“Böyük Qələbənin varisləri”
Kitab faşizm üzərində Qələbənin 80
illik yubileyinə həsr olunub
Məlumdur ki, MDB həyatında İkinci Dünya
müharibəsi çox böyük iz buraxıb. Və bu
müharibənin iştirakçılarına, xüsusən
qəhrəmanlarına orada xüsusi sayğı göstərilir.
Hətta həyatda olanların sayları azaldıqca bir növ
onlara daha çox müqəddəs insan kimi baxırlar. Bu il
faşizm üzərində Qələbənin 80 illiyidir. Bu Qələbədə
Azərbaycanın, eləcə də azərbaycanlıların
da payı var deyə, “Böyük Qələbənin varisləri”
kitabını yazmaqla bu müharibənin qəhrəmanlarının
xaricdə təbliği üçün yola
çıxmışıq. Onların həyatı, göstərdikləri
qəhrəmanlıqlar, ümumiyyətlə, döyüş
yolu hər zaman aktualdır. Hətta indiki günlərdə gənclər
arasında milliyyətindən asılı olmayaraq qəhrəmanların
təbliğinə çox böyük ehtiyac var. Bu gün
xaricdə ata və babaları müharibə veteranı olan
soydaşlarımız var. Və onlar uzun müddətdir
yaşadıqları ölkələrin ictimai-siyasi həyatında
aktivlik göstərir, Azərbaycanın qəhrəmanlarının
təbliği istiqamətində çalışırlar.
Bunu “Xalq Cəbhəsi”nə kitabın müəllifi
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi
İctimai Birliyinn sədri Fuad Hüseynzadə deyib.
O, aqeyd edib ki, azərbaycanlılar nəinki Vətənlərinə,
ümumiyyətlə, dünyaya töhfə verməyi
bacarırlar. Bu baxımdan da Azərbaycan xalqı hər zaman
öz qəhrəmanları ilə fəxr edir. 44
günlük Vətən müharibəsinin qəhrəmanları
da elə Həzi Aslanovların, Mehdi Hüseynzadələrin,
İsrafil Məmmədovların və digər yüzlərlə
bu kimi mübariz həmvətənlərimizin nəvə-nəticələridir.
Bu kitabda da hər iki Vətən müharibəsinin qəhrəmanları
sintezli şəkildə təqdim edilməklə qəhrəmalığın
xalqımızın gentikasına xas olması göstərilib.
Bu, bir növ insan kapitalı üzərində brendləşməyə
xidmət edəcək. Müharibədə şüacət
göstərən azərbaycanlıları beynəlxaq ictimaiyyətin
nəzərinə çatdırımaqa bildirmək istəyirik
ki, Azərbaycanın brendi onun insan kapitalıdır, qəhrəmanlarıdır...
Kitabın çapı xaricdə ən üst səviyyədə
Azərbaycan adına tədbirlərin keçirilməsi, qəhrəman
Vətən övladlarının tanıtımı
üçün geniş imkanlar yaradacaq. Bu da Azərbaycan
diasporunun xüsusən MDB-də yeni imicinin
formalaşmasına, nüfuzunun yerli xalq arasında daha da
artmasına əhəmiyyətli dərəcədə təsir
edəcək: “Azərbaycanın Böyük Vətən
Müharibəsindəki rolu haqqında olan bu kitab müharibə
dövründə Azərbaycanın müxtəlif sahələrdəki
fəaliyyətini, həmçinin xalqın müharibəyə
verdiyi töhfələri əhatə edir. Kitab müharibə
dövründə Azərbaycanın ictimai-siyasi, iqtisadi, hərbi
və mədəni sahələrdəki iştirakını nəzərə
alır. Kitabda Azərbaycanın Böyük Vətən
Müharibəsindəki rolu və əhəmiyyəti,
müharibənin nəticələri və Azərbaycanın
gələcək inkişafına təsiri, Azərbaycanın
müharibə irsinin qorunması və yeni nəsillərə
ötürülməsi məsələlərinə toxunulub.
Kitabda Azərbaycanın Böyük Vətən Müharibəsi
haqqında şahid ifadələri və xatirələr də
yer alıb. Kitab, Azərbaycanın müharibə
dövründəki çoxşaxəli fəaliyyətini və
xalqın müharibəyə verdiyi böyük töhfəni
ətraflı şəkildə işıqlandırıb.
