Xocalı Faciəsi

 

Bir gecədə 613 nəfər soydaşımızın qətlə yetirilməsi əsil soyqırımdır

 

Xocalı faciəsi tarixi taleyimizdə baş vermiş çoxsaylı fəlakətlərin hələlik sonuncusudur. Bundan sonra başımıza daha hansı fəlakətlər gələcək, bilmirik. Nə qədər ki, azğın ruhsuz, soysuz erməni dünyanın halına çox gözəl uyuşa bilir, türkü sevməyənlər bunlardan bizə qarşı bir alət kimi məharətlə istifadə edəcəklər, erməni, eləcə də başqa yağılarımız Azərbaycanı parçalamaq və qəsb etmək iddialarından əl çəkməyəcəklər.

Son dövrlər Xocalı fəlakətinin dünya ictimaiyyətinə çatdırılması yönündə ardıcıl olaraq göstərilən cəhdlərin sayı artır. Bəziləri fəlakətlərimizdən məhz ildönümü zamanı danışıldığını bildirsələr də, hər halda təqvimdə demək olar, ayın neçə günü tarixi fəlakətlə bol olan Azərbaycanın başına gətirilən barəsində daim dünyaya səs salmaq gərəkdir. Amma görəsən, biz bunu necə edirik? Dünya bizim harayımıza necə reaksiya verir? Faktdır ki, ermənilər xüsusən son onillər ərzində dünya ictimaiyyətinin yaddaşında ardıcıl olaraq "vəhşi türk" obrazı yaradıblar. Tarixçi-alim Azad Rzayev Xocalı faciəsinin yaranma səbələri, eləcə də dünyanın başımıza gələn fəlakətlərə münasibəti mövzusunda danışır: "Əvvəla, bir məsələyə diqqəti çəkmək istərdim ki, hər bir xalqın tarixində faciəli hadisələr olub. Bu cür hadisələr müxtəlif obyektiv və subyektiv səbəblərdən baş verir. Xalqımızın tarixində son dövrlər baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsi Azərbaycanın tarixinə dəhşətli bir soyqırımı hadisəsi kimi daxil olub. Bəli, zaman keçdikcə yazıçılar, şairlər, tarixçilər, siyasətçilər bu mövzuya qayıdacaqlar. Bu faciəyə münasibətimiz daha da aydınlaşmalı və qətiləşməlidir. Xocalı faciəsi heç zaman yaddaşımızdan silinməməlidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dinc əhalini - uşaqları, qocaları, qadınları qanlarına qəltan etdilər. Tarixdə heç zaman belə kütləvi qırğınlar dəstəklənməyib. Belə qətlləri törədənlər həmişə lənətlənib. Demək olmaz ki, dünya Xocalı fəlakətindən bixəbərdir. Mərhum Çingiz Mustafayevin çəkdiyi kadrları kim görməyib ki? Erməni xislətinə artıq hər birimizin bələdliyimiz var. Düşünürəm ki, belə bir xislətə malik olan erməni Xocalı faciəsini fürsət tapan kimi mütləq törədəcəkdi və törətdi də. Ermənilər bu yolla xalqımızın gözünü qorxudaraq daha böyük iddialarına nail olmaq istəyirdilər. Xocalıda bu faciə baş verməsəydi, başqa yerdə gerçəkləşə bilərdi. Bir gecənin içərisində 613 nəfər soydaşımızın qətlə yetirilməsi əsil soyqırımıdır. Bu faciə zamanı 1375 nəfər əsir düşüb, hələ də onlardan xəbər-ətər yoxdur. 7 ailə bütünlüklə məhv edilib. Soyqırımına bundan bariz və dəhşətli misalı necə gətirmək olar? Soyqırım dinc, silahsız xalqın məhv edilməsidir. Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi. Günahsız insanları qıranlara "insan" deməyə adamın dili gəlmir. Ermənilər zaman-zaman xalqımızın başına çox fəlakətlər gətiriblər. Daim türklərin qanını içən, xeyirxahlıq gördükləri dərəcədə xəyanətkarcasına arxadan zərbələr endirən ermənilər dünyanı azdırmaq üçün artıq 100 ildir ki, qondarma "soyqırım" cəfəngiyyatını dünyanın beyninə yeridir, təəssüf ki, müəyyən məqamlarda bəzi ölkələri bu iddiaya inandırır".

Halbuki 1915-ci ildə Türkiyədə "erməni genosidi" deyilən bir soyqırım olmayıb. Ermənilər özləri türkləri qırmışdılar: "Ermənilərin iddia etdikləri "soyqırım"la bağlı heç bir sübut-dəlilləri yoxdur. Yəhudi tarixçiləri deyirlər: "Dünya ancaq alman faşistlərinin yəhudilərə qarşı soyqırımını tanıyır. Amma biz elə xalqıq ki, bundan şou düzəltmirik". Hər halda bu qənaət insanı düşünməyə vadar edir. Ermənilər isə heç nədən "soyqırım" şousu yaradır, dünya ölkələrini buna inandırmaq istəyirlər. Hər halda dünya ölkələrinin "erməni soyqırımı" cəfəngiyyatına uyması olduqca təəssüfedici bir haldır".

