Trampın
mesajları: qlobal savaş yeni mərhələdə
ABŞ-nin
yeni prezidenti Donald Tramp inaqurasiya mərasimində bütün
dünyanı maraqlandıran bir sıra istiqamətlərdə
tezislər səsləndirdi.
Tramp
çıxışı zamanı ABŞ-nin dünyanı
hansı istiqamətə yönləndirmək istədiyini
detallı şəkildə açıqladı. Amma bu dəfə
Tramp ilk prezidentliyinin son aylarında-2019-cu ilin sentyabrında
BMT-nin kürsüsündə qlobal savaşı açıq
müstəviyə daşıyacaq qədər tam aydınvə
konkret tezislərlə deyil, fərqli üslub seçdi. Məsələn
BMT-dəki çıxışındakı kimi “gələcək
qlobalçıların olmayacaq, gələcək dövlətlərn
olacaq”,-deməsə də, bununla eyni mahiyyət daşıyan
fikirlər səsləndirdi.
Onun
səsləndirdiyi bəzi önəmli fikirləri təhlil
etməyə şalışıdq.
-Gücümüzü
xalqımızdan alırıq:
Tramp
ABŞ xalqını istehlakçı kütlə kimi istifadə
edən və yalnız öz maraqlarını önə
çəkən, dünya hakimiyyəti uğrunda ABŞ-ni
silahlı güc olaraq ortaya qoyan qlobalçılara ABŞ-nin
gerçək sahibinin və əsil gücün bundan sonra
xalq və yalnız onun formalaşdıracağı hökumətlərin
olacağının mesajını verdi.
-Cümhuriyyətimizi
geri almaq çətin oldu:
Bu,
yuxarıda qeyd etdiyimiz fikri tamamlayır. Yəni əslində
ABŞ xalqına məxsus olmalı, amma realda qlobal
oliqarxiyanın əsarəti altına düşmüş
dövləti qlobal bank sahiblərindən geri alıb, əsil
sahiblərinə-xalqa qaytardıq.
-İki
cinsiyyətin olmasını qəbul edəcəyik. ABŞ-nin
siyasəti iki cinsiyyət üzərində (kişi və
qadın) qurulacaq:
-Tramp
bununla qlobalçıların vitrinə qoyduğu Soros və
digər maronet şəxslər və törəmə
şirkətlər vasitəsilə dövlətlərin varlığının
əsasını təşkil edən dəyərlər
sisteminin sıradan çıxarılmasına qarşı sərt
tədbirlər görəcəyini ifadə edir. Ailə
institunun dağıdılmasına, və dəyərlər
sisteminin “yeni dəyərlər” adlandırılan LGBT və
digər pozğun meyllərlə dağıdlmasına
qarşı mübarizəni qanuniləşdirəcəyini
önə sürür.
Tramp
bu cəbhədə bir sıra liderlərlə eyni cəbhədə
yer alır. Bu, ilk növbədə Avropa İttifaqını
təhdid edir.
Əlbəttə
Avropa İttifaqını hörümçək toru kimi ələ
keçirən və idarə edən qlobal maliyyə təsisatlarının
formalaşdırdığı və dünyaya ixrac etsiyi
anarxist düşüncə, köləlik sistemi və bu
düşüncə üzərində
formalaşdırılan quruluşların təməllərini
formalaşdıran LGBT, feminizm və digər antidövlət
“dəyərləri” hədəfə alır və məhv
ediləcəyinin siqnallarını verir.
Avropa
Komissiyasının rəhbəri Ursula fon der Leyen bununla
bağlı narahatlığını belə ifadə edib:
“Biz ABŞ ilə sıx əməkdaşlıq etməliyik.
Amma biz dəyişməmiş dəyərlərimizi qorumaq
üçün bütün vasitələrdən istifadə
etməyə hazırıq”.
Prezidenti
İlham Əliyev ötən il fevralın 14-də andiçmə
mərasimində etdiyi çıxışında bu təhlükə
ilə bağlı fikirlərini ifadə etmişdi:
“İdeoloji
risklər sərhəd tanımır, xüsusilə indiki
şəraitdə...
Xoşbəxtlikdən
Azərbaycan ailəsi sağlam ailədir, ənənələr,
milli dəyərlər üzərində qurulan ailədir. Ailə
tərbiyəsi hər bir gənc üçün, hər bir
uşaq üçün əsas tərbiyədir...
Bütövlükdə
milli-mənəvi dəyərlərə gəldikdə, bu,
bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz
varlıqdır, sarsılmaz dəyərdir və bunu
sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada
hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə
çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə
gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi
dəyərlər əsasında tərbiyə edilməsi,
dırnaqarası mütərəqqi və yad dəyərlərin
tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə
bizim hamımızın qarşısında durur, hər bir
ailə qarşısında durur və dövlət
qarşısında durur. Burada, əlbəttə ki, dövlət
siyasəti də aparılır və aparılacaq...”.
