Özündən sonra yaşayan
yaxşılıqları
Onun adını həmişə yaxşı
xatırlamışıq. Əlindən yaxşılıq etmək,
insanlara qarşı səmimi olub. Ana babam Tahirov Cabar Nəsib
oğlu mən anadan olmamışdan qabaq dünyasını dəyişib.
Ancaq onun haqqında həmişə xoş sözləri, təəssüratlar
eşitmişəm və bu gün yaşlı insanlar onun
yaxşılıqlarından danışırlar.
Babam dövlət xadimi olub. Bu onun xarakterinə
heç bir dəyişikliyə təsir göstərməyib.
Çünki onun üçün dürüstlük, işə
düzgün yanaşma, əməksevər insanları diqqətdən
kənarda qoymamaq əsas qayəsi olub. Onun haqqında çox
məlumat yoxdur. Buna bəzən təəssüf edirəm
ki, bu günə qədər babam haqqında niyə yazı
yazmamışam. Bu günlərdə əlimə tarix üzrə
fəlsəfə doktoru İdris Əliyevin və Kamil Həmzəyevin
2005-ci ildə qələmə aldıqları “Suraxanı:
tarixi-publisistik oçerklər, tərcümeyi-hal- lar, şəcərələr,
sənədlər” kitabı keçdi. Babamın həyatının
müəyyən qismi öz əksini tapıb. Babam
xalqımız üçün yaşayan bir şəxsiyyət
olub. Düşünürəm ki, oxucularımız
üçün babamın həyatı maraqlı olar.
Tahirov Cabar Nəsib oğlu kimdir?
Bakının Suraxanı kəndində anadan olub.
1914-1918-ci illərdə kənd məktəbində təhsil
alıb. Ağır ailə vəziyyəti ilə əlaqədar
olaraq əmək fəaliyyətinə Suraxanı neft mədənlərində
fəhlə işləməklə başlamışdır.
1922-ci ildən artıq qazmaçı kimi işləyib.
Suraxanı mədənlərində baş vermiş
böyük yanğından sonra yanğının nəticəsinin
ləğv edilməsində fəal iştirak edib. 1923-1930-cu
illərdə neft quyularının istismarı üzrə fəhlə
işləyib. 1930-1937-ci illərdə fədakar əməyinə
görə, işini əla bildiyi üçün neft
ustası, baş usta, mədən müdiri vəzifələrinə
irəli çəkilib.
17.12.1937-ci ildə onu Suraxanı RPK(b) katibləri
Qasımov və Xansovun sözləri ilə dövləti
aldatmaqda ittiham olunaraq partiya sıralarından xaric ediblər.
İşə Azərbaycan Respublikasının Komunist
Partiyasının Mərkəzi Komitəsi qarışandan
sonra partiyaya bərpa olunub.
Neft sənayəsində xidmətləri
01.11.1938-ci illərdən 20.02.1939 cu ilə kimi RPK(b)
katibi işləyib. 1939-1944-cü illərdə Stalinneft
QÇİ-nin rəisi, 1944-1946-cı illərdə Siyəzən
NQÇİ-nin rəisi vəzifəsində
çalışıb.
Xəstəliyi ilə əlaqədar olaraq 1946-1949-cu
illərdə Orconikidze NQÇİ-nin rəisi,1949-cu ildən
ömrünün axırına kimi Siyəzən
NQÇİ-nin rəisi işləyib.
SSRİ rəhbərliyi onun əməyini diqqətdən
kənarda saxlamayıb. Onu bir sıra orden və medallarla təltif
ediblər:
Azərbaycan SSR-nin Fərmanı ilə ona fəxri
Neft ustası adı verilib.
1940-1951-ci illərdə iki dəfə Lenin ordeni ilə
təltif olunmuşdur. 1942-ci ildə Qırmızı Əmək
Bayrağı ordeni və bir çox medallarla təltif olunub.
Azərbaycan SSR-nin fərdi təqaüdçüsü
olbub. 1983-cü il 31 martında Bakı şəhərində
vəfat edib. Doğulub boya-başa çatdığı
köhnə Suraxanı məzarlığında dəfn
olunub.
Babamın xatirəsi onun sevənlərinin,
yaxınlarının qəlbində yaşayır.
Etibar Vəliyev
AMEA-nın Rəyasət Heyəti Aparatının
“Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi
Xalq Cəbhəsi .- 2025.- 23 yanvar(¹3).- S.15.