Qədimdən bəri varlığın başlıca
ünsürlərinə (od, su, hava, torpaq) türk öz
ruhuyla baxıb, təbiətin yenidən doğulmasını
mənalandırarkən başqa xalqların təsəvvürlərinə
möhtac olmayıb. Minillər boyunca türkün əski
inancı cilalanıb, babamız Zərdüştün dönəmində
sistemli təsəvvür, baxış halına gəlib. Zərdüştün
“təmiz fikir, təmiz söz, təmiz əməl” ideyası
türkün ruhani təsdiqidir.
***
Bu gün Novruzla bağlı müəyyən məqamlar
adamların təsəvvüründə yenə də
qarışıqdır. Ümumşərqi olduğu dərəcədə
də ümumtürk səciyyəsi daşıyan Novruz
bayramının milli sınırlarını
anlamağımız və anlatmağımız hərdən
lap çətinləşir.
Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə,
dəyişmələrə məruz qalan Novruz türk ruhunun
özünəməxsusluğunu bacardığı qədər
yaşadıb. Millət o zaman var olur ki, ruhunun qədim
soraqlarını, adət-ənənəsini, bir sözlə,
özünəməxsus nəyi varsa, hamısını
qoruyub saxlayır. Belədə millət tarixin dolanbaclarında
sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin
zəngin çalarları var. Tariximizin ən çətin məqamlarında
belə bu bayram ürəklərdə yaşayıb.
Bayram hər şeydən öncə insanın
içində olmalıdır. Novruzun mahiyyətində
türkün halının yetkin ifadəsi var. Elə etmək
gərəkdir ki, qədimliyimizin soraqları qloballaşma həşirində
gözümüzdə qətiyyən adiləşməsin,
bayağılaşmasın. Novruz bayramında başqa
bayramlarda olduğu kimi zəngin süfrənin
yaradılması, həşirçilik, bayağı
mahnılar, əyləncələr, fişənglər selinə
bürünməsi də yanlışdır.
Novruzda od – bayramın başlıca rəmzidir.
***
Novruzu türk idrakından gələn, cilalanan bayram
kimi sevirik, dəyərləndiririk. Novruz ayrı-ayrı
xalqların yaşamında var. Başqa yandan, Novruz qədim
çağların bayramıdır,
dünyagörüşüdür. Bayramın
özülündə duran həqiqi elm, fəlsəfə
adamların təsəvvüründə demək olar, yoxa
çıxıb. İndi bayramın yalnız “bədii” hissəsi
qalıb. Bu hissədəki əyləncələr isə onu
adiləşdirir.
Novruz bayramının mahiyyətində duran od isə
insanı daxilən təmizləyici motiv olaraq
aparıcıdır. Qədimlərdən bəri od
türkün ağlında, düşüncəsində
müqəddəslik rəmzi kimi yaşayıb, bu günə
kimi gəlib çıxıb. Odun qədimdən müqəddəs
sayılması, insanı hər cür pisliklərdən,
şərdən təmizləyəcəyinə, xeyirin qələbə
çalacağına inam ifadə olunub.
***
Novruz bayramı minillərdir ki, Ulusumuzun
yaşamında özünəməxsus yer tutur. Bu bayramda
milli ruhumuzun, qədimliyimizin soraqları yaşayır. Minillər
öncə babalarımız inanıblar ki, insanla təbiətin
birliyi var. Bu birliyi əcdadlarımız ömründə yaradıb,
yaşadıb: qışın yazı əvəzləməsini
öyüb, təbiətlə birgə ruhən yenidən
doğulub, içəridən arınıb, bu təmizlənməni
mənalandırıb, bayramlaşdırıb.
Novruz bayramı bir çox ölkələrdə qeyd
edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi
ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti
olan Novruz muğamdakı bənzərsizliyimiz qədər
bizimdir. Qədimdən bəri varlığın
başlıca ünsürlərinə (od, su, hava, torpaq)
türk öz ruhuyla baxıb, təbiətin yenidən
doğulmasını mənalandırarkən başqa
xalqların təsəvvürlərinə möhtac
olmayıb. Minillər boyunca türkün əski inancı
cilalanıb, ulu babamız Zərdüştün dönəmində
sistemli təsəvvür, baxış halına gəlib. Zərdüştün
“Təmiz fikir, təmiz söz, təmiz əməl” ideyası
türkün ruhsal təsdiqidir.
