Azərbaycanın dünyada öz yeri, öz
sözü var
Çingiz Şahbazi: “Dünyanın qloballaşma
prosesində yeni dünya nizamına doğru siyasətin daha az
itkilərə məruz qalması üçün, Azərbaycanın
göstərdiyi qətiyyətə ehtiyac var”
Azərbaycanın xarici siyasəti mahiyyətcə
çoxistiqamətli və çoxaspektlidir. Rəsmi Bakı
bu özəlliyi davamlı olaraq saxlayır, inkişaf etdirir və
geosiyasi dinamikadan asılı olaraq ona yeni məzmun
çalarları verir. Müstəqil xarici siyasət kursuna
malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər
sistemində etibarlı strateji tərəfdaş və
nüfuzlu aktor kimi tanınmaqdadır. Bu gün dünyada Azərbaycanın
bütün sahələrdə mövqeyi güclənir,
dünya rəsmi Bakı ilə razılaşır, onun
mövqeyini, sözünü qəbul edir. Cənubi Qafqaz
geosiyasi məkanında lider dövlət kimi
çıxış edən ölkəmiz özünün
çoxvektorlu və balanslaşdırılan xarici siyasət
strategiyası ilə həm ikitərəfli münasibətlər
kontekstində, həm də çoxşaxəli əlaqələr
fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir
sözlə, geostrateji təhlükəsizliyinə fundamental
töhfələr verməkdə və regional miqyaslı, qlobal
xarakterli əməkdaşlıqlar platformasının mərkəzi
oyunçusu rolunu oynamaqdadır.
Politoloq Çingiz Şahbazi “Xalq Cəbhəsi”nə
deyib ki, qloballaşma prosesi göründüyü kimi
dünyada istər siyasi, istərsə də iqtisadi
baxımdan hökumətlərarası münasibətlərə
öz təsirini göstərməkdə davam edir. Dövlətlər
arasında münasibətlərə diqqət yetirsək
görərik ki, bütün məsələlərdə
ölkələrin maddi maraqları əsas məqsədlərdən
biri kimi ən öndə yer alır və bu hal artıq
özünü daha da sərt şəkildə göstərməkdədir.
Doğrudur, postsovet məkanında yaşanan xalqlar
üçün bu kimi hallar “meşə qanunları” kimi
görünə bilər. Amma bütün bunlar, heç də
xoş olmayan siyasi hadisələrdən, kənarda yaşamaq
kimi şansımızın da olmadığını
xüsusi olaraq qeyd etmək lazımdır.
Onun fikrincə, bu baxımdan qloballaşma prosesi və
yeni dünya nizamı bizi məcbur edir ki, təəssüratlara
qapanaraq davam etmək olmaz. Azərbaycan xüsusilə də
daxili və xarici siyasətində ən güclü dövlət
olaraq davam etmək zorundadır. Cənubi Qafqazın
açarı Azərbaycandır və hazırda Cənubi
Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir layihənin
həyata keçirilməsi mümkün deyil. Azərbaycan,
Yaxın Şərqlə bağlı barışcıl və
dostluq münasibətlərinin tənzimlənməsi istiqamətində
siyasət yürüdür. Həmçinin bu kimi əlaqələri
Rusiya və Ukrayna arasında qardaş Türkiyə ilə
birlikdə dəfələrlə sınaqdan keçirdi. Bu
gün Azərbaycan hökuməti Çin Xalq Respublikası
ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi
istiqamətində mühüm işlər həyata
keçirir. İki ölkə arasında mühüm əhəmiyyət
kəsb edən iqtisadi inkişaf baxımından əhəmiyyətli
sazişlər imzalanıb və bu istiqamətdə
yürüdülən siyasət artıq öz bəhrəsini
verməkdədir. Prezident İlham Əliyevin Çinə səfəri
ölkəmizin geosiyasi mövqe baxımından rolunun
artması və möhkəmlənməsi, ikitərəfli
münasibətlərin inkişafı və tranzit ölkə
olaraq Azərbaycanın əhəmiyyətinin nə qədər
vacib olduğunu göstərir. Səfər zamanı 20-dən
artıq sənəd imzaladı və bu imzalanan sənədlər
arasında xüsusi diqqət çəkən sənədlər
yer alır. Bunlar hüquqi proseslərin sadələşdirilməsi
və vətəndaşlarımız üçün digər
vacib hesab edilən sənədlərdir ki, öz əksini
tapıb: “Uzaq Şərq ölkələrindən Çin və
Vyetnam başda olmaqla digər ölkələrlə də
ticarət əlaqələri və qarşılıqlı
olaraq vizasız gediş-gəlişi təmin etmək
üçün artıq lazımi addımlar atılır. Azərbaycan
dövləti həmçinin Orta Asiya dövlətləri ilə
də əlaqələri genişləndirir və
qarşılıqlı olaraq investisiya layihələri həyata
keçirilir və hazırda ölkəmiz Orta Asiya ölkələri
ilə əlaqələrin ən yüksək səviyyədə
inkişaf mərhələsinə qədəm qoyub, desək
yanılmarıq. Azərbaycan digər tərəfdən
türk dünyasının əsas mərkəzi rolunu
oynayır və TDT -də müxtəlif təşəbbüslərlə
çıxış edir. Bir çox platformalarda Prezident
İlham Əliyevin barişcıl missiyası, TDT-da birləşdirici
missiya ilə yerini doldurur. Qonşularımızla , İran və
Gürcüstanla münasibətlərimiz, yeni mərhələyə
qədəm qoyur. Bu ölkələrin yeni seçilmiş
prezidentləri ilə münasibətlərin yenidən ələ
alınması istiqamətində görüşlər, səfərlər
həyata keçirilir və əlaqələrin daha da
genişləndirilməsi istiqamətində mühüm
addımlar atılır. İran Prezidenti Məsud
Pezişkianın Azərbaycana səfəri nəinki İran
-Azərbaycan arasında gərgin münasibətlərin aradan
qaldırılması istiqamətində mühüm addım
hesab edilə bilər, həmçinin İranın mühafizəkar
kəsimi üçün də Azərbaycan -İran münasibətlərinin
nə qədər əhəmiyyət kəsb etdiyini göstərən
və iki ölkə başçısının verdiyi
mesaylarla da öz əksini tapmış oldu. Sözsüz ki,
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
barışdırıcı missiyası İran-israil və
Türkiyə -İsrail arasında olan gərginliyin azaldılması
istiqamətində də bu görüşlərdə öz əksini
tapıb”.
