Qorxma, mən
səninləyəm"
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu Aleksandr Nevski mükafatına layiq
görülüb
Rusiya diplomatı,
bağışlayın, Azərbaycan Respublikasının
Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu
dünən mükafatlandırılıb. Regionlararası Beynəlxalq
Fond adlı təşkilat görkəmli
müğənni və
diplomatiyanı yeni öyrənən diplomatı
Müqəddəs knyaz
Aleksandr Nevski mükafatına layiq görüb. "Rossiya"
dövlət konsert salonunda keçirilən tədbirdə fondun sədri, SSRİ xalq artisti Vasili Lanovoy və məşhur telejurnalist Yuri Kovelenov müğənni Polad Bülbüloğluna diplom
və Aleksandr Nevskinin heykəlciyini təqdim ediblər. Rus mətbuatı yazır ki, bu mükafatı Polad Bülbüloğlu
"Millətlərarası sülhün qorunması, Rusiya və Azərbaycan xalqları arasında yekdillik və dostluğun möhkəmləndirilməsi" nominasiyası üzrə alıb. Tədbirin təşkilatçıları
Polad Bülbüloğlunun
həm Azərbaycanın
mədəniyyət naziri
kimi, həm də səfir kimi iki ölkə
arasında mədəniyyət
sahəsində əməkdaşlığın
və dostluğun möhkəmləndirilməsində xüsusi rolunu qeyd ediblər. Bu yüksək mükafata Rusiyanın mərhum patriarxı Aleksiy II, keçmiş baş nazir Yevgeni Primakov və başqaları layiq görülüblər.
...Qəribədir. Polad
Bülbüloğlu artıq 5 ildən çoxdur ki, Rusiyada səfirdir.
Bu müddət ərzində Moskvanın Azərbaycana
vurduğu zərbələrin miqyası, sayı
ölçüyəgəlməzdir. Elə bu yaxınlarda
Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və texnika
verdiyi məlum oldu. Müğənni-diplomatımızın səsi
çıxmadı, yaxud çıxdısa, səsi gəlib
Azərbaycan mətbuatına çatmadı. Bir tərəfdən,
yaxşı ki, Polad Bülbüloğlu danışmadı. Əgər
danışsaydı, İrandakı səfir Abbasəli Həsənov
kimi Azərbaycan mətbuatını
günahlandıracaqdı. Erməniyə milyonlarla dollar dəyərində
silah verən Rusiya "aydan arı, sudan duru
çıxacaqdı". Bir neçə il əvvəl miqrantlarla
bağlı problem ortaya çıxanda səfirimiz Rusiya
hökumətinin tərəfini saxladı.
...Nominasiyadakı
"millətlərarası sülhün qorunması"
sözləri də maraq doğurur. Polad Bülbüloğlu
hansı "sülhü qoruyub"? Bəlkə burada Ermənistanın
Rusiyadakı səfiri, keçmiş mədəniyyət
naziri ilə birgə işğal olunmuş Azərbaycan
torpaqlarına səfər edən Polad Bülbüloğlu o qədər
canfəşanlıq nəzərdə tutulur. "Xalq
diplomatiyası" ilə faktiki olaraq Moskvanın planlarına
uyğun addımlar atan, nümayəndə heyətinin
işğal olunmuş Azərbaycan torpaqlarına səfərini
təşkil edən Polad Bülbüloğlunun "xidmətləri"
unudulmayıb. Həmin xalq diplomatiyası "nümunəsinin"
Azərbaycan ictimai rəyini necə təlaşlandırdığı,
əsəbiləşdirdiyi unudulmayıb.
Səfirimizin cənfaşanlığı
hətta Azərbaycanın Xarici İşlər Nazirliyini də
mat-məətdəl qoymuşdu. Amma Polad müəllim
qorxmurdu, narahat deyildi. Bu hal bir zamanlar onun çəkildiyi
"Qorxma, mən səninləyəm" kinofilmini yada
salırdı.
Yuxarıdakı
informasiyadan da gördünüz ki, bu mükafata layiq
görülənlər arasında Azərbaycan xalqına 20
Yanvar faciəsini yaşadanlardan biri, keçmiş baş
nazir Yevgeni Primakovdur. Əgər Polad Bülbüloğlu 20
Yanvar faciəsi ilə bağlı bu faktı bilsəydi, yəqin
ki, mükafatdan Azərbaycan naminə imtina edərdi.
...Dünən Türkiyənin
əsli-nəsli gürcü olan, dinçi baş naziri Rəcəb
Tayyib Ərdoğan türklərə
türkçülük öyrətməyə
çalışıb. Türkiyə ilə Türk
Dünyasının əlaqələrinə ciddi zərbə
vuran, işğalçı Ermənistanı və
terrorçu "Həmas"ı dəstəkləyən Ərdoğan
türk-Osmanlı tarixinin iftixar duyduğu səhifələrini
xatırladıb. Bu sırada Osmanlı sultanı Səlim
Yavuzun Səfəvi İmperiyasının hökmdarı
Şah İsmayıl Xətai üzərində qələbə
qazandığı Çaldıran döyüşünü
də göstərib: "Biz tariximizə baxdıqda
Mohaçı, Niğbolunu, Çaldıranı, Malazgirti
görürük. İstanbulun fəthini, Çanaqqala dastanını,
Qurtuluş savaşımızı görürük. Biz bu
ruhla yaşadıq, bu ruhla böyüdük, bu ruhda tərbiyə
edildik və gələcəyin Türkiyəsini bu ruh üzərində
inşa etməyə çalışırıq".
Əslində
gürcü əsilli, dinçi Rəcəb Tayyib Ərdoğanın
bu sözləri Osmanlı tarixi ilə fəxr etmək deyil. Məqsədyönlü
şəkildə Türkiyə ilə Türk Dünyası,
o cümlədən Azərbaycan arasında
xatırlanılmasına ehtiyac duyulmayan tarixi faktları
xortladıb üzə çıxarmaq cəhdidir. Onu da deyək
ki, Şah İsmayıl Xətainin həm Türk
Dünyasını, həm də islamı parçalaması,
Azərbaycan dövlətçiliyini get-gedə fars dövlətinə
çevirməsini hamı bilir. Amma Rəcəb Tayyib Ərdoğan
kimi etnik mənsubiyyətini dövlət siyasətinə
çevirən yalançı dinçilərin siyasəti
Türkiyə-Azərbaycan münasibətlərinə zərər
gətirir. Çox təəssüf ki, Türk xalqı səs
verərək etnik mənşəyini dövlət siyasətinə
çevirən siyasətçiləri hələ də
hakimiyyətdə saxlayır.
Bayram
Xalq Cəbhəsi.- 2009.- 19 fevral.- S.4.