İnternet mobilləşəcək
Təhlükəsizlik amili ön plana keçir
"Pew
Internet" araşdırma şirkəti maraqlı bir tədqiqat aparıb. Şirkət internet sektorundakı mütəxəssislər arasında
sorğu keçirib və 2020-ci ildə internetin, kompüter texnologiyasının hansı
durumda olacağına
dair onların fikirlərini öyrənib.
Nəticədə ortaya maraqlı
mənzərə çıxıb.
Mütəxəssislər hesab edirlər
ki, 2020-ci ilə qədər internet mobilləşəcək.
Yəni,
nootbuk istifadəçilərinin
sayı artacaq, masaüstü kompüterlər
çoxalacaq. Nootbukla
mobil internet şəbəkəsinə
qoşulmaq mümkün
olduğundan proses sürətlə gedəcək.
Digər dəyişiklik
kompüter texnologiyasında baş verəcək. Əllə
daşınan nootbuklar düyməcikdən istifadə etməməklə,
sadəcə, toxunmaqla verilən əmrləri yerinə yetirmək
özəlliyinə malik olacaq. Başqa sözlə, bu gün
kompüterdən yararlanmaq üçün ən azı 104
düyməcikdən istifadə edirik. Ancaq 2020-ci ildə
uşaqlarımız həmin 104 düyməciyin olduğu
klavyaturanı rəsmlərdə görəcəklər. Üstəgəl,
kompüterlər səs tanıma özəlliyinə malik
olacaqlar. Yəni hər hansı cümləni, mətni
kompüterə üz tutub söyləyəcəksən,
kompüter də həmin cümləni, mətni yazacaq.
"Pew Internet"in
araşdırmaları göstərir ki, 2020-ci ildə
alış-verişlərin çoxu məhz intenet üzərindən
həyata keçiriləcək. Sorğuya qatılan mütəxəssislərə
görə, 2020-ci ilə qədər yeni internet infrastrukturu
formalaşmayacaq. Ancaq bununla belə, mövcud internet
infrastrukturu təkmilləşəcək.
Gənclər artıq seçimlərini edirlər
İnteractive"
şirkəti 7 ölkədə - ABŞ, Astraliya, Britaniya,
Fransa, İtaliya, Almaniya və İspaniyada apardığı
sorğudan sonra müəyyənləşdirib ki, internet əhalinin
informasiya mənbələri arasında sürətlə irliləyib,
qəzet və radionu keçərək ikinci yerə
çıxıb. Bu sürətlə 5 ildən sonra internetin
əhalinin informasiya mənbəyi kimi televiziyanı da
keçib, əsas yerə çıxacağı gözlənilir.
2020-ci ilə kimi internetin aparıcı informasiya mənbəyi
kimi hegomonluq edəcəyinə isə şübhə edən
belə yoxdur.
Elə indinin
özündə Böyük Britaniyada gənclər həftənin
31 saatını internet qarşısında keçirirlər.
Bu, 1000 gənc arasında aparılan sorğunun nəticəsində
üzə çıxıb və nəticələr
"Daily Telegraph" qəzetində işıq üzü
görüb. Göründüyü kimi, inkişaf etmiş
ölkələrdə əhalinin gənc qismi artıq
seçimlərini ediblər. Böyük Britaniyada gənclərin
internetdə nələrlə maraqlanmalarına gəlincə,
onlar həftədə 1 saatlarını implantasiya əməliyyatları
ilə bağlı məlumat toplamağa sərf edirlər. 1
saat ailə planlaşdırılması, 35 dəqiqə
çəki salmaqla bağlı saytlara baxırlar. Hər 4 gəncdən
biri internetdə xaricilərlə davamlı olaraq
danışır, hər 3 gəncdən biri otağına ailə
üzvlərindən hər hansı biri daxil olarkən internetə
baxdığını gizlətməyə
çalışır. İngilis gəncləri həftədə
ən azı 3 saat da dərs tapşırıqlarını həll
etmək üçün internetdə araşdırmalara vaxt
ayırırlar.
"The
Guardian" qəzetinin 1054 britaniyalı arasında keçirdiyi sorğu da diqqət çəkir. Britaniyalıların 62 faizi hesab
edir ki, internetdə tanışlıq
digər durumlara nisbətən daha asandır. Sorğuya qatılan respondentlərin
5 faizi ya internetdə tanışlıqdan
sonra evlənib, ya da bu
cür evlənənləri
tanıyır. Respondentlərin
yarıdan çoxu internetdə
Bu gün Böyük Britaniyadakı tanışlıq
saytlarının bazarı
600 milyon funt sterlinq həcmindədir. Hazırda bu
saytların daimi izləyicilərinin sayı
11 milyona çatıb.
2010-cu ildə bu rəqəm 16 milyon olacaq.
