Sözünə sahib çıxmağı bacaran
millət vəkili...
Qüdrət Həsənquliyev- 60
Güclü xarakterli, sarsılmaz iradəli, məsuliyyətli,
zabitəli, özgüvəni yüksək adamdır. Bu
xüsusiyyətləri onun xarici görünüşündə
də öz əksini tapıb. Digər insanlarla bir az məsafəli
davransa da, əslində içi sevgi ilə doludur. Liderlik
qabiliyyəti var, məqsədi hər zaman qalib gəlməkdir.
Özünə xas sistem yaradıb. Tətbiq etdiyi qaydalardan
xaricə çıxmır...
1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar
Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan
olub. Orta təhsilini həmin kənddə başa vurub. Əsgəri
xidmətdən sonra bir müddət Culfada sovxozda işləyib.
Daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə
qəbul olunub və oranı fərqlənmə diplomu ilə
bitirib. 1992-ci ildə Bakı şəhəri Nəsimi Rayon
Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan
Respublikası Dövlət katibinin köməkçisi vəzifələrində
çalışıb. 1996-cı ildən Bakı Asiya
Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının katibi vəzifələrində işləyib.
Siyasi partiyalardan birinin sədri, Azərbaycan Respublikası
Milli Məclisinin deputatıdır...
Dürüst, humanist, vicdanlı və mərddir. Cəsarətlidir-
sözünə sahib çıxmağı bacarır.
Yüksək mədəniyyətə malik, əxlaqlı
insandır. Kifayət qədər təmkinlidir. Uzaqgörəndir
və analitik təfəkkürə sahibdir...
Milli maraqları daim hər şeydən üstün
tutan, dövlətçiliyin hər şeyin fövqündə
olduğunu öz fəaliyyəti ilə təsdiq edən siyasətçilərdəndir.
Milli Məclisdə maraqlı, orijinal
çıxışları ilə seçilən millət vəkillərindən
biri də odur. Zarafat deyil, böyük bir məktəb
keçib- Milli Azadlıq Hərəkatının od-alovunda
bişib. Siyasi səriştəsi,
dünyagörüşü ilə yanaşı, həm də
şəxsi keyfiyyətləri ilə də dünənin, bu
günün və eləcə də sabahın siyasət
adamları üçün nümunə ola biləcək bir
ictimai-siyasi xadimdir...
Bəzən millətin vəkili olmaq mərtəbəsinə
qalxmaq üçün, deputat olmağa və üçrəngli
döş nişanını yaxada gəzdirməyə ehtiyac
qalmır. Necə ki, bir çoxları haqq etmədikləri
mandatı və döş nişanlarını gəzdirirlər,
amma o, hətta deputat olmasa belə təkcə seçicilərinin
deyil, bütövlükdə millətin vəkili adını
daşımağa layiq insanlardandır. Onu xalqın rifahı
həmişə narahat edir...
Deyir ki: “ünvanlı sosial yardımların
dayandırılması ilə bağlı fikirlər səsləndirməklə
insanları mənfi psixoloji durumda qoyuruq. İş yeirlərini
itirən insanların işsizliyə görə müvainətləri
məsələsinə ciddi yanaşmalıyıq. Bəziləri
deyir ki, hökuməti əvəllər tənqid edənlər
indi onu tərifləyirlər? Bəli, hökumətin hansısa
addımlarını müsbət hesab edəndə tərifləmişəm
və hansısa addımlarını mənfi hesab edəndə
isə tənqid də etmişəm. Burda nə var ki? Belə
məntiqlə məsələyə yanaşmaq düzgün
deyil. Unutmaq lazım deyil ki, hamının gözü parlamentdədir,
danışanda diqqətli olmaq lazımdır...”.
Əlbəttə, onun müxalifət
partiyasının lideri kimi hakimiyyətə münasibətdə
kəskin mövqedə dayanmaması siyasi
dünyagörüşü bəsit olan kəsimlərdə
anlaşılmaya bilər. Amma o, ucuz pafosçuluqdan, yersiz
müştəbehlikdən uzaq adam olduğu üçün
mövcud siyasi reallıqlar çərçivəsində məmləkətə,
onun siyasi palitrasına harmoniya gətirmək istəyinə
köklənmiş bir siyasi mübarizə yolu seçib. Bu
baxımdan, müxalif düşərgədəki
yalançı radikallardan fərqli olaraq, o dosta da, rəqibə
də, tərəfdaşa da səmimi yanaşması ilə
seçilir...
Üzərinə düşən məsuliyyətin fərqindədir
və nə qədər ağır olsa da məsuliyyətdən
qaçmır. Adət ənənələrə olduqca
bağlı insandır. Fərqli və ilk olan məsələlərə
adətən soyuq yanaşır. Məntiqsiz olan hər
şeydə son dərəcə həssasdır. Bu xüsusiyyəti
hadisələri və qarşısındakı insanları
daha aydın anlamasına imkan verir. Necə deyərlər,
zamanı idarə etməyi olduqca yaxşı bacarır. Əzmli
olmaq onun üçün olduqca önəmlidir...
Bəli, mən Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri Qüdrət Həsənquliyev haqqında
danışıram. Ötən bu illər ərzində o,
daim mediaya, jurnalistlərə açıq siyasətçilərdən
olub, mediaya və media mənsublarına tolerant münasibət
sərgiləyib, heç zaman qələm əhli ilə
qarşıdurmaya, məhkəmə çəkişmələrinə
getməyib. O, peşəkar siyasətçi kimi fəaliyyətində
hər zaman özünəməxsusluğu ilə
seçilib, fərqlənib, heç kimi təqlid etməyib.
Həmişə öz yolu, öz yanaşması olub. Hər
zaman da fəaliyyətində, eləcə də
çıxışlarında seçicisinin,
bütövlükdə Azərbaycan dövlətinin maraq və
mənafelərindən çıxış edib...
Yanvarın 29-u 60 yaşı tamam olur. Yubileyi
münasibətilə onu təbrik edir, möhkəm can
sağlığı arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(№4).- S.8.