Quzey Kıbrıs türk mədəniyyətinin yorulmaz araşdırıcısı

 

Nizami Tağısoy: "Harid Fədai türk mədəniyyətinin öyrənilməsi ilə bağlı məhsuldar işləyən araşdırmaçılardandır"

 

Professor Nizami Tağısoyun Türk Dünyasının hər mənada zəngin mədəniyyəti ilə bağlı ciddi araşdırmaları var. Bu yazımızda onun Kuzey Kıbrıs türk mədəniyyətinin tanınmış araşdırmaçısı Harid Fədai haqqında qənaətlərini oxucularımıza təqdim edirik. "Xalq Cəbhəsi"nin Türk Dünyasındakı çoxsaylı oxucularının bu kimi yazılara ciddi marağı təbiidir. Qəzetin bu yöndə bilgilər verməsində insani-milli amacı özünəməxsusluğumuzu dərindən tanımaq, ümumtürk mədəniyyətinə mənəvi yiyə durmaq yönündə çabaları davamlı etməkdir.

N.Tağısoy bildirir ki, Kuzey Kıbrıs Türk Cumhuriyyəti neçə onilliklərdir yunan əsarətindən nəzarətindən xilas olaraq Türkiyə ilə birbaşa əlaqələr qurub, müstəqil siyasətini müəyyənləşdirməklə, öz iqtisadiyyatı ilə yanaşı, həm mədəniyyətin, elmin, təhsilin, ədəbiyyatın da inkişafını prioritetli sahələr kimi diqqət mərkəzində qoymağa önəm verdi: "Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda nümayəndəliyi olsa da, Kıbrıs mədəni-ədəbi həyatının müxtəlif tərəfləri, onun inkişaf yönləri haqqında respublikamızda məlumat olduqca azdır. Bununla belə Kuzey Kıbrıs türk mədəniyyəti ədəbiyyatının da ümumtürk mədəniyyətinin ədəbiyyatının tərkib hissəsi kimi öyrənilməsinə təbliğinə gərək var. Bu baxımdan Kıbrıs türklərinin mədəniyyətinin, folklorunun, etnoqrafiyasının, ədəbiyyatının bəzi məqamları ilə bağlı məlumatları oxuculara çatdırmaq, şübhəsiz, Azərbaycanda maraqla qarşılana bilər".

Kıbrıs türklərinin mədəni-ədəbi həyatının araşdırılması, öyrənilməsi nəşri yönündə Harid Fədainin apardığı işlər təqdirəlayiqdir: "Harid Fədai Kuzey Kıbrısda nəinki folklor, etnoqrafiya, klassik ədəbi nümunələr araşdırıcısı, həm şair, radio televiziya qurucusu, jurnalist, dəyərli ədəbiyyatşünas kimi tanınmaqdadır. Onun yaradıcılığını bir neçə cəhətdən dəyərləndirmək olar: Kıbrıs Türk kültürünün başlıca xüsusiyyətlərini araşdıran materialları; Kıbrıs Türk dastanlarının təhlili; Kıbrıs Türk yazılı ədəbiyyatı nümunələrinin öyrənilməsi; Türkologiyaya dair araşdırmaları;

Kıbrısda nəşr olunan mətbuat orqanlarının inkişaf istiqamətlərinin təhlili s. Fədai yaradıcılığı çoxşaxəliyi çoxaspektliyilə səciyyəvidir. Harid Fədainin Kıbrıs türk kültürünün müxtəlif tərəflərini öyrənən ikicildlik "Bildiriler-1" (Lefkoşa, 2002) "Bildiriler-2" (Lefkoşa, 2003), Nazim Kaytaz-zadənin"Yadigar-ı Muhabbet" romanı (Lefkoşa, 2004), "Yadigar-ı Muhabbet" bağlı "Sözlük" (Lefkoşa, 2004), Kıbrıs Türk Kültürünün işıqlandırılmamış problemlərini çevrələyən "Makaleler-1" (Lefkoşa, 2005), Əhməd Raikin araşdırmalarını özündə əks etdirən "Əski şeyler" (Lefkoşa, 2006), s. kitabları nəinki Kıbrıs Türkiyədə, həm digər türk dövlətlərinin oxucuları arasında geniş yayılıb".

Harid Fədaini Azərbaycanda "Ədəbiyyat qəzeti"nin redaksiya şurasının üzvü olmaqla dəfələrlə Bakıda türkologiya, folklorşünaslığa, etnomədəni problemlərə həsr olunan beynəlxalq konfrans simpoziumlarda iştirak edib, maraqlı məruzələrilə yadda qalıb: "Harid Fədai hər dəfə Bakıya gələndə ədəbiyyat, sənət adamları ilə görüşür, türk mədəniyyətinin, folklorunun, ədəbiyyatının inkişafı ilə bağlı fikir mübadiləsi edir, ortaq dəyərlərimizin araşdırılması məsələsindən sevgiylə danışır. O, ünsiyyətə açıq insandır, həmsöhbətini diqqətlə dinləməyi bacarmaqla, fikir mülahizələrini sadə, rəvan, aydın elmi dildə digərlərinə çatdıra bilmək ustasıdır. Bu təvazökar, eləcə türk mədəniyyətinin müxtəlif tərəflərini tarixi-xronoloji nəzəri-metodoloji aspektdə öyrənən insanla dəfələrlə görüşlərimiz, fikir mübadilələrimiz olub".

