Ədəbi nəşrlər ittiham hədəfində

 

Rəşad Məcid: "Ədəbi nəşrlərin fəaliyyətində zəiflik hiss olunur"

 

Əjdər Ol: "Elə povest hekayələr dərc olunur ki, adam pis mənada təəccüblənir"

 

Yazıçılar Birliyinin əbədi orqanlarında koorpusiya hallarının olmasıyla bağlı fikirlər yeni ittihamların ortaya çıxmasını şərtləndirib. Qeyd edək ki, koorupsiya qalmaqalını gündəmə gətirən gənc yazar Elnur Astanbəyli külli miqdarda vəsait ayrılmasına baxmayaraq "Ədəbiyyat" qəzetinin aşağı səviyyədə nəşr olunduğunu söyləmişdi. "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid isə gənclərin qəzetin yaradıcı fəaliyyətilə bağlı səsləndirdiyi iradlarla həmrəy olduğunu bildirmiş və dəyişikliklərə ehtiyac olduğunu vurğulamışdı.

"Şərq" qəzetinə müsahibə verən yazıçı-dramaturq Seyran Səxavət isə fikirlərini daha sərt formada ifadə edib. Onun sözlərinə görə, "Ədəbiyyat" qəzeti təxminən 15-20 ildir ki, elə küncdə-bucaqda gizlənir, elə bil üzüqara gəlinlər kimi üzə çıxmaqdan qorxur. Yazıçı qəzeti ölü rəngində çıxmaqda da ittiham edib. "Ədəbiyyat" qəzetinin rəhbərliyinin dəyişməsinin vacibliyini bildirən Seyran Səxavət belə olduğu halda mətbu orqanın inkişaf edəcəyini də sözlərinə əlavə edib.
"Ədəbiyyat" qəzetinin ünvanına yönələn ittihamlar isə maraqlı bir məqama diqqət yetirməyi zəruri edir. Bu gün ölkədə çox olmasa da, hər halda ədəbi dərgilər, jurnal və qəzetlər işıq üzü görür. Bəs görəsən həmin mətbu orqanların səviyyəsi qaneedicidirmi və bu nəşrlər Azərbaycanda xüsusilə də dünyadakı ədəbi proseslərlə ayaqlaşa bilirmi?

Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid hesab edir ki, bu istiqamətdə müəyyən problemlər var:

"Azərbaycanda son illərdə ədəbiyyata maraq azalıb. Demək olar ki, ölkədə heç bir ədəbi proses getmir. Mən deyərdim ki, əbədi nəşrlər Azərbaycan ədəbiyyatının bu günkü mənzərəsini əks etdirir. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə , onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. Ədəbiyyatla bağlı jurnal qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir".

Şair Əjdər Ol isə düşünür ki, ədəbi nəşrləri tənqid hədəfinə çevirmək doğru yanaşma deyil: "Mən ölkə yazarlarının ərsəyə gətirdiyi ədəbi materialın çapdan kənarda qaldığını düşünmürəm. Narazılıqlar, fikir ayrılıqları hər zaman olur. Bəzən isə bu narazılıqlar həddi aşmaq səviyyəsinə qədər də gəlib çıxır. Azərbaycanda da bu proses ağrılı keçir, ancaq düşünürəm ki, zaman-zaman hər şey öz yoluna düşəcək. Ümumiyyətlə, ədəbi nəşrləri, xüsusilə də "Ədəbiyyat" qəzetini tənqid hədəfinə çevirənlərin fikirlərini bölüşmürəm. Şəxsən mən "Ədəbiyyat" qəzetini ədəbiyyatımızın səlnaməçisi kimi görürəm. Qəzet məhz bu istiqamətdə fəaliyyət göstərir və mən bunu normal hesab edirəm. Bəzən gənc yazarlar narazılıq edirlər ki, ədəbi nəşrlərdən onların yazdıqlarını dərc etmirlər. Amma mən bildiyim qədər normal ədəbi materialların dərc edilməsində problem yaranmır. Ədəbi nəşrlərdə bəzən elə əsərlər dərc olunur ki, adam sadəcə heyran qalır. İndi çoxları deyir ki, əvvəlki illərlə müqayisədə ədəbi nəşrlərdə heç dərc olunmur. Bu fikirlər obyektivliyə söykənmir. Sadəcə olaraq, həmin adamlar əvvəlki illərlə müqayisədə heç oxumurlar, ona görə , bu cür mövqe nümayiş etdirirlər".

Əjdər Ol bütün bunlarla yanaşı problemlərin mövcudluğunu da etiraf edir: "Bir görürsən ki, ədəbi nəşrlərdə primitiv şeylər dərc olunur. Elə povest hekayələr dərc olunur ki, adam sadəcə olaraq pis mənada təəccüblənir. Bəzən yaxşı yazıçının zəif əsərləri dərc edilir. Yaxud baxırsan ki, kiminsə yeni dərc olunmuş kitabı bir xeyli reklam edilir. Amma oxuyuanda görürsən ki, heç yoxdur. Onu da deyim ki, ilk qələm təcrübələri dərc edilən yazarları oxumağa vaxtım olmur. Maraqlı əsərlər olanda isə mütləq oxuyuram. Məni qane edən cəhətlərlə yanaşı, qane etməyən cəhətlər var. Ancaq maraqlı əsərlər, maraqlı simalar da çoxdur. Eyni zamanda son zamanlarda tərcümələrdə inkişaf hiss olunur".

 

 

Səlcuq

 

Xalq Cəbhəsi.-  2009.-  10 aprel.- S.11.