İrlandlar bu sahədə daha çox irəli gediblər və dünyanın hara getməkdə olduğunu bu gün daha çılpaqlığıyla
göstərirlər. İrlandiyada
evli insanların 23 faizi internetdəki tanışlıq saytlarında
İnternetin qurbanları, düşmənləri
də yaranır
Ancaq dünyada internetin sürətlə əsas informasiya vasitəsinə çevrilməsi və internetin mobilləşməsi
ilə bərabər,
onun təhlükəli
cəhətləri də
geniş yayılmaqda və cinayətkarlığın
yeni növünün
inkişafı ilə
müşayət olunmaqdadır. Məsələn,
xakerlərin geniş miqyaslı "əməliyyat"larını
az qala
hər gün eşidirik. Nəinki bizim kimi xırda dövlətlər,
ABŞ kimi kompüter
sahəsində mənəm-mənəm
deyən nəhəng
ölkə belə xakerlərdən çəkinir.
Daima
ABŞ kompüter şəbəkələrinin
sındırılması sübut
edir ki, heç bir təşkilat bu günə kimi vacib və məxfi
informasiyanın təhlükəsiz,
etibarlı saxlanılmasını
təmin edə bilmir. Hesablamalara görə, hər ay xakerlər yüzlərlə
banka hücum
edir. Keçən il elə
ay olub ki, 200 bank xakerlərin qurbanına çevrilib. EMS (ABŞ) şirkətinin təhlükəsizlik
üzrə bölməsi
- RSA-nın məruzəsinə
görə, ABŞ ildən-ilə
hücumların mənbəyini
əks etdirən siyahıda ilk sıralardadır.
Keçən ilin may ayında məhz ABŞ-da bankların 61%-i kiber-cinayətkarların hücumuna
məruz qalıb. İkinci sırada isə 11 faizlə Çin, onun ardınca isə Böyük Britaniya, Almaniya, Fransa və Cənubi Koreya gəlir.
Ancaq dünyada elə ölkələr də var ki, artıq
interneti həm də bir "düşmən" kimi görməyə başlayıb. Bu ölkələrdə yalnız
dövlətin məqbul
saydığı internet saytlarına
girmək mümkündür.
Digər
internet saytlarına giriş
isə əngəllənir.
Çin,
Vyetnam və İranda 69 nəfər internetdən "istifadə"yə
görə həbsə
atılıblar. Dünyadakı jurnalist təşkilatları
internetə düşmən
ölkələr sırasında
Bəhreyn, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri,
Eriteriya, Malaziya, Şri-Lanka, Tayland və digərlərinin adlarını çəkirlər.
İnternetdə, çatda tanışlığa
görə öldürülənlər
barədə də artıq tez-tez eşidirik. Az
əvvəl Türkiyədə
Nurullah Tuksal Serinhisar Dövlət Xəstəxanasında çalışan
həyat yoldaşı
Pinar Tuksalın internetdə
bəzi kişilərlə
söhbətləşdiyindən xəbər tutub və 11 yaşlı qızının önündə
onu öldürüb.
Azərbaycana gəlincə, rəsmi məlumatlarda əhalinin
12 faizə qədərinin
kompüterdən, onların
əhəmiyyətli qisminin
də internetdən istifadə edildiyi bildirilir. Bəzi müstəqil təşkilatlar
isə bu rəqəmin 8 faizi keçmədiyini iddia edirlər. Ancaq elə indinin
özündə də
internetin zərərli
təsirlərindən qorunmaq
barədə düşünməliyik.
Çünki bu, həm də bir mili təhlükəsizlik
məsələsidir...
"Real Ermənistan dövlətimiz yoxdur"
Ermənilər öz dövlətlərinin
mövcudluğuna şübhə
ilə yanaşırlar.
Azərbaycan torpaqlarının
işğalında fəal
iştirak edən erməni batalyonunun komandiri Jirayr Sefilyan Ermənistanın
"A1+" internet portalına açıqlamasında bildirib
ki, Serj Sərkisyanın oktyabrda İstanbulda keçiriləcək
futbol maçtını
izləmək üçün
Türkiyəyə açıq
sərhədlərdən keçib
gedəcəyinə inanmır.
Onun qənaətinə
görə, Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğan reallığı
kifayət qədər
düzgün dəyərləndirən
siyasətçidir: "Ərdoğan
Qarabağ münaqişəsi
tənzimlənmədən Ermənistanla Türkiyə
arasında hər hansı bir razılaşmanın imzalana
biləcəyini istisna
edib. Ola bilsin
ki, bu barədə
ümumiyyətlə hər
hansı bir anlaşma mövcud deyil. İndi bizim hökumət
elə bir vəziyyətə düşüb
ki, bu barədə
veriləcək istənilən
qərar dövlət
maraqlarına zidd olacaq.
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 15 aprel.- S.13.