Ursula
fon der Leyenin ifadə etdiyi Aİ-nin “dəyişməmiş dəyərləri”
LGBT, homoseksualizm və ənənəvi dəyərləri hədəf
alan bənzər anormallıqlardır. Məsələn AVRO
2024 və Paris Yay Olimpiya Oyunlarında bu pozğun meyllərin,
bəşəriyyətə, xüsusilə gənc nəsilə
sırınan “yeni dəyərlər”in açıq təbliğatının
aparılması təsadüfi deyil.
Türkiyə
prezidenti Ərdoğan: “LGBT lobbisinin getdikcə daha da şiddətləndiyi
halda, bəşəriyyət eyni zamanda böyük bir
mühasirə ilə üzləşir. Onlar qlobal miqyasda bir
qorxu mühitini yaradırlar. Buradan qeyd etməliyəm ki, biz
sadəcə bir tendensiya ilə deyil, birbaşa
uşaqlarımızı hədəfə alan faşist bir
hücumla qarşı-qarşıyayıq. Normallığa, təbiətə,
ailəyə və bəşəriyyətə qarşı
çoxölçülü, hərtərəfli və
amansız müharibə aparılır.
LGBT
pozğunluğu ilə müqəddəs olan hər şeyə
müharibə elan ediblər. Onlar təkcə İslam və
müsəlmanların deyil, təbii və müqəddəs
olan hər şeyin düşmənidirlər. Paris
qalmaqalı bu həqiqəti bir daha üzə
çıxardı. Cinsiyyətsizləşdirmək insan
övladını məhv etmək deməkdir.
Fransa
Prezidenti Emmanuel Makron məni Olimpiadanın
açılışına dəvət etmişdi, lakin 13
yaşlı nəvəm ora getmək fikrindən məni
daşındıra bildi...”.
Ərdoğan
daha bir çıxışı zamanı deyib: “LGBT siyasətinin
əsas hədəfi ailə institutu və onun müqəddəsliyidir.
Uşaqların və gənclərin “ailələri və
sosial təməlləri təhdid edən “azğın
ideologiyalardan” qorunması vacibdir. Rəqəmsal platformalar “bilərəkdən,
qəsdən, israrla və sistemli şəkildə” LGBT-ni təbliğ
edir, “rəqəmsal platformalarda teleseriallar, filmlər, nəşrlər
və bir çox digər materiallar çox vaxt mədəni
eroziya və şəxsiyyətin aşınması kimi geri
dönməz proseslərə səbəb olur. Burada
açıq şəkildə görürük ki, LGBT-lərin
əsas hədəfi ailə və ailə institutunun müqəddəsliyidir...”.
-Hökmümüz
Marsa qədər uzanacaq:
(Mondializmin
çöküşü)
Əslində
bu tezis ideoloji savaşların açar şifrəsidir.
Dünyada dövlətləri yox etməyə
çalışan, millətləri kölələşdirən,
və yuxarıda sadaladığımız “yeni dəyərlərlə”
ailə institutu, həmçinin milli, dini dəyərləri
sıradan çıxarmağa çalışan mondializm nəzəriyyəsinin
müəllifləridir. Geosiyasətdə mondializm nəzəriyyəsi
əvvəlki dönəmlərdə ciddiyə alınmasa da,
son dönəmlər əslində dünyanın ələ
keçirildiyi və fəlakətə sürükləndiyi
ortaya çıxdı və bir sıra məsələlər
üçün dövlətlər artıq gecikdiklərinin
fərqinə vardılar. Eynicinsli nigahlar, həmçinin bu
kimi anromallıqları efirlər vasitəsilə evlərə
daşıdılar və adiləşdirdilər... Millətsiz,
dinsiz və cinsiyyətsiz toplum bu planın ikinci mərhələsi
olaraq həyata keçirilir. Proses tədricən
aparıldığı üçün heç kim heç
nə hiss etmədən və istəmədən məğlubiyyəti
qəbul etmək zorunda qalır. Bu, millətindən və
dinindən asılı olmayaraq hər bir xalqı və hər
bir mühafizəkar ailəni təhdid altına salır. Nəsillər
dəyişir və dəyişdikcə düşüncələr
insanlığa və insan təbiətinə yad təsirlərlə
yüklənir, beləliklə də dövlət, din, dəyər
anlayışından uzaq və marionet siyasi hakimiyyətlərin
formalaşdırılmasını hədəfləyən
toplumlar formalaşdırılır.
Bu
daha ciddi təhdiddir. Mondializm nəzəriyyəsi (tək
dünya dövləti, yaxud dünya hökuməti)
görünən və görünməyən mondialist təşkilatlar
vasitəsilə reallaşdırılır. Məsələn
“Bilderberq klubu”. Bu təşkilatın üzvlərini
araşdırsaq mənzərəni özümüz
üçün daha aydın təsəvvür edə bilərik.