Bu gün Novruzla bağlı müəyyən məqamlar
adamların təsəvvüründə yenə də
qarışıqdır. Ümumşərqi olduğu dərəcədə
də ümumtürk səciyyəsi daşıyan Novruz
bayramının ulusal sınırlarını
anlamağımız, anlatmağımız çətinləşir.
Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə,
dəyişmələrə məruz qalan Novruz türk ruhunun
özünəməxsusluğunu bacardığı qədər
yaşadıb. Millət o zaman var olur ki, ruhunun qədim
soraqlarını, adət-ənənəsini, bir sözlə,
özünəməxsus nəyi varsa, hamısını
qoruyub saxlayır. Belədə millət tarixin
dolanbaclarında sarsılmır, başını itirmir.
Novruzda qədimliyimizin zəngin çalarları var. Tariximizin
ən çətin məqamlarında belə bu bayram ürəklərdə
yaşayıb.
***
Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin
çalarları yaşayır. Min illər əvvəl əcdadlarımız
inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız
öz ömründə yaradıb və yaşadıb:
qışın yazı əvəzləməsini öyüb,
təbiətlə birgə ruhən yenidən doğulub,
içəridən arınıb, bu təmizlənməni mənalandırıb,
bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb,
sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən
bəri yol gələn, çoxlu müqavimətlərə,
dəyişmələrə məruz qalan Novruz ötən
müddətdə xəlqi ruhumuzun özünəməxsusluğunu
qoruyub saxlayıb. Xalq o zaman var olur ki, qədim ruhunun
soraqlarını, adət-ənənəsini, bir sözlə,
özünəməxsus nəyi varsa, hamısını
qoruyub saxlayır. Belə də tarixin dolanbaclarında
sarsılmır, başını itirmir. Tariximizin ən
çətin məqamlarında belə bu bayram ürəklərdə
yaşadılıb.
***
Milli bayram – xalqın minillərdən bəri gələn
ənənəsinin, yaşam tərzinin özülündə
yaranır, oturuşur, var olur. Bayram
yaradıcılığı – xalqın özünəməxsusluğunun
təsdiqidir. Novruz bayramı hələ bundan sonra mahiyyət
üstə geniş araşdırma tələb edən, Azərbaycan
ruhunun çalarlarının araşdırılmalı
olduğu geniş spektrli bir mövzudur.
İlk növbədə, Novruz bayramı – milli ənənənin
simvoludur. Ənənə xalqın dayanıqlı mədəniyyətinin,
yaşamının bənərsiz cəhətlərini
aşkara çıxarır, təsdiq edir. Xalqın bayram
yaradıcılığı minillərdən bəri davam edən
ulusallığı nəinki təsdiq etməlidir, habelə
bundan sonrakı üfüqlər üçün də ciddi
zəmin yaratmalıdır. Bu mənada Novruz bayramı bizim
üçün belə bir yaradıcılıq imkanı
verir. Ta qədimdən türk düşüncəsində
yazın gəlişi təbiətin dirilməsinin, yenilənməsinin
rəmzi olub. Ümumiyyətlə, təbiətə ilahi səviyyədə
yanaşma əcdadlarımızın ruhunda yaradıcı bir
keyfiyyətdir ki, bu gün də yaşayır. Məsəl
var ki, əsil itməz, cövhər dönməz.
Dünyanın bir çox xalqlarının mədəniyyət
sistemində yazın gəlişi ilə bağlı gözəl
düşüncələr var. Ayrıca olaraq Şərq
düşüncəsində Novruz bayramı ilə
bağlı zəngin, maraqlı yanaşmalar – adət-ənənələr
olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir.
Xalqımız minillərdən bəri ağlında
yaşatdığı, yaşamına gətirdiyi
bütün gözəl duyğularını həmişə
Novruzla bağlayıb, mənalandırıb. Ona görə
ki, bayramın başlanğıcı – yaranışı ifadə
etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan
birliyinin ifadəsi kimi anlaşılıb.
Əcdadlarımızdan gələn düşüncə
tarixən ruhumuzun özgüvənliyini, yenilməz nikbinliyini
yaradıb. O deməkdir ki, xalq bayramı o dərəcədə
ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb,
inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin
özülünə çevirib, öz
davranışlarını bayram kuralları ilə
nizamlayıb. Bu, artıq xalqımızın ruhunun ifadəsi
olan, heç bir xalqda rast gəlinməyən
davranışlar sisteminin bayram-mərasim kompleksindən
güc alması demək olub.
