Gözdən Əlillər Cəmiyyəti öz üzvlərinə qayğısını artırır

 

Müstəqil Azərbaycan Respublikası son illər yüksək sürətlə inkişaf etməkdədir. Ulu öndər Heydər Əliyevin başladığı islahatlar son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməkdədir. Məhz bu inkişafın nəticəsində Azərbaycan ən islahatçı dövlət kimi tanınmış, regionda lider ölkəyə çevrilmişdir. Söz yox ki, qeyri-hökumət təşkilatları da ölkəmizin sürətli inkişaf etməsi yolunda öz xidmətlərini göstərir, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərirlər. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti də yarandığı vaxtdan bu kateqoriyadan olan insanların sosial şəraitinin və məşğulluğunun yaxşılaşdırılması sahəsində xeyli iş görmüşdür.

Ötən il cəmiyyətimizin fəaliyyəti daha da genişlənmiş bir sıra əsaslı tədbirlərlə yadda qalmışdır. İlk növbədə onu deyim ki, 15 oktyabr 2008-ci il tarixdə ölkəmizdə keçirilən prezident seçkiləri zamanı gözdən əlil seçicilərimizin fəallığını təmin etmək məqsədilə Mərkəzi Seçki Komissiyasının maliyyə dəstəyi ilə seçki bülletenlərinə uyğun trafaretlər brayl yazısı ilə çap edilmiş respublikanın bütün dairə məntəqələrinə paylanmışdır.

Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi cəmiyyət üzvlərimizin ürəyincə olmuşdur. Belə ki, möhtərəm Prezidentimiz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq gözdən əlillərin digər vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, onların işlə təmin olunması üçün bir sıra dövlət proqramlarını həyata keçirmişdir.

Əlamətdar hadisələrdən biri bu oldu ki, dövlət vəsaiti hesabına Nərimanov rayonu, Faiq Yusifov küçəsində gözdən əlillər üçün tikilən 4 bloklu, 10 mərtəbəli 90 mənzilli bina iyul ayında öz sakinlərini qəbul etdi. Mənzillərin gözdən əlillərə paylanması bir çox problemlərin həll olunmasına təkan vermişdir. Belə ki, əvəzləşdirmə, yerdəyişmə bir başa olaraq ədalətli şəkildə komissiya qaydası ilə 105 cəmiyyət üzvü olan ailənin mənzil şəraiti təmamilə yaxşılaşdırılmışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gözdən əlillərin təhsil aldığı məktəbin təmir edilməsi bu insanlara, göstərilən ən böyük qayğıdır.

Cəmiyyətimiz gözdən əlillərin sosial vəziyyətini il boyu diqqət mərkəzində saxlamışdır. Qurban bayramı münasibəti ilə 450 nəfər cəmiyyət üzvünə qurban payı, Ramazan Bayramı münasibəti ilə dəyəri 1 min 584 manat olan bayram sovqatı paylanmış, 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə 279 nəfər cəmiyyət üzvünə ümumi miqdarı 2 min 790 manat məbləğində yardım göstərilmişdir. 7 mart 2008- il tarixdə 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə cəmiyyətin gözdən əlil qadın üzvlərinə ümumi dəyəri 600 manat olan, 18 mart 2008- il tarixdə Novruz bayramı münasibəti ilə gözdən əlillərə ümumi dəyəri 3 min manat olan ərzaq yardımları paylanmışdır. Ötən il cəmiyyət üzvlərinə 1 min 810 manat miqdarında fərdi yardımlar da göstərilmişdir. Humanitar yardım məqsədilə ötən il cəmiyyət ümumilikdə 12 min 673 manat vəsait xərcləmişdir.

Cəmiyyətimiz ötən il bir sıra uğurlu layihələrin reallaşmasını da təmin etmişdir. Onların əsas məqsədi gözdən əlillərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək olmuşdur.

Böyük Britaniyanın Oxfam Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi iləGözdən Əlil İnsanların İqtisadi Hüquqlarının DəstəklənməsiLayihəsi çərçivəsindəMasajçı məktəbifəaliyyət göstərmişdir. Bu layihə üzrə ümumilikdə xərclər 24 min 965 manat olmuşdur. 2005-2008-ci illərdə fəaliyyət göstərmiş bu layihə çərçivəsində 55 nəfər gözdən əlil masajçı peşəsinə yiyələnmiş hazırda onlardan 35 nəfəri respublikanın müxtəlif səhiyyə ocaqlarında, gözəllik salonlarında, idman komplekslərində işlə təmin olunmuşlar.

