Türk Dünyasının
ayrılmaz parçası
- Kərkük
Hələ 13-cü əsrdə
Çağdaş
dönəmdə az qala gecə-gündüz Türk
Dünyasının problemlərindən
danışılır. Ancaq indiyə kimi
görülmüş bütün işlərə baxmayaraq
türk xalqlarının ədəbiyyatının, mədəniyyətinin,
dünyabaxışının araşdırılması
istiqamətində görüləsi işlər hələ
çoxdur. Çox zaman mədəniyyətimizin soraqları,
tariximiz haqqında bizi sevməyənlər daha çox
yazıblar, dünyada artıq əsaslı sayılan fikir
yönü formalaşdırmağa nail olublar. Gedişat
göstərir ki, bu gün Türk Dünyasının problemlərinin
hərtərəfli araşdırılması yönündə
daha ciddi işlər getməlidir. Güney Azərbaycan
mövzusu bu gün hər bir soyaşımızın vətəndaşlıq
məsuliyyəti ilə düşünməli olduğu məsələdir.
Habelə İraqda Kərkük problemi böyük mənada həll
olunmamış qalır. Müəyyən zahiri irəliləyişlər,
imtiyazlar problemin köklü həllinə imkan yaratmır.
Ümumən bu gün
Qarabağ probleminin Türk Dünyasının ən vacib məsələsi
kimi qavranılmasına nail olmalıyıq. Ancaq Qarabağ
probleminin ümumtürk problemi olması məsələsini hələ
lazımi səviyyədə qaldıra bilməmişik. Bəs
necə olur ki, tarixilik, ruh baxımından Qarabağa qətiyyən
dəxli olmayan ermənilər bu məsələni öz
xeyirlərinə dünya səviyyəsində qaldıra
bilirlər?
Bu, onu göstərir ki,
türk xalqları arasında siyasi-iqtisadi, mənəvi əlaqələrin
daha möhkəm bağları yaranmayınca problemlərimiz
birdəfəlik həllini tapmayacaq. Məhz çağdaş
dönəmdə Türk Dünyasının birliyinin
olmaması səbəbindəndir ki, Türk Dünyasına
qarşı təpkilər artır. Avropanın, ümumən
Qərbin Türkiyəyə qarşı bu qisasçı hərəkətini
dinlərarası savaşın nəticəsi kimi anlayanlar da
var. Amma bu, qətiyyən xristian-islam dinlərinin
savaşı kimi anlaşılmamalıdır. Bütün
bunların arxasında ancaq və ancaq Türkiyəyə,
ümumən türkə, türk ruhuna qarşı savaş
var. Dünya "ikili" standartlar oyununu gündən-günə
təkmilləşdirir. Türkiyəni sevməyənlər
"erməni faktorundan" məharətlə istifadə
edirlər. Qarşıda "erməni faktoru"nun daha yeni,
daha təhlükəli dalğası gözlənilir. Türk
Dünyası çoxsaylı birliklərdən nicat ummaq əvəzinə
özünə üz tutmalıdır. Bu birliklərdən
bizə xeyir olmayacaq. Əgər Türk Dünyası
yaranarsa, o, problemlərini kimsəyə möhtac olmadan
özü həll edə bilər. Xilasımız
üçün yalnız
özümüzə üz
tutmalıyıq. Ayılmaq
və düşünmək
gərək. Türk soyları olaraq biri-birimizi aramalıyıq,
dərd-sərimizin tarixi səbəblərini,
köklərini çözələməliyik.
Bu yazımızda Türk Dünyasının
hələlik daha çox ruhumuzda ayrılmaz parçası
olan Kərkük elimizdən danışırıq.
O Kərkükdən ki,
adını çəkəndə
istər-istəməz
ruhumuz bizi ora çəkir, mahnıları ağlımızı
başımızdan alır,
bizi xəyallandırır...
Kərkük tarix boyu türkmənlərin daha çox toplu şəklində yaşadığı bir ərazidir. Bu gün başı bəlalı, viran gününə qoyulan İraqın ərazisində
mövcud olan Kərkük eli qədim tarixi torpağımızdır. Kərkükdə
bu gün bizimlə dil və ruh eyniliyi
olan 3 milyonadək soydaşımız yaşayır.
Professor Qəzənfər
Kazımov yazır:
"Akademik Ziya Bünyadovun qeyd etdiyi kimi, şimaldan
cənuba doğru Naxçıvan, Ordubad, Təbriz, Marağa, Mərənd, Ərbil, Kərkük şəhərləri
bir xətt üzrə yerləşib.
Və Naxçıvanla
Kərkükün arası
500 kilometrdən də
azdır. Cənub-qərbi Azərbaycanla
Kərkükün, Ərbilin
arası daha yaxındır və cəmi bir neçə
saatlıq yoldur.
1258-ci ildə Hülakilər
son Abbasi xəlifəsini edam edib xilafətə son qoyduqdan sonra
Bağdadı və ətraf əraziləri yenidən Azərbaycana birləşdirirlər. Adətən
işğalçılar əvvəlki
işğalçıların səhv inzibati qurumlarını qaydaya salmağa çalışıblar.
Qədim türk torpaqları olduğu üçün Hülakilər
bu cür bölgü aparmışlar.