Alimin fikrincə, 20 Yanvarda, həmçinin 1918-ci il martın 31-də ermənilərin Bakıda 10 mindən artıq soydaşımızı qətlə yetirməsi əsl soyqırımdır: "Ermənilərin daim türklərə qarşı soyqırımı həyata keçirməsinə dair əlimizdə çoxlu faktlar var. Xocalı faciəsi ilə bağlı çəkilmiş videolentlər, fotoşəkillər, şahid ifadələri və s. bu qəbildəndir. Biz əlimizdə olan faktları indi daha ciddi-cəhdlə dünyaya təqdim etməliyik. Hər halda vaxtımızı itirməməliyik. Müəyyən dövrdən sonra Xocalının canlı şahidləri həyatda olmayacaq. Bu faciənin baş verməsində günahkar olanlar dəqiq bilinməlidir. Faciənin baş verməsinin obyektiv və subyektiv səbəblərini aşkarlamalıyıq. O dövrkü Azərbaycan iqtidarı faciənin baş verməsinin qarşısını almaq üçün tədbirlər görməliydi. 20 Yanvar, Xocalı, eləcə də bu ərəfədə baş vermiş başqa faciəli hadisələri bir zəncirin həlqələri kimi qəbul etməliyik".

Bu gün dünyanın siyasi düzənində türkün parçalanması, daim türk xalqlarının arasında ayrılıqlar salınması üçün bizi sevməyənlər əllərindən gələni edirlər. Həmsöhbətim vurğulayır ki, Xocalı faciəsinin baş verməsində ermənilərin havadarlarının olması gün kimi aydındır: "Bu gün dünyada xalqlararası münasibətlərin yaxşılaşdırılmasından, qloballaşmanın zəruriliyindən çox danışılır. Hər halda dövlətlərarası münasibətlər yaxşı olmadığı dərəcədə bəşərin sabahkı "xoşbəxt həyat" xəyalı reallığını tapmayacaq. Erməni fitri kinini, nifrətini öldürmək istəmir, əksinə, gündən-günə onu alışdırır. Məlumdur ki, Hitler Almaniyası dövründə ruslar bir millət olaraq çox əzab çəkdilər. Hazırda Almaniya ilə Rusiya arasında münasibətlər normaldır. Bu, o deməkdir ki, xalqlar arasında müəyyən dövrdən sonra qarşılıqlı anlaşma yarana bilər. Əsas odur ki, işğalçılıq etmiş xalq öz günahlarını etiraf etməyi bacarsın. Bu gün alman diplomatları Hitler Almaniyası dövründə faşist zülmündən əzab çəkmiş xalqlardan və dövlətlərdən üzr istəyirlər. Amma ermənilər alman deyillər. Ermənilər "böyük ermənistan" xülyasından ayılmaq və ayrılmaq istəmirlər. Onlar öz cəfəng, amansız və qəddar istəklərini nəsildən-nəsilə ötürürlər".

Amma görəsən, bir millət olaraq bizim başqa xalqlara, konkret olaraq ermənilərə münasibətimiz necə olmalıdır? Tarixən başqa xalqların üzünə qapımızı çox açmışıq: "Biz həmişə başqalarını üzünə xoş baxmışıq. Bir millət üçün bu, mənfi xüsusiyyət hesab olunmasa da, hər halda dostumuzla düşmənimizi yaxşı tanımalıyıq. Bilməliyik ki, ermənilər düzələn deyillər. Ruslar demişkən, onlar həmişə əllərində daş tutublar. Ermənilər fürsət tapan kimi həmin daşı bizim başımıza çırpırlar. Nə qədər bu hadisələr yaddaşımızda qalacaq, başımıza gələnlər bizi məcbur edəcək ki, bir də belə hadisələrin baş verməsinə imkan verməyək. 20 Yanvar, ümumiyyətlə, Qarabağ hadisələri nədən baş verdi? Ona görə ki, biz tariximizi yaddan çıxardıq. 1918-ci il martın 31-də ermənilər tərəfindən qırğına məruz qalan minlərlə soydaşımızın qətl edildiyi indiki Şəhidlər Xiyabanında vaxtilə Kirov adına park salınmışdı. Amma ermənilər özlərində belə şeyə qətiyyən imkan verməzdilər. Belə hadisələr daim yaddaşımızda kök salmalıdır. Əgər unutsaq, o zaman yeni-yeni faciələrə tuş gələ bilərik. Yeni nəslə tariximizi olduğu kimi başa salmalıyıq, öyrətməliyik. Qoy bizdən sonra gələn yeni-yeni nəsillər bilsinlər ki, ermənilər kimdirlər. Başımıza gələn çoxsaylı fəlakətlərdən təəssüf ki, bir millət olaraq dərs almamışıq. Əlbəttə, fəlakətdən heç bir xalq sığortalanmayıb."

Təəssüf ki, bu gün türk dünyası ölkələri arasında birlik yoxdur. Əslində dünyada Xocalı fəlakətinin mahiyyətcə tanınmamasının əsas səbəblərindən biri türk ölkələri arasında birliyin olmamasından qaynaqlanır.            

             

 

 Elçin Qaliboğlu

Xalq Cəbhəsi.- 2009.- 24 fevral.- S.14.