2008-ci ilin may ayından etibarən yeniKorların İqtisadi Hüquqlarının təmin edilməsilayihəsi reallaşmağa başlamışdır. Həmin layihə çərçivəsindəMasajçı klubuRabitəçi Peşə Reabilitasiya Mərkəziyaradılmışdır. 2008-ci ilin may ayından bu vaxta qədər layihənin maliyyələşməsi üçün 32 min 252 manat vəsait ayrılmışdır.

Bundan əlavə, Prezident Aparatı yanında Qeyri-Hökümət Təşkilatlarına Yardım Şurasının maliyyə dəstəyi ilə 2 aylıqKor zəifgörən insanlara texniki dəstəyin göstərilməsilayihəsi müvəffəqiyyətlə həyata keçirilmişdir. Layihə üzrə 4 min manat vəsait daxil olmuşdur.

2007-ci ilin avqust ayından 2008-ci ilin sonuna qədər qrantlar üzrə 61 min 221 manat vəsait daxil olmuş, layihə məqsədləri üçün 52 min 971 manat xərclənmişdir.

Gözdən əlillərin sıx yaşadığı yataqxanadakı vəziyyət bizi çox narahat edirdi. Ona görə 2008-ci ildə yataqxananı təmir etdirdik buna 8 min 900 manat məbləğində vəsait xərclədik.

Gözdən Əlillər Cəmiyyəti xarici ölkələrin bir sıra humanitar təşkilatları ilə əlaqələr qurub. Bu əlaqələr cəmiyyət öz üzvlərimizinin beynəlxalq aləmə inteqrasiyası məsələlərini hər zaman diqqət mərkəzində saxlamış bu məqsədlər üçün ötən il xeyli görülmüşdür.

Cəmiyyətimizin nümayəndələri Türkiyənin Antalya şəhərində 21-28 oktyabr 2008-ci il tarixdə keçirilmiş Avropa Korlar Birliyinin Baş Assambleyasının toplantılarında iştirak etmişdir.

Sonra cəmiyyət üzvləri 2008-ci il oktyabrın 6-dan 17-dək Adler şəhərində əlillər arasında keçirilmiş VI Beynəlxalq İdman Festivalında 2008-ci il oktyabrın 18-dən 29-dək Yunanıstanda keçirilmiş kor zəifgörənlər arasında XII şahmat Olimpiyadasında iştirakçı olmuşlar.

AGƏC-ə ötən il cəmiyyət büdcəsinə Tədris İstehsalat Müəssisələri Məhdud Məsuliyyətli cəmiyyətləri tərəfindən ayırmalardan 39 min 871 manat, ianələrdən 28 min 106 manat, qrant layihələrindən 61 min 221 manat vəsait daxil olmuşdur. İl ərzində Cəmiyyətin ümumi gəliri 129 min 198 manat təşkil etmişdir.

Cəmiyyətimizin rəhbərliyi kor zəifgörən insanların ümumi inkişafını təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Bu məsələ ilə bağlı Nazirlər Kabinetində, eyni zamanda Milli Məclis üzvləri, müvafiq nazirliklər, birliklər qeyri hökümət təşkilatları ilə görüşlər keçirərək, müzakirələr aparmışıq. Gözdən əlillərin ümumi inkişafına nail olmaq üçün dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ümumi işçi qrupunun yaradılmasına nail olmuşuq.

Bundan əlavə, Mədəniyyət Turizm Nazirliyinin sifarişinə əsasən ilk dəfə olaraq latın qrafikası brayl üsulu ilə 38 saylı məktəbdə təhsil alan gözdən əlil uşaqlar üçün dərsliklər çap edilmişdir.

Azərbaycan Respublikasının gözdən əlil vətəndaşlarının maraq mənafelərini təmin etmək məqsədi ilə ölkə ərazisində bir sıra tədbirləri həyata keçirilmiş, regionlarda görmə üzrə əlil insanlar icması ilə görüşlər olmuş, onların aktivliyinin intellektual səviyyələrinin artırılması üçün reabilitasiya işləri davam etdirilmişdir. Gələcəkdə kor zəifgörən insanların təhsil, səhiyyə mədəniyyət sahələri üzrə xidmətlərdən maksimum yararlanmalarının təmin edilməsi, idman yarışlarının kütləviləşdirilməsi, eyni zamanda görmə üzrə əlil insanların sosial rifahının yaxşılaşdırılmasına nail olmaq məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi, əlil insanların cəmiyyətə daha fəal inteqrasiyasını təmin etmək üçün səylərimizi daha da gücləndirəcəyik.

 

 

Səmyar ABDULLAYEV,

Gözdən Əlillər Cəmiyyətinin

prezidenti

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.9.