Dünya Xocalı faciəsini anır
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xocalı soyqırımının 17-ci ildönümünü anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Belə ki, fevralın 26-da komitə sədrinin birinci müavini Valeh Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı "FOX" televiziyasında yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra Valeh Hacıyevin Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərovayla birlikdə "Kanal Avropa"nın və TQRT-nin Almaniya nümayəndəliyində də soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xocalı soyqırımının 17-ci ildönümünü anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Belə ki, fevralın 26-da komitə sədrinin birinci müavini Valeh Berlin şəhərində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman Bundestaqının üzvlərinin də dəvət olunacağı anım tədbirində soyqırımla bağlı sənədli film nümayiş etdiriləcək və uşaq rəsmlərindən ibarət sərgi düzənlənəcək. Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı "FOX" televiziyasında yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra Valeh Hacıyevin Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərovayla birlikdə "Kanal Avropa"nın və TQRT-nin Almaniya nümayəndəliyində də soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Berlin şəhərində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman Bundestaqının üzvlərinin də dəvət olunacağı anım tədbirində soyqırımla bağlı sənədli film nümayiş etdiriləcək və uşaq rəsmlərindən ibarət sərgi düzənlənəcək. Bundan başqa, Berlinin mərkəzi meydanlarından birində "Azərbaycan Evi" və Alman Azərbaycan Həmrəylik Cəmiyyəti birlikdə Xocalı faciəsi həqiqətlərinə alman ictimaiyyətinin diqqətini çəkmək məqsədilə mitinq keçirəcək. Daha bir etiraz aksiyası isə Hollandiyanın Haaqa şəhərində baş tutacaq. Fevralın 22-də "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti Sülh Sarayının qarşısında piket keçirəcək, sonra isə məşəllərlə etiraz yürüşü olacaq, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidə ziyarət olunacaq. Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə soyqırım qurbanlarını anma mərasimi keçirəcək. Tədbirdə Azərbaycan və Türkiyənin Niderland Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər. Brüsseldə isə fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsüylə şəhərin Place du Schuman mərkəzi meydanında soyqırımın 17-ci ildönümüylə əlaqədar çadır qurulacaq. Çadırda faciəni əks etdirən foto və rəsm sərgisi nümayiş etdiriləcək, yerli televiziyalardan birində Xocalı qırğını barədə filmin göstərilməsi təşkil olunacaq. Həmin gün Almaniyanın Köln şəhərindəki Vahid Azərbaycan Cəmiyyətinin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakıylv Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər. Soyqırım qurbanlarının anım günündə "Azər-Türk" Qadınlar Birliyi də Brüsseldəki Square de Meeuse meydanında mitinq keçirəcək və buradan isə Avropa Parlamenti binasının yerləşdiyi Place Schuman meydanına yürüş olacaq. Bundan başqa, fevralın 22-də İsveçin Stokholm şəhərindəki Sergelstorg meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Bir gün əvvəl isə İsveçin Linşöpinq şəhərində fəaliyyət göstərən "Babək" dərnəyi şəhərin Tradgardstorget meydanında manifest təşkil edəcək. Fevralın 25-də İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Berndə bu ölkənin parlament üzvlərinin, tanınmış siyasətçilərin və KİV nümayəndələrin iştirakı ilə konfrans keçirərək Xocalı soyqırımına, tarixi gerçəkliklərə bir daha diqqət yönəldəcək. Danimarkadakı "Vətən" cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırım haqqında sənədli filmin nümayişi, broşürlər və kitabların təqdimatı ilə qeyd edəcək. Faciənin 17-ci ildönümü günü Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın Moldovadakı səfirliyilə birlikdə Kişineu şəhərində soyqırım qurbanlarını anım məqsədilə mərasim təşkil edəcək. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş CD-lər, kitablar, broşürlər paylanacaq. Fevralın 26-da Estoniyadakı "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi anım tədbirində faciəylə bağlı film göstəriləcək və fotosərgi təşkil olunacaq. Latviyada "Ocaq" Mədəniyyət Mərkəzinin Latviya Akademiyasının Kitabxanasında təşkil edəcəyi "dəyirmi masa"da ölkə Seyminin deputatları, Latviya Xarici İşlər Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak edəcəklər. Litva Azərbaycanlıları Cəmiyyəti də faciənin 17-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirəcək. Praqada Azəri-Çex Cəmiyyəti, Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Buxarestdə isə Rumıniya Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ölkəmizin bu dövlətlərdəki səfirlikləri ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəklər.
