Başlıca sənətim
vokalçılıqdır"
İlham Əsgəroğlu:
"Saza, folklora hədsiz bağlılığım əsasında
klassik musiqimizi dünya səviyyəsinə çıxarmaq
istəyirəm"
İlham Əsgəroğlu Tovuz rayonunun Sofular kəndində anadan olub. İndiki İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsində təhsil alıb. Əvvəlcə Musiqili Komediya Teatrında, sonra isə bir müddət Ankarada çalışıb. Orta Asiyada - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və başqa ölkələrdə olub, vokalçılığı ilə yanaşı araşdırmalar da aparıb. Bir müddətdir Azərbaycanda olan İ.Əsgəroğlu konkret Azərbaycan-Türk mədəniyyətinin dünyaya, Türk Dünyasına yeni səviyyədə təqdim olunması yönünda ardıcıl olaraq çalışdığını deyir: "Ötən il Atatürk Mərkəzi və "Kaşğarlı" Fondu mənə "Türk Dünyasının dərvişi" adını verdilər. Türkiyədə olarkən populyar telekanallarda tez-tez çıxışlarım oldu. Azərbaycandayam, yaradıcılıq axtarışlarım davam edir. İstəyirəm ki, müəyyən dövrdən sonra yenə də Türk Dünyasına səfərə çıxam. Azərbaycan telekanallarına çıxmaq mənim üçün problemdir, halbuki Türkiyədə müxtəlif telekanallarda çıxış etməyimdə problem olmurdu. İstəyim odur ki, Azərbaycan mədəniyyətinin inkişafı naminə dayanmadan çalışam".
İlham deyir ki, onun
milli ruhunun mayasının bərkiməsinda ana sazımız əvəzsiz
rol oynayıb: "Sazın ömrümdə tutduğu rolu
sözlə ifadə etməyə çətinlik çəkirəm.
Saz mənə hər mənada nəfəs verdi. 1982-ci ildə
"Sevimli nəğmələr" xalq mahnıları
müsabiqəsində qalib oldum. Niyazi
komissiyanın sədri
idi. Habelə burada Şövkət Ələkbərova, Arif Babayev, İslam Rzayev, Habil Əliyev
və başqaları
ilə yaxından tanış olmaq imkanı əldə etdim. "Xatirə" xalq çalğı alətləri ansamblında
bundan sonra çıxışlarım oldu.
Elçin Cəlilov, Xeyransa
Məmmədova, Aybəniz
Haşımova, Könül
Kərimova, Könül
Xasıyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları
və başqaları
ilə tanışlıq
o çağdan başladı. O dövrdən
başlayaraq Bülbülün,
Rəşid Behbudovun oxumalarına dəlicəsinə marağım
yarandı. Sazı və vokalı birgə aparmaq çətindir, amma inadımdan əl çəkmədim. 2 il Lütviyar İmanovdan, 3 il Mobil Əhmədovdan
dərs aldım. Aktyor sənətini isə Məlik Dadaşovdan, Şəfiqə
Məmmədovadan, Mikayıl
Mirzədən və başqalarından öyrəndim.
Düşünürdüm ki, bəstəkarlıqda
Üzeyir bəy tərəfindən ənənənin
təməli qoyulsa da, niyə indiyə
kimi aşıq mahnılarını oxuyan
vokal oxuya bilməyib, vokal oxuyan da saz
çalmaqdan demək
olar, məhrumdur? İstəyim böyükdür,
amma inadlı axtarışdayam. Bu
yöndə üzə
çıxarmalı ciddi
musiqi əsərlərimiz
var. Solo konsertimdə bunları oxumaq fikrindəyəm. Başlıca sənətim
vokalçılıqdır. Saza, folklora hədsiz bağlılığım
əsasında klassik musiqimizi dünya səviyyəsinə çıxarmaq
istəyirəm".
İ.Əsgəroğlu
solo-konsertə hazır olduğunu deyir, amma maliyyə problemi
yarandığından hələ də istəyini gerçəkləşdirə
bilmir: "Türkiyədəki bütün konsertlərimin
aparıcısı da özüm olmuşam. Maliyyə məsələsinin
xüsusən indiki dönəmdə necə əsas rol
oynaması istəklərimi gerçəkləşdirməyimə
mane olur".
İ.Əsgəroğlu
Azərbaycan sazının imkanlarının Türkiyədə
tanıdılması ilə bağlı ardıcıl
çalışmasından danışır: "Türkiyədə
ana sazımıza sayğı gördüm. Orada müxtəlif
türk xalqlarının mahnılarını ifa edirdim.
Sazımız orada çox gözəl səslənir. Orada
olarkən Maqsud Fəryadi, Mürsəl Sinan, Murad
Çobanoğlu və başqaları ilə
çıxışlarım olub. Mən heç zaman
özümə aşıq deməmişəm. Əsas
yönüm vokalçılıqdır". O, Türkiyədə
olarkən ucuz mahnılar oxumadığını deyir:
"Ümumiyyətlə, ucuz mahnıları ruhuma yaxın
buraxmamışam, sənətimin adına xələl gətirməmişəm".