Politoloq onu da qeyd edib ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərində
keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə
toplantısında iştirakı və bu tədbir çərçivəsində
keçirdiyi müxtəlif dövlət və hökumət
başçıları ilə mühüm görüşlər
bir daha sübut etdi ki, Azərbaycan Prezidenti
yürütdüyü siyasətlə doğru seçim edib
və Azərbaycan haqlı mövqeyindən dönməməkdə
nə qədər israr göstərməsilə hər kəsə,
o cümlədən Azərbaycana qarşı çirkin
iddialarda olan ölkə başçılarını da
başa sala bildi ki, artıq Azərbaycan dəyişib,
güclənib, o bir qalib dövlətdir və onunla layiq
olduğu tərzdə danışmaq, münasibət qurmaq gərəkir.
Cənab Prezidentin görüşdüyü liderlər
arasında Fransa Prezidenti Emanuel Makaronun etdikləri səhvlərdən
dolayı hərəkətlərində hiss olunan psixoloji
durumu və Makaronun Azərbaycan Prezidenti cənab İlham
Əliyevə qarşı sərgilədiyi xoş münasibəti,
bir daha sübut etdi ki, Azərbaycan Prezidentinin
duruşundakı qətiyyət, elə onun
yürütdüyü siyasətdən qaynaqlanan amildir və
bu siyasət Azərbaycana qalib ölkə adını
qaytardı. Fransanın dostu və müttəfiqi Ermənistanın
baş naziri Nikol Paşinyanın , Azərbaycan Prezidenti
qarşısında göstərdiyi səmimiyyətə və
diqqətə nəzər yetirsək və Azərbaycanın
İctimai televiziyasına verdiyi müsahibədə, “Azərbaycanla
müharibə olmayacaq” ifadəsini xüsusilə
vurğulaması, deməyə əsas verir ki, bunların belə
danışması heç də asanlıqla başa gələn
işlər deyil. Məhz doğru siyasətin nəticəsidir
ki, bu gün bu ölkələrin siyasi rəhbərləri Azərbaycan
Prezidenti qarşısında məğlubiyyətlərindən
dolayı quyruq bulayırlar. ABŞ və Avropa İttifaqı
ilə əlaqələrin inkişafı, ölkəmiz
açısından hər zaman olduğu kimi bu gün də
beynəlxalq hüquq normalarına əsaslanır. Beynəlxalq
siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi
istiqamətində Azərbaycan bütün sahələrdə
əməkdaşlıq münasibətlərini davam etdirir:
“Bu gün Azərbaycan istər siyasi istərsə də
iqtisadi, istər humanitar və sosial innovasiyalar, idman və digər
sahələrdə beynəlxalq tədbirlərin keçirilməsinə
ev sahibliyi edir və xüsusi olaraq qeyd etmək istəyirəm
ki, ölkəmizdə keçirilən bütün beynəlxalq
tədbirlər yüksək səviyyədə öz qiymətini
alıb. Türkiyə ilə münasibətlərimiz,
sözün əsl mənasında iki dövlət bir millət
müstəvisində davam etməkdədir. Türkiyə ilə
bağlanan Şuşa Bəyannaməsi və dünyada analoqu
olmayan müttəfiqlik münasibətləri hər iki
ölkənin istər siyasi, istərsə də iqtisadi, hərbi
və digər sahələrdə inkişaf etdirilməsi
istiqamətində atılan addımlar, hər iki ölkə
açısından xalqlarımız üçün bu
gün çox faydalıdır və inanıram ki, gələcəkdə
də faydalı olacaqdır. Cənab Prezident İlham
Əliyevin yürütdüyü
barışdırıcı missiyaya söykənən siyasət,
bu gün Suriyada , Qəzzada, Ukraynada, Pakistan və Hindistan
arasında və dünyanın digər yerlərində
baş verən münaqişələrin həlli istiqamətində
nümunə kimi göstərilə bilər. Azərbaycan ərazi
bütövlüyünü öz gücünə bərpa
edən ölkədir. Bu gün dünyada yer-yerindən oynayan
bir vaxtda, beynəlxalq hüquq normaları ayaqlar altına
salındığı bir dövrdə, dünyanın
qloballaşma prosesində yeni dünya nizamına doğru siyasətin
daha az itkilərə məruz qalması üçün, Azərbaycanın
göstərdiyi qətiyyətə ehtiyac var və Azərbaycan
Prezidentinin sülhsevər və barışcıl
missiyasını nümunə olaraq tətbiq etməyə ehtiyac
var”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 22 may(¹19).- S.7.