Meksikada Xocalı
soyqırımı anılıb
Latın
Amerikasının ən böyük ali təhsil ocağı
sayılan Meksika Milli Muxtar Universitetində Xocalı
qırğınına həsr olunmuş "Onların yeganə
günahı azərbaycanlı olmaq idi" mövzusunda
konfrans kecirilib. Universitetin Siyasi və sosial elmlər fakültəsində təşkil
edilən tədbirə
professor və tələbə heyəti
üzvləri, Meksika Xarici İşlər Nazirliyi və Senatının nümayəndələri
qatılıblar. Tədbiri
ali təhsil müəssisəsinin Beynəlxalq
Münasibətlər Mərkəzinin
elmi katibi Marko Lopategi açaraq, Azərbaycan xalqı və hökumətinə Xocalı
faciəsinin ildönümüylə
bağlı başsağlığı
verib. O bildirib ki, bütün beynəlxalq ictimaiyyət kimi, Meksika da
Dağlıq Qarabağ
münaqişəsinin tezliklə
həll edilməsini arzulayır. Geniş məruzə edən
Azərbaycanın Meksikadakı
diplomatik nümayəndəliyinin
müvəqqəti işlər
vəkili İlqar Muxtarov isə deyib ki, Azərbaycan
xalqı 200 ildən bəri terror, məcburi köçürülmə
və etnik təmizləmə kimi hadisələrlə üzləşir.
19-cu əsrin əvvəllərində
çar Rusiyasının erməni mənşəli
əhalini Türkiyə
və İrandan Azərbaycana köçürdüyünü
vurğulayan İlqar Muxtarov etnik təmizləmə siyasətini
əsas götürən
erməni terroçuların
20-ci əsrdə Azərbaycanın
müxtəlif bölgələrində
yerli əhalini qırdığını, azərbaycanlılar
yaşayan kəndləri
yerlə yeksan etdiyini söyləyib. İlqar Muxtarov 1992-ci il fevralın 25-26-da Xocalı şəhərində
baş verən faciənin ermənilərin
işğalçı və
cinayətkar siyasətinin
bir hissəsi olduğunu xatırladıb:
"Xocalıda həyata
kecirilənlər qəddarlıq
erməni terrorunun əsas xüsusiyyətinə
uyğun idi. Ermənilər adətən
qurbanlarına həddindən-artıq əzab vermək məqsədilə
onları müxtəlif
işgəncələrlə öldürürlər. Erməni
rəsmiləri Xocalı
faciəsi də daxil olmaqla münaqişə
zamanı etdiyi cinayətlərə görə
məsuliyyəti danır
və beynəxlaq ictimaiyyətə hadisələri
öz yozumlarında çatdırmağa çalışırlar.
Lakin heç bir uydurma təbliğat
faktlar qarşısında
dayana bilməz. Ermənilərin azərbaycanlılara
qarşı törətdiyi
vəhşiliklərin hər
biri xalqımızın
ürəyinə sancılan
bir tikandır. Bu hadisələr heç zaman unudulmayacaq. Azərbaycan münaqişənin sülh
yolu ilə həllini axtarsa da, Xocalıdakı dəhşətli cinayətləri
həyata keçirənləri
ədalət mühakiməsi
qarşısına gətirməkdə
qətiyyətlidir". Toplantı
zamanı Xocalı faciəsi haqda Heydər Əliyev Fondunun hazırladığı
sənədli film və Xocalı qurbanlarını əks etdirən fotosərgi nümayiş etdirilib.
Turqut
Xalq Cəbhəsi.- 2009.- 17 fevral.- S.8.