Azərbaycanda sovet hakimiyyəti zamanı Novruzla
bağlı qadağalar olsa da, xalqımız onillərlə
bu bayramı ağlında-ürəyində qoruyub, yaşadıb.
Tarixən Azərbaycan milli dövlətçilik ənənəsində
Novruz bayramı xüsusi yer tutub. İnanca görə, Novruz ərəfəsində
hər bir evdə aparılan təmizlik işləri yenilənmə
ilə bağlıdır. Yəni ki, bayramda təkcə ilin təzələnməsi
yox, bütünlükdə köhnə ili yaşamış
hər kəsin, hər şeyin təzələnməsi
inancı var.
Novruzdakı oyunlar mahiyyətcə əyləncəviliyə
köklənsə də, həm də bayramdan gələn
müəyyən qənaətlərin, ilk növbədə,
uşaqların ağlında oturuşmasına, yaddaş tərbiyəsinə
xidmət edir.
Azərbaycan mədəniyyəti çox zəngin ənənələrə
malikdir. Zənginliyimiz tariximizin qədimliyindən,
böyüklüyündən irəli gəlir. 2009-cu ildə
BMT Baş Məclisinin 64-cü sessiyasında martın 21-i
dünyada “Beynəlxalq Novruz Günü” elan edildi. Hazırda
dünyanın bir çox ölkələrində
üç yüz milyondan çox insan Novruz bayramını
qeyd edir. BMT-də qəbul olunmuş bu qərar Azərbaycan
dövlətinin təşəbbüsü ilə baş
tutub.
Novruz bayramı və mətbəx mədəniyyətimiz
***
Azərbaycan mədəniyyəti olduqca zəngin ənənələrə
malikdir. Zənginliyimiz tariximizin qədimliyindən,
böyüklüyündən irəli gəlir. Bayram və mətbəx
anlayışları bir-biri ilə sıx şəkildə
bağlıdır. Bayram xalqın bütün gözəl
duyğularını, düşüncəsini, ümidini,
yaşamağa, yaratmağa olan inadını,
başlıcası inamını özündə yetkin şəkildə
birləşdirir. Zəngin mətbəxi olan xalq - qədim
tarixi, dövlətçiliyi, ciddi, oturuşmuş mədəniyyəti
olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici bir
hadisə olmayıb, özündə əbədiliyi, bəşəri
keyfiyyətləri təsdiq edir.
Azadlıq duyğusunun, gerçəkliyinin
mayasında hər an məsuliyyət durmalıdır. Xalq
ruhunun minillərin sınağından keçib gələn
məntiqi bizə bunu deyir. Bu mənada əskidən bəri
milli ruhumuzun təməli üstə inkişaf etmiş mətbəx
mədəniyyətimizi ömrümüzdə, məişətimizdə
tam bərpa etmək, bu sahədəki adət-ənənələri
ardıcıl, yaradıcılıqla inkişaf etdirmək,
yaşatmaq qaçılmazdır.
***
Novruz şirniyyatları (qoğal, şəkərbura,
paxlava, badambura) mahiyyətcə bayramın ruhundan gələn
yenilənməni, yaranışı ifadə edir.
Qışdan çıxan zəifləmiş orqanizmə
güclü kalorili yeməklər gərək idi. Novruz
şirniyyatı bayram mətbəxinin ayrılmaz hissəsi
kimi bu funksiyanı indi də gözəl yerinə yetirməkdədir.
Novruzda yeyilən səməni halvasının bir başqa
dadı var. Səməni yazın,
yaşıllığın, əkin-biçinin rəmzidir.
Uşaqlığımda buxarıda bişən səməni
halvasını yeməyimi gözəl xatırlayıram. Bir
neçə proses keçməklə cücərmiş
buğdadan hazırlanan səməni halvasının ətri,
doyumluğu, qida dəyəri çağımızda daha gərəklidir.
Bu cür doğal yeməklər
sağlığımızın qorunmasında əvəzsiz
yardımçı ola bilər.
Bütün bunlar onu göstərir ki, mayası
düşüncədə, ömürdə yenilənmə
olan Novruz xalqımızın ruh yaddaşını
bütün çalarlarıyla yaşadıb, təsdiq edib.
Özündə yetkin, bənzərsiz mətbəx mədəniyyətini
yaşadan Novruz bayramı bütün çağlarda
xalqımızın özünəməxsusluğunu
bütün çalarlarıyla əks etdirib. Bu gözəl ənənənin
yaşarı olması isə xalq olaraq əbədi təsdiqimizdir.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 20 mart(¹11).- S.9.