Almas İldırımın
Vətən təssübkeşliyi
Sovet quruluşuna
bir şeir belə həsr etməyən şair doğma yurdunu "Əsir Azərbaycanım"
adlandırırdı
Bu gün Azərbaycanda
çox az adam tapılar ki, onun "Qara Dastan"ından,
"Əsir Azərbaycanım"ından xəbəri
olmasın. Almas İldırım irsinin tanınmış
araşdırıcısı Maarif Teymur deyir ki, "mədəniyyət,
incəsənət xadimlərimiz xalqın milli ruhunun
qorunması, zənginləşdirilməsi yönündə
çox əziyyətlər çəkib. Onların faciəvi
taleləri ilə barışması, əzablı həyat
yolu, tərddüdsüz yaşaması bu gün hər birimiz
üçün örnəkdir. Sürgünlərdə
çürüyənlər, dəhşətli əzab-əziyyətlərə
tuş gələnlər heç zaman əqidələrindən
dönməyiblər. Belə şəxslərdən biri də
şair Almas İldırımdır. Almas
İldırımın şəxsiyyəti, dəyişməzliyi
onun yaradıcılığı ilə həmahənglik təşkil
edir. O, 1907-ci ildə anadan olub. Çox gənc
yaşlarından ədəbiyyata meylli olub. Azərbaycanda milli dövlətin qurulması,
ədəbiyyatın, incəsənətin
sırf milli yöndə inkişafı
onun yeniyetmə duyğularına son dərəcə ciddi təsir edib. Azərbaycan bolşeviklər tərəfindən
istila olunanda artıq onun həyata, dünyaya, yurda ciddi münasibəti
formalaşmağa başlamışdı.
20-30-cu illərdə bolşevizm
ideologiyasının Azərbaycanda
hər cür zorakı üsullarla bərqərar olması onun gənc ömründə izsiz ötüşmədi. Almas
İldırımı daim
Vətəninin düşdüyü
vəziyyət düşündürürdü.
Almas İldırım
1932-ci ildə ailə qurur. Nəyat yoldaşı Zivər
xanımın atası əslən Şamaxıdan idi. Almas
İldırım gənc yaşlarında bütün Orta
Asiyanı gəzir. Bu dövrdə onun
dünyagörüşü artıq
tamlaşmışdı. 30-cu illərdə onun imzası
Aşqabadda məşhurlaşır. Aşıqlar onun
şeirlərini toy şənliklərində oxuyurdular. Artıq
Almas İldırım görür ki, izlənmələrdən
qurtulmaq mümkün deyil, İrana mühacirət etməyə
qərar verir. Ailəsi ilə bir yerdə gizli şəkildə
ticarət karvanına qoşulub İrana yol alan Almas
İldırım 3 aylıq cocuğunu da özü ilə
aparır. O, İrana keçərkən həbs edilir.
A.İldırımın xəfiyyə olduğunu zənn edirlər.
25 gün həbsdə qalır. Uzun müddət suda qalmaq onun
sonradan böyrək xəstəliyi tapmasına səbəb
olur. Bir müddətdən sonra onun xəfiyyə
olmadığı məlum olur, həbsdən buraxılır.
Bir az Məşhəddə yaşayandan sonra Türkiyəyə
gedir, Elazığ şəhərində yaşamağa
başlayır. Uzun müddət davam edən can
ağrıları onun gənc ömrünə ciddi şəkildə
təsir edir. Böyrək xəstəliyindən əzab
çəkən A.İldırım 1952-ci ildə 45
yaşında Malatyada vəfat edir".
Almas
İldırımın həyat və
yaradıcılığını tədqiq etmək həvəsindən
danışan M.Teymur daha sonra deyir: "Ötən yüzilin
80-ci illərinin sonunda mərhum profesor Abbas Zamanov məsləhət
gördü ki, Almas İldırımın həyat və yaradıclığını
tədqiq edim. O zaman Almas İldırımla bağlı əlimizdə
çox az soraqlar var idi. Bu sənədlərdən biri də
1925-ci ildə A.İldırımın Bakı darülfununda təhsil
alması ilə bağlı idi. Azərbaycan bolşeviklər
tərəfindən işğal edilənə qədər
Almas İldırımın ailəsi imkanlı olması ilə
tanınırdı. Vaxtilə Bakının Qala kəndində
yaşayan ailəsi sonradan Çəmbərəkəndə
köçübmüş. Hətta babasının və
atasının 300 başa qədər iri buynuzlu mal-qarası
var imiş. Həm də ticarətlə məşğul olan
atası və babası bolşeviklərin gəlişindən
sonra əllərində olan bütün mal-mülkü
dövlətə təhvil verirlər ki, onları
sürgün etməsinlər. A.İldırımın ailənin
böyük oğlu olub. 1925-ci ilə aid Almas
İldırımın avtoqrafı olan bir sənəd əldə
etdim. 1989-90-cı illərdə uzun axtarışlardan sonra
Almas İldırımın xeyli həcmdə şeirlərini
toplamağa müvəffəq oldum. 1994-cü ildə onun
şeirlərindən ibarət "Qara dastan" adlı
kitabı işıq üzü gördü. Həmçinin
Almas İldırımın gəzdiyi, yaşadığı
yerlərdə axtarışlar apardım, yeni şeirlərini
tapmağa müvəffəq oldum".
Almas İldırımın
folklor toplayıcılığı da xüsusilə diqqətə
layiqdir: "Onun Türkiyədə yaşadığı
dövrdə Azərbaycan bayatılarını böyük
bir sayğı ilə, həvəslə toplaması dediklərimizə
sübutdur. Onun topladığı bayatıların sayı
100-dən çoxdur. Bu bayatılar 1943 və 1947-ci illərdə
İstanbulda "Azərbaycan nəğmələri"
adı altında nəşr olunub. 2005-ci ilin dekabrında mənə
Türkiyəyə getmək qismət oldu. Orada
A.İldırımın yaradıcılığını tədqiq
edən Ənvər Xoca adlı bir tədqiqatçı ilə
görüşdüm. O, şairin elmi tərcümeyi-halını
bizim tədqiqatlarımız əsasında hazırlayıb.
Türkiyədə olarkən şairin 7 yeni şeirini
tapdıq. Elazığ şəhərində Almas
İldırımın imzasını çox gözəl
tanıyırlar. Mənə şairin vaxtilə
yaşadığı evi də göstərdilər. Orada bizim Göy gölə oxşayan, amma balaca bir göl
var. Danışırlar ki,
Bu gün
Xalq Cəbhəsi.- 2009.- 23 aprel.- S.14.