Ermənilər nağıllarımızı da "özəlləşdiriblər"

 

Azad Nəbiyev: "8 cildlik "erməni" nağıllarının 6 cildi Azərbaycan, 2 cildi isə türk nağılları əsasında tərtib edilib"

 

2-ci yazı

 

Professor Azad Nəbiyev qeyd edir ki, folklorumuzun erməniləşdirməsi siyasəti nağıllarımızdan da yan ötməyib: "Hələ vaxtilə A.Zaxarov, Qriqoryev erməni informatorlarından yarı Azərbaycanca, yarı ermənicə eşitdikləri "Süsəngül", "Naxırçı", "Çoban Ədhəm" nağıllarını yazıya alıb erməni nağılı kimi SMOMPK (Sbornik materialov opisaniya mestnosti plemeni Kavkaza) məcmuəsinin səhifələrində dərc etdirmişdilər. XIX yüzilin 80-ci illərində Azərbaycan kəndlərində yaşayan ermənilərin dilindən qeydə alınan nağıllarımız "Kavkaz", "Kavkazskiy vestnik" s. qəzet məcmuələrdə çap olunurdu. A.Nəbiyev ermənilərin başqa xalqların - abxazların "Xaytın nağılı", "Həcərqala qəhrəmanlığı", "Taçkumun nağılı", miqrellərin "İgid Molla"; "Axmağın nağılı", kabardinlərin "Sənətlə baş saxlarsan" nağıllarını erməniləşdirib çap etdirdiklərini, 100-dən artıq Azərbaycan nağılının mənimsənildiyini qeyd edir. Bu zaman onlar nağıllarımızdakı personajları erməni adlarına dəyişir, mətni tərcümə edirdilər. Y.S.Xaçaturyanın tərcüməsi qeydləri ilə 1931-ci ildə Moskvada çap olunmuş "Armyanskie skazki", A.Qanalanyanın tərtib etdiyi, ön söz qeydlər yazdığı, Yerevanda 1965-ci ildə çap olunan "Armyanskie narodnıe skazki" kitabları da Azərbaycan nağıllarından tərcümə edilib".

A.Nəbiyev bu tarixi faktı "Dadi-bidad" "Vəzirin bir şahısı" nağılları üzrə araşdıraraq onların 30-cu illərdə Əliheydər Tahirov tərəfindən toplanılması, 1933-cü ildə "Azərnəşr" çap edilmiş ikicildlik "Azərbaycan nağılları"na daxil olunması, sonralar A.V.Baqri tərəfindən tərcümə olunaraq rus dilində çap olunması faktına diqqəti cəlb edir: "Bu nağıllar A.Baqri nəşrindən götürülərək 1984-cü ildə Aram Qanalanyanın tərtib etdiyi "Armyanskie narodnıe skazki" nəşrinə daxil edilib, ilk nəşrinin (1933-cü il, Azərbaycan) mənbəyi təhrif edilib, hətta pasport qeydiyyatlaşdırması saxtalaşdırılıb. Guya "Dad-Bedad" (adını erməniləşdirə bilməyiblər) nağılını S.Aykuni Tim-Nordiz uezdindən toplayıb. "Vəzirin bir şahısı" nağılını isə guya N.Nalbandyan Leninakan rayonunun Nalband kəndindən toplayıb. Sonrakı illərdə erməni zorakılığına məruz qalmış "Hazaran bülbülü" nağılını "Azaran bulbul" adı ilə oğurlayıblar. "Qızıl balıq" "Şah qızı kəndlinin yuxusu", "Balıqçı oğlu", "Danışan balıq", "Sehrli qızılgül" nağılları da eyni aqibəti daşıyıb".

Erməni oğurluğu ilə bağlı hadisə "Göyçək Fatma" nağılının başına gəlib. Azərbaycan nağılının struktur xüsusiyyətləri imkan vermədiyindən ermənilər bu mətni tərcümə edə bilməyib, erməni variantını isə tapa bilmədiklərindən Azərbaycan süjetini yararsız hala salıblar: ""Göyçək Fatma"nın ermənicə adı "Arevaat ilan Pəri"dir. Ermənilər "Oxxayın nağılı", "Yalançı çoban", "İki qardaşın nağılı", "Hiyləgər qarı", "Tənbəlin nağılı", "Sədaqətli xanım", "Gözəl gəlin", "Sənət qızıdan üstündür" nağıllarını da erməniləşdiriblər. Onlar nağıllarımızı özününküləşdirərkən onların Azərbaycan məişətini əks etdirməsi faktını unudub oxucularını da çaş-baş salıblar. Hətta Nuşirəvan, Alp Arslan, Şah Abbas erməni hökmdarları kimi verilib".

A.Nəbiyev 1989-1992-ci illərdə çap olunmuş 8 cildlik erməni nağıllarının 6 cildinin Azərbaycan nağılları, 2 cildinin isə türk nağılları əsasında tərtib edildiyini təsdiq edir: ""Erməni mütəxəssisləri Azərbaycan nağıllarının bir çoxunun yaranma dövrünü, məzmun mündəricəsini başa düşmədiklərindən "Məlikməmmədin nağılı", "Məlik Cümşüdün nağılı", "Məlik Nəzərin nağılı" tarixi şəxsiyyət hesab etdikləri erməni məliklərinin adı ilə bağlayıb onları "Erməni tarixi nağılları" adı altında təqdim ediblər".

