Pişəvəri haqqında həqiqətlər

 

Əkrəm Rəhimli onun həyat fəaliyyətini hərtərəfli araşdırıb

 

1-ci yazı

 

Dekabrın 12-də 21 Azər Hərəkatının 64-cü ilddönümü tamam olur. AMEA Şərqşünaslıq İnstitutu Güney Azərbaycanı Araşdırma Qrupunun əməkdaşı, tanınmış araşdırmaçı Əkrəm Rəhimli bu hərəkatı, xüsusilə Seyid Cəfər Pişəvərinin həyat fəaliyyətini hərtərəfli araşdırıb: "XX yüzil o taylı-bu taylı Azərbaycan-Türk xalqının azadlıq uğrunda mücadilə tarixinə bir sıra görkəmli siyasi xadimlər bəxş edib. Onların hər biri öz əməlləri ilə tariximizdə əbədi yaşar insanlardır. Ancaq keçən yüzillikdə yetişən siyasi simalar içərisində haqqında az yazılan, az yad olunan, bəzən təhrif böhtanlara məruz qalan şəxsiyyətlərimiz var. Bunlardan biri Seyid Cəfər Pişəvəri olub. O, həm "sağdan", həm "soldan" vurulub, çox vaxt da düşmənləri tərəfindən əsası olmayan ittihamlara, hətta təhqirlərə belə məruz qalıb. Bu böyük insan haqqında geniş səpgidə obyektiv araşdırma aparıb, həqiqətləri olduğu kimi oxucuya çatdırmağın vaxtı isə çoxdan çatıb".

Ə.Rəhimli qeyd edir ki, S.C.Pişəvəri təkcə Azərbaycan üçün yox, bütün İranın azadlıq qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına keçmiş bir şəxsdir. Onun 1941-1945-ci illərdə İranın Güney Azərbaycanın xalq hərəkatında unudulmaz yaddaqalan xidmətləri İranın müasir demokratik ictimaiyyəti xüsusən gəncliyi tərəfindən bu gün ehtiramla yad edilir. Güney Azərbaycanda milli-demokratik hərəkatların zirvəsi sayılan "21 Azər" inqilabı, Azərbaycan Milli hökuməti S.C.Pişəvərinin adı ilə sıx bağlıdır. Onun həyatı, azadlıq yolunda göstərdiyi mətanət dözüm sonrakı nəsillər üçün örnək olaraq qalır: "Siyasi xadimlərimiz haqqında dəyərli kitabların monoqrafiyaların yazılması, filmlərin çəkilməsi, teatr tamaşalarının göstərilməsi, adlarına küçə, xiyaban, saray parkların verilməsi - bütün bunlar əlbəttə, təqdirəlayiq işlərdir. Ancaq bu diqqətdən S.C.Pişəvəri kimi görkəmli siyasi xadimin kənarda qalması təəccüb təəssüf doğurur. Millət öz kimliyini bir o vaxt yüksəldib dünyaya tanıtdıra bilir ki, öz keçmişinə biganə qalmır. Keçmişin neqativ cəhətlərini kənara atdığı kimi, müsbət pozitiv cəhətləri qabartmağa, onları öyrənməyə yeni nəslə aşılamağa çalışır. Bu mənada S.C.Pişəvəri həqiqətən öyrənilməli şəxsiyyətlərimizdəndir. O, Güney Azərbaycan tarixinin yaxın keçmişidir. Bu böyük şəxsiyyətin enişli-yoxuşlu həyat yolunun bütün çalarlarını diqqətlə öyrənmək, ondan nəticə çıxarmaq bugünkü gələcək nəsillər üçün çox faydalı önəmlidir. S.C.Pişəvərinin 55 illik həyatının siyasi istiqamətinə, məfkurə düşüncə tərzinə bir mənalı yanaşmaq mürəkkəb çətindir. 1918-ci ilədək onun simasında vətəninin millətinin azadlıq yolunu axtaran bu işdə müxtəlif siyasi cərəyanlara, cəmiyyət partiyalara yanaşan, əslində ideya məslək axtarışında olan bir gənci görürük.

O, əvvəl demokrat, sonra sosial-demokrat, sonra bir sıra İran ziyalıları kimi kommunistlik məsləkinə yönəlir, bu məsləkə köklənir ona sədaqətlə xidmət edir. İlk məqalələrini Məhəmmədəmin Rəsulzadənin "Açıq söz" qəzetində çap etdirən onun millilik Azərbaycançılıq ideyasına meyllənən S.C.Pişəvəri sonrakı illərdə ondan uzaqlaşır N.Nərimanov xəttinə - kommunist məramına qulluq edir. Rza şah zindanına düşmək ərəfəsinədək bu mərama sadiq qalır. Bu müddət ərzində Nərimanovu özünə müəllim, "Şərqin Lenini" adlandırır. N.Nərimanov kimi S.C.Pişəvəri Vətəninin məzlum Şərq xalqlarının xilasını Moskvadan, bolşeviklərdən umurdu. Bu məqsədlə o, 20-ci illərdə siyasi arenada kommunist məfkurəsilə yaşayır mübarizə edir".

