Azərbaycan-Gürcüstan
münasibətləri: perspektivlər nədən ibarətdir?
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin
Gürcüstanda keçirilmiş parlament seçkilərindən
sonra ilk səfərini Azərbaycana etməsi Azərbaycan-Gürcüstan
arasında dostluq, mehriban qonşuluq, qardaşlıq münasibətlərindən
xəbər verir. İki ölkə arasındakı
münasibətlərin inkişafı bölgə
üçün müstəsna əhəmiyyət kəsb
edir. Bu baxımdan yüksək səviyyəli səfərlər
kifayət qədər önəm daşıyır.
Milli Məclisin deputatı Naqif Həmzəyev
Gürcüstan və Azərbaycanın strateji tərəfdaş
olduğunu deyərək, əlavə edib ki, uzun illərdir Azərbaycan
öz beynəlxalq layihələrini məhz Gürcüstan ilə
əməkdaşlıq nəticəsində
formalaşdırır: “Eyni zamanda, Azərbaycan,
Gürcüstan, Türkiyə əməkdaşlığı
nəticə etibari ilə hər üç dövlətin də
iqtisadi güclənməsinə töhfə verir.
Gürcüstanda keçirilmiş parlament seçkilərindən
sonra Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi bunun
bariz nümunəsidir. Bu, Gürcüstan dövlətinin,
hökumətinin, xalqının da Azərbaycana dost, qardaş
və yüksək səviyyəli qonşuluq münasibəti
bəsləməsindən irəli gəlməkdədir. Uzun
illərdir ki, biz Azərbaycan Gürcüstan münasibətlərində
artan xətt üzrə inkişafı müşahidə
edirik və bu inkişaf bütün sahələr üzrə
nəzərə çarpır. Xüsusilə də Azərbaycanın
Gürcüstana sərmayə qoyması, Gürcüstanda yeni
limanların inşası və Azərbaycan məhsullarının
bu limanlar vasitəsilə dünya bazarlarına
çıxarılması üçün həyata
keçirilən yeni layihələr onu deməyə imkan verir
ki, bu münasibətlərin inkişaf etdirilməsi
üçün çox böyük potensial var. Xüsusən
də Azərbaycanın son illərdə nəqliyyat
xabını, şəbəkəsini qura bilməsi, şərq-qərb,
şimal-cənab nəqliyyat dəhlizinin şaxələndirilməsi
və Gürcüstanın da bu prosesdə əsas
iştirakçılardan biri olması onu deməyə imkan
verir ki, Orta dəhliz üzrə yükdaşımaların həcminin
artırılması üçün biz Gürcüstanla əməkdaşlığı
mütləq gücləndirməliyik və
çalışmalıyıq ki, bu potensialı maksimuma qədər
istifadə edək ki, mövcud imkanları düzgün dəyərləndirək,
yükdaşımalar və nəqliyyat hərəkətindəki
bazarda payımızı daha da artıraq”.
“Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır”
Deputatın sözlərinə görə, bununla
yanaşı, Gürcüstan və Azərbaycan xalqları
arasında qardaşlıq, dostluq, qonşuluq münasibətləri
də var: “Azərbaycan və Gürcüstan arasında mədən,
sosial münasibətlər də çox böyük önəm
kəsb etməkdədir. Həm Azərbaycanda gürcüəsilli,
həmçinin Gürcüstanda da azərbaycanəsilli
gürcü vətəndaşları yaşayır. Bizim
soydaşlarımızın orada yaşaması o deməkdir
ki, azərbaycanlılar da Gürcüstan dövlətinin
inkişafına töhfə verməkdədir. Bu baxımdan bizim
ortaq mədəni, sosial əlaqələrimiz var və bunu
inkişaf etdiririk. Eyni zamanda, təhsil sahəsində də əməkdaşlığımızı
inkişaf etdirməliyik. Bir sözlə, Azərbaycan və
Gürcüstan strateji müttəfiq, tərəfdaşdır.
Biz bu münasibətlərin daha da inkişaf etdirilməsində
maraqlıyıq. Azərbaycan həmişə
Gürcüstana olan münasibətlərə dəyər
verib və Gürcüstan hökumətinin də Azərbaycana
olan münasibəti onu deməyə imkan verir ki, bu əlaqələr
ən üst səviyyədədir”.