Bu hal Qaraqoyunlular,
Ağqoyunlular dövründə
də olub, Bağdad və onun ətrafı Azərbaycanın təbii
əyalətləri sırasına
daxil edilib. Şah İsmayıl da 1508-ci ildə eyni işi görüb,
Bağdadı Azərbaycana
birləşdirib. Vaxtaşırı
ərəblər irəliləyib
və türklər öz müstəqilliklərini
yenidən bərpa edib. Təkcə Bayat qəbiləsilə
bağlı 64 kəndin
olması da bu ərazilərin qədimdən oğuzların
yurdu olduğunu təsdiq edir. Şah İsmayıl xeyli müddət bu yerlərin əhalisini onların öz doğma elinə qatıb, bu torpaqları Güney Azərbaycanla birləşdirib. Lakin
sonrakı sərhədlər
onları Azərbaycan
torpağından ayrı
salıb, 18-ci yüzilin
ortalarından (1746) Azərbaycanla
əlaqələri daha
çox zəifləyib.
Tarixi saxtalaşdıranlar gənc
nəslə öz keçmiş sərhədlərini
göstərməkdə acizdir.
İraq ərazisindəki
türklərin kiminsə
tərəfindən bura
köçürüldüyünü, gəlmə olduqlarını
fəhm edənlər
tarixçilərimiz tərəfindən
yaradılmış yanlış
təsəvvürün
mexaniki daşıyıcılarıdır.
Tarix kitablarımızın
elmi obyektivlikdən uzaq olmasının nəticəsidir ki, insanların öz tarixi barədə təsəvvürləri də
yanlışdır. İraqın
türk əhalisindən
danışarkən elə
bilirlər ki, onlar qürbətdədir.
Düşünmürlər və mövcud tarix kitabları düşünməyə imkan
vermir ki, onlar qürbətdə deyil, öz vətənlərindədir. Kök
oradır, tarix ilk türkləri - turukkiləri, suları, lulluları, kutiləri Urmiya gölü ətrafında təsvir edir. Türkmanların əcdadları bu yerlərin çox qədim sakinləridir".
Əslən Kərkükdən olan folklorçu Seyfəddin Çaxmaqçının araşdırmalarında
Kərkük folkloru ilə bağlı məsələlərə xalqın
canlı yaşam tərzi, gerçəkliyi
kontekstində baxılır. Uzun illər
Avropada yaşamağa
məcbur olan S.Çaxmaqçı bu müddətdə xəlqi
soraqlarımızdan, Kərkük
türkmanlarının adət-ənənələrindən qətiyyən
ayrılmayıb, əksinə,
milli keyfiyyətlərimizə
daha da bağlanıb.
Avropada yaşadığı
müddətdə daim
özünü elində,
yurdunda elilə, yurduyla bir hesab
edib, Vətən, türk təəssübünü
daim ürəyində
gəzdirib, onu bir an da
olsun, sönməyə
qoymayıb. Təsadüfi
deyil ki, o, elə bu
duyğuyla, sevgiylə
qızlarından birinin
adını Yurdum, o birisinin adını
isə Yurdal qoyub. İstəyib ki, balaları yurdlarını sevsinlər,
onu bir an
belə unutmasınlar:
Yurdum-yəni Vətənim. Yurdal-yəni yurduna sahib ol.
Seyfəddin
Çaxmaqçı əslən Kərküklü
olmasıyla yanaşı həmin elin, yurdun adət-ənənələrinə,
folkloruna, orada yaşayan türkmanların həyat tərzinə
gözəl bələddir. Digər tərəfdən də
Kərkük folklorunun nümunələrinin yenidən
araşdırılması, tədqiqata cəlb edilməsi Azərbaycan
və Kərkük folkloru arasındakı mənəvi
bağların qədimliyinin yeni səviyyədə təsdiqi
olacaq. Olduqca maraqlı qənaətlər var. Hər şeydən
əvvəl Kərkük folkloru Azərbaycan türklərinin
folkloruna nəinki hədsiz dərəcədə
yaxındır, çox hallarda bu folklor nümunələrini
biri-birindən ayırmaq olmur. Burada söhbət ilk növbədə
doğma ruhların ifadəsindən, birliyindən gedir. Bu
tükənməz xəzinə milli kimliyimizdən, qədimliyimizdən,
bir millət olaraq özümüzəməxsusluğumuzdan
soraq verir.
Azərbaycan ruhuna,
torpağına böyük sayğılarını dilə gətirən
Seyfəddin Çaxmaqçının fikrincə, Azərbaycan
türkcəsi ilə Kərkük türkmanlarının dili
arasında böyük fərq yoxdur: "Burada mənə
çoxları deyir ki, sizin danışığınız
çox asan anlaşılır. Mən də onlara deyirəm
ki, başqa bir torpaqda doğulmağıma baxmayaraq hər
ikimizin kökümüz, soyumuz birdir".
Dünya Gənc Türk
Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı deyir:
"Türk Dünyası böyük bir coğrafiya olaraq
çoxlu fərqli dövlətlərlə, mədəniyyətlərlə,
yabançı mədəniyyət axını ilə üzbəüzdür.
Çox zaman Türk Dünyasının içinə
müxtəlif dünyabaxışlar məqsədyönlü
və sistemli şəkildə gəlir. Buna qarşı
"milli immuniet aktı" yaratmaq gərəkdir. Bu
müqaviməti isə milli dəyərlərimizdən,
etnoqrafiyamızdan, soykökümüzün şəhdi-şəkərindən,
ədəbiyyatımızdan, mədəniyyətimizin, fəlsəfəmizin
diqtə elədiklərindən ala, yarada bilərik. Olmayanları
isə özümüz yaratmalıyıq. Şəmsəddin
Kuzəçinin Kərkük soyqırımları barədə
yazdıqları, həmçinin, "Türkmən eli ədəbiyyatı"
kitabı bir qeyrət nümunəsidir. O, bununla sanki bir
institutun görə biləcəyi işi görüb".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 9 aprel.- S.14.