Qarabağ atları da əldən gedir...
Kişinin bir atı, bir papağı,
bir də xanımı... Şərqdəki
bu deyimdən çox az
insan tapmaq olar ki, xəbərsizdir.
İbtidai icma quruluşundan
başlayaraq at insanın
vəfalı dostları
sırasına daxil olub. Bu gün atı dost sayanlar var, ancaq indi
belələrinin də
sayı azdır. İndi at daha çox bir idman növünə
çevrilib. Azərbaycanda da atla insanın
dostluğunun tarixi qədimlərdən başlayıb.
Strabon Azərbaycan
atlarından yazıb
Rus alimi İ.İ.Kalugin Azərbaycan atlarının
tarixinin eramızın
I əsrinə gedib çıxdığı qənaətindədir. Digər rus
alimi K.P.Boçkaryov onları İran və Parfiya atlarının nəsli hesab edir. Binəqədi və Keşlə
ətrafında aparılan
qazıntılar sübut
edib ki, Azərbaycanda atlar hətta tunc dövrünün ortalarından
əhliləşdirilib. Albaniyada da zəngin otlaqların hesabına atçılıq yüksək
səviyyədə olub.
Qədim
yunan tarixçisi Strabon Albaniya atlarının çox ucaboy olduğunu yazır. Tarixçilərin Azərbaycan ərazilərində
gedən müharibələrdə
süvari orduların iştirakını təsvir
etməsi çox şey deyir. Orta əsrlərdə Azərbaycan
atları yüksək
qiymətləndirilib. Ərəb mənbələrində göstərilir
ki, Azərbaycan atına İranda, İraqda və Suriyada tələbat varmış. Bu atları Hindistana və Misirə aparırlarmış. Azərbaycan ərazisinə
yadelli hücumları
atların taleyində
iz qoyub. Hər dəfə qəsbkarlar ölkədən çoxlu
at aparırmışlar.
Günümüzə qədər özləri bütün xüsusiyyətləriylə
bizə gəlib çatmasalar da, cins Azərbaycan atlarından dilbozların və Qarabağ atlarının varlığı
barədə məlumatlıyıq. Bu dəfə
Qarabağ atlarından
söz açacağıq...
Şərqin ən məşhuru...
Udinlərin saxladığı bu atlar monqol atı
tipindəymiş. III, XVI əsrlər
fars, VII-XI əsrlərdə ərəb,
XIII əsrdə monqol
istilalarından sonra bu atlar gəlmə
cinslərlə qarışdırılıb.
Bu cins atlar
haqqında ilk dəfə
avropalı alim Keristinq yazıb. O,
1822-ci ildə İrana
gedərkən Gürcüstanda
Qarabağ və Xivə atlarını görüb. O güman edir ki, Qarabağ
atları yerli cins madyanların ərəb atlarıyla cütləşməsindən törəyib.
Alim bu qənaətdədir ki, bu atların
tarixi İrana gedib çıxır.
Nadir şah öləndən
sonra (1747) onun ərəb cinsli at ilxısını ələ
keçirən Pənahəli
xan Qarabağa üz tutub. Başqa bir rəvayətə görə, atları Qarabağa ilk Qarabağ xanının varisi İbrahimxəlil xan gətirib. İranın Azərbaycandakı varisi Abbas Mirzənin
vasitəçiliyi ilə
Nadir şahın ilxısından
bir neçə ərəb atı bəxşiş alıb.
1843-cü ildə Rusiyada nəşr olunan "Konnozavodstvo i oxota" jurnalında
Qarabağ xanlığında
türkmən və ərəb atlarından çox yaxşı cins yetişdirildiyi yazılıb. Jurnal Qərbdə
ingilis atları kimi Şərqdə Qarabağ atlarının məşhur olduğunu qeyd edib. Bəzi tədqiqatçılar bu
fikirdədirlər ki,
Qarabağ cinsi Fərqanə - İran atının əsl ərəb atı ilə sintezidir.
Necə tanımaq
olar?...
Qarabağ atı hündür, çevik, hərəkəti
səlis, bədən
qurluşu möhkəmdir. Minik atıdır.
Alın və burun sümükləri
yaxşı inkişaf
edib, gözləri qabarıq və alovludur. Boynu orta uzunluqda,
hətta bir qədər də gödək və hündür duruşludur.
Qarabağ atı daha dözümlüdür
və yemə qarşı tələbkar
deyil.
Qarabağ atına xüsusi gözəllik verən və onu başqlarından
fərqləndirən cəhət
limona çalan, sarı-qızılı, yaxud
par-par yanan narıncı
rəngidir. Yalnız Qarabağ atlarına
məxsus olan bu orijinal çalardan
kürən, qızılı
kəhər, qızılı
qonur rəngliləri də yaranıbmış.
