“8 Noyabr- Zəfər Günü” münasibətilə bədii-musiqili tədbir
Dövlət başçısı, Ali Baş Komandan
İlham Əliyevin sərkərdəliyi altında Azərbaycan
Ordusu 2020-ci ilin 8 noyabrında Şuşa qələbəsi ilə
hərb tariximizin ən şərəfli, qürurlu bir səhifəsini
yazdılar. Belə ki, müdrik liderin hərtərəfli
düşünülmüş, uzaqgörən siyasəti,
diplomatik çevikliyi və xalqla sarsılmaz birliyi, ordumuzun qəhrəmanlığı
nəticəsində erməni dığaları
darmadağın edildi, Azərbaycan 30 ilə yaxın davam edən
işğala son qoydu. Hərb tariximizə qızıl hərflərlə
yazılan həmin möhtəşəm gündən beş
il ötdü. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları
44 günlük Zəfərin 5-ci ildönümünü
böyük təntənə ilə bayram etdilər. Astara
Pedaqoji Kolleci də bu sırada. Təhsil ocağında “8
Noyabr- Zəfər Günü” münasibətilə “44
günlük müharibənin hər bir günü Qələbə,
Zəfər günüdür “ adlı bədii-musiqili tədbir
keçirilib.
Yeni Azərbaycan Partiyasının Astara Rayon təşkilatının
və Astara Pedaqoji Kollecinin təşkilatçılığı
sayəsində baş tutan tədbirdə əvvəlcə
qanları bahasına Zəfər tarixini yazan şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və
dövlət himni səslənilib.
Açılış sözündə Astara Pedaqoji
Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov
Zəfər Günü münasibətilə tədbir
iştirakçılarını təbrik edib və deyib: “Zəfər
Günü – xalqımızın sarsılmaz iradəsinin,
milli birliyinin və Ali Baş Komandanın doğma Azərbaycana
sevgisinin, Müzəffər Ordumuzun qəhrəmanlığının
təntənəsidir. Bu qələbə sayəsində illərlə
həsrətində olduğumuz torpaqlarımız
azadlığa qovuşdu, Azərbaycan xalqının qüruru
bərpa olundu”.
YAP Astara Rayon təşkilatının sədri Həbib
Cəfərov öz çıxışı zamanı
bildirib ki, möhtəşəm Zəfərin memarı
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək
Ulu Öndərin başladığı işi məntiqi
sonluğuna çatdırdı: Bununla da öz adını Azərbaycan
tarixinə qüdrətli sərkərdə, Müzəffər
Ali Baş Komandan kimi əbədi yazdırdı”.
Tədbir rəngarəng musiqi nömrələri ilə
davam edib. Kollecinin “Qida məhsullarının təhlükəsizliyi”
ixtisasının I kurs tələbəsi Günay Qurbanova
“Tarixi zəfər”, Maliyyə işi” ixtisasının I kurs tələbəsi
Sədaqət Hüseynova “Həsrət bitdi, Qarabağ”
şerini söyləyib, eləcə kollecin qızlardan ibarət
rəqs qrupun göstərdiyi rəqslər dəfələrlə
alqışlanıb.
Tədbirin musiqili qonaqları olan Qəni Vəliyev
adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin
"Babalar" xor kollektivi, solistləri Vüsal
Bağırov “Yaşa mənim xalqım”, Mətanət
Babayeva “Yaşa, yaşa Azərbaycan”, Elnarə Abdullayeva “Azərbaycan
əsgəri” mahnılarını ifa ediblər. O. Kazimi
adına Astara Uşaq Musiqi Məktəbinin müəllimlərdən
ibarət xalq çalğı alətləri ansamblının
müşayiəti ilə “Qarabağ” mahnısı musiqi məktəbinin
5-ci sinif şagirdi Ruslan Əsgərovun, “Azərbaycan sənsən
mənim” mahnısı 4-cü sinif şagirdi Xədicə Məhərrəmovanın,
“Şuşanın dağları” mahnısı məktəbinin
müəllimi Elyana Məmmədovanın ifasında tədbirə
xoş ovqat qatıb. Ardınca O. Kazımi adına Astara
Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərin
birgə hazırladığı “Azərbaycanım” adlı
kompozisiya olduqca maraqlı alınıb.
Tədbirdə Zəfər tariximizi yazan Şəhidlərin
əmanətləri- Mayor Kamran Fərəcovun qızları Dəniz
və Şəmsin, baş leytenant Vüsal Kazımovun
qızı Aynurun, çavuş Nurlan Rəhimovun qızı
Səidənin və çavuş Arif Qeybiyevin qızı
Gülnurun oxuduqları "Mənim atam qəhrəmandır"
mahnısı lap yerinə düşüb.
Həmçinin kollecdə Zəfər Gününə
həsr olunmuş Futzal yarışının qalib
komandası kubokla təltif olunub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“8 Noyabr- Zəfər Günü” münasibətilə bədii-musiqili tədbir
Xalq Cəbhəsi .- 2025.- 8 noyabr (¹42).- S.15.