"Rəssamlıqda müstəqilliyimi tapmışam"

 

 Rəssam Rza Avşar: "Mənim aləmimdə rəssam həm rejissor, həm dramaturq, həm aktyordur"

 

Elçin Qaliboğlu

 

Yüzillərdən bəri yol gələn, ilahi bir sənət olan rəssamlığın qarşısında duran vəzifələr bu gün daha çoxdur. Hazırda Azərbaycanda imzası tanınan rəssamlardan olan Rza Avşarın yaradıcılığında insan dərdi, qayğısı, gözəlliyin ifadəsi açıq-aydın sezilir. O, 1949-cu ildə Gəncədə, hamının tanıdığı özünəməxsus rollar yaradıcısı, mərhum aktyor Muxtar Avşarovun ailəsində dünyaya gözünü açıb. Rəssamlığa meyl onda uşaqlıqdan yaranıb. Təsadüfi deyil ki, bu sənətə meylini aqibətdən gəlmə sayır. Müxtəlif sərgilərdə iştirak edib. Əsərləri ABŞ, Fransa, Almaniya, İran, Türkiyə, Avstriya başqa ölkələrdə sərgilənib, hazırda həmin ölkələrdə şəxsi kolleksiyaları da var. Azərbaycanda əsərləri İncəsənət Muzeyində Rəsm Qalereyasında saxlanılır. R.Avşar özünü impressionist hesab edir. Bu janrda xeyli əsərlər yaradıb. Deyir ki, onda rəssamlığa meyl fitridir: "Baxmayaraq ki, uşaqlıqdan aktyorluğu dərk etməyə çalışmışam. Düzdür, o biri qardaşım Rauf Avşar teatr sahəsində çalışır. Gözümü dünyaya Gəncədə açmışam. Sinif yoldaşımın atası Cabbar Sadıqov Gəncədə imzası tanınan rəssamlardan idi. Tez-tez onların evinə gedərdim. Bilmirəm, hansı daxili gücün təsirindəndirsə, məndə istər-istəməz rəssamlığa dərin bir sevgi yarandı. Özümü qəribə, sirli-sehirli bir aləmdə hiss etdim. Çoxlu rəssamlıq kitablarına baxırdım, şəkillər çəkirdim. Cabbar müəllim çəkdiklərimə baxdı, dedi səndən rəssam çıxar. O, Gəncədəki rəssamlıq məktəbinin direktoru idi. Orada təhsil aldım. 1965-ci ildə Bakıya gəldim, Əzimzadə adına Rəssamlıq texnikumuna daxil oldum. Hərbi xidmətdən sonra indiki APU-nun bədii qrafika fakültəsinə qəbul oldum. Başladım sərgilərdə iştirak etməyə..."

Deyir onun üçün rəssamlığın aktyorluqdan müəyyən fərqli üstün cəhətləri var: "Aktyorluq mənim üçün çərçivəyə salınmış bir sənətdir. O, həmişə asılıdır. Rejissor da dramaturqdan asılıdır. Teatrda bir neçə sənət birləşərək sintez əmələ gətirir. Amma rəssam həm dramaturq, həm rejissor, həm artistdir. O, mövzunu düşünür, tapır, müstəqil şəkildə istədiyi kimi ifadə edir. Kompozisiyanı rəssam qurur. Rəssamlığa meylimin əsasında müstəqilliyim dayanıb. Rəssamlığın mayasında insana xidmət durur. Ümumiyyətlə, incəsənətin bütün sahələrində insan üçün yanmaq var. İnsanın daxili dünyası, mənəvi problemləri, bu problemlərdən onu heç olmasa müəyyən qədər xilas etmək cəhdləri sənətin başlıca qayğısıdır. İncəsənətdə bütün sahələr çətindir. Əgər mən rəssamlıqda insan qayğısı ilə bağlı əndişələnirəmsə, bu, qayğımdır ki, insanlar niyə bu gündədir? Sənət dünyası başdan-ayağa sirdir, sehrdir. Dünyada qədər pis adamlar, sonu bitməyən qayğılar, bəlalar mövcuddur. Dərdlə dolu dünyada mən özümə qətiyyən bəraət vermək fikrində deyiləm. Deməli, biz sənət adamları az işləmişik, bəlkə haradasa yanılmışıq? Əgər sənət insanı azca da olsa daxildən təmizləyirsə, heç olmasa şər istəyini həyata keçirməkdə bir az ləngidirsə, bu da böyük şeydir. Digər tərəfdən sənət millətin dünyada tanınmasında, sifətinin bilinməsində əhəmiyyətli rol oynayır". Minillərdən bəri sənət dünyadakı, həyatdakı insansızlıq problemi ilə bağlı əlindən gələni etməyə çalışıb, amma real müsbət görüntülər çox azdır. Əslində sənətin istədiyinin gerçəkləşməməsi problemi var. Yenə cinayətlər daha təkmil şəkildə həyata keçirilir. Cinayətkar tutulur, həbs edilir, amma cinayət ölmür. Əslində insanın daxilində cinayət törətmək imkanı aradan qalxmalıdır.

R.Avşar sənət vasitəsilə özünüifadəni impressionizm cərəyanında görüb: "Yüzillərlə əvvəl yaşayıb-yaradan həmkarlarımla özümü ruhən bir hesab edirəm. Bu gün elə rəssamlar var ki, Rembrandtın, Qoyyanın dövründəki kimi çəkirlər. Bu yöndə yaranmış əsərlərə elə doğmayam ki, hesab edirəm, sanki onları mən yaratmışam. Kobud da səslənsə, sanki bu gün dünya dəli olub. Kim neylədiyini, hara getdiyini demək olar, bilmir. Hamı çaşıb. Baxırsan, musiqi musiqi deyil, rəssamlıq rəssamlıq deyil".

