Erməni uydurmaları
Musa Yaqub:
"Çox gec anladıq ki, erməni necə məkrli bir xalqdır"
Bu gün ermənilərin
yalançı "soyqırım günü"dür. Onillərdir
ki, ermənilər bu cəfəng günlə dünyanın
göz-qulağını yağır edirlər. Guya ki, 1915-ci
ildə Osmanlı imperatorluğu dövründə Türkiyədə
1,5 milyon erməni qırılıb. Əvvəlcə bu rəqəmi
bir neçə yüz min kimi təqdim edən ermənilər
sonradan fantastik şəkildə şişirtdilər, "1,5
milyon nəfərə" çatdırdılar. Son illərdə
ermənilərin cəfəng istəklərinə dəm
tutan ölkələrin sayı artmaqdadır. Hazırda ermənilər
daha səyli şəkildə cəfəng iddialarını
"təsdiq edən" yeni ölkələr
axtarışındadırlar. Dünya ermənilərə
daim hay verməkdə, onun tərəfini tutmaqdadır.
Çox acınacaqlıdır: dünya ikili standartlar
burulğanında fırlanır, gecə-gündüz insan
haqlarından, milli haqların qorunmasından, dövlətlərin
ərazi toxunulmazlığından danışdığı
dərəcədə daim erməni kimi məkrli,
ikiüzlü bir milləti aşkar, ya gizli şəkildə
himayə edir, onun mənasız, cəfəng
iddialarını qulaqardına vurur, guya ki, heç nəyi
görmür.
Dünyanın
bütün bu oyunları mahiyyətcə türkün
özünəməxsusluğuna qarşıdır. Məqsəd
Türk Dünyasını daha da sarsıtmaq, errmənilərdən
alət kimi istifadə etməklə vəziyyəti gərginləşdirməkdir.
Ermənilər isə bir an da olsun, dinc durmur, daim
dünyanın qulağını "soyqırım" cəfəngiyyatı
haqqında məlumatlarla doldururlar. Əgər türklər
vaxtilə ermənilərin bu cəhdlərinə haradasa
istehza ilə yanaşmışdılarsa, hazırda vəziyyətin
necə gərgin olduğunu duymaqda və görməkdədirlər.
Görəsən, harada səhv etdik? Ya da sualı belə
qoymaq daha yaxşı olmazmı ki, harada səhv etmədik? Mənasız
arxayınçılığımız nə vaxta qədər
davam edəcək? Erməni körpəsinin qulağına
doğulduğu gündən pıçıldayır ki,
türk sənin düşmənindir. Amma biz erməni
murdarlığını, fürsətcilliyini, xəyanətkarlığını
görəsən, nə dərəcədə
balalarımıza başa sala bilirik? Dünya gecə-gündüz
səylə qloballaşır, xalqları
"doğmalaşmağa" çağırır. Amma
dünyanın daim himayə etdiyi erməni ilə
türkün belə bir vəziyyətdə
doğmalığı necə baş tuta bilər?
Bu yandan da Qərb
Türkiyə ilə Ermənistan arasındakı sərhəddin
açılmasında israrlıdır. İndi ermənilərin
murdar istəklərinin yeni biçimdə gerçəkləşməsi
mərhələsi başlayıb.
Gerçək durum
çox gərgindir. Bizi özümüzdən ayıran cəhətlərə,
özgəliklərə, erməni məkrinə və sairə
qarşı döyüş hər gün mütəşəkkil
şəkildə aparılmalıdır. Türk
Dünyası görəsən nə vaxt sözün əsl
mənasında bir dünya olacaq? Nə vaxta qədər
türklər xilası orda-burda axtaracaqlar? 300 milyonluq Türk
Dünyası bütün dünyada sayı on milyon da olmayan
erməniyə qarşı niyə həmrəylik göstərə
bilməsin? Bəli, erməni məqsədinə çatmaqdan
ötrü bütün vasitələrdən istifadə edir.
Dünyanın ən qədim xalqlarından biri olan türklər
nədən onu gözləyən təhlükələrdən
vaxtında xəbərdar ola, təhlükələri yenə
bilmir?
