Azərbaycan gənci dövlətinə, xalqına,
millətinə, torpağına bağlıdır
1997-ci ildən 2 fevral tarixi ölkəmizdə Gənclər
Günü kimi qeyd olunur. 2 feval tarixinin Gənclər
Günü kimi elan olunması Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin
hakimiyyətə ikinci dəfə qayıdışından
sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas
qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini
icra edən Gənclər və İdman Nazirliyi
yaradılıb. Ulu Öndərin prezidentliyi dövründə
ölkə gəncləri onun diqqət və
qayğısını daim öz üzrlərində hiss ediblər.
1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər
Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci
forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı
ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd
olunmağa başlanıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dövlət gənclər siyasəti Azərbaycan
gəncliyinin inkişafına təkan verib, onların özlərini
cəmiyyətdə təsdiq etməsində mühüm rol
oynayıb.
Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti
özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər
ili" elan edilməsində də göstərdi. 2007-ci ildə
prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi
barədə sərəncam imzaladı.
Prezident İlham Əliyevin gənclərə dəstək
yönündə verdiyi mühüm və əlamətdar qərarlardan
biri də ölkədə ilk dəfə "Gənclər
üçün Prezident Mükafatı"nın təsis
edilməsi oldu.
Bu gün qətiyyətlə deyə bilərik ki,
ölkə gənclər Prezident Cənab İlham Əliyevin
uğurla apardığı daxili və xarici kursu
alqışlayr, bu siyasətin icrasında daim onun
yanındadaır.
Politoloq Azər Qasimov mövzu ilə bağlı “Xalq
Cəbhəsi”nə deyib ki, gənclik- insanın ən aktiv, həyat
sevgisi ilə dolu, yaşamaq həvəsi, yaratmaq-qurmaq istəyi
ilə zəngin bir dövrü anlamına gəlir. Bununla
yanaşı vətənpərvərlik hissinin ən
güclü olduğu bir dövrdür. Gənclik-dövlətin
öz gələcəyi baxımından ən çox
iddialı təbəqəsidir. Gəncliyi əhalinin çox
faizini təşkil edən dövlətlər gənc dövlətlər
hesab edilirlər. Bu dövlətlərin gələcəyi də
ümidli olur. Gənclik dövlətin inkişafı, idarəçiliyinin
gələcəyi baxımından perspektivli, siyasi arenada
iddialı, iqtisadi sferada qabaqcıl olma ehtimalı böyük
və ən əsası müfafiə sahəsində
özünə əmin olması deməkdir.
Göründüyü kimi gənclik dövlətin əsas
sütunlarının mənəvi dəstəyi, dövlətin
uzunömürlülük atributudur. Dövlətin gənclik
siyasətinin doğru qurulması bu prinsiplərin həyata
keçirilməsi baxımından vacib məsələdir.
Dövlət öz gəncliyini özü yetişdirir və
özü formalaşdırır. Doğru
formalaşmış gənclik dövlətin gələcəyinin
əsasını təşkil edir. Onun strukturlarının
formalaşmasını təmin edir. Dövlətin müdafiəsi
bilavasitə gəncliklə bağlı olur. Gənclik ideoloji
olaraq elə formalaşmalıdır ki, dövlət öz gələcək
məqsədlərini bunun üzərində rahat şəkildə
qura bilsin: “Qeyd edilənləri əsas götürərək
gənc nəslin formalaşmasında dövlətin mahiyyəti
tək onlara vətəndaş gözü ilə baxmaqla kifayət
etmir. Gənclik vətəndaş anlayışının
ikiqatı bir anlayışdır. Çünki gənclik
dövlətin indiki və gələcək sütunudur. Ona
görə də dövlət gəncliyə xüsusi
hörmət və həssaslıqla yanaşmalıdır. Gənclik
dövlətin qayğısını öz üzərinə
həmişə hiss etməlidir.
Gəncliyin formalaşması prosesini dövlət
özünün milli ideologiyasına uyğun təşkil etməlidir.
Milli ideologiya ilə "silahlanmış" gənclik
dövlətin bütün sahədə inkişafına zəmin
yaratmış olur. Kənar təsirlərə qarşı
dözümlü və mübariz olur.