Kitabda Azərbaycan xalqının İkinci Dünya
müharibəsdində mübarizənin ön
sıralarında yer aldığı vurğulanır. Həmçinin
azərbaycanlılar təkcə cəbhədə deyil, həm
də müxtəlif müharibə sahələrində -
qoşunların təşkilində, ərzaq və hərbi
avadanlıqların istehsalında və təminatında fəal
iştirakı qeyd olunur. Bundan başqa 1941-1945-ci illərdə
Böyük Vətən müharibəsində qələbənin
əldə olunmasında Bakı neftinin amili xüsusi
vurğulanır: “Bakı neftinin müharibədəki rolu, Azərbaycanın
strateji əhəmiyyətini artırmaq və müharibənin
tarixi kontekstini düzgün əks etdirmək
üçün mühüm bir mövzudur. Bakı nefti 20-ci əsrin
əvvəllərindən etibarən strateji əhəmiyyət
kəsb etmişdir. Müharibə zamanı Bakı neftinin
rolu, müasir silahlı qüvvələrin maliyyə,
logistika və texniki dəstəyi üçün kritik bir
amil olmuşdur. Müharibə dövründə Azərbaycanda
neft hasilatı artırılmış, bu neft Sovet
qoşunlarının hərbi maşınlarını,
tanklarını, təyyarələrini və gəmi
donanmasını təmin etmək üçün istifadə
olunmuşdur.
Bütün çətinliklərə rəğmən,
neftçilərimiz müharibə dövründə fədakarlıqla
çalışaraq cəbhəni və sənayemizi yanacaqla
təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi
ilə aviasiya benzini almaq üçün yeni texnologiya
yaradılıb. Ümumiyyətlə, müharibə illərində
Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton
neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.
Hər beş təyyarənin, hər beş tankın, hər
beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi.
1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının
sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor
yağlarının isə 90 faizi Azərbaycanın payına
düşüb. Ulu Öndər Heydər Əliyev 1941-1945-ci
illər müharibəsi haqqında danışarkən
demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın
xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan
Respublikasının nefti o vaxtlar həmin müharibənin
uğurla aparılması üçün ən mühüm
amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər
İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda
hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin
fədakar əməyi sayəsində istehsal olunurdu.
Şübhəsiz, nəticə çıxarmaq çətin
deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar
müharibəsi, texnika müharibəsi o qədər
uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O
vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək
keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları
ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.
Qeyd olunub ki, müharibə dövründə Azərbaycan
alimləri tərəfindən yüksək oktanlı aviasiya
yanacağının kəşf olunması amili də
xalqımızın Qələbəyə verdiyi əvəzsiz
töhfələrindən biridir. Sovet aviasiyası məhz bu
yanacağın hazırlanmasından sonra cəbhədə
düşmənə ağır zərbələr endirməyə
müvəffəq oldu”.
Kitabda İkinci Dünya müharibəsinin ağır
və çətin sınaqlarından keçmiş
veteranlara və onların ailələrinə ölkəmizdə
daima qayğı göstərildiyi bildirilir: “Ümummilli lider
Heydər Əliyevin 1994-cü il iyunun 28-də
imzaladığı “Veteranlar haqqında” Qanunda bu qayğı
öz hüquqi əsasını tapmışdır. Dahi rəhbər
daim veteranların qayğılarına həssaslıqla
yanaşaraq, bu istiqamətdə müvafiq göstərişlərini
vermişdir. Müharibə veteranlarına diqqət və
qayğı bu gün də davam etdirilir. Hər il Qələbə
bayramı ərəfəsində Prezident İlham Əliyev
müharibə veteranlarına qayğının
artırılması, onların sosial müdafiəsinin daha da
möhkəmləndirilməsi ilə bağlı sərəncamlar
imzalaması artıq ənənə halını alıb: “9
May-Faşizm üzərində tarixi Qələbənin
ildönümü hər il respublikamızda təntənəli
şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər
il Qələbə Günündə müharibənin görkəmli
sərkərdələrindən biri, xalqımızın rəşadətli
oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun,
xalqımızın igid oğullarının əziz xatirəsini
dərin ehtiramla anır, müharibə veteranları ilə
görüşür, onları Qələbə bayramı
münasibətilə təbrik edir.
Azərbaycan Böyük Vətən Müharibəsində
həm döyüşlərdə, həm də cəbhə
arxasında verdiyi mühüm dəstəklə Qələbədə
böyük rol oynamışdır. Azərbaycan
xalqının müharibə dövründəki igidlikləri,
fədakarlığı və əzmi unudulmazdır”.