Xocalı faciəsinin
17-ci ildönümünü fevralın 27-da Kanadanın Ottava
şəhərindəki Kanada-Azərbaycan Təşkilatlar
Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi
ilə birlikdə fevralın 28-də isə Edmontonda
"Alberta-Azərbaycan" Mədəniyyət Mərkəzi
qeyd edəcəklər. Amerika-Azərbaycan Şurasının
və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığıyla
ABŞ-da "Xocalı həftəsi" keçiriləcək.
Tədbirlərin Nyu-York, Vaşinqton, San-Fransisko, Kaliforniya,
Çikaqoda təşkili nəzərdə tutulub. "Xocalı
ədalət kampaniyası" adı altında baş tutacaq
tədbirlər çərçivəsində
soyqırımı ilə bağlı konfrans da keçiriləcək.
Konfransda Heydər Əliyev Fondunun hazırladığı
Xocalı filmi nümayiş olunacaq, millət vəkili Həvva
Məmmədovanın ingilis dilində işıq üzü
görən Xocalı soyqırımı ilə bağlı
kitabı iştirakçılara təqdim olunacaq. Bundan
başqa, tədbirlər çərçivəsində
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı
qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz
aksiyasında BMT ölkələrinə və baş katibinə
müraciət ünvanlanacaq. Nyu-Yorkdakı "Türk
evi"ndə isə təqdimat keçiriləcək. Slaydlar
vasitəsilə aparılacaq bu təqdimat və panel-disskussiya
Kaliforniyadakı Berkli Universitetində də təşkil
olunacaq. Silsilə tədbirlər fevralın 28-dək davam edəcək.
Tədbirlərdə Milli Məclisin deputatları Həvva Məmmədova,
Qənirə Paşayeva və Asim Mollazadə, amerikalı
jurnalist Tomas Qolts və başqaları iştirak edəcəklər.
Soyqırımın 17-ci ildönümünün qeyd
olunduğu daha bir mərasimi Nyu-Yorkda Azərbaycan Nyu-York
Assosiasiyası ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyi
ilə birgə keçirəcək. Fevralın 26-də
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası
soyqırımın 17-ci ildönümünə həsr
olunmuş anım tədbiri və fotosərgi keçirməyi
nəzərdə tutub. Manisada Azərbaycan Kültür və
Dayanışma Dərnəyi anım mərasimi, İzmirdə
təhsil alan azərbaycanlı tələbələr isə
Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi
ilə birgə konfrans keçirəcək. Türkiyədəki
anım tədbirləri sırasına İzmitdəki Kocaeli
Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi
konfrans və bir həftəlik sərgi də daxildir. Şimali
Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində
burada fəaliyyət göstərən İqtisadi, Mədəni
Əməkdaşlıq Mərkəzinin keçirəcəyi
anım tədbirində rəsmi qonaqlar, Doğu Akdeniz
Universitetinin tələbə və müəllim kollektivi
iştirak edəcək. Birləşmiş Ərəb Əmirliklərinin
Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti, Misir Ərəb
Respublikasında fəaliyyət göstərən Vətən
Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan
Türk Dostluq Birliyi də Xocalı faciəsinin 17-ci
ildönümü münasibətilə anım tədbirləri
keçirəcəklər. Tailand Krallığındakı
Azərbaycan Mədəniyyət Evi Xocalı
soyqırımıyla bağlı Bankoq şəhərində
yerləşən Assumtion Universitetində konfrans keçirəcək.