Qlobal maliyyə sisteminin sahibləri və onların
seçdikləri şəxslər Trampın dirəndiyi
antidövlət və ümumilikdə antiinsani prosesləri
reallaşdırmağa çalışırlar.
Məsələn
NATO-nin sabiq baş katibi (2014-2024) Yens Stoltenberq hazırda
“Bilderberq klubu”nun sədridir və təkcə bu fakt
dünyanın real mənzərəsini ortaya qoyur.
Mondialistlər
hesab edirlər ki, onların dünya hökuməti
qurmaları üçün efirokratiya (kosmik gücə sahib
olmaq) mütləq şərtdir.
Sadalanan
bu faktorlardan sonra “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri
Elon Mask detalı diqqət çəkir və onun Tramp
administrasiyası və arxasındakı güc
üçün hansı anlam və nə qədər önəm
daşıdğını tam olaraq təsəvvür edə
bilirik.
“Hökmümüz
marsa qədər uzanacaq”,-ifadəsi indi daha çox aydın
olur. Bu təkcə Rusiya, yaxud Çinə verilən mesaj
deyil. Bu ilk növbədə ABŞ-ni əsarət altında
saxlayan mondialist təşkilatların arxasındakı gücə-qlobal
maliyyə təsisatlarına verilən mesajdır.
Yəni
2019-cu ildə “gələcək qlobalçıların
olmayacaq”,-deyərək açıq təhdid edən Tramp bu dəfə
dolayısı ilə və daha mütəşəkkil formada
reallığı özündə əks etdirən fikirlər
ortaya qoyur. Beləliklə mondializm “geosiyasət qəbirstanlığı”nda
dəfn edilir və bu yeni dünyada yeni eranın
başlanğıcıdır. Bu başlanğıc isə
dünyanı daha dəhşətli təhlükələrlə
üz-üzə qoyacaq, amma bu mərhələni keçmədən
də insanlığın qurtuluşu
mümkünsüzdür...
-Sizin
üçün savaşacağam:
Bu
mesaj rəqib dövlətlərlə müharibə
anlamına gəlmir. Xalq Trampa ona görə səs verdi ki,
ABŞ özünə aid olmayan bölgələrdə
müharibələrə girməsin. Ona görə də bu
ifadəni yuxarıda qeyd etdiyim fikirlər müəyyən qədər
açır. Yəni qlobal soyğun sisteminin 2020-ci ildə
olduğu kimi sürprizləri gözləniləndir və
Tramp da bununla “hər şeyə, bütün növ gözlənilməz
hücumlara hazır olmalıyıq”,-mesajını verir.
Qlobal savaş yeni başlayır, öncə ABŞ daxilində
və oradan idarə olunan Fransa hökuməti kimi marionetlərlə...
-Covid
peyvəndinə görə, işdən çıxan ordu mənsublarını
geri qaytaracağam, hökumətin senzurasını
yasaqlayacağam:
İstər
əvvəlki dönəmlərdə, istərsə də son
zamanlar qlobal internet şirkətləri tərəfindən
gerçəklərin yayılmasının əngəllənməsi,
yaxud gerçəklərə “konspirasiya donu” geyindirilməsi
dönəmi sona çatacaq. Bu bütün dünyada inqilabi
dəyişikliklər deməkdir. Bütün sirlər
açıla və bütün istiqamətlərdə
paradiqmalar dəyişə bilər.
-Enerji
qiymətlərini aşağı endirəcəyik, neft
istehsalı artacaq, xaricə enerji satacağıq:
Tramp
bununla daxildə iqtiasadi problemləri həll etməklə yanaşı,
iqlim problemləri ilə əlaqədar elektirikli avtomobillərə
keçidlə bağlı məhdudiyyətləri aradan
qaldıracağını deyir. Yəni Tramp üçün əsas
istiqamətlər öncə ABŞ-ni daxili iqtisadi problemlərdən
xilas etməkdir. Bunun üçün Vaşinqtonun müharibələrdən
uzaqlaşması başlıca şərtdir. Tramp
böyük ehtimalla Səudiyyə Ərəbistanını
da neft istehsalını artırmağa məcbur edəcək.
“Saudi Aramco” dünya neft qiymətlərinə təsir edən
əsas şirkətlərdən biridir. Bütün bunlar da
dünyada neft qiymətlərinin aşağı düşməsinə
gətirib çılxaracaq. Bu isə Rusiya iqtisadiyyatına mənfi
təsir edəcək. Bu da Rusiyanın Ukrayna mövzusunda
ABŞ ilə daha rahat kompromisə getməsinə zəmin
yaradacaq.
Bu
tezislər sübut edir ki, heç bir dövlət, xalq və
ya fərd qlobal savaşın təsirlərindən
sığortalanmayıb.
İstənilən
halda dünya yeni mərhələyə qədəm qoyur.
Savaş hər yerdə və yenidən başlayır...
Əli
Zülfüqaroğlu
Xalq Cəbhəsi .- 2025.- 23 yanvar(¹3).- S.4.