Bu gün cəmiyyətdə şou əhlinə münasibətin
alışdırılmasına münasibət bildirən
İ.Əsgəroğlu narahatlığını belə
ifadə edir: "Kim maşından necə düşdü,
necə yeridi, nə danışdı və s. müzakirə
mövzusu olur, belələri balaca sənətlərini bu
cür mövzularla pərdələyirlər".
Bu gün türk
xalqları arasında ortaq dil ideyası vaxtaşırı
müzakirə olunmaqdadır. Lakin çox hallarda bu müzakirələr
ən elmi, filoloji, faktlı tədqiqat yönündə belə
problemin həllinə aydınlığı ilə
işıq salmır, dəqiq hərəkət istiqamətlərini
müəyyənləşdirmir. Bütün hallarda isə
belə müzakirələrin aparılması zəruridir.
Hazırda Türk Dünyasında ünsiyyət vasitəsi
kimi Azərbaycan türkcəsi, Türkiyə türkcəsi,
altay, başqırd, çuvaş, xakas, karaim, qaqauz,
qaraçay-bolqar, qaraqalpaq, qazax, qırğız, qumuq, noqay,
özbək, salar, şor, tatar, tofalar, tuva, türkmən,
uyğur, yakut dilləri mövcuddur. Müasir türk sistemli
dillərdən Azərbaycan türkcəsi, Türkiyə
türkcəsi, türkmən və qaqauz dilləri türk
dillərinin Oğuz yarımqrupuna aiddir. Bu dillərdəki
fonetik, leksik, qrammatik əlamətlər digər qohum türk
dillərindən fərqlənir. İndi türklüyün
insani xislətinin, xilaskarlığının dünyaya
hava-su kimi gərəkli olduğu bir zamanda ilk növbədə
türk xalqları arasında sözün əsil mənasında
mənəvi birliyin yaradılması zəruridir. Türk
birliyinin yaradılması istəyi isə ilk növbədə
ortaq türk dili ideyasının gerçəkləşməsi
gərəkliyini meydana çıxarır. Gedişat və təhlillər
göstərir ki, belə bir ideya heç də sürətlə
reallaşmayacaq. Amma hər bir kəs bu yolda əlindən gələni
etməlidir. Yəni ilk növbədə Azərbaycanda hər
birimiz milli, özümüzə məxsus türk sözlərimizi
qorumalı, bərpa olunmalını bərpa etməli, həmçinin
yeni sözlərin yaradılması haqqında
düşünməliyik. İ.Əcgəroğlu inanır
ki, xüsusən Azərbaycanda və Türkiyədə bu
yöndəki istəklər addım-addım gerçəkləşərsə,
müəyyən dövrdən sonra bəhrəsini görə
bilərik: "Ardıcıl olaraq araşdırmalar
aparılmalıdır. Anadolu ləhcəsində
aydınlıq çox nəzərə çarpır. Hesab
edirəm, ümumən Azərbaycan türkcəsi ilə
Türkiyə türkcəsinin vəhdətindən ortaq bir
türkcə yaratmaq olar. Təbii ki, bu gün ortaq türkcənin
yaradılması son dərəcə gərəkli bir məsələdir.
O zaman taleyimizə, kimliyimizə, sabahımıza münasibətimiz
daha da cidddiləşər. Orta Asiya türklərinin də
Türk Dünyasının mənəvi birliyinə, xəzinəsinə
verdiyi, hələ bundan sonra verəcəyi çox şeylər
var. Qırğızıstanda Manas Universitetində, Türkmənistanda
Əhməd Yasəvi Universitetində oldum. Orada
ümumtürk mədəniyyəti, dililə bağlı
xeyli söhbətlərin şahidi oldum. Tələbələrin
mükalimələri məni heyran edirdi. Ortaq türkcənin
yaranması olduqca gərəklidir, amma çox diqqətli
olmalıyıq. Mən öz türk qardaşımla niyə
ingiliscə danışmalıyam? Di gəl ki, öz ləhcəmdə
daha gözəl danışa bilərəm. Sevindirici
haldır ki, "Ortaq Türk Televiziyası" ideyası
artıq gerçəkləşmək üzrədir. Ötən
dönəmdə türk xalqlarının musiqilərini
öyrəndim. Türkiyədə Azərbaycana böyük
sayğı var. Sovetlərin ilk dönəmində xeyli
soydaşımız Türkiyəyə mühacirət etməyə
məcbur olub. Onlar Azərbaycanı daim ürəklərində
yaşadırlar. Bu gün Türkiyədə çıxan səs
yazılarında bəzi xalq mahnılarımızın
"anonim" kimi təqdim olunması yaxşı hal deyil. Bu
havalar Azərbaycanın ruhunun ifadəsidir, xalqımıza məxsus
olduğunu sübut edir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi .-2009.- 20 fevral.- S.14.