Azərbaycan dövlətinin gənc nəslin
formalaşması və ölkənin inkişafındakı
rolu göz qabağındadır. Gənc nəslin fəaliyyəti
daim dövlətin nəzarətindədir. Təhsilin gənclərin
həyatındakı rolunun başlıca rol
oynadığını nəzərə alaraq ilk növbədə
təhsil sisteminin təkmilləşdirilməsi
üçün geniş imkanlar mövcuddur. İstər
ölkə, istərsə də ölkə xaricində gənclərin
təhsil alması üçün geniş perspektivlər
yaradılır. Təbii ki, çatışmazlıqlar olsa
da, bunun aradan qaldırılması üçün
addımlar atılır”.
A.Qasımovun fikrincə, gəncliklə əlaqəli
fikir mübadiləsi aparıldıqda çalışmaq
lazımdır ki, məsələyə pozitiv tərəfdən
yanaşma tərzi olsun. Məsələ ondadır ki, neqativ
hallar və ya çatışmazlıqlar, xoşagəlməz
halların mövcudluğunu kimsə danmır və bunun
üstündən keçmək istəmir. Dərinə gedilsə
bir sıra neqativ halların olmasını təbii ki, qeyd etmək
olar. Bura təhsil sisteminin keyfiyyətinin istənilən səviyyədə
olmamasından tutmuş, gənclərin işlə təminatı
və s. məsələlərə kimi. Amma bütün
bunlara baxmadan ölkədə gəncliyin böyük hissəsinin
həyat şərtləri ilə mübarizədə
özünə layiqli yer etməsi, öz bilik və
bacarığı sayəsində irəli yerlərə gəlməsi
faktları da çoxdur. Dövlət təbii ki, tək bir
hissə gənclərin yox, bütün gəncliyin
arxasında olmalıdır: “Hesab edirəm ki, bu məsələdə
dövlət böyük uğur əldə edə bilib. Məsələ
ordunun özəyini təşkil edən gəncliyin iğid və
qəhrəman kimi 44 günlük müharibə
dövründəki fəaliyyətidir. Azərbaycan dövləti
və xalqı bu gəncliyin sayəsində öz ərazilərini
işğaldan azad etdi, bütün torpaqlarında suverenliyini
bərpa etdi. İndi də bu ordunun gücünə
arxayın olan Azərbaycan dövləti öz rəqiblərinə
qarşı dövlətimizin mənafeyini qorumaq
üçün iddialı addımlar atır və bundan sonra
da atmağı planlaşdırır. Bunların hamısı
dövlətin vətənə və dövlətə
bağlı gənclər yetişdirməsi siyasətinin
uğurlu nəticəsi idi.
Gənclərimizin idman sahəsindəki
uğurları həmişə qürür yerimiz olub. İstər
intellektual, istər, fərdi və qrup şəklində idman
növlərindəki uğurlar gənc nəslin sağlam
ruhda böyüdüyünün bariz nümunəsidir. Azərbaycan
gənclərinin idmandakı uğurları xüsusi yer tutur.
Azərbaycan bayrağının olimpiada və digər idman
yarışlarında ucaldılması mərasimi xüsusi
qürurverici hallardır. Bunun mənəvi mənası və
dəyəri gənc nəsil üçün örnək mənbəyidir”.