Erməni saxtakarlığı xalçaçılıq sahəsində özünü göstərir. Çap edilən erməni nağıllarının cildlərinin hər birinin sonunda "erməni mədəniyyəti" aid olan şəhərlərin ad göstəriciləri verilib. Məsələn, 3-cü cilddə "qədim erməni xalçaları"nın adları verilib - " gül", "Çiçi xalçası", "Pirəbədil", "Qızılgül", "Gəncə xalçası", "Qarabağ", "Qarabağ xalısı", "Fərhad-Şirin", "Leyli-Məcnun", "Ceyran". Ancaq bu xalça növləri dünya xalça kataloqunda Azərbaycan xalçaları kimi qeyd olunub. Onların riyakarlığı Almaniya, Fransa, İsveçrə, Kanada mütəxəssisləri tərəfindən ifşa edilib".

A.Nəbiyevin araşdırmalarında qeyd olunur ki, erməni "nağıllarının" 5-ci cildinin sonunda verilən 150 kulinariya məhsulunun 103-ü Azərbaycan mətbəxinin sayılan-seçilən adlarıdır - dolma növlərinin hamısı Azərbaycan sözləri ilə ifadə olunub: badımcan dolması, kələm dolması, yarpaq dolması, Ərzuman dolması, bibər dolması s. onlar hətta 90-dan artıq plov növünün 33-nü Azərbaycanca qeyd edirlər: düyü plov, cücə plov, çığırtma plov, şirin plov, balıq plov, ləvəngi plov s. Erməni başxarablığı o yerə çatır ki, Suman halvasının, Şəki halvasının, Quba halvasının erməni resepti ilə Azərbaycanda bişirildiyini, paxlava, şəkərbura qoğalı adlarına çıxırlar, unudurlar ki, paxlava, şəkərbura qoğalın astroloji şərhləri var onlar qədim türk rəmzləri ilə işarələniblər. Ancaq onlar bilməlidirlər ki, bu yeməkləri, şirniyyatları azərbaycanlılar kimi bişirə bilməzlər, Şirvan xalısını, Qarabağ xalçasını Telliolğu naxışı ilə naxışlaya bilməzlər. Onlar bizim köhnə ayaqqabımızı geyinə bilərlər, amma yerişimizi yeriyə bilməzlər. "Sarı gəlin"i bizim kimi ürəkdən oxuya bilməzlər. Onlar bilməzlər ki, saçın ucunu niyə hörürlər. Bu, qədim türk adətidir. Saçın iki hörülməsi qıza, bir hörülməsi gəlinə aid edilirmiş. Deməli, ermənilər folklor musiqisinin məzmununa, mahiyyətinə, işarə etdiyi mifoloji simvollara fikir vermirlər, mahnının mətnini başa düşmək iqtidarında da deyillər. Belə olmasaydı, Bülbülün ifasından "Evləri var xana-xana", "Aman yar", "Üçtelli durna", "Evləri Tərtər üstə", "Gözəlim sənsən", "Gəl al məni yar, yar", "Sona xanım" mahnılarını hissiz-duyğusuz oxumazdılar. Digər folklor nəğmələrini - "Qalada yatmış idim", "Ağacda leylək", "Üç gün", "Sarı tel", "Pəncərədən daş gəlir", "Ayrı düşdüm", "Əsmə, badi-səba, əsmə", "Laçın", "Ay bəri bax", "Qızıl gül", "Gülə-gülə", "Uca dağlar başında", "Leylacan", "Xumar oldum", "Aman nənə" nəğmələrinin sözlərini xalq musiqisindən ayırmazdılar. Ermənilər digər xalqların da nəğmələrini oğurlayırlar. Müəllif tarixi bir faktı xatırladır: "Daha qədim tarixdə Yunanıstanın monastırlarında erməni anahidləri (qeyri-qanuni yolla dünyaya övlad gətirənlər) yunanların müqəddəs muza nəğmələrini oxumaqla özlərinə həmfikirlər tapmağa çalışdıqları zamanlarda onların belə nəğmələr oxuması Yunanıstanda rəsmi qaydada yasaqlandı. Anahidlərin üzünə monastırlar bağlandı beləliklə, ermənilər yunanların muzalarını özününküləşdirib onların müqəddəsliyinə xələl gətirə bilmədilər. Məcbur oldular ki, yunanların müqəddəs mahnılarını oxumağı tərgidib ermənilərin yüngül gecə-küçə mahnıları ilə özlərinə müştəri yığsınlar". Ermənilərin Azərbaycan mədəniyyət, folklor soraqlarını oğurlaması faktlarını A.Nəbiyevin əhatəli araşdırmaları əsasında təqdim edən R.Əliyev bu qənaətə gəlir ki, erməni oğurluğunun əsl səbəbi budur: onlar yüngül yolla, əziyyət çəkmədən başqa xalqların malına, sərvətinə ona görə sahib çıxmaq istəyirlər ki, özlərinə müştəri qazansınlar, tərəfdar toplasınlar. Budur, erməni xisləti.                  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 30 dekabr.- S.14.