Cümhuriyyət
dövründə Qarabağ və Zəngəzurda siyasi vəziyyət
Arxiv sənədləri və “Azərbaycan” qəzetinin
(1918-1920) materialları əsasında
1918-ci ilin birinci yarısında dünyada, eləcə
də bölgədə siyasi vəziyyət olduqca gərgin
idi. Bu gərginliyi yaradan amillərdən biri dünya
müharibəsinin davam etməsi idisə, digəri Andranik,
Dro, Nijde və Primovun silahlı erməni dəstələrinin
Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur
və Qarabağ bölgələrində türk-müsəlman
əhaliyə qarşı həyata keçirmiş olduğu
soyqırımı hadisələri idi.
Tarixi sənədlərdən məlumdur ki, RSFSR
hökuməti, şəxsən V.İ.Leninin göstərişi
ilə Şaumyana 1918-ci ilin birinci və ikinci rüblərində
əvvəlcə 30 milyon, sonra isə 50 milyon pul vəsaiti
göndərilmişdi.
Lenin həmin pulu Bakı quberniyasında sovet hakimiyyətini
möhkəmləndirmək üçün Şaumyana
göndərmişdi. S.Şaumyan da həmin vəsaitin
böyük bir hissəsini, əsasən ermənilərdən
ibarət silahlı dəstələrinin yaradılmasına sərf
edib, digər bir qismini isə, Andranikə göndərib.
Andranikin quldur dəstələri də İrəvan və
Yelizavetpol (Gəncə) quberniyalarının qəzalarında
türk-müsəlman əhaliyə qarşı kütləvi
qırğınlar, soyqırımlar törədib.
1919-cu ildə nəşr olunan “Azərbaycan” qəzetinin
səhifəsində “Hansı vəsait hesabına Andranik
işləyir” başlığı altında gedən
yazıda qeyd olunurdu ki, Zəngəzur erməni milli
şurasının üzvləri-Arşak Şiranyan və
Nikolay Osipov Bakıdan gələrkən özləri ilə
bir milyon (1.000 000) rubl gətirmişdilər. Onların dediyinə
görə bu pulları general Baqratuninin tövsiyyəsi ilə
Andranikə vermişdilər. Andranik də onlara öz təşəkkürünü
bildirmişdi (Ãàç. “Àçåðáàéäæàí” 29 ÿíâàðÿ 1919).
Həmin vaxtlar Bakıda sığınacaq
tapmış erməni silahlı dəstələr də
Bakı, Şamaxı, Quba, Lənkəran, Kürdəmir və
başqa qəzalarda yaşayan türk-müsəlman əhaliyə
divan tutub, soyqırımı törədib. Bununla
bağlı ARDA və ARPİİİSSA-də mühafizə
olunan fondlarda (1061, 970, 894, 897, 226, 227 və s.)
çoxsaylı sənədlər saxlanılmaqdadır. Bu sənədlər
sübut edir ki, erməni silahlı dəstələrini
Bakı quberniyasının müxtəlif qəzalarına
göndərən S.Şaumyan olub. Həmin qəzaların əhalisindən
qarət olunmuş qızıl-gümüş və pul vəsaitləri
Bakı Sovetinə rəhbərlik etmiş Şaumyana verilib.
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti
dövründə də (1918-1920-ci illər) Ararat (Ermənistan)
Respublikasının silahlı qüvvələri Qarabağ
torpağını ələ keçirmək
üçün dəfələrlə hərbi təcavüz
edib. Bu hərbi təcavüz nəticəsində bölgədə
yaşayan türk-müsəlman əhalisinin bir qismi
soyqırıma məruz qalıb, bir qismi qaçıb
canını qurtarıb, əhaliyə məxsus əmlaklar qarət
olunub, evləri isə yandırılıb. Bütün bu
hadisələr həmin dövrün Fövqəladə Təhqiqat
sənədlərində və dövrü mətbuatda öz
əksini tapıb. Məsələn, FTK-nın üzvü,
milliyyətcə rus olan N.Mixaylov 1919-cu il yanvar ayının
16-da Gəncə quberniyasının Ərəş və Nuxa
qəzaları, may ayının 9-da isə həmin
quberniyanın Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur
qəzası kəndlərinin əhalisi üzərində ermənilər
tərəfindən törədilən soyqırımlar,
onlara məxsus əmlakların qarət olunması və
onların evlərinin yandırılması haqqında
topladığı təhqiqat materialları əsasında ətraflı
məruzələr hazırlayaraq komissiyaya təqdim edib.
FTK Cavanşir qəzası üzrə bir (1) qərar
layihəsi hazırlamışdı (ARDA, f. 100, siy. 2, iş
791, v. 106-107). Cavanşir qəzası ərazisində ermənilər
yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara,
qocalara, hətta şikəstlərə belə aman vermədən
türk-müsəlmanlara qarşı çoxsaylı cinayətlər
törətmişdilər. Məsələn, Umudlu kəndində
Süleyman Qazax Aslan oğlu, Məhəmməd Məşədi
Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən
qəddarlıqla qətlə yetirib, sonra isə onların cəsədlərini
doğrayaraq hər hissəni bir yerdən
asmışdılar.
Şahidlərin ifadələri əsasında FTK
Cavanşir qəzasında azəbaycanlılara qarşı vəhşiliklər
törədilməsinə rəhbərlik etmiş ermənilərin
bir qrupunun adları da müəyyənləşdirilmişdi.
Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis
Konstantin Abramov, Avan Yüzbaşyevin malikanəsini idarə edən
Baqrat bəy Məlik-Şahnazarov, Marağalı kənd
icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin
sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən
Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbaqovlar,
Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan
Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən
Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən
Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov,
Talış kəndindən İsaak və Minas Ter-Danielov
qardaşları, həmin kənddən Rüstəm Babayev,
Çardaxlı kəndindən Baxış Avanesov,
Aşağı Çaylı kəndindən Akopcan Masesov,
Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter-Astsaturov,
Marqoşavan kəndindən Atakişi Xaçaturov və
başqaları idi (23 nəfərdən çox erməni
quldurlarının adı). Bu ermənilər Cavanşir qəzasında
azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin
yalnız rəhbərləri deyil, həm də şəxsən
onların öldürülməsində, onlara işgəncə
və əzablar verilməsində iştirakçıları
idilər (ARDA, f. 970 (AXC Xarici İşlər Nazirliyinə
aid), siy. 1, iş. 161, v. 5).
1918-1919-cu illərdə erməni silahlı
quldurları Cəbrayıl qəzasında törətdikləri
vəhşilikləri haqqında FTK-nın üzvü
Mixaylovun məruzəsində geniş məlumatlar verilir.
Komissiya Cəbrayıl qəzası üzrə 10 qərar
layihəsi hazırlayıb (ARDA, f. 100, siy. 2, iş 791, v.
106-107).
Məruzədə 1918-1919-cu illərdə ermənilərin
hərbi təcavüzü nəticəsində ziyan çəkmiş
Cəbrayıl qəzasının kəndlərinin (26 kənd)
siyahısı verilir: Düdükçü, Edilli,
Ağbulağ, Qoqa, Çirakuz, Axullu, Arış,
Qaragöllü, Doşulin, Toqo, Əfəndilər,
Aşıq Məlikli, Xolaflı, Tatar, Şıxlar, Sirik,
Ağcakənd, Dələnlər, Mülkədarlı, Qərvənd,
Qaradağlı, Zərgər, Boliant, Eyvazlı, Əvətli,
Məzrə.
1919-cu il fevralın 27-də Ağcakənd, Dələnlər
və Mülkədarlı kəndlərinin erməniləri
yenidən Sirik kəndinə hücum edərək yenə də
bu kəndin bir hissəsini yandırıb, 11 kişi, 10
qadın, 14 uşaq qətlə yetirilib (cəmi 35 nəfər-
V.Ş.) və 2 kişi yaralanıb (ARPİİSSA, f. 277, siy.
2, iş 16, v. 5).
Yelizavetpol quberniyasının (Gəncə) ən
çox ziyan çəkən qəzasının biri də
Şuşadır. Komissiya Şuşa qəzası üzrə
– 11 qərar layihəsi hazırlayıb (ARDA, f. 100, siy. 2,
iş 791, v. 106-107). Komissiyanın məruzəsində
şahidlərin ifadələri əsasında ermənilərin
Şuşa qəzasında törətdikləri cinayətlər
27 maddədə sadalanıb. Şahidlərin ifadələrinə
görə 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə
daxil olan Qoqa kəndinin azərbaycanlılar yaşayn 55 evdən
ibarət malikanələri dağıdaraq
yandırmışdılar. Mülkədar Cavanşirin malikanəsi
də dağıdılıb, yandırılıb, ailə
başçısı Əsəd Ağa Cavanşiri, onun
oğlu Soltan ağanı, qızı İranə Bəyimi,
qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev
qulluqçusu İncə İbad qızını, nökərləri
Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli
Kərbalayı Ələsgər oğlunu öldürüb
(8 nəfər – V.Ş.), ölüləri təhqir edərək
onları soyundurub sonra da xəncərlə doğrayıblar.
1919-cu ilin may ayına qədər Tuğ mülkədarı
Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən
ermənilər onu öldürüb, əmlakını
müsadirə ediblər. Tuğ sakini Güldəstə
xanım Nəcəf bəy qızını da döyə-döyə
öldürüblər. Tuğ yolunda ermənilər Novruz
Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu
qarət edir və sonra isə döyərək
öldürmüşdülər (Tuğ kəndinin 4 nəfər
sakini öldürülür – V.Ş.). 1919-cu il martın 9-da
ermənilər Şuşa şəhərinə yaxın
şose yolunda 4 nəfər azərbaycanlı əsgəri
soyunduraraq güllələyib və 3 nəfərin
ölüsünü isə gizlətmişdilər (7 nəfər
öldürülmüş – V.Ş.).
FTK-nın sənədlərində Zəngəzur qəzası
üzrə 55 qərar layihəsi qəbul edib. Arvix sənədlərində
bu qəzada 115 müsəlman kəndinin ermənilər tərəfindən
dağıdılaraq yer üzündən silindiyi qeyd olunub.
Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276
qadın və 2196 uşaq öldürülməsi, 1060
kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi
(erməilər tərəfindən öldürülən və
yaralanan türk-müsəlmanlar, cəmi 10068-V.Ş.) (ARDA,
f.894 (AXC Daxili İşlər Nazirliyinə aid), siy.4, iş
104; siy.10, v. 1).
Lakin müzəffər Azərbaycan ordusu düşmən
hücumunun qarşısını alıb və onları
torpaqlarımızdan qovub. Bu qələbədən sonra Ermənistanın
hərbi təcavüzündə iştirak etməyən erməni
əhalisi AXC hakimiyyətini, üçrəngli
bayrağımızı tanıdığını və
dövlətimizin himayəsi altında Qarabağda sülh və
təhlükəsizlik şəraitində yaşamağa
razı olduqlarını bildirmişdilər...
VAQİF ŞİRİNOĞLU
Tarix elmləri doktoru
Xalq Cəbhəsi .- 2025.- 9 yanvar(¹1).- S.14.