Tanınmış
şair Musa Yaqub türkün başına gələn faciələrin
bu qədər tükənməz olmasının səbəbini
müxtəlif yönlərdə axtarır, bu qənaətə
gəlir ki, heç olmasa, bundan sonra türklər öz
aralarında olan bütün umu-küsüləri kənara
qoyub bir olmağı bacarmalı, onları gözləyən
təhlükələrə qarşı birgə durmalıdırlar:
"Başımıza çox bəlalar gəlib. Amma buna
baxmayaraq sarsılmamışıq, ayaqdayıq. Heç
olmasa, indi-indi başlamışıq ki, dünyaya haqq səsimizi
eşitdirək. Biz etiraf etməliyik ki, ermənilərin nə
edəcəklərinin uzun müddət fərqinə
varmamışıq. Amma çox gec anladıq ki, erməni necə
məkrli bir xalqdır, dünyada ən qəddar millət
imiş. Təəssüf ki, həmişə
başqalarına tez inanmışıq, etibar etmişik. Erməni
xarakteri timsahın xarakterilə eynidir. Erməni
daim zəlillik göstərib".
Rejissor Mərahim Fərzəlibəyov
ermənilərin öz məqsədlərinə yetmələri
üçün daim bütün üsullardan, o cümlədən
də incəsənətin janrlarından məharətlə
istifadə etdiklərini diqqətə çatdırır:
"Ermənilər sovet dövründə belə bu cəfəng
iddialarını Ermənistanda xüsusi şəkildə daim
qeyd edib, bu barədə fürsət düşdükcə
dünya ölkələrinə informasiyalar
çatdırıblar. Amma təəssüf ki, biz əksər
məqamlarda erməni psixologiyasını, xarakterini
düzgün qiymətləndirə bilməmişik, bu təhlükəyə
qarşı durmaq haqqında fikirləşməmişik. Necə
ola bilər, köksüz, soysuz bir millət dünyanın
indiki çağında belə cəfəng bir
iddiasını reallaşdırmaq istəsin? Ermənilər həmişə
məqsədlərinə yetmək üçün məhz
müəyyən xalqların əlində alət
olmağı hər şeydən üstün tutublar, başa
düşüblər ki, bunsuz onlar öz istəklərini
reallaşdıra bilməyəcəklər. Zaman-zaman qədim
dövrdən bəri müxtəlif xalqlar ermənilərin
minsifətliyini görüb, onların necə pis xalq
olduğunu etiraf ediblər. Türklərin tarixin müxtəlif
çağlarında ermənilərə inanmaları son nəticədə
ermənilərin türklərə xəyanət etməsi ilə
nəticələnib".
Bu, türkün fitri
inancıllıq duyğusundan irəli gəlirdi: ermənilər
bir yerdə məskunlaşan kimi həmin yerin bütün
xüsusiyyətlərini, insanlarını səylə öyrənib,
o torpaqlara sahiblənmək arzularını yavaş-yavaş
reallaşdırmağa başlayıblar. Daim başqa millətlərə
yaltaqlanmaq, özünü məzlum kökündə göstərmək,
türklərin hətta əl-ayaq işlərində
qulluqçu olaraq çalışmaq erməni xislətində
adi bir cəhət olub. Tarixin bütün
çağlarında ermənilər türklərə arxadan
zərbə endiriblər. 19-cu yüzilin sonlarından
başlayaraq "Daşnaksütyun" partiyası bu günə
qədər mövcudluğunu qoruyub saxlaya bilib, erməniləri
daim "böyük Ermənistan" xülyası uğrunda
mübarizəyə çağırıb. Amma təəssüf
ki, türklərin ermənilərə qarşı mübarizəsində
ardıcıllıq olmayıb. Bu gün həmin
ardıcıllığın olmamasının nəticələrini
görürük. Ermənilər öz məqsədlərinə
yetmək üçün hər cür vasitələrdən
istifadəni məqbul sayıblar. "Böyük Ermənistan"
xülyasının yeriməsi üçün çoxlu
sayda bədii əsərlər uydurublar, bu əsərləri
səhnələşdiriblər.