Kitabda müəllif “Mübariz xalqın cəsur
oğulları” sərlövhəli yazıda öz
doğmalarının da İknci Dünya müharibəsi və
Qarbağ müharibəsində göstərdiyi şücaətdən
bəhs edir: “Fəxr edirəm ki, Böyük Vətən
müharibəsində mənim də yaxınlarım,
doğmalarım iştirakçı olublar. Ümumiyyətlə,
həmin dövrdə bütün Azərbaycan əhalisi
müharibəyə səhərbər olunmuşdur. Arxa cəbhədəki
insanlar da özlərini müharibənin mənəvi
iştirakçıları hesab edərək əllərindən
gələni edirdilər. Səhərbərlik nəticəsində
600 mindən çox azərbaycanlı cəbhəyə
yollanmışdı, amma arxa cəbhədəki
soydaşlarımız da müharibə ilə bağlı
çox mühüm işlər görürdülər. Hər
kəsin hədəfi cəbhəyə yardımlar göndərmək,
əsgərlərin ehtiyaclarını təmin etmək və
onların döyüşə hazırlıqlarını dəstəkləmək
idi.
Babam Allahverdi Abdin oğlu Hüseynov (1897-1978)
yaşlı olmasına baxmayaraq, müharibə illərində
cəbhədə iştirak etmişdir. Müharibənin ilk
günündən sonuna kimi bu aktivliyinin davam etirmişdir.
Babamın bu müharibə illərindəki əməyi
haqqında atam Abı Hüseynov (1950-2016) bizə çox
böyük fəxr hissi ilə danışırdı. Hər
dəfə babamın müharibə dövründə
göstərdiyi fəaliyyətləri atamdan eşitdikcə,
biz qürur duyurduq”.
Kitabda Azərbaycanın müharibəyə verdiyi
töhfələr, xalqın ictimai-siyasi, iqtisadi, hərbi və
mədəni sahələrdəki iştirakının əhəmiyyəti
geniş şəkildə təhlil olunur. Burada əsasən
Böyük Qələbənin varisi olan xaricdəki azərbaycanlıların
qəhrəman ata-babalarının həyatı və
döyüş yolu xüsusi olaraq təqdim edilir. Kitab, həmçinin
tarixi yaddaşı və müharibə irsini gələcək
nəsillərə ötürmək və qəhrəmanların
təbliğinə töhfə vermək məqsədi
daşıyır. Eyni zamanda, kitab qəhrəmanlıq irsinin
davam etdirilməsi üçün gələcək nəsillərə
nümunə kimi təqdim edilməsinə xidmət edir. “Bu
günkü gənclər babalarının qəhrəmanlıq
mirasını davam etdirir. Azərbaycan xalqı məhz
dövlətimizin apardığı vətənpərvərlik
və patriotizm tərbiyəsinin nəticəsində
Şanlı Zəfərə çatmışdır.
Babalarımızın Böyük Vətən müharibəsində,
atalarımızın Birinci Qarabağ savaşında göstərdikləri
qəhrəmanlıqları özünə örnək
götürən qəhrəman Azərbaycan əsgəri Ali
Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə
torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan
tarixi Zəfər qazandı.
Biz fəxr edirk ki, babalarımız, atalarımız,
dayılarımız və əmilərimiz və s. hər iki
Vətən müarbəsində qəhrəmanlıq göstərmiş,
ön cəbhələrdə döyüşmüşlər.
Bu bizim üçün böyük fəxrdir və hər
bir azərbaycanlı üçün öz doğması ilə
müharibədə göstərdiyi fədakarlığı
təqdir etmək çox önəmlidir. Mən də
müharibə iştirakçı olan doğmalarımla
qürur duyuram.
Bu tarixi təcrübə öz suverenliyini bərpa etməyə,
ərazi bütövlüyünü müdafiə etməyə
qadir olan Müstəqil Azərbaycan vətəndaşları
üçün bu gün də öz əhəmiyyətini
itirməyib!”-deyə kitabın sonunda qeyd olunur.
Xatırladaq ki, kitab artıq ölkənin bir sıra
kitabxanalarına yayılıb. May ayının 5-də Azərbaycan
Hərb Tarixi Muzeyində “Böyük Qələbənin
varisləri” kitabının təqdimatı keçirilib. Tədbirdə
ölkə ictimaiyyətinin nümayəndələri, hərbiçilər,
qazilər və s. iştirak edərək kitabın əhəmiyyətini
qeyd ediblər. Yeri gəlmişkən, kitabın may ayında
Rusiyanın Moskva, Bryansk, Krasnoyarsk və Maqadan şəhərlərində,
iyul ayında isə Belarusun Vileyka şəhərində təqdimatı
nəzərdə tutulub.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 8 may(¹17).- S.9.