O, qeyd edib ki, müasir gəncliyin dini baxışlarının
formalaşması da dövlət üçün vacib məsələlərdən
biridir. Din anlayışının müasir
dövrümüzdə tək ənənəvi mənasından
kənara çıxaraq siyasiləşməsi faktları
xüsusi narahatlıq doğurur. Yanlış təbliğat gənclərin
öz dövlətinə üz döndərməsinə belə
gətirib çıxarır. Məkrli və qərəzli
qonşu dövlətlər Azərbaycan dövlətinə
dini baxışlar üzərindən gənclərin beyninə
uzun müddət yanlış ideololigiya yeritməyə qismən
nail olublar. Bu, hətta, öz dövlətinə düşmənçilik
həddinə belə gəlib çıxıb. Dövlətimizin
dini siyasəti həmişə tolerant olub. Azərbaycanda
heç bir dinin daşıyıcısının fəaliyyəti,
öz dininə sitayişi və ideologiyası qadağan
olunmayıb. Bundan istifadə edən müxtəlif təriqət,
sekta və bu kimi dini qruplar ölkənin gəncliyinə
sözün əsl mənasında qara yara kimi hücum etmək
cəhdləri edib, hətta müəyyən mənada da buna
nail olublar. Amma Azərbaycan dövləti öz gəncliyinin
müdafiəsinə qalxıb dini siyasi silah kimi istifadə etməyə
cəhd edənlərin başını vaxtında əzə
bildi. Artıq onlar nəzarət altındadırlar və yeni
bu kimi fəaliyyətlərin qarşısı kəsinliklə
alınır: “Azərbaycan gəncliyi öz dininə,
İslamiyyətə bağlı gənclikdir. Vətən
torpaqlarının işğaldan azad edilməsi zamanı da
bunun şahidi olduq. Qələbəmizi gətirən
faktorlardan birinin gənc əsgərlərimizin əsl
İslama xidmət etməsinin gətirdiyi amil olduğu
danılmazdır. Bu da Azərbaycan dövlətinin ordu
quruculuğu sahəsindəki uğurlarının
başlıca amili idi.
Gənc nəslin müasir dünyada mövcud olan mənfi
tendensiyalardan, narkotik aludəçiliyindən, kibercinayətlərdən,
digər pis vərdişlərdən qorunması
üçün də ciddi addımlar atan dövlət bu məsələləri
də daima öz gündəmində saxlayır.
Dövlət gənc nəslin potensialını həm
ölkə daxilindəki idarəçiliyində, məsələn,
"Asan xidmət", " Dost xidməti", müxtəlif
beynəlxalq tədbirlərdə geniş şəkildə
istifadə edir, onlara idarəçilik vərdişləri
qazandırır. Bununla yanaşı onları təltif edir,
digər idarəçilik strukturlarında dəyərləndirir.
Gənclik emosionallığı ilə seçilir.
Onun "qanının qaynar axdığı" bir
dövründən dövlətin özünün və
xalqın mənafeyi baxımından doğru dəyərləndirə
bilməsi mütləqdir. Dövlət itirilmiş gəncliyin,
yəni təsir altına düşərək yanlış
yol seçmiş gənclırin həyatı ilə daha
çox məşğul olmalıdır. Onların gələcək
həyatlarının yenidən doğru yolla davam etməsi
üçün əlindən gələni etməlidir. Gənclər
də hər zaman heç bir çətinliyə,
çatışmazlıqlara baxmadan dövlətin mənafeyini
üstün tutmalıdırlar. Dövlət və hakimiyyət
anlayışlarının mahiyyətini doğru dəyərləndirə
bilməlidirlər. Nə edirlərsə həmişə
dövlət anlayışını əldə rəhbər
tutaraq addımlar atmalıdırlar. Azərbaycan gəncliyi həmişə
istər idman, istərsə də digər sahələrdə
həmişə Azərbaycanın başını uca ediblər,
bundan sonra da belə olacağına əminik və
şübhə etmirik.
Gənclik daim öz üzərində işləməlidir.
Müxtəlif dillər öyrənməli, idarəçilik,
ixtisas artırma kurslarında iştirak etməli, dövlətin
gələcəyi üçün məsuliyyətini dərk
etməlidir. Çünki Azərbaycan dövləti
onların dövlətidir. Bu günün gəncləri gələcəyin
dövlət rəhbəri, idarəçi kadrlarıdır.
Onların bunun məsuliyyətini yaxşı başa
düşməlidirlər. Buna doğru ayddımlamalı, buna
can atmalıdırlar. Dövlətin gələcəyi onlar
üçün biganə olmamalıdır. Savad, bilik,
istedadlarını daim artırmaqla yanaşı, Azərbaycan
dövlətinin siyasi həyatında da aktiv iştirak etməlidirlər”.
Əziz gənclər, bayramınız mübarək!
Cavid
Xalq Cəbhəsi .- 2025.- 29 yanvar(¹4).- S.9.