Azərbaycan ədəbiyyatında
ermənilərin xarakterini açan əsərlər demək
olar barmaqla sayılası qədərdir. Ta SSRİ
dağılıncaya qədər yazılar bədii əsərlərdə
ermənilərin anti-insani cəhətlərinə
toxunulmayıb, "xalqlar dostluğu" ideyasının
prinsiplərinə "sədaqətlə" əməl
edilib. Nəsə, Türk gözləyir ki, onun başına
bəla gəlsin, sonra ayılsın. Təəssüf ki, hələ
də yarıyuxulu vəziyyətdəyik. Digər tərəfdən
də başımıza gələn fəlakətlər bizi
artıq ayıltmalıdır. Bu mövzuda olduqca ciddi filmlər
çəkilməli, səhnə əsərləri
tamaşaya qoyulmalıdır. Bu əsərlərdə tarixən
erməni məkrinə necə tuş gəlməyimiz öz
ifadəsini tapmalıdır.
Ermənilərin hər
il 24 apreli "soqırım" günü kimi qeyd etməsi
sovet dövründə də mütəşəkkil olub. Onlar
Ermənistanda dəfələrlə həmin günlərdə
Azərbaycan Türklərinin yaşadıqları kəndlərə
hücumlar təşkil ediblər. Bu, faktdır ki, son 200 ildə
2 mindən artıq Azərbaycan Türkləri yaşayan məskənlər
müxtəlif yollarla-rəsmi köçürmələrlə,
silah gücünə qovmaqla, soyqırım törətməklə,
kəndləri yandırıb xaraba qoymaqla siyahıdan silinib. 1948-53,
1988-89-cu illərdə indiki Ermənistandan didərgin
düşən Azərbaycan türklərinin sayı 1,5 milyon
nəfərdən çox olub. 1905-1907, 1988-1989-cu illərdə
soydaşlarımıza qarşı aparılan
soyqırımı, deportasiya nəticəsində yarım
milyon Azərbaycan türkü indiki Ermənistan ərazisində
qətlə yetirilib. Niyə yaxın tarixdə - 1988-89-cu illərdə
indiki Ermənistandan 250 min soydaşımızın
qovulmasını, yüzlərlə soydaşımızın
qətlə yetirilməsini fakt kimi daim dünyaya
çatdırmayaq? Əgər biz bu yöndə mütəşəkkil
fəaliyyət göstərsək, o zaman erməninin
dünyada indiki mövqeyi bir heç olacaq.
Sonda bir fakt: 1989-cu ilin
martında Ermənistanın Qafan rayonunda Zəngəzurda,
Şərur-Dərələyəzdə
soydaşlarımızı qanına qəltan edən
daşnak Hjdehə abidə qoyulur. Rayon partiya komitəsinin
birinci katibi Mkrtıçyan abidənin
açılışı zamanı arzularının həyata
keçdiyini məmnunluqla belə ifadə edir: "Siz
çox zəhmət çəkdiniz. Lakin respublikanı azərbaycanlılardan
təmizləyə bilmədiniz. Sizin böyük
arzularınızı nəvələriniz yerinə yetirdi.
İndi Ermənistanda heç bir azərbaycanlı qalmayıb".
Bu da erməni vəhşiliyinə, Türklərə
qarşı soyqırım törətməsinə əyani
misal.
Tarixçi Azad Rzayevin
fikrincə, 20 Yanvar, Xocalı, həmçinin 1918-ci il
martın 31-də ermənilərin Bakıda 10 mindən
artıq soydaşımızı qətlə yetirməsi və
s. tarixdə analoqu olmayan soyqırımdır: "Ermənilərin
daim türklərə qarşı soyqırım həyata
keçirməsinə dair əlimizdə çoxlu faktlar var. Faktiki
Xocalı faciəsi ilə bağlı çəkilmiş
videolentlər, fotoşəkillər, şahidlərin ifadələri
və s. bu qəbildəndir. Biz əlimizdə olan faktları
indi daha ciddi-cəhdlə dünyaya təqdim etməliyik. Hər
halda vaxtımızı itirməməliyik".
Yazıçı Əlisahib
Əroğul isə bu qənaətdədir ki, bu gün erməni
məsələsi uydurma "erməni
soyqırımı" əfsanəsinə kompensasiya edilir:
"Nə qədər erməni-daşnak faşizmi var, onun ideyalarını
yaşadanlar mövcuddur, nə dinclik, nə sülh bizə
qismət olmayacaq: varlığımız təhlükə
altında qalacaq, zaman-zaman torpaqlarımız erməni-daşnak
faşizminin təcavüzlərinə düçar
olacaq".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 24 aprel.- S.14.