"Ədalət" firqəsindən uzaqlaşan Pişəvəri az sonra İran Kommunist partiyası sıralarına keçir bir müddət İran kommunistlərinin aparıcı rəhbərlərindən olur. 20-ci illərin əvvəllərində bolşeviklərin müdafiə etdiyi Gilan inqilabında, Bakıdakı Şərq Xalqları qurultayında, Kominternin 3-cü konqresində, İran kommunistlərinin qurultayında iştirak edir: "Bu dövrdə S.C.Pişəvərinin adı tarixi sənədlərdə Sultanzadə, Heydər Əmioğlu, Axundzadə (Bəhram Sirus), Hüseyn Şərqi, Nikbin, Seyfi s. görkəmli İran kommunist rəhbərləri cərgəsində çəkilir. S.C.Pişəvəri 20-ci illərin sonunadək kommunist məramına sadiq qalıb yalnız bu məsləkə xidmət edib. Bunu S.C.Pişəvərinin həmin dövrdə yazdığı çoxsaylı məqalələrdən görmək olur. S.C.Pişəvəri 1917-1927-ci illər arasında olan siyasi fəaliyyətini özü qiymətləndirərkən həm nəşr etdiyi "Ajir" qəzetində, həm çıxış xatirələrində kommunistliyə, sosializmə, Sovet Rusiyasına müsbət yanaşmasını xalqının nicatına olan inam ümidlə bağlayırdı. Siyasi-ictimai olayların təsiri, Sovetlərin sözlə əməlləri arasında olan fərqli cəhətlər 20-ci illərin sonunda, xüsusən 1930-1941-ci illərdə zindanda qaldığı dövrdə S.C.Pişəvərinin məfkurəsində siyasi xətt-hərəkətində dəyişiklik yaradır. O, arxaya baxır, buraxılmış səhvləri götür-qoy edir. Bu baxımdan sanki N.Nərimanovun siyasi taleyi S.C.Pişəvəridə təkrarlanır. O, artıq kommunistlik məramının İrandakı milli zəmində mümkünsüzlüyünü dilə gətirir. Bu etirafı onun istintaqdakı izahatından, "Ajir" qəzetindəki məqalələrindən xatirələrindən aydın görmək mümkündür".

S.C.Pişəvərinin keçdiyi mübarizə yolu, siyasi, elmi, bədii jurnalistika sahəsində qoyub getdiyi irsin zəngin çoxşaxəliliyinə diqqət çəkən Əkrəm Rəhimli daha sonra deyir: "Tarixşünaslığımızda S.C.Pişəvəri ilə bağlı müəyyən boşluq olsa da, bu sahədə mətbuatda kitablarda vaxtaşırı az-çox yazılıb. Bu işdə S.C.Pişəvərinin jurnalistika fəaliyyətinin araşdırılmasında mərhum alimimiz professor Həmid Məmmədzadənin, S.C.Pişəvərinin həyatını bədii yaradıcılığını araşdırmış Vüqar Əhmədin əməyini xüsusi qeyd etməliyik. Hər iki müəllif filoloq olduqlarından araşdırmalarında Pişəvərinin fəaliyyətində onun yaradıcılığının elmi-bədii cəhətlərinə daha artıq işıq salıblar. Buna görə Pişəvərinin siyasi xadim kimi fəaliyyəti, keçdiyi ağır mübarizə yolunun bir-birindən fərqli çalarları, xüsusən ideya siyasi məramında istiqamət dəyişikliyində əmələ gəlmiş depressiyaların səbəblərinin s. məsələlərin araşdırılması öyrənilməsi günümüz üçün daha önəmlidir. Pişəvərinin həyatı, siyasi fəaliyyəti yeknəsək, sabit çalarsız olmayıb. Odur ki, onun haqqında yazanlar çox vaxt fərqli mövqe göstərirlər. Bu fərqli mövqelərdən biri Pişəvərini dövrünün görkəmli, savadlı, millətini sevən, Vətəninə bağlı, siyasi-ədəbi xadim kimi səciyyələndirir. Bu mövqenin tərəfdarları həm İranda, həm onun hüdudlarından kənarda çoxluq təşkil edir.

Onların yazılarında, müsahibə söhbətlərində Pişəvəri oxucu dinləyiciyə siyasi rəhbər, böyük mütəfəkkir, iti düşüncəli, yetkin qələm sahibi kimi təqdim olunur. Bu baxışdan tam fərqli olaraq şahpərəstlər, fars şovinizminə xidmət göstərən Azərbaycan Türklərinin tarixini, milli kimliyini dananlar (məsələn, tarixçi Kavə Bayat, Əli Zibai, Mənsur Gürgani, Məhəmməd Məsud Nəqib, İbrahim Nasehi b.) Pişəvəri şəxsiyyəti fəaliyyəti haqda gerçəyə söykənməyən, olmazın böhtan, yalan iftiralarla təkcə Pişəvərini deyil, onun başçılıq etdiyi hərəkatı da ləkələməyə gözdən salmağa çalışıblar. Onlar öz yazılarında Pişəvərini "Moskvanın əlaltısı", "Xalqla əlaqəsi olmayan", "buyruq icraçısı", "araqızışdıran casus" s. kimi Pişəvəri düşmənlərinə xoş gələn qara damğa böhtanlı etiketlərlə ləkələməyə çalışıblar. Qeyd etmək gərəkdir ki, bu işə Pəhləvilər dövründə olduğu kimi hazırkı zamanda da rəvac verən "müştərilər" tapılır".   

 

 

Elçin Qaliboğlu 

 

Xalq Cəbhəsi.- 2009.- 10 dekabr.- S.14.