“Bu münasibətlər Ermənistanı gec-tez
reallıqları dərk etməyə məcbur edəcək”
N.Həmzəyev həmçinin vurğulayıb ki, Azərbaycan
və Gürcüstanın nümayiş etdirdiyi birlik, bərabərlik
və strateji tərəfdaşlıq Cənubi Qafqazda Qafqaz
ailəsinin formalaşdırılması üçün əla
zəmin yaradıb: “Yaxın gələcəkdə Ermənistanın
da reallıqları düzgün dərk etməsi və Qafqaz
ailəsinin formalaşdırılması üçün
töhfələr verməsinə başlaması ümumilikdə
Qafqaz ailəsinin yaradılmasına,
formalaşdırılmasına böyük töhfə olacaq.
Bu baxımdan da Ermənistan Azərbaycan-Gürcüstan
münasibətlərindən düzgün nəticə
çıxarmalı, Cənubi Qafqazda uzunmüddətli və
dayanıqlı sülhün əldə olunmasına töhfə
verməlidir. Bu münasibətlər Ermənistanı da
gec-tez reallıqları dərk etməyə məcbur edəcək”.
“Gürcüstan Qərbin ədalətsiz və qərəzli
təzyiqlərinə məruz qalır”
Politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda
qlobal proseslər elə məzmun və keyfiyyət
daşıyır ki, Azərbaycan və Gürcüstan
arasında münasibətlərin daha da yaxınlaşması
ehtiyacını artırmış olur: “Hələ
Gürcüstanda seçkilərdən dərhal sonra
“Gürcü Arzusu” Partiyasının rəhbərliyinə
daxil olan şəxslər yaxın vaxtlarda Azərbaycanla
münasibətləri ən yüksək səviyyəyə,
hətta strateji tərəfdaşlıq səviyyəsinə
çatdıra biləcəklərini bəyan edirdilər və
həqiqətən də indiki situasiyada buna ehtiyac
mövcuddur. Çünki Gürcüstan da Qərbin ədalətsiz
və qərəzli təzyiqlərinə məruz qalır.
Eyni zamanda, Azərbaycan da beynəlxalq ermənipərəst
siyasi dairələrin ədalətsiz və qərəzli təzyiqlərinə
məruz qalır”.
Cənubi Qafqazın gələcək taleyi
E.Xalidbəyli əlavə edib ki, bu iki Cənubi Qafqaz
dövlətinin ortaq maraqları həm geopolitik, həm də
iqtisadi, ticarət, siyasi anlamda tamamilə üst-üstə
düşür: “Həmçinin Azərbaycan və
Gürcüstanı həm də ortaq nəqliyyat kommunikasiya
marşrutlarının olması birləşdirir. Eləcə
də bir çox istiqamətlər üzrə Azərbaycan və
Gürcüstanın daha da yaxınlaşması
üçün münbit şərait mövcuddur. Ancaq bu,
yalnız iki dövlət arasında deyil, həm də
üçtərəfli proses xarakteri daşıyır, Azərbaycan,
Türkiyə və Gürcüstan arasında da oxşar
proses davam edir. Çünki tezliklə bu üç ölkənin,
yəni Azərbaycan, Türkiyə və Gürcüstan rəhbərliyinin
növbəti dəfə ortaq maraqlar çərçivəsində
birgə müzakirələrə başlayacaqları barədə
məlumatlar mövcuddur. Yəni Cənubi Qafqazda Azərbaycan
və Gürcüstan münasibətləri böyük
ölçüdə bu regionun gələcək taleyini həll
edə biləcək münasibətlərdir. Çünki
ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı geopolitik
müstəmləkəyə çeviriliblər və ona tam
şəkildə nəzarət edirlər. Amma Ermənistana nəzarət
Cənubi Qafqaz üzərində hegemonluq uğrunda mübarizənin
qalibini müəyyənləşdirmək üçün
yetərli deyil. Cənubi Qafqazda əsas iradə sahibi Azərbaycandır.
Azərbaycan ABŞ və Qərbin Cənubi Qafqazda xüsusi
status qazanmasının əleyhinədir və buna müqavimət
göstərir. İndiyə qədər də buna nail olunub”.
Politoloq qeyd edib ki, digər tərəfdən Qərb
Gürcüstanda öz hədəflərinə nail
olmayıb, Azərbaycan və Gürcüstanın hazırda
ortaq mövqedən çıxış etməsi Cənubi
Qafqazda Qərb siyasi dairələrinin hegemoniya cəhdlərinin
qarşısını almaqda böyük önəm
daşıyır. Həmçinin o, bütün bunları nəzərə
alanda Azərbaycan və Gürcüstan əməkdaşlığının
Cənubi Qafqazın gələcək taleyini həll edə
biləcək önəmli bir faktor olduğunu
vurğulayıb.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 23 yanvar(¹3).- S.5.