Uşaqlara həsr edilmiş yeni kitab

 

"Meyar"ın təqdimat mərasimi keçirilib

 

Dünən "Azersun" Mədəniyyət Mərkəzində Şahnaz Arasın uşaqları düzgün tərbiyə etmək üçün yeni nəşr edilən "Meyar" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən "Azersun Holdinq" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr sosial xidmətlər departamentinin rəhbəri Kazım Babayev bildirib ki, holdinq qida sənayesi üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. O, eyni zamanda sosail sahə ilə bağlı bir sıra işlərin həyata keçirildiyini diqqətə çatdırıb: "Bu sahə daim holdiqin prezidentinin diqqət mərkəzindədir buna xüsusi dəstək verir. Bununla yanaşı, 2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı "Azərsun Holdinq" il ərzində 100-dən artıq tədbir həyata keçirib. Sosial-mədəni tədbirlər bütün uşaq evləri uşaq təşkilatlarını əhatə edib. Təqdimatı keçirilən bu kitab uşaqlar üçün növbəti töhvədir. Müəllif uzun illər əlil, kimsəsiz, çətin tərbiyə edilən uşaqlarla çalışıb kitab Şahnaz Arasın bu təcrübəsinə əsaslanır. Ümid edirik ki, bu kitab hər bir azərbaycanlı ailəsinin sevdiyi önəm verdiyi kitablardan biri olacaq".

Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova hər bir kitabın yazılıb ərsəyə gəlməsini bir uşağın yenicə dünyaya göz açması ilə müqayisə edərək qeyd edib ki, yeni nəşr nümunəsi müəllifin uğurudur. Onun sözlərinə görə, bu gün uşaqlarla bağlı kitablar çox az sayda nəşr edilir: "Zənnimcə, bu kitabın işıq üzü görməsi Azərbaycan ailələrində doğulan uşaqların layiqli bir vətəndaş kimi böyüməsi üçün müəllifin töhvəsidir. Təssüflər olsun ki, bu gün bir çox ailələrdə uşaqların hüquqları pozulur onların normal inkişafına mane olunur. Bu kitab da uşaqların tərbiyə edilməsində öz sözünü deyəcək. Kitabda uşaqlara bir şəxsiyyət kimi yanaşılması qeyd olunur. Bu nəşrin fərqli cəhətlərindən biri dili üslubudur".

QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov "Uşaq ili" çərçivəsində Şuranın həyata keçirdiyi müsabiqədə uşaqlarla bağlı layihələrə üstünlük verildiyini qeyd edib. Onun sözlərinə görə, şuranın dəstəyi ilə uşaqlara aid 31 müxtəlif adda nəşr nümunəsi 3 veb-sayt yaradılıb. O, bundan sonra da uşaqlarla bağlı layihələrə Şura tərəfindən dəstək veriləcəyini vurğulayıb.

"Meyar" adlı kitabın müəllifi Şahnaz Aras deyib ki, kitabda yalnız uşağı tərbiyə etmək deyil, eyni zamanda valideynlərə ünvanlanan fikirlər öz əksini tapıb. Onun fikrincə, valideynlər öz zəif tərəflərini bilmədən öz övladlarını tərbiyə edə bilməz: "Türkiyədə çalışdığım müddətdə sağlam uşaqlarla yanaşı, əlilliyi olan uşaqlarla tanış olmuşam onların həyat tərzi mənə yaxındır. Məhz həyatı mən belə uşaqlardan öyrəndim. Valideynlər, eləcə uşaqlarla işləyən insanlar onların ehtiyaclarına görə davranmalıdır".

Tədbirdə "Həsrət Yolu" Əsir Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, Əlillərin Dizayn Assosiasiyasının rəhbəri Solmaz Əzizova, 3 saylı uşaq evinin direktoru Qətibə Əsədova kitab haqqında fikirləri bölüşüblər. Onlar bu nəşrin gələcək nəslin formalaşmasında mühüm rol oynayacağını qeyd ediblər.                        

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2009.- 23 dekabr.- S.13.