Gülüstan
Ustad şairimiz Bəxtiyar
Vahabzadənin "Gülüstan" poeması Sovet
imperiyasının repressiya maşının ən
güclü vaxtlarında qələmə alınmış və
Azərbaycan türklərinin milli ruhunun, qan
yaddaşının oyanmasında, istiqlal və
bütövlük ideallarının qorunmasında müstəsna
rol oynayan möhtəşəm əsərlərdəndir. 60-70-ci
illərdə dillər əzbəri olan
"Gülüstan" poeması təəssüf ki, bu
günümüzdə yetərincə təbliğ olunmur. Böyük
şairimizin əsərini oxucularımızın xahişilə
dərc edir və bu əsərin yaxın zamanlarda orta məktəblərimizdə
də tədris olunacağına ümid bəsləyirik.
Azərbaycanın birliyi
və istiqlaliyyəti uğrunda çarpışan Səttar
xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin
əziz xatirəsinə
I Hissə
İpək
yaylığıyla o, asta-asta
Silib eynəyini
gözünə taxdı.
Əyilib yavaşca masanın
üstə
Bir möhürə
baxdı, bir qola baxdı.
Kağıza həvəslə
o da qol atdı,
Dodağı altından
gülümsəyərək.
Bir qələm əsrlik hicran
yaratdı,
Bir xalqı yarıya
böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk
qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını
qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini
Azərbaycanın.
O güldü
kağıza qol çəkən zaman,
Qıydı ürəklərin
hicran səsinə.
O güldü haqq
üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda
topsaqqal ağa,
Hərdən mütərcimə
suallar verir.
Çevrilir gah sola,
baxır gah sağa,
Başını yellədib
təsbeh çevirir.
Qoyulan sərtlərə
razıyıq deyə,
Tərəflər qol çəkdi
müahidəyə...
Tərəflər kim idi? Hər
ikisi yad!
Yadlarmı edəcək
bu xalqa imdad?!
Qoy qalxsın ayağa
ruhu Tomrisin
Babəkin
qılıncı parlasın yenə.
Onlar bu şərtlərə
sözünü desin,
Zənciri kim vurdu
şir biləyinə?
Hanı bu ellərin mərd
oğulları?
Açın bərələri,
açın yolları.
Bəs hanı bu əsrin
öz Koroğlusu-
Qılınc
Koroğlusu, söz Korolusu?
Babaların şəni,
şərəfi, əlbət,
Bizə əmanətdir,
böyük əmanət..
Yoxmu qanımızda
xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım
çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda
qılınc qaldıran
İgid babaların goru
çatlasın.
Qoy əysin
başını vüqarlı dağlar,
Matəmi başlandı
böyük bir elin.
Mərsiyə söyləsin
axar bulaqlar,
Ağılar
çağırsın bu gün qız, gəlin!..
Tərəflər
sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun,
onlara nə var.
İmzalar atılır
bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.
Atıb imzasını
hər kəs varağa,
Gyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla,
təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.
Onların birləşən
bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən
yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Bir deyən
olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan
bəri,-
Bəs hanı bu yurdun
öz sahibləri?
Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi,
yaşı.
Bəs hanı
köksünə sərhəd
qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
örək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz doğma yurdunda yoxsa kölədir?
Necə ayırdınız
dırnağı ətdən-
Ürəyi bədəndən, canı
cəsəddən?
Axı, kim bu haqqı
vermişdir Sizə,
Sizi kim çağırmış
Vətənimizə?
Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə
ikiyə
Ayrılsın deyə!..
Göy də guruldamış deyirlər
o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy
gurultusu ulu Babəkin
Ruhuymuş,
hönkürüb fəryad
qoparmış.
Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində
soldu-saraldı.
"Gülüstan"
adlandı..
O gündən
bəri,
Bu kəndin alnında bir ləkə qaldı.
Bağrı köz-köz
oldu "Yanıq Kərəmin"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında
daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.
Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün,
ayın da.
Qoca Nəbatinin
eşqi, arzusu,
O gün
batmadımı Arpa çayında?
Ağlayıb dağlardan
əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə
gəldi güllər,
çiçəklər:
"Bu işə qol qoyan qollar sınaydı".
Arazın suları
qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır,
haraydır.
Vətən quşa
bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana
gələr,
Axar gözümüzdən yaş
damla-damla.
Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti
əllimi, yüzmü?
Biz necə
götürək bu göz dağını?..
Başı kəsiləndə
bu məğrur elin
Qəlbin ağrısını
hiss etdinizmi –
Qoca Füzulinin,
igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə
siz
Düsünün, nələrə qol çəkmişsiniz?
Bir damcı
mürəkkəb, bir
vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı
mürəkkəb olub
göz yaşı
İllərlə gözlərdən axdı,
töküldü.
Min ləkə
vurdular şərəfimizə
Verdik, sahibimiz
yenə "ver" -
dedi.
Lap yaxşı
eləyib doğrudan, bizə
Biri "baran"
- dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.
Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın
deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı, möhürlü
ey cansız varaq,
Nə qədər böyükmüş
qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik şökmünü
bir gün.
Ey kağız
parçası, əvvəl
heç ikən,
Yazılıb, qollanıb
yoxdan var oldun
Böyük bir millətin başını
kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Bir eli ikiyə paraladın sən
Özün kağız ikən paralanmadın.
Köksünə yazılan
qəlb atəşindən,
Niyə alışmadın, niyə
yanmadın?
Araz sərşəd
oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama
taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.
Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb
niyə yanmadı
Bu çirkin əmələ
qol qoyanda siz?
Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün,
çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?
Dayanıb Arazın
bu tayında mən
"Can qardaş" deyirəm, o
da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən
yerə, əlim yetməyir?..
Qarışıb gözümdə,
qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən
keçir.
Arazın üstündən
keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.
Taxta dirəkləri
torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.
Dəmir çəpərləri
eşqim, diləyim,
Tarixim, ənənəm üstə
qoydular.
Yarıya bölündü
canım, ürəyim,
Yarıya bölündü Arazda sular.
Taxta dirəkləri
qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük,
ağladıq, yenə
də ancaq
Bir sazın, bir telin, bir simin
üstə.
Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə,
bir sazın üstə..
Şəhriyar yaralı
misralarından
Körpü salmadımı Arazın üstə?!
Bu taydan
o taya axışdı
sel tək
Gözə görünməyən
könül telləri
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar bilmədi
birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək
asandır.
Böl, kağız
üstündə, böl,
gecə-gündüz,
Torpağın üstünə
dirəklər də düz,
Gücünü, əzmini
tök də meydana,
Qoşundan, silaşdan
sədd çək şər yana.
Torpağı ikiyə
bölərsən, ancaq
Çətindir bədəni
candan ayırmaq!
Ayırmaq kimsəyə
gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.
Dolandı zəmanə,
döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət
nəğmələrinə
Şəhriyar səs verdi Təbriz
elindən:
"Heydər
baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın,
amandır,
Yaxşılığı əlimizdən
aldılar,
Yaxşı bizi yaman günə
saldılar.
Bir uçaydım
bu çırpınan
yelinən,
Qovuşaydım dağdan
aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim
ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı,
kim qaldı".
1959
Bəxtiyar Vahabzadə
Xalq Cəbhəsi.- 2009.- 24 fevral.- S.7.