Səttar Bəhlulzadəyə həmişə sayğı bəslədiyini deyən R.Avşar bu qənaətdədir: "Onun bir rəssam olaraq nadir keyfiyyəti həmişə məni əfsunlayıb. Milliliyə həmişə xüsusi üstünlük vermişəm. Qardaşım hər dəfə Tallindən gələndə əsərlərimə heyranlıqla baxıb deyir ki, bunlarda çoxlu mənalı rəng koloriti var. Mənasız əsəri götür başı üstə çevir, görəcəksən ki, fərq etmədi".

Rəssamın "Avtoportret"i onun xarakterik cizgilərini ifadə edir. Əsərdə həyata qayğıyla narahatlıqla baxan bir obraz təsvir olunub. Rənglərin harmoniyası düzgün seçilib. 1974-cü ildə çəkilmiş "Qız portreti" rəssamın yaradıcılığının ilk dövrünün məhsuludur. Gənc qız fikirlidir: gözləri məchulluğa baxır. Lakin onun sifətində bir işıq var: əslində ən kədərli sifətdə işıq var. İnsan kədərin zilində olanda belə onun üçün dünyanın axırı deyil. Əsas odur ki, insanı kədəri yenməsin, onu bədbinləşdirməsin, dərdindən güc ala bilsin. Tək-tək fərdlərin dərddən sarsılmaması sonda bütöv bir millətin ayaqda qalması demək olur...

Rəssamın əsərlərində Səttar Bəhlulzadə üslubu, təsiri hiss olunur. Bəlkə bu təsir onun əsərlərində sövq-təbiidir. Səttar Bəhlulzadə impressionizmdən bəhrələnsə , tamam özünəməxsus idi. Onun xoşbəxtliyi sənətində milliliyi ölçüyə çevirməsində idi. Rəssam nədən çəkirsə-çəksin, oradan nağıl çıxırdı. Rza Avşarın adi "Natürmort"unda güldanların düzümündə, meyvələrin rəng ahəngində bir nağılçılıq var.

"Şahmatla natürmort" əsərində qırmızı sarı rənglərin vəhdəti ifadəsini tapıb. Rəssamın erməni vandalizmi mövzusunda çəkdiyi "Ekstremist" "Xocalı" əsərlərində murdar qonşularımızın başımıza gətirdikləri vəhşiliklər əks olunub. Erməni nağılarımızdakı div surətinə oxşar təsvir olunub. Türk qanına həris, qaniçən, vəhşi erməni obrazını məhz bu cür təsvir etmək lazımdır.

"İçərişəhər axşamı"nda sirli, artıq təssüf ki, "bayırşəhərə" dönmüş İçərişəhər haqqında kədərli soraq var; sanki yaradıcı rəssam ruhu gecənin zilində yarıişıqlı, yarıilğımlı şəhərə göydən baxır. "Abşeron mənzərəsi"ndə rənglərin çaları gözəl bir ahəng yaradıb: səmada mavi rənglə rəng biri-birinə qarışıb. Uzaqlarda görünən qırmızı rəngin bir topası sanki göydən yapışıb. Göz önündəki ev obrazlarından biri qaramtıl sahədən kəskin təzadla seçilir.

"Günəbaxanlar" əsərində qırmızı rəng sanki sarı rəngdən çoxdur. Amma bu bolluca qırmızılıqda Günəş rəngini tamaşaçı yenə duya, görə bilir. "Abşeron bağı" əsərində sol tərəfdə ev görünür. Səma yarıtutqundur. Lakin əsərdə işıq seli aydınca sezilir. "Mənzərə"də müxtəlif rənglərin vəhdəti var. Rəssam rənglərdən məharətlə istifadə edə bilir. "Payız" əsərində bolluq fəslin halından gələn təbiətin kədəri var. "Qızmar günəş" əsərində odlu yay təsvir edilib. "Atamın portreti"ni rəssam atasına həsr edib. Profildən çəkilmiş portretdə işıq-qaranlıq təzadı aydın görünür. Sifətin işığı sanki qaranlığı yarır. "Gəncəli Məmməd Yusif oğlunun portreti"ndə təsvir edilmiş yaşlı qocanın sifətində işıq, ümid var.

R.Avşar xalqımızın başına gələn faciələrlə bağlı mövzularda bütün incəsənət adamlarının daim düşünməli olduğunun vacibliyini önə çəkir: "Xocalı mövzusu rəssamlıqda ifadəsini tapsa da, ortada olan nümunələr məni tam qane etmir. Hesab edirəm ki, rəssamlarımız bundan sonra bu mövzuda daha ciddi düşünməlidirlər". Rəssam Xocalı faciəsi mövzusunda iki əsər çəkib. Faciədən az sonra yaradılmış əsərlər "Xəzər" jurnalında çap olunub. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib. Əsərdə qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam ağrını duya, göstərə bilib. Həmin gecənin dəhşəti ayın surətini qırmızı qana boyayıb. Səma ərşə bülənd olan insan fəryadları ilə dolub. Uzaqlardan səmanın aydınlığı görünsə , qara fon aparıcıdır. Şəhərin halında qan alov hakimdir...

 

 

Xalq cəbhəsi.- 2009.- 11 fevral.- S. 14.