Tədbirdə faciəni əks etdirən fotoşəkillər
də sərgilənəcək. Yeni Zellandiyanın Okland şəhərində
fəaliyyət göstərən "Azəri" Yeni
Zellandiya-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı
soyqırımının ildönümüylə
bağlı bu şəhərdə çıxan iki qəzetdə
məqalələrin yer almasını
razılaşdırıb. Yazılar artıq qəzetlərin
redaksiyalarına təqdim olunub. Təşkilat həm də
bir neçə ali təhsil ocağında soyqırımla
bağlı məlumat xarakterli tanıtım aksiyaları
keçirəcək. Gürcüstanın Marneuli şəhərində
Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın
Gürcüstandakı səfirliyilə birlikdə Xocalı
soyqırımı ilə bağlı "dəyirmi masa"
keçirəcək. Fevralın 26-da həmçinin Tiflis
şəhərində Gürcüstan Azərbaycanlıları
Konqresi səfirliklə birgə Xocalı soyqırımı
ilə bağlı elmi-praktik konfrans təşkil edəcək.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində
Azərbaycan Mədəniyyət Mərkəzləri
Assosiasiyası faciə qurbanlarının xatirəsini yad edəcək.
Qazaxıstanın Astana şəhərində "Xəzər"
İctimai Birliyi, Aktau şəhərində isə
"Dostluq" Azərbaycan Mədəniyyət Mərkəzilə
"Turan" Konqresi Xocalı soyqırımı ilə
bağlı tədbirlər keçirəcəklər.
Hər iki tədbir
fevralın 26-na təyin edilib. Qırğızıstanda fəaliyyət
göstərən "Azəri" İctimai Birliyi və
Türk Dünyasının Siyasətinə Dəstək
İctimai Fondu birlikdə anım tədbiri keçirəcəklər.
Rusiya Federasiyası üzrə fevralın 26-da Ümumrusiya Azərbaycan
Konqresi Moskva şəhərindəki "Bakı"
kinoteatrında Xocalı soyqırımına həsr
edilmiş toplantı keçirməyi və sənədli film
nümayişini nəzərdə tutur. Həmin gün
Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude,
Xabarovsk və Rusiyanın digər şəhərlərində
də Ümumrusiya Azərbaycan Konqresinin regional nümayyindəlikləri
Xocalı soyqırımının ildönümünü
qeyd edəcəklər. Fevralın 25-də Kiyevdə Ukrayna Azərbaycan
Konqresinin təşkilatçılığı ilə azərbaycanlı
rəssam Rasim Səydiyevin Xocalı soyqırımına həsr
olunmuş sərgisi nümayiş etdiriləcək. Bu sərgi
Xarkov, Dnepropetrovsk şəhərlərində də ictimaiyyətə
təqdim olunacaq. Fevralın 26-da isə Kiyevdə və
Ukraynanın digər bir neçə şəhərində
yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki
səfirliyinin binası qarşısında piket keçirəcəklər.
Eyni zamanda ATƏT-in Ukraynadakı nümayəndəliyinin
binası önündə də piket keçirilməsi və
Xocalı soyqırımı ilə bağlı qətnamə
qəbul edilməsi nəzərdə tutulub. Həmin sənəd
BMT-nin Ukraynadakı nümayəndəliyinin ofisinə də təqdim
olunacaq. Həmçinin Ukraynanın Kiyev, Xarkov, Donetsk,
Dnepropetrovsk və digər şəhərlərində faciənin
ildönümü ilə əlaqədar "dəyirmi
masa"lar və digər anım mərasimləri keçiriləcək.
Fevralın 26-da Xocalı soyqırımının 17-cı
ildönümü Azərbaycanın Belarusdakı səfirliyinin
və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığıyla
Minsk şəhərində də anılacaq, "dəyirmi
masa" keçiriləcək, Xocalı soyqırımına
həsr olunmuş sənədli film nümayiş etdiriləcək.
.
Turqut
Xalq Cəbhəsi .-2009.- 20 fevral.- S.4.