Xarakterik
nişanlarının biri
ayaqlarınnı müxtəlif
dərəcədə səkil
(ağlıq), alnının
təpəl (qaşqa)
olmasıdır. Bu nişanlar xüsusən Ceyran tipində çox təsadüf edilir. Qarabağ atlarının köhnə
tipləri Maymun (xoşbəxt), Qarnıyırtıq
və Əlyetməz
(Ceyran) adlı ayğırlar nəsli olub. Ceyran tipinin boz rəngli qisminə Gülgün deyərmişlər.
XIX əcrini ikinci
yarısında Qarabağ
atının Axaltəkə
atı ilə qarışığıdan Təkə-Ceyran
tipi yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub. XIX əsrdə Qarabağ atının Kebarda atıyla cütləşməsi nəticəsində
Şahmar, Durnalar, Ağqədəm, Alagöz
adlı az
tanınan və kökü tez kəsilmiş nəsilləri
əmələ gəlib.
Rusiya çarlığının ordusunun
atla təminatına cavabdeh olmuş polkovnik Diterkxs 1842-1860 illərdə yüzdən
artıq at ilxısında
7-9 min başa qədər
madyan olduğunu yazıb. 891-ci ildə Gəncə və Bakı quberniyalarının at zavodları
və ilxılarında
Qarabağ atlarının
sayı 5 minə çatıb. Bundan başqa, 2 min baş at
Qarabağ atları XIX əsrin ortalarından başlayaraq
ümumdünya at sərgilərində
iştirak edib. 1866, 1869,
1872-ci illərdə Moskvada,
1867-ci ildə Parisdə
ümumdünya at sərgilərindən
mükafat və meallarla qayıdıb.
İştirakçı atların şəkillləri
Fransa və Vyanada çap olunan jurnallarda yer alıb. Qarabağ atı zavodu Rusiyanın və bəzi Avropa dövlətlərinin
atçılığına az xidmət
göstərməyib. Ən məşhur
at cinslərinə malik
ingilislər belə Qarabağ atlarına maraq göstəriblər.
1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan bahasına 60 baş madyan alıb aparıblarmış. Deyilənə görə, bu, zavodu tənəzzülə
sürükləyib. 1826-ci
ildə İran qəsbkarlarının çoxlu
Qarabağ atını
ələ keçirməsi
də Qarabağ atçılığına böyük
zərbə vurub.
Süvaridə, idman yarışlarında
ucaboy atlara tələbatın yaranması
da Qarabağ atlarının taleyində
mənfi iz buraxır. Bu tələbatı
ödəmək üçün
bəzi at zavodlarında
Qarabağ atlarını
ucaboy ərəb və Axaltəkə atlarıyla cütləşdirməyə
başlayırlar. Ucaboy atlara
tələbat həm də yeni zavodların
tikilməsinə yol açıb. 1871-ci ildə Qarabağ atlarının cinsini yaxşılaşdırmaq məqsədilə
Xan qızı Natəvan öz ilxısından 20 baş madyan və Ceyran adlı bir ayğır ayırır. Lakin zavodun
təşkili baş tutmur.
Çaxnaşmalar kökünün kəsilməsi
təhlükəsi yaradıb
XX əsrin əvvəllərindəki
təlatümlər sonucunda
Qarabağ atlarının
kökü kəsilmək
təhlükəsiylə üzləşib. 1926-cı ilin hesabatlarında yazılırmış ki,
Qarabağ atı tamamilə məhv olub. Qarabağ atlarını xilas
etməyə 1946-cı ildə
cəhd göstərilib.
Xüsusi komissiya kolxozlarda
saxlanan 1834 baş atın içindən tipik Qarabağ atının xüsusiyyətlərini
özündə cəmləmiş
60 baş at seçib.
Onlardan
59-u madyan, biri Noxta ləqəbli təmiz Qarabağ ayğırıymış. Amma Noxta öz missiyasını
tam yerinə yetirə
bilməyib. 1948-ci ildə təşkil edilmiş Ağdam at zavodunun yaranmasına azacıq qalmış ölüb. Onu Dnestr ləqəbli Don atı, sonralar
xüsusi alınmış
3 ərəb ayğırı
əvəz edib. 1987-ci ilin göstəricilərinə
görə, Azərbaycanda
yalnız 569 cins Qarabağ atı olub. Ağdam zavodu köçürüləndə
300-ə qədər at qeydə
alınıb. Ancaq mütəxəssislər
deyirlər ki, indi Azərbaycanda 100 Qarabağ atı tapılsa, böyük şeydi. Qarabağ atlarının yetişdirilməsiylə
Ağcabədiyə köçürülmüş
Ağdam atçılıq
zavodu məşğul
olur. 1997-ci ilin hesabatalarında bu zavodun cəmi
21 bala aldığı
göstərilib.
Hələ XIX əsrin sonlarında Qarabağ atının sayı 9 mindən 7 minə düşəndə
rus hərbçiləri
həyacan təbili vururdu. İndi atımızın quruca adı qalıb. Azərbaycanda
bu problemlə maraqlanan isə yoxdur...
Nuranə Tofiqli
Xalq cəbhəsi.- 2009.- 11 fevral.- S. 13.