Harid Fədai ilə yazışmalarının, əlaqələrinin davam etdiyini deyən N.Tağısoy onun yaradıcılığı ilə hərtərəfli tanışlıqdan yaranan təəssüratını bizimlə belə bölüşür: "Harid Fədainin XX yüzilin 50-ci illərindən başlayaraq 20-dən artıq kitabı Lefkoşa, İstanbul, Ankara digər şəhərlərdə işıq üzü görüb. Bu yorulmaz araşdırmaçı müxtəlif ölkələrdə keçirilən simpozium konqreslərdə tutarlı mülahizələr irəli sürüb. Harid Fədainin "Kıbrıslı Aşıq Kenzi Divanı", "Fethiyye-i Cezire-i Kıbrıs", "Lefkoşa Mevlevi hanesi", "Kıbrıs efsaneleri", "Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi - 9", "Kıbrıs Türk Edebiyatı", "Hatıralar, Fadil Niyazi Korkut", "Kandi Divanı-l Qazeller", "Yadigar-ı Muhabbet, Nazim Kaytaz-zadə M.Nazım" başqa əsərləri Kıbrıs mədəniyyətinin ədəbiyyatının müxtəlif dönəmlərini problemlərini işıqlandırmaq baxımından əvəzsiz axtarışlar kimi dəyərləndirilməlidir. Göründüyü kimi, Harid Fədainin türk kültürünü öyrənmək istiqamətində xidmətləri yetərincədir".

Harid Fədai 1930-cu ildə Lefkedə anadan olub. Lefkoşa liseyini bitirdikdən sonra Qaradağ-Lefke bölgəsindəki Kıbrıs Mədəni Şirkətində rəssam yardımçısı işləyib. 1951-1953-cü illərdə Ankara Qazi Egitim Enstitüsü Türkçə bölümünü bitirdikdən sonra 1953-56-cı illərdə Baf Türk Kollecində müəllimlik fəaliyyətilə məşğul olub. 1956-60-cı illər ərzində İstanbul Universitesi ədəbiyat fakültəsi türk dili ədəbiyatı bölümündə təhsilini davam etdirib. 1960-63-cü illərdə Kıbrıs Egitim Dairəsində türk dili ədəbiyyatı müfəttişliyində işləyə-işləyə Türk Ögretmen Kollecində müəllimlik edib. Elə bu vaxtlardan Harid Fədai Kıbrıs Cumhuriyyəti Radio-Televiziya qurumunda Radio proqramları üzrə müdir köməkçisi, 1964-68-ci illərdə Lefke Sancaq Radiosu müdirliyi, 1969-1971-ci illər ərzində Bayraq Radio Proqram əmirliyi, 1972-1983-cü illərdə idarə etmə işləri üzrə müdir yardımçılığı kimi vəzifələr daşıya-daşıya, araşdırmaçılıq fəaliyyətini davam etdirib. 1983-88-ci illərdə Kamu Hizməti Komisyonu Dairəsində çalışıb: "Harid Fədai bir müddət Girnə Amerikan Universitetində (1992-1993) koordinatorluq etdikdən sonra Lefke Avropa Universitetilə Doğu Akdənz Universitesi Kıbrıs Araşdırmaları mərkəzində Türk dili ögretim Görevlisi araşdırma Görevlisi olaraq çalışmaqdadır. Kuzey Kıbrıs türk kültürünün dərindən araşdırılması istiqamətində apardığı fəaliyyətə görə bu ölkənin Türkiyənin müxtəlif təşkilatları tərəfindən ödüllər alıb. 1987-ci ildə Lefkoşa Türk Bankası Kültür Sənət Ödülü, 1998-ci ildə Mərmərə Universitesi Türkiyat Araşdırma Uyğulama Mərkəzi Bilim ödülü, 2002-ci ildə İstanbuldakı Türk Kültürünə Hizmət Vakfının Türk Dünyası Türk Dili Şərəf Ödülü, 2004-cü ildə Samtay Vakfı Araşdırma Kitab Ödülünü s. alıb. Bütün söylədiklərimiz bir daha təsdiqləyir ki, doğrudanda Harid Fədai türk mədəniyyətinin öyrənilməsi təbliğilə bağlı son dərəcə məhsuldar işləyən araşdırmaçılardandır".

H.Fədai "Bildirilər"də Kuzey Kıbrısda məlum olan bir sıra dastanların həm orijinal mətnini, həm onlar haqqında fikir mülahizələrini irəli sürüb. Burada "Halid Arabın Destanı", "Dr.Behiçin Destanı", Kuzey Kıbrıslılarda ilk roman "YadigarMuhabbet", "Reşidinin Destanları", "DasitaniAkka", "Əhməd-i Yasəvi ilə Yunus Emrede Dervişler" s. materiallar toplanıb. Samtay Vakfı kitabında isə "Müfti-Raci Efendinin bir Qazılı", "Leylı-i Visal" (yarımçıq roman), Kıbrıslı Aşık Kenzinin dastanları, Kıbrıs dastanları haqqında mülahizələr təqdim olunub".                 

 

 

 Elçin Qaliboğlu

 

 

Xalq Cəbhəsi.-2009